ictimai rəy insanlann şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri ilə
sıx surətdə bağlıdır. O, eyni zamanda reallığa
həm mənəvi, həm də praktik təsir göstərə bilməsi ilə səciyyələnir.
Adətən ictimai rəyin subyektini və obyektini fərqləndirirlər. Bu ona görə zəmridir ki, ictimai rəyin əsasını
təşkil edən sosial qİ5mıətləndirmə əslində subyektin obyektə müəyyən münasibətinin ifadəsi deməkdir. İctimai rəyin
subyekti dedikdə qi}mıət verən tərəf nəzərdə tutulur. İctimai rəyin subyekti bir növ onun daşıyıcısı deməkdir. Aydın
məsələdir ki, istənilən sosial birlik forması bu rolu yerinə yetirə bilər. Bütövlükdə cəmiyyət, onun hər hansı hissəsi
(sosial qmp, təbəqə), habelə müəyyən mənada ayrı-ayn görkəmli şəxsiyyətlər də ictimai rəyin subyekti ola bilər.
İctimai rəyin obyekti rəngarəngdir, müxtəlif hadisələr, proseslər və problemlərdir. İstənilən məsələ ictimai
rəyin obyekti ola bilər. İctimai rəyin subyekti ilə obyekti arasında qarşılıqlı təsir mürəkkəb prosesdir. [244 - 245]
İctimai rəy öz daxili məzmununa görə, əhatə dairəsinə görə əhalinin müxtəlif səviyyələrini təmsil edə bilər. Bu
mənada bütövlükdə xalqın ictimai rəyini, bu və ya digər sosial qmpun rəyini, müəyyən iş sahələrində çalışan
kollektivlərin rəyini ayırmaq mümkündür. Belə fərqləndirmə ictimai rəyi əsasən kəmiyyət etibarilə səciyyələndirir.
Aydın məsələdir ki, ictimai rəyin keyfiyyət aspekti də mövcuddur. Bu, onun ictimai inkişafin tələbatlarma nə dərəcədə
uyğun gəlməsi ilə müəyyən olunur.
İctimai rəyə verilən sosial qiymət öz obyektivliyi, mötəbərliyi baxımından birmənalı olmur. Bu halda ictimai
rəyin əsasmda dayanan mənafelərin tipi və xarakteri həlledici əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər bir sosial
subyekt hadisələri, prosesləri və problemləri ən əvvəl öz spesifik mənafeləri baxımmdan qİ5mıətləndirir. Mənafelər
müxtəlif olduğuna
görə eyni bir hadisə, proses, problem müxtəlif cür qİ5mıətləndirilə bilir.
İctimai rəy müəyyən səviyyəli kollektiv mövqeləri ifadə edir. Ona görə də onun ümumi ictimai əhəmiyyət kəsb
edən hadisə, proses, problem ətrafında formalaşması təbii sayılmalıdır. Başqa sözlə, ictimai rəyin formalaşması üçün
«əlverişli mühit», real şərait yaranmalıdır. Tarixi inkişaf prosesində həm obyektiv, həm də subyektiv səbəblər üzündən
müəyyən problemlər qmpu insanlann
diqqət mərkəzinə keçir, son dərəcə aktuallıq kəsb edir.
Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanlann fikir və hisslərini, praktik fəaliyyətini daxili
vəziyyətin və beynəlxalq həyatın ən mühüm tərəflərinə yönəldir, insanlan onlara qi}mıət verməyə sövq edir,... onlan bu
tərəfləri ya qoruyub saxlamaq
və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».’
İctimai rəy nəzəriyyələrinə diqqət yetirdikdə aydın olur ki, ictimai rəyə sosialoji və sosial-psixoloji, habelə
politoloji yanaşmalar mövcud olmuşdur. Belə yanaşmaların fəal şəkildə [245 - 246] işlənib hazırlanması XIX əsrin II
yansmdan başlanır. Bu işdə görkəmli fransız sosioloqu, sosial psixologiyanın banilərindən biri, sosiologiyada psixoloji
istiqamətin başlıca nümayəndələrindən biri Qabriel Tardm (1843-1904) «İctimai rəy və yığnağ» əsəri^ mühüm rol
oynamışdır. Həmin əsərdə qeyd edilir ki, ictimai rəyi «publika» formalaşdırır. Publikanm yaranması üçün əsas xalis
mənəvi proseslərdir, ünsiyyətdir. Eyni zamanda ictimai rəyin tədqiqində politoloji istiqamət də meydana çıxır. Bu,
başlıca olaraq hüquqşünasların səyləri sayəsində mümkün olur. Bu istiqamət həm Qərbi Avropada, həm də Şimali
Amerikada inkişaf edir. A. O. Louellin «İctimai rəy və xalq hökuməti» əsəri ictimai rəyin
təbiəti və onun öyrənilməsi
metodları barəsində nəzəri təsəvvürlərin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Louell öz nəzəri
tədqiqatlannm əsasına aşağıdakı məsələləri daxil edir:
-
qərarların qəbul edilməsi zamanı ictimai rəyin səriştəliliyinin hüdudları məsələsi;
-
əksəriyyətin və azlığın rəylərinin
nisbəti məsələsi;
-
ictimai rəyin ifadə olunması formaları haqqında məsələ. Louell belə bir nəticəyə gəlmişdir ki, ictimai rəy
dövlətin idarə olunması prosesində məhdud təsir sferasına malikdir; reallıqda elə problemlər mövcuddur ki, onlan
bilavasitə səsvermə ilə, yaxud ictimai rəyə istinad etməklə həll etmək olmaz. Bu ideyanı Lipman daha da inkişaf
etdirmişdir; o, «hər şeydə aparıcı və hər şeyə qadir vətəndaş» mifini kəskin tənqid etmişdir. Lipman ictimai rəyin
məhdudluğunu nədə görürdü? «Orta adam»m öz mənafelərini dərk etməyə qadir olmamasında, onun mətbuatın
materiallanndan geniş istifadə etməsində - mətbuatın informasiyası isə tam deyildir, yaxud təhrif olunmuşdur. Lipman
bu baxımdan stereotip anlayışından istifadə edir. O, bu anlayışı bəsit təsəffürləri, ictimai rəyin təzahür formalarını ifadə
etmək üçün işlədilir. [246 - 247]
Onun fikrincə, bu, siyasi xadimlərin, partiyaların, reklam personajların, müxtəlif sosial, peşə və etnik qrupların
davranışında müşahidə edilir.
Lipmana görə, stereotiplər bəşəri ünsiyyətə daxilən xasdır və buna görə də onlar «gəzən
rəyin» ayrılmaz hissəsidir.
Müasir şəraitdə Qərb mütəxəssisləri ictimai rəyin vətəndaşlann seçki kampaniyalan dövründəki davranışı ilə
əlaqəsi məsələsinə xüsusi diqqət yetirirlər. Hakimiyyət uğrunda mübarizədə siyasi partiyalar arasında mübarizənin
kəskinləşməsi bunu bilməyi zəruri edir ki, seçkilərdə namizədlərin, onlann proqramlannm qiymətləndirilməsinin
əsasmda hansı mexanizmlər dayanır. Seçkilərdə namizədlərə
münasibətdə insanlann rəyini
' Sosiologiya. Bakı, 1994, s. 53.
■ Həmin əsər rus dilində 1905-ci ildə Moskvada nəşr olunmuşdur.
98