Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə55/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodlan belə bölüşdürülə bilər: 
a)
 
qmpun  tərkibinin  məqsədyönlü  formalaşdırılması  (məsələn,  qmpun  peşə-ixtisas  əlamətlərinə  görə 
formalaşması, iş yerlərinin sayma və xüsusiyyətlərinə görə mobil qmplann yaradılması və s.); b) qmpun sıx vəhdətinin 
təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji amillərdən istifadə 
olunması və s. vasitəsilə bunu həyata keçirmək mümkündür). Bütövlükdə kollektiv, təşkilat səviyyəsində aşağıdakı 
metodlardan istifadə oluna bilər: 
a)
 
formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdınimış və həqiqi, real əlaqələr, 
normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir. 
b)
 
idarəetmənin  demokratikləşməsi.  Bu  baxımdan  ictimai  təşkilatlarm  rolunun  5üiksəldilməsi,  ümumi 
qərarların  işlənib  hazırlanmasma  işçilərin  cəlb  olunması,  bəzi  rəhbərlərin  seçkili  olması  qaydasımn  tətbiqi,  əmək 
fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğmIdur. 
c)
 
sosial  planlaşdırma.  İşçilərin  ixtisasının  artıniması  və  rifahmm  yaxşılaşdırılması,  kollektivin  sosial 
stmktumnun  təkmilləşdirilməsi,  adamların  sosial  müdafiəsinə  kömək  edən  tədbirlərin  həyata  keçirilməsi  və  s. 
kollektivin fəaliyyətinə səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafinm məqsəd, 
vəzifə  və  göstəricilərini,  habelə  onlan  həyata  keçirmək  vasitələrini  müəyyənləşdirməyin  elmi  cəhətdən 
əsaslandınimasmı təmin etmək deməkdir. 
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə aşağıdakı 
metodlann ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür: 
a)
 
inzibati-təşkilati metodlar; bu metodlar dövlətin iradəsinə və nüfuzuna istinad edir və idarəetmə obyektinə 
bilavasitə təsir göstərir. İdarəetmənin inzibati-təşkilati metodlannm xarakter xüsusiyyətləri sırasma bunlar aid edilə 
bilər: operativlik; idarə olunan obyektə birbaşa təsir; göstərişlərin, sərəncamlann, əmrlərin və digər inzibati qərarlann 
yerinə yetirilməsinin məcburi xarakteri; yerinə yetirilməyən əmr və sərəncamlar üçün ciddi surətdə müəyyən edilmiş 
məsuliyyət;  səhv  qərarlann  qəbulu  üçün  fərdi  məsuliyyət.  Bu  metodlann  üstün  cəhətlərinə  baxmayaraq,  onlann 
tətbiqində  müəyyən  qüsurlar  da  özünü  göstərir:  qərarlann  qəbulun-a  özbaşmahq,  volyuntarizm  və  bürokratizm 
təzahürləri. 
b)
 
iqtisadi  metodlar;  bu  metodlar  idarəetmədə  və  təsərrüfat  fəaliyyətində  iqtisadi  qanunlardan  və 
münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur. İqtisadi metodlann reallaşdınimasmm əsasını 
nəticə etibarilə adamlann maddi maraqlanam aşkara çıxaniması və on-ardan istifadə olunması təşkil edir; bu maraqlar 
işçiləri iqtisadi qanunlann tələblərini yerinə yetirməyə sövq edir. 
c)
 
sosial-psixoloji  metodlar;  bu  metodlar  ayn-ayn  işçilərin  və  kollektivlərin  fərdi  xarakteristikalanm  nəzərə 
almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması şəxsiyyətin və kollektivin 
mövcud potensialının azad, sərbəst inkişafına, onlann fəaliyyətinin aktiv yaradıcı əsasda qurulmasına kömək edir. Ona 
görə  də  hər  bir  rəhbər  işçi  idarəetmənin  sosial  -  psixoloji  əsaslanna  yiyələnməyə  ciddi  səy  göstərməlidir.  İşçinin 
davranışı, onun digər şəxslərlə qarşılıqlı təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir. Bu halda şəxsiyyət ünsiyyətin 
mühüm  ünsürü,  kollektiv  fəaliyyətin  iştirakçısı,  çoxsaylı  qmplann  üzvü  kimi  nəzərdən  keçirilməlidir.  Lakin  kiçik 
kollektivlərin, böyük sosial birliklərin, kütləvi proseslərin xüsusiyyətlərinə də diqqət yetirilməlidir. [241 - 242] 
96 


 
XIV
 
FƏSIL
 
ICTIMAI RƏYIN
 SOSİOLOGİYASI 
L İctimai rəyin mahiyyəti 
İctimai  rəy  ictimai  şüurun  elə  təzahürüdür  ki,  burada  bö5Üik  sosial  qrupların,  bütövlükdə  xalqın  aktual 
hadisələrə münasibəti (yaxud onlan qiymətləndirilməsi) əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq doğuran, 
ictimai  mənafelərə  toxunan  hadisələr  olur.  Ətraf  gerçəkliyin  qİ5mıətləndirilməsi  müxtəlif  qrup  və  təbəqələrin 
mövqeyini əks etdirir. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir. 
Bu  bir  həqiqətdir  ki,  istənilən  sosial  və  ya  sosial-ərazi  birliyinin  normal  fəaliyyəti  ictimai  işlər  haqqmda 
kollektiv  təsəvvürlər,  mühakimələr  işlənib  hazırlanmadan  mümkün  deyildir.  Hər  hansı  hadisənin  ictimai  cəhətdən 
işlənib  hazırlanmış  qiymətləri  olmasa,  davranış  normalan  müəyyənləşdirilməsə,  ümdə  problemlərin  praktik  yollan 
axtanlıb tapılmasa, cəmiyyət bütöv sosial orqanizm kimi, bütöv sosial sistem kimi fəaliyyət göstərə bilməz. 
Hər  bir  cəmiyyətdə  ictimai  rəyin  təşəkkül  tapması  və  inkişafi  mürəkkəb  xarakterə  malikdir.  Ona  görə  də 
«təşəkkül tapmış ictimai rəy ayn-ayn rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması və zənginləşməsinin, 
bir-birinə  nüfuz  etməsinin  nəticəsidir,  bir  növ  kollektiv  zəkanın  təmərküzləşmiş  ifadəsidir.  İctimai  rəy  rasional, 
emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə bilər: mənəvi münasibət 
kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi meyllər, səylər, niyyətlər və s. 
vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».' 
İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ 
həmin  əksəriyyətin  düzgün  nöqteyi-nəzərdə,  düzgün  mövqedə  olub-olmamasıdır.  Əgər  əksəriyyət  düzgün  nöqteyi- 
nəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da onun 
sosial  əhəmiyyətini  və  praktik  təsirini  artınr.  Kütlələrin  şüurunun  azdırılması  ictimai  rəyin  funksional  imkanlarım 
azaldır. 
Konkret ictimai rəyin əlamətlərinə onun intensivliyini və sabitliyini aid edirlər. İctimai rəyi kütləvi şüurun 
mövcudluğu və təzahürü üsullarından biri hesab edirlər. Bu şüurda, məlum olduğu kimi, xalqın, sinfin, sosial qrupun 
əksəriyyətinin onların tələbat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətləri ifadə 
olunur. 
İctimai  rəy  sosial  nəzarətin,  geniş  kütlələrin  davranışını  və  praktik  fəaliyyətini  nizama  salmağın  səmərəli 
vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür. 
Kütlələrin tarixi prosesdə rolu artdıqca, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında fəallığı yüksəldikcə, 
onların təhsil, mədəniyyət, məlumatlılıq səviyyəsi genişləndikcə ictimai rəyin sosial əhəmiyyəti və idarəetmə dəyəri də 
yüksəlir. Demokratiyanın inkişafı və təkmilləşməsi ictimai rəyin formalaşmasına, öyrənilməsinə və nəzərə alınmasına 
səmərəli təsir göstərir. 
İctimai  rəy  cəmiyyəti  idarəetmənin  demokratik  vasitəsi  olub,  əhalinin  müxtəlif  qruplarının  mənafelərinin, 
əhval-ruhiyyəsinin  konkret  sosial-psixoloji  formada  ifadəsi  kanalıdır.  Ona  görə  də  demokratiyanın  inkişaf  etdiyi 
ölkələrdə  ən  müxtəlif  ictimai  problemlərin  həllində  ictimai  rəyin  müntəzəm  surətdə  nəzərə  alınması  vacib 
prinsiplərdən biri sayılır. 
İctimai rəyin mahiyyətini, formalaşmasını, təkamülünü müxtəlif cür izah edirlər, yəni bu məsələdə vahid rəy 
yoxdur. Araşdırmalar göstərir ki, müxtəlif bilik sahələrini təmsil [243 - 244] edən tədqiqatçıların bu sahədə maraqlı 
konsepsiyalan, nəzəriyyələri, baxışları mövcuddur. Filosoflar, sosioloqlar, politoloqlar, sosial psixoloqlar və başqaları 
ictimai  rəy  problemləri  ilə  daha  ciddi  məşğul  olmuşlar.  Ona  görə  də ictimai  rəy  nəzəriyyələrini  məhz  həmin  bilik 
sahələrini  təmsil  edən  tədqiqatçılann  işləyib  hazırladıqları  konsepsiyaların,  irəli  sürdükləri  baxışlann  spesifik 
kompleksi hesab etmək olar.^ Bu kompleksdə gerçəkliyin hadisələrinə, faktlarına, problemlərinə münasibətdə insan 
qruplarının qiymətləndirmə mühakimələrinin təbiətini, cəmiyyətdə rolunu və əhəmiyyətini nəzərdən keçirməyə cəhd 
edilir. 
İctimai rəy, demək olar ki, tarixi inkişafın bütün dövrlərində mövcud olsa da, onun bir anlayış kimi ifadəsi XII 
əsrdə  İngiltərədə  özünü  göstərmişdir.  Sonralar  bu  termin  tədricən  başqa  ölkələrə  də  nüfuz  etmiş,  XVIII  əsrin 
sonlarından etibarən isə geniş yayılmağa başlamışdır. 
' Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997, s. 200. 
■ Bax: Коробейников В. C. Пирамида мнений. Москва, 1981, с. 13. 
97 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə