müəyyən edən «zahiri amillərin» təhlilinə xüsusi diqqət yetirilir. Seçki kampaniyaları zamanı adamların davranışına
təsir edən səbəblərin ierarxiyası öyrənilir: ölkənin daxili problemlərinə münasibət, kiçik qrup tərəfindən göstərilən
təzyiq, seçicinin şəxsi xüsusiyyətləri, siyasi ənənələr və s. bu qəbildəndir. Seçicilərin seçkilərə hazırlıq gedişində
münasibətlərində baş verən dəyişiklikləri izah etmək üçün seçicilərin davranışına aid müxtəlif konsepsiyalar işlənib
hazırlanır. Məsələn, «Qıf» konsepsiyası. Bu konsepsiyanın mahiyyəti ondadır ki, seçkilərə yaxınlaşdıqca rəylər daha
çox fərdiləşdirilmiş, konkretləşdirilmiş və siyasiləşdirilmiş xarakter kəsb edir. «Susma spiralı» adı ilə məşhur olan
konsepsiya. Bu konsepsiya belə bir vəziyyəti qeydə alır: partiyalardan birinin qələbə gözləməsi daim artır, həmin
partiya üçün səs vermək niyyətləri isə dəyişməz qalır.
Beləliklə,
ictimai rəyə sosiaoloji, sosial-psixoloji və politoloji yanaşmalar öz mahiyyəti və məzmunu etibarilə
bir-birindən müəyyən dərəcədə fərqlənir. Birincisi sosial məqamları, ikincisi sosial-psixoloji məqamları,
üçüncüsü isə
siyasi məqamları ön plana çəkir, qabanqlaşdınr. Lakin bu yanaşmaların hamısı ictimai rəyin əhəmiyyətini qeyd edir,
onu öyrənməyi vacib sayır və bunun üçün müxtəlif üsullar təklif edirlər. [247 - 248]
2.
İctimai rəyin ifadə olunma vasitələri
Sosiologiya ictimai rəyin ifadə olunması prosesinin öyrənilməsini daim diqqət mərkəzində saxlayır.
Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə fərdi və qrup xarakterli rəylərin
bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.’
Bu bir həqiqətdir ki, ictimai rəyin gücü təkcə onun məzmununun obyektivliyi və əhalinin daha geniş
təbəqələrinin mənafelərini, tələbatlanm əks etdirməsi ilə deyil, həm də onun ifadə olunma vasitələri ilə şərtlənmişdir.
Buna görə də ictimai rəyi ifadə edən siyasi və ictimai institutların işinin səmərəli təşkil edilməsi, insanlann kollektiv
rəyini ifadə edən formaların və kanalların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə e5mi olmur. Yəni ola bilər ki, bö5dik sosial
qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayn-ayn adamlar tərəfindən ifadə olunsun.
Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan etdiyi
rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində hər hansı böyük sosial qrupun rəyini, münasibətini əks
etdirməlidir.
İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq
fərqləndirmək lazımdır.
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun gündəlik
həyat şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. Məsələn,
küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, onlara
münasibət [248 - 249] bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması özünün
lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fikir yürüdülməsi və əsl mahiyyətinə dərindən
nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu növünə
laqeyd
yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır.
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə
ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli qanun
layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və
əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai
praktikamıza daha möhkəm daxil olmuşdur.
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə çatdırılmasıdır.
Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə ifadə olunur. Məlum
olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu istiqamətdə müəyyən addımlar
atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallandır. Onlar cəmiyyətdəki ümumi iqlimi
başa düşməkdə və qİ5mıətləndirməkdə mühüm rol oynayır.
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir.
İctimai rəyin ifadə olunmasının müxtəlif üsullanm və kanallarını sıx qarşılıqlı əlaqə və təsirdə götürmək
zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarım və
istiqamətlərini, ayn-ayn fəaliyyət formalannm intensivliyini öyrənməyə imkan verir. Digər tərəfdən, hər bir ifadə
növünə ayn-aynlıqda xas olan üstünlükləri nəzərə almaq və ümumiləşdirmək ictimai rəyin mötəbərliyinin təmin
olunmasının mühüm şərtidir.
İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir. Bunlardan birincisi sözdə,
danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu
və ya digər məsələyə
' Sosiologiya. Bakı, 1994, s. 53.
99
ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ praktik
gücə qadir olmur.
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində ictimai
rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qmplar və sosial birlik formaları öz şüurlannda bu
və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd olummalıdır ki,
ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb prosesdir.
Bu keçid əsas
etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə və nəzarət formalarında təcəssümü vasitəsilə
baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin real tərəfmə çevrilməşi, bu münasibətlərlə
çulğalaşması prosesi cərəyan edir.'
Məlum olduğu kimi, sosial tənzimetmənin müxtəlif formaları (hüquq, əxlaqi, tərbiyəvi və s.) mövcuddur.
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı
təsirdə çıxış edir.
Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də əlavə olunması, bu təsirin gücünü daha da artırır.
İctimai rəy vasitəsilə həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət göstərməsi, yaranmış
vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun əhval- ruhiyyəsini əks etdirməsi və
digər mühüm keyfiyyətləri ilə səciyyələnir. Odur ki, ictimai rəyin nəzarətedici funksiyasının səmərəliliyini yüksəltmək
yollarım və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə
[250 - 251] bir çox proseslərin normal getməsi, burada özünü göstərən neqativ halların - əliəyriliyin, oğurluğun,
vəzifədən sui-istifadə etmənin, xalqın sərvətini müxtəlif yollarla mənimsəməyin aradan qaldırılmasında əhəmiyyətli
rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin davranışının ictimai rəyin köməyi ilə tənzim edilməsi onların
şüuruna bilavasitə təsir göstərir. Bu, ictimai rəyin gücünü artırır, onun nüfuzunu yüksəldir. Nəticədə ictimai rəyin
əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi
üçün əlverişli zəmin yaranır.
3.
Kütləvi informasiya vasitələri ictimai rəyin
formalaşmasının qüdrətli amilidir
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya da
bilər. İkinci halda ictimaiyyətin ayn-ayn nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq kommunikativ
əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili əlaqəsini saxlayır. Bu
səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində hakimiyyət deməkdir».^
Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və rəyini nəzərə almalıdır. Bu,
mədəni fərqlərlə və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara malik
ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir. Submədəniyyətlərin çox
olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qruplan öz mənafelərinin ifadəsində və
reallaşdınlmasmda rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki,
büdcənin əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci [251 - 252] hissə belə hesab
edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə əmindir ki, vəsait daha çox Müdafiə
Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın ərazi bütövlü5di qorunub saxlanılsın, onun dünya meydanında nüfuzu
güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı olaraq, ictimaiyyət
nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır.
Cəmiyyətin sadə stabil mədəniyyəti bir qayda olaraq, ümdə məsələlərin həllində ictimaiyyətə çoxlu
alternativlər təklif etmir. Çünki vəziyyəti ənənələr və mənəvi normalar əsasında idarə etmək olar. Buna görə də
müxtəlif sosial qruplar üçün ictimai rəydə aynlıq
əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur. Lakin
mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin həllinə
yönəlmiş nöqteyi-nəzərləri son dərəcə rəngarəng ola bilər. Başqa sözlə, yaranmış vəziyyəti müəyyən normalar
toplusunun köməyi ilə idarə etmək mümkün deyildir. Çünki həmin normalar məlum cəmiyyətin yalnız aynca
qruplannm, submədəniyyətinin hüdudlannda qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox nümayəndələri
müəyyən ərazidə neft və ya başqa faydalı qazmtı çıxaniması nəticəsində ekoloji balansm pozulmasmdan narahatlıq
keçirə bilər. Eyni zamanda həmin ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılmasına, sənayenin inkişaf
etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə məqbuldur. Ənənəvi normalar
bu məsələni həll etməyə imkan vermir, çünki hər iki nöqteyi-nəzəri müdafiə etmək üçün həmin normaları tətbiq etmək
olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialmm.
‘ Sosiologiya. Bakı, 1994, s. 54-55.
^ Фролов C. C Социология. Москва, 2000, с. 247.
100