Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə50/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

xüsusi təlim görmüş nəzarət funksiyalarının yerinə yetirilməsi üçün əmək haqqı alan şəxslərdir. Onlar sosial statusların 
və rolların daşıyıcılarıdır (məsələn, məhkəmə, polis, həkim-psixiatr, sosial işçi, dini idarənin, məscidin xüsusi vəzifəli 
şəxsləri və s.) 
Əgər  ənənəvi  cəmiyyətlərdə  sosial  nəzarət  yazılmamış  qaydalara  əsaslanırdısa,  müasir  cəmiyyətlərdə  artıq 
yazılmış normalara (qanunlar, fərmanlar, qərarlar, təlimatlar və s.) istinad edir. Sosial nəzarət təsisatlaşmış xarakter 
kəsb edir. 
Nəzarət metodlan tətbiq edilən sanksiyalardan asılı olaraq, aşağıdakı kimi təzahür edə bilər: 
-0000000000000000000000 sərt; 
-
 
5mmşaq; 
-
 
birbaşa (bilavasitə); [214 - 215] 
-
 
vasitəli.' 
Nəzarətin  qeyd  olunan  metodlan  kəsişə  bilər.  Məsələn,  siyasi  repressiya,  reket,  mütəşəkkil  cinayətkarlıq 
birbaşa sərt nəzarət instrumentlərinə aiddir. Konstitusiyanın və mülki məcələlərin fəaliyyəti birbaşa 5mmşaq nəzarət 
instrumentlərinə, kütləvi informasiya vasitələri vasitəli yumşaq nəzarət instrumentlərinə, be}məlxalq birliyin iqtisadi 
sanksiyalan vasitəli sərt nəzarət isntrumentlərinə aiddir. 
Nəzarət metodlan həm də ümumi  və detal ola bilər. Məsələn, menecer öz tabeçiliyində olan şəxsə tapşınq 
verirsə, lakin tapşınğm yerinə yetirilməsi gedişinə nəzarət etmirsə, deməli, o, ümumi nəzarət metodundan istifadə edir. 
Əgər menecer fəaliyyətin hər bir məqamma müdaxilə edir, nəyisə düzəldir, sahmana salırsa, deməli, o, detal nəzarət 
metodundan istifadə edir. Sonuncunu həm də nəzarətçi adlandınrlar. Nəzarət cəmiyyətin həm mikro, həm də makro 
səviyyəsində həyata keçirilir. Başqa sözlə, nəzarət irimiqyaslı sosial sistem hüdudlannadək yayılır. 
Ümumi nəzarət zamanı ancaq son nəticə izlənilir. Fikrimizi sadə bir nümunə ilə izah edək. Müəllim şagirdlərə 
Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətini  açıqlayan  inşa  yazmağı  tapşınr.  Həftenin  sonunda  inşa  yazılann 
yoxlanılacağını bildirir. Həftənin sonunda o, yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlayır və müvafiq qiymətlər yazır. 
Bu  halda  müəllimi  hansı  ədəbiyyatdan  istifadə  olunması,  köməyə  kimlərin  cəlb  edilməsi  və  s.  kimi  məsələlər 
maraqlandırmır. O, şagirdlərə tam fəaliyyət sərbəstliyi verir. 
Lakin  detal  nəzarət  zamanı  vəziyyət  dəyişir,  başqalaşır.  Müəllim  vəzifələri,  tapşınğm  həcmini  və  yerinə 
yetirilməsi müddətlərini müəyyənləşdirir. Bundan əlavə, o, inşanın planmı verir, müvafiq ədəbiyyatı göstərir və tələb 
edir ki, iş müstəqil surətdə yerinə yetirilsin, heç kimin köməyindən istifadə olunmasm. Müəllim əlavə olaraq bildirir ki, 
yazılmış hissələr günaşırı təqdim olunsun ki, o, vaxtında səhvləri  [215 a 216]  düzəltsin və zərurət yaransa, şagirdi 
istiqamətləndirsin.  Deməli,  müəllim  işin  yerinə  yetirilməsinin  bütün  gedişinə  nəzarət  edir.  Göründüyü  kimi,  detal 
nəzarət zamanı fəaliyyət sərbəstliyi çox məhduddur. 
Məlum  olduğu  kimi,  nəzarət  idarəetmənin  tərkib  hissəsidir.  Lakin  idarəetmənin  elə  mühüm,  əhəmiyyətli 
hissəsidir  ki,  nəzarətin  növündən,  metodlarmdan  asılı  olaraq,  idarəetmənin  özü  də  xeyli  dərəcədə  dəyişir.  Belə  ki, 
nəzarət metodlan idarəetmə üslubunda (demokratik, avtoritar) dərin iz buraxır. Nəzarət prosesində ilkin planlar son 
nəticələrlə  müqayisə  olunur,  kənaraçıxmalar  olduqda,  səbəbləri  araşdınlır  və  müvafiq  tədbirlər  (məsələn,  cərimə 
olunmaq, tənbeh edilmək, işdən çıxanimaq və s.) görülür. Nəzarət məhz onunla qüdrətlidir ki, o, ciddi qüsurlar aşkara 
çıxanldıqda cəza tədbiri ilə sona çatır. Cəza olmasa, nəzarətdən qorxmağa ehtiyac qalarmı? Əlbəttə, yox. Lakin cəza 
ədalətli olmalı, işin mahiyyətini, real vəziyyətini, xarakterini, sosial nəticələrini dəqiq əks etdirilməlidir. Ümumiyyətlə, 
istənilən  kollektivin  sərəncamında  əmək  vəzifələrinin  vicdanla  yerinə  yetirilməsi,  mənəvi-psixoloji  iqlimin 
yaxşılaşdırılması üçün kompleks hüquqi və ictimai təsiredici vasitələr vardır. Həmin vasitələrdən vaxtında, səmərəli və 
optimal istifadə olunması olduqca ciddi məsələdir.^ 
Kollektiv  üzvlərinə  hüquqi,  əxlaqi,  ictimai  vasitələrlə  təsir  göstərilməsi  sabit  və  dinamik  fəaliyyət 
stereotiplərinin  işlənib  hazırlanmasına,  istehsal  tapşırıqlarının  keyfiyyətli,  dürüst  yerinə  yetirilməsinə  kömək  edir. 
Bununla  da  işçilərdə  birgə  işləmək  mədəniyyətinin,  tam  qüvvə  ilə  çalışmaq  vərdişinin,  əməyə  münasibətdə  sosial 
cəhətdən optimal nümunənin formalaşması prosesi sürətlənir. [216-217] 
' Кравченко A. И. Социология. M., 2005, c. 234. ^ 
Sosiologiya (dərslik). Bakı, 2005, s. 169. 
86 


XII
 
FƏSIL
 
SIYASƏTIN 
SOSİOLOGİYASI 
1.
 
Siyasətin sosiologiyası sosioloji elmin mühüm sahəsi kimi 
Siyasi sosiologiya sosiologiyanın çox mühüm sahələrindən biri olub, siyasəti və siyasi münasibətləri öyrənir. 
Onun əsas predmeti siyasi hakimiyyətdir, onun cəmiyyətdə fəaliyyətinin və bölgüsünün forma və metodlarıdır. Bu 
predmet çərçivəsində fərdlərin, sosial qruplann, etnik birliklərin və onlann təşkilatlannm real siyasi şüuru, maraqlan və 
davranışına xüsusi diqqət yetirilir. 
Siyasətin sosiologiyası xüsusi sosioloji bilik sahəsi kimi Qərbdə XX əsrin 30-50-ci illərində qərarlaşmışdır. 
Lakin onun predmet sahəsini, yəni siyasətə sosioloji yanaşmanı həmin dövrlə məhdudlaşdırmaq doğru olmazdı. Qədim 
yunan mütəfəkkirlərini, ilk növbədə Platonu və Aristoteli, Yeni dövr nəzəriyyəçilərini (Makiavelli, Boden, Hobbs, 
Monteskye, Tokvil və başqalan), fransız ensiklopedistlərini (Didro, Dalamber, Russo, Volter, Helvetsi, Holbax və s.), 
Sen-Simonu, Lokku, Ferqyussonu və Hegeli xatırlamaq kifayətdir. Onlann ideyalan siyasəti və onun nəzəri-metodoloji 
mənalandınimasmı  nisbi  muxtar  həyat  və  elm  sahəsi  kimi  ayırd  etməkdə,  eyni  zamanda  siyasəti  sosial  sfera  ilə 
qarşılıqlı təsirdə öyrənməkdə mühüm rol oynamışdır. Bu ilkin şərtlər sosiologiyada M. Veber, V. Pareto, Q. Moska, R. 
Mixels,  A.  Bentli,  D.  Trumen,  Q.  Lassuel  kimi  ğörkəmli  mütəfəkkirlər,  habelə  digər  məktəb  və  cərəyanlann 
nümayəndələri tərəfindən reallaşdırıldı. 
Bir  cəhətə  də  xüsüsi  diqqət  yetirilməlidir:  Qərbdə  siyasi  sosiologiyanın  təşəkkülü  ümumi  sosiologiyanm 
inkişafı ilə [217 - 218] sıx əlaqədə, siyasi elmlə (politologiya ilə) qarşılıqlı təsirdə və rəqabətdə baş vermişdir. Məsələn, 
ümümi  sosiologiyada  siyasi  sosiologiyanm  siyasi  sistem  nəzəriyyəsinə  adaptasiya  olunması  (T.  Parsons  və  onun 
ardıcılları),  sosiologiyanın  bir  çox  mərkəzi  konsepsiya  və  anlayışlarının  (məsələn,  təsisatlaşma,  sosiallaşma,  sosial 
diferensiasiya  və  inkişaf)  siyasiləşməsi  və  siyasətin  təhlil  instrumentinə  çevrilməsi  özünü  göstərir.  Siyasi 
sosiologiyanm digər sələfi olan siyasi elm müstəqil akademik fənn kimi xeyli əvvəl təşəkkül tapmışdır. Belə ki, həmin 
elmin ilk kafedraları Qərbi Avropada və Amerikada XIX əsrin sonu - XX əsrin əvvəlində meydana gəlmiş, tezliklə 
milli assosiasiyalara çevrilmişdir. Arüq 1949-cu ildə YUNESKO-nun nəzdində Beynəlxalq Siyasi Elm Assosiasiyası 
(BSEA)  yaranmışdır.  Siyasi  sosiologiya  nümayəndələri,  habelə  sosioloji  yönümlü  politoloqlar  təklif  edirdilər  ki, 
siyasət perspektivdə sosial struktur və qeyri-formal sosial institutlar, ictimai rəy və davranış baxımından, bir sözlə, 
sosial-siyasi proseslərin, norma və münasibətlərin bütün kompleksi kimi, şəxsiyyətin və kiçik qruplann sosial-mədəni 
və  psixoloji  xarakteristikalarmın  bütün  rəngarəngliyini  tədqiq  etməklə  təhlil  olunsun.  Bu  halqa  diqqət  yetiriləsi 
məqamlar xeyli arhr. Məsələn, təkcə razılıq və sabitlik məsələlərini yox, həm də münaqişə və dəyişikliləri araşdırmaq 
lazım  gəlir.  Təkcə  siyasi  partiyalan  və  həmkarlar  təşkilatlanm  yox,  bütün  ictimai  təşkilatlan  və  hərəkatları, 
qeyri-formal birlikləri öyrənməyə ehtiyac yaranır və s. 
Siyasi sosiologiya nümayəndələrinin, sosioloji yönümlü politoloqlann mühüm xidmətlərindən biri də onların 
sosiologiyada geniş istifadə olunan bir sıra anlayışlan (məsələn, aktyor, rol, status, mövqe, dəyər, gözləmə, yönüm və 
s.) siyasətin tədqiqinə daxil etmələridir. 
Nəzərə almaq lazımdır ki, artıq XX əsrin 50-60-cı illərində Qərbdə, ən əvvəl ABŞ-da siyasi elmin özündə 
sosiologiyalaşma  meyli  güclənir.  Mütəxəssislər  bunu  iki  mühüm  amillə  izah  edirlər:  1)  pozitivist-biheviorist 
dünyagörüşü və [218 - 219] metodologiyasının üstün nüfuza malik olması ; 2) empirik təhlil metodlannm geniş tətbiq 
edilməsi. Öz növbəsində siyasi sosiologiya sahəsində çalışanlar rəsmi siyasi təsisatları və normalan (əlbəttə, bu sahə 
üçün xarakterik olan metodlarla) öyrənməyin zəruriliyini etiraf etdilər. Təsadüfi deyildir ki, hazırda siyasi sosiologiya 
və  siyasi  elm  nəzəri-metodoloji  və  kateqoriya-anlayış  baxımından  o  qədər  də  fərqlənmir.  Təsisatlaşma  aspektində 
siyasi  elmin  imkanlan  daha  genişdir:  inkişaf  etmiş  ölkələrdə  siyasi  elmə  dair  çoxsaylı  fakültələr  və  kafedralar 
mövcuddur,  halbuki  siyasi  sosiologiya,  demək  olar  ki,  ancaq  ümumi  sosiologiya  çərçivəsində  öyrənilir  və  tədris 
olunur. 
Hazırda siyasi sosiologiyanm predmet sahəsi qeyri-yekdil mövqeləri əks etdirir. Bunun səbəbləri müxtəlifdir 
-
 
siyasi sosiologiyaya  dair nəzəriyyələr, anlayış  aparatı,  tədqiqat  metodları  və  empirik  şərtlər  kifayət  qədər 
rəngarəngdir; 
-
 
onun meydana gəlməsi mənbələri, həm də inkişaf qolları müxtəlif və ziddiyyətlidir; 
-
 
siyasətin müxtəlif cür başa düşülməsi, XX əsrdə siyasət sahəsinin özünün genişlənməsi və dəyişilməsidir; 
-
 
alimlərin nəzəri - dünyagörüşü mövqelərinin fərqli xüsu-siyyətlərə malik olmasıdır; 
-
 
cəmiyyətşünaslıq elmlərinin ümumən etiraf olunan nəzəri-metodoloji əsaslarının olmamasıdır; 
87 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə