Microsoft Word aciq kitab doc



Yüklə 187,57 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü187,57 Kb.
#65684


 

11

 



 

Açıq Kitabxananın fəaliyyətinə dair 

 TƏLİMAT 

 

1.  Ümumi müddəalar 

1.1. Açıq Kitabxana Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 

(bundan sonra MKS) struktur bölməsi hesab edilir. 

1.2. Açıq kitabxana – bütün vətəndaşlar üçün açıq olan mə-

dəniyyət və informasiya müəssisəsi, asudə vaxtın səmərəli təşkili 

mərkəzidir. Kənd kitabxana filiallarının nəzdində guşələr və 

səyyar məntəqələr kimi də yaradıla bilər. 

1.3. Açıq kitabxananın fondundan və digər informasiya re-

surslarından istifadə “Açıq Kitabxanadan istifadə qaydaları”na 

əsaslanır. 

1.4. Açıq Kitabxananın fəaliyyətinin  əsasını kitabxana üçün 

əsas olan vəzifələr – informasiya, təhsil, mədəniyyət, asudə vax-

tın təşkili və mütaliə mədəniyyətinin formalaşması, kompüter tex-

nologiyalarından və elektron resurslardan onlayn istifadə funksi-

yaları və regional prinsiplər təşkil edir. 

1.5. Açıq Kitabxana MKS-də Mərkəzi Kitabxananın Xidmət 

şöbəsinin nəzdində bölmə kimi fəaliyyət göstərir.  Ərazidə möv-

cud olan mədəniyyət, təhsil, informasiya müəssisələri və digər 

dövlət orqanları ilə yaxından əməkdaşlıq edir. 

1.6. Açıq Kitabxananın fəaliyyətinə  nəzarət rayon (şəhər) 

MKS-nin Mərkəzi Kitabxanası tərəfindən həyata keçirilir. 

 

2.  Əsas vəzifələr 

2.1. Açıq Kitabxana əhaliyə kitabxana-informasiya xidmətini 

təşkil edir, asudə vaxtın səmərəli təşkilini və əhalinin mədəni-in-

tellektual istirahətini təmin edir, aktiv mütaliə  mədəniyyətinin 

formalaşdırılmasına kömək göstərir və: 



 

12

- müxtəlif informasiya daşıyıcılarından ibarət olan fondunu 



oxucuların sərbəst istifadəsinə təqdim edir; 

- oxucuların (istifadəçilərin) informasiya resurslarına və 

İnternetə, onlayn və lokal şəbəkə resurslarına girişini təmin edir

- innovativ və elektron xidmət növlərindən istifadə edir; 

- oxucular tərəfindən “kitabı kitaba dəyişmə” prinsipi ilə -  

mütaliə etdikləri kitabları yeni kitabla dəyişməyə imkan yaradır. 

2.2. Açıq Kitabxana: 

- Azərbaycançılığı, dövlətçiliyi, ümummilli lider Heydər 

Əliyev irsini; 

- Milli və  mədəni-tarixi  ənənələrin təbliğini,  əhalinin  şifahi 

xalq yaradıcılığı, mədəni irs və mədəniyyət sərvətlərindən istifa-

dəsini, vətəndaşların milli-mənəvi, vətənpərvərlik ruhunda, eko-

loji, etik və estetik tərbiyəsini; 

- sağlam həyat tərzinin, mədəni-intellektual istirahət və 

əhalidə mütaliə vərdişlərinin formalaşdırılmasının təmin edilməsi 

üzrə kütləvi tədbirləri; 

- əhalinin müxtəlif məzmunlu milli və dünya ədəbiyyatı nü-

munələrinə olan tələbatının operativ, hərtərəfli və dolğun təmin 

edilməsini həyata keçirir. 

2.3. Kitab təbliği və mütaliə  vərdişlərinin formalaşması ilə 

bağlı mədəni-kütləvi tədbirləri (imzalı görüşlər, kitab təqdimatla-

rı, ədəbi-musiqili axşamlar, kitab mütaliəsi ilə bağlı kütləvi aksi-

yalar, flaşmoblar və s.) həyata keçirir. 

2.4. Açıq kitabxana ödənişsiz xidmət növləri ilə yanaşı, əlavə 

pullu xidmətlər də (ölkə daxilində və xaricdən kitab sifarişi, kitab 

satışı, surətçıxarma və s.) təqdim edir. Pullu xidmətlərin siyahısı 

müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş “Pullu xidmətlər haq-

qında əsasnamə”də öz əksini tapır.  

2.5.  Şair və yazıçıların  ədəbi yaradıcılığına dəstək vermək 

üçün onların kitablarının satışı  məqsədilə Açıq Kitabxanada 

“Kitab satışı mərkəzi” fəaliyyət göstə bilər. 

3. İşin məzmunu 



 

13

3.1.Müxtəlif qrup oxuculara (istifadəçilərə) – uşaqlara, gənc-



lərə, yaşlılara, fiziki qüsurlulara, əlillərə  və b. kitab və digər in-

formasiya resursları ilə xidmətin təşkili; 

3.2. Oxucu (istifadəçi) kontingentinin günbəgün artmaqda 

olan maraq və tələbatlarının sistemli öyrənilməsi. 

3.3. Oxucularla iş: 

- əhalinin açıq kitabxanadan istifadəyə cəlb edilməsi və küt-

ləvi tədbirlərdə iştirakının təmin edilməsi; 

- oxucu sorğularının həm Açıq Kitabxananın fondu, həm 

onlayn resurslar, həm də onlayn kitab sifarişi sistemi vasitəsilə 

ödənilməsi; 

- maraqlar üzrə oxucu qruplarının formalaşması  və onlara 

fərqli xidmətin təşkili, uşaqların mütaliə vərdişlərinə yiyələnmə-

sinə kömək məqsədilə ailələrlə, valideynlərlə əməkdaşlıq; 

- oxucuların kitabxanadan sərbəst istifadəsi üçün əlverişli və 

rahat şəraitin təmin edilməsi; 

- sürətli və fasiləsiz  İnternet, Wi-Fi zonaların yaradılması, 

Mərkəzi Kitabxananın elektron kataloq və elektron kitabxanadan 

istifadənin təşkili; 

- oxucularda mütaliə marağının doğru istiqamətlənməsi və 

mütaliə mədəniyyətinin formalaşması; 

-  əhalidə mütaliə marağının aktivləşdirilməsi məqsədilə 

müxtəlif aksiyaların keçirilməsi; 

-  əhaliyə pullu xidmətin təşkili; 

- Açıq Kitabxana, onun fəaliyyəti, burada həyata keçirilən la-

yihələr barədə informasiyanın KİV, kitabxananın saytı, sosial 

şəbəkələr vasitəsilə təqdim edilməsi. 

3.4 Oxuculara xidmət üzrə işin - sənədlərin qeydiyyatı, istifa-

dəsi (kitab verilişi) və dövriyyəsi göstəricilərinin təhlili və plan-

laşdırılması. 

3.5. Açıq Kitabxananın reklam və nəşriyyat fəaliyyətinin tə-

min edilməsi. 



 

14

3.6. Açıq Kitabxananın fondu ilə iş: 



- kitab fondun daim yeni və daha çox oxunan nəşrlərlə 

komplektləşdirilməsi; 

- bir çox dövri nəşrlərə abunə yazılışının həyata keçirilməsi. 

3.7. Açıq Kitabxana əhalinin asudə vaxtını səmərəli təşkil edir: 

- diyarşünaslıq haqqında oxular, virtual ekskursiya, informa-

siya masası hazırlayır, müxtəlif iş üsullarından istifadə edərək öz 

diyarının (ölkə, rayon, kənd) tarixini yaxından öyrənməyə kö-

məklik edir; 

- kitabxanada müxtəlif maraq klubları: “Vətənimizi (rayon, 

şəhər, qəsəbə  və s.) tanıyaq”, “Gənc diyarşünas” diyarşünaslıq 

klubu, “Gəlin birlikdə oxuyaq”, “Oxudun, danış” maraq klubu 

təşkil edir; 

- yay aylarında uşaqların və yeniyetmələrin asudə vaxtlarını 

səmərəli keçirmələrinə yardım edir; 

- müxtəlif maarifləndirici tədbirlər,  şair və yazıçılarla, gör-

kəmli elm və  mədəniyyət xadimləri ilə görüşlər, yeni kitabların 

təqdimatlarını təşkil edir. 

3.8. Respublika (şəhər, rayon) əhəmiyyətli layihə  və proq-

ramlar üzrə işləri həyata keçirir, sosial-mədəni aksiyalarda iştirak 

edir (“Hər qapıya kitab ataq”, “Hər evin öz kitabı”, “Mən 

oxudum, sən də oxu”). 

3.9. Beynəlxalq və yerli kitab sifarişini həyata keçirir.  

 

4.

 

İşin təşkili və idarə edilməsi 

4.1. Açıq Kitabxananın fəaliyyət istiqamətləri MKS-in ni-

zamnaməsi və  əsasnaməsi ilə, Azərbaycan Respublikası  Mədə-

niyyət və Turizm Nazirliyi Kollegiyasının 14 oktyabr 2016-cı il 

tarixli 7/1 nömrəli qərarı ilə, digər müvafiq normativ-hüquqi 

aktlarla, Mədəniyyət və Turizm şöbəsinin və MKS direktorunun 

müvafiq əmrləri ilə müəyyən edilir. 



 

15

4.2. Açıq Kitabxananın işinə  rəhbərlik MKS direktorunun 



əmri ilə işə təyin edilən və azad edilən bölmə müdiri tərəfindən 

həyata keçirilir; 

4.3. Açıq Kitabxananın  əməkdaşları MKS direktoru tərəfin-

dən işə qəbul edilir; 

4.4. Açıq Kitabxana öz fəaliyyəti barədə aylıq və illik mətn 

və statistik hesabatlar hazırlayır; 

4.5. Açıq Kitabxananın hər bir işçisinin yerinə yetirdiyi 

vəzifələr əmək müqaviləsi və MKS işçilərinin vəzifə təlimаtı ilə 

müəyyən edilir; 

4.6. Açıq Kitabxanalar bir qayda olaraq, həftənin bütün 

günləri (istirahət və bayram günləri də daxil olmaqla) fasiləsiz 

fəaliyyət göstərirlər. 

4.7. Açıq Kitabxanalarda (guşələrdə) ehtiyac olduqda uşaq 

guşəsi, dövri mətbuat və musiqi guşələri də təşkil oluna bilər. 

4.8. Açıq Kitabxananın iş rejimi kütləvi kitabxanalardan 

istifadə qaydaları  və daxili intizam qaydaları ilə müəyyən edilir 



və MKS direktoru tərəfindən təsdiq edilir. 

Yüklə 187,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə