Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə33/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
101
Yəni həm “Oğuz Kağan” dastanındakı “sürmə”nin, həm də K.D.Q-dakı 
“sağraq”ın süzülmə prosesi ilə sıx bağlılığını gördük. Sağraq sözünün ikinci 
hissəsini “raq”, “rak” – raki, raka ifadəsi barədə mənbələr göstərir ki, “raka” 
– türk mənşəli termindir, ərəb dilindəki “araqu” (xurma arağı) sözündən gö-
türülüb. Amma ərəblər xurma arağına “cirə zəhləviyyə” deyirdilər, bəzən bu 
termini “pis iyli vodka” kimi də tərcümə edirdilər. 
“Raka” sözü III əsrdə Vizantiya mənbələrində də işlədilir. Bolqariyada, 
Moldaviyada, Serbiyada, Belarusiyada “raka” sözü ilkin, kobud yarımfabri-
kat mənasında işlədilir. Bolqar, Moldav dillərində “raka” yalnız meyvəli və 
meyvədən distilllə edilən içkiyə deyilir. 
Vladimir Dal yazır: “Arak” şəkər qamışından, patokadan, düyüdən və kiş-
miş dən çəkilmiş vodka (meyvə arağı, üzümdən və s., rom və konyak adlan). 
Arakiyi, araka, ya rakı başqa millətlərin iyli qıcqırmış süddən çəkilmiş süd 
vodkası; çuvaşlarda, kumışkalarda, Kiçik Rusiyada bəzi yerlərdə vodkaya 
“rakista” deyirlər. 
 Buradan görünür ki, türklər süddən alınmış qımızdan da araq çəkirlərmiş. 
Ola bilər ki, V. Dal daha çox təmizlənmiş, qonaqlar və varlılar üçün hazırlanan 
tünd qaraqımızı (karakumıs) nəzərdə tutur. 
Tarix elmləri doktoru Nikolay Nikolskiy qeyd edir: “türk xalqlarının 
arağa və şəraba verdikləri ümumi ad (erex, ərəx, araq, araku) göstərir ki, bu 
sərxoşedici içki ümumtürk ailəsi dövründə yaranmışdır. Bu türk adının fin 
xalqlarında olması isə bu adın türk xalqlarından götürüldüyünü göstərir”.  
Türk xalqlarının müsbət nəticə vermiş içkini tündləşdirmək cəhdlərindən 
biri də başqa üsulla qımızın tündləşdirilməsi, qaraqımızın alınmasıdır ki, başqa 
xalqlar buna süd arağı da deyiblər. Qaraqımız almaq üçün, bir neçə gün ərzində 
yığılmış adi qımızın üzərinə təzə at südü töküb, möhkəm çalxalayırdılar və bir 
gecəlik durulmağa qoyurdular. Bütün kazein birləşmələri gecə  ərzində qabın 
dibinə çökürdü və yuxarı şəffaf hissəsini ehtiyatla başqa qaba tökürdülər. Bu 
hissə az olmasına baxmayaraq daha tünd olurdu. Buna “qaraqımız” deyirdilər. 
Burada təmizləmək – “arıtmaq” distillə yolu ilə deyil, çökdürmək üsulu ilə apa-
rılırdı. Amma V. Dala görə arağın Rusiyada olmayan bitkilərdən çəkildiyini gö-
rürük. Düyüdən çəkilmiş arağın yada salınması isə K. D. Q-da sağraqla yaponla-
rın “Sake”-si arasında bir körpü olduğu ehtimalını yaradır. Sake ilə dilimizdəki 
“saqi” sözlərinin yaxınlığı da yanılmadığımızı sağ, sak, saq sözlərinin saqrağın, 
saqinin və sakenin qədim vahid kökdən gəldiyini göstərir. 


102
Söz mətbəxi
Bu gün Azərbaycanda çəkilən və müalicəvi hesab edilən meyvə araqları 
– Tovuzda çəkilən tut, zoğal arağı, Ağstafa rayonu Saloğlu kəndində süzülən 
ərik arağı, Borçalıda hazırlanan üzüm (cecə – üzüm cecəsi) arağı (gürcülər 
buna çaça deyirlər), digər rayonlarda hazırlanan gavalı arağı, İranda evlərdə 
bu gün də  çəkilən kişmiş arağı eyni kökdən, texnologiyadan gəlir. Distillə 
yolu ilə bitkilərdən cövhər çəkilməsi türklərə, xüsusən də azərilərə qədimdən 
məlum olan bir prosesdir. 
Maraqlıdır ki, monqolların, büryatların mətbəxində madyan südündən ha-
zır lanan  qımız “ayrqa” yaxud “seqee” adlanır. “Ayrqa” – ayran və araq söz lə-
ri nin sanki birliyindən əmələ gəlib. İlk baxışda ayrqanı da ayrılan kimi, ayran 
kimi tərcümə etmək olar. Amma ayrqa yağdan, ya nədənsə ayrılan hissə deyil, 
tur şumuş və tərkibində spirt olan içkidir. 
Bu səbəbdən ayrqa, ayraq daha çox “araq” sözünə yaxındır. Ayrqa sözünə 
sinonim kimi işlədilən “seqee” sözü də “saqi” içki paylayan sözü ilə çox 
səsləşir. 
Monqol və büryatlar turş süd məhsullarını hündürlüyü 1,2-1,3 m olan 
hündür qaba (haba) tökür, ağac toxmaqla çalırlar. Kəsmikdən ayrılan suya, 
zərdaba da “ayraq” və ya “kurunqa” deyirlər. Sonra kurunqa (ayraq) bir neçə 
gün saxlanılır və acı dad alır. 
İçində “kurunqa” olan ağac çəlləyə  əyri ağac boru bərkidilir. Borunun 
aşa ğı ucu çuqun qazanın “tanxa”nın ağzına bərkidilir. Tanxa başqa bir su ilə 
dolu çəlləyin içərisinə yerləşdirilirdi, kurunqa qaynadılırdı, buxar borudan ke-
çib səhəngə yığılırdı və spirtli “arxi”yə yaxud “tarasu”na çevrilirdi. 
İkinci, üçüncü distillədən sonra Tarasun (arxa) da tünd olurdu. 
Biz burada da arxa-arax-araq termini ilə rastlaşırıq. Bu içkinin də distillə 
yolu ilə alındığını görürük. Burada maraqlı bir məqam arağın ikinci adı ilə 
Tarasunla bağlıdır. Altay mənşəli xalqlarda “su”, “suy” (yaponlarda), sun eyni 
mənada işlənə bilir. “Tara” sözü isə tər-təzə, gənc mənasında və tər – alın təri 
anlamında işlədilir. 
Türk alimi Vəfa Zatın yazdıqlarına görə: bəzi alimlər “arak” sözünün tər
“araki” sözünün isə tərlədən anlamına gəldiyini söyləyir. Dilimizdəki “araq-
çın” sözünün də buradan əmələ gəldiyini söyləmək olar. Keçmişdə dərvişlərin 
başlarına qoyduqları başlığa da “araqçiyə” deyilirdi. 
Dilimizdə “tərlik” deyilən geyimi də bura aid etmək olar. Distillənin sanki 
tərləmə yolu ilə alındığından bu ehtimal irəli sürülüb. 


“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
103
Rus dilində “vodka” sözünün də araqdan hərdən kolkulyasiya tərcüməsi 
ol duğu ehtimal edilir. Vodka rusca su sözünün (voda) kiçildilmiş formasıdır. 
Kiçik su isə damcı yaxud tər ola bilər. Amma rus dilində soyuqdan gətirilmiş 
ara ğa “İspotevşaya vodka”, yəni “tərləmiş vodka” deyilməsi bu ehtimalı azaldır. 
Bəzi alimlər isə “rakı” sözünün “İraki” sözündən  əmələ  gəldiyini, yəni 
ilk vətəninin İraq olduğunu iddia edirlər. Bu gün də İraqda Kərküklər quru 
üzümdən distillə yolu ilə rakı hazırlayırlar. Kərküklərin türk olduqlarını bilirik. 
Eyni üsulla İraqda Azərilərin də evlərində kişmiş arağı çəkdikləri məlumdur. 
Üzüm növü olan “razaki” növünün adı və “raki” sözlərinin yaxınlığı, razaki 
üzümündən əvvəllər nəfis “rakı”lar hazırlandığı, Kərkükdə və İranda rakının 
üzüm qurusundan alınması rakının bir türk içkisi olduğunu göstərir. İndi Ma-
carların armud və ərikdən aldıqları içkiyə “rak” demələri qədim türkcədə “ağ 
səhifə” anlamında işlənən bir sözə dayanır. Arağın da ağ, təmiz içki olduğunu 
nəzərə alsaq bu ehtimalın yaşamaq şansı olduğunu görürük. 
Mary Priscillanın yazdığına görə, damıtma, yəni “ərəblərin IX əsrdən 
son ra icad etdikləri imbik (distillə aparatı T.Ə.) olmadan öncə damıtmayla 
(distillə ilə T.Ə) alkoqol istehsal etmək mümkün deyildi”. Amma Qəbələdə 
qazıntılar zamanı tapılmış, gildən düzəldilmiş distillə (damıtma) aparatı VII-
VIII  əsrlərdə Azərbaycanda distillə yolu ilə efir yağlarının, efir yağlı,  ətirli 
içkilərin və spirtin alınmasını göstərir. Buda ərəblərdən daha əvvəl distillə 
yolu ilə xalqımızın spirtli içkilər aldığına bir sübutdur. 
 Bu yolla lap qədimdən Azərbaycanda spirtsiz araqlar: nanə arağı, çal araq 
(bir neçə otun qarışığından) və s. alınıb istifadə edilir. Ulu babalarımız hə-
min prosesi bir dəfə şəraba tətbiq etmiş, şərabın tərkibindəki spirti bu yolla 
bu xar landırıb toplamışlar. XIII əsrdə Urfada yaşamış, Cabir bin Nəyyamın 
şərabdan distillə ilə alkoqol alınması texnologiyasını detalları ilə yazması 
barədə  məlumat verilir. Onun “Distillə” (Əl-  İmbik) adlı  əsəri də var. Yəni 
otların, meyvələrin cövhərini çəkmə üsulunu qıcqırmış  məhsullara tətbiq 
etməklə qıcqırma məhsulu olan yüngül fraksiyanı, spirti ayıra bilmiş, təmiz 
içki əldə etmişlər. Əvvəllər əldə etdikləri arınmış-təmizlənmiş içkinin adını 
saxlamışlar, araq – yəni ar – çox təmiz və aq. Aq – sözü həm ağ mənasını, həm 
də od mənasında anlaşıla bilir. Hər iki hal bu içkinin məna tutumuna uyğun 
olur. 
Maraqlıdır ki, Osmanlı dönəmində də üzüm cecəsindən cecə arağı alınır 
və türkcə cecəyə “cibrə” deyildiyi üçün bu arağa “cibrə rakısı” deyilirdi. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə