www.vivo-book.com
414
bitəndən sonra mənim halımın yaxĢılaĢdığını da bilirdi. “– Mən
yardım etdim – o dedi. – Mən sizə yardım etdim, elə deyilmi?”
Brutus baĢını yırğaladı.
– Hə, lap siçanla olduğu kimi. Sən deyəndə ki, “sən ona kömək
etdin”, Con Koffi bu sözləri tutuquĢu kimi təkrar elədi. O “mən Delin
siçanına kömək etdim” deyəndə, sən hər Ģeyi baĢa düĢmüĢdün, düz
demirəmmi? Həmin vaxt, hə?
– Hə, yəqin ki, elədir. O zaman mən onun Makginin sualına
verdiyi cavabı xatırladım. Qatillər haqqındakı bütün hekayələrdə belə
olur. “Mənim əlimdən heç nə gəlmədi. Mən hər Ģeyi geri qaytarmaq
istədim, amma artıq çox gec idi”. Qucağında iki balaca ölü qız uĢağı,
özü də sarıĢın və ağdərili qız uĢaqları tutmuĢ birisi, özü də ev qədər
nəhəng birisinin dediyi bu sözlərin səhv baĢa düĢülməsi heç də
təəccüblü deyil. Onlar Koffinin dediklərini gördükləri dəhĢətli
mənzərəyə uyğun bir Ģəkildə baĢa düĢmüĢ və düĢünmüĢdülər ki, bu
sözlər qatilin öz günahını boynuna almasıdır. Belə fərz etmiĢdilər ki,
Con Koffi keçirdiyi qəfil ehtiras anında qızları zorlamıĢ, sonra da
öldürmüĢdü, amma ağlı baĢına gələndə isə dayanmaq istəmiĢ...
– Amma artıq bunun üçün çox gec imiĢ, – deyə Brutus dodaqaltı
mırıldandı.
– Hə. Amma əslində o, demək istəyirmiĢ ki, qızları burada
tapıb, onlara yardım etmək istəyib, lakin bütün cəhdləri boĢa çıxıb, heç
www.vivo-book.com
415
bir xeyri olmayıb. Qızlar ölüm cığırında həddən artıq uzağa
gediblərmiĢ.
– Pol, sən buna inanırsanmı? – deyə Din soruĢdu. – Sən
həqiqətən, tam səmimiyyətinlə, buna inanırsan?
Mən öz ürəyimə qulaq asdım və son dəfə imiĢ kimi bunu
düĢünəndən sonra baĢımı yırğalayaraq təsdiq etdim. Mən bunu,
sadəcə, indi bilmirdim, Con Koffinin əhvalatında nəyinsə düzgün
olmadığını lap əvvəldən, hələ Persi əli-qolu qandallı Con Koffinin
qolundan darta-darta bloka daxil olaraq “Ölü gəlir!” – deyərək var
gücü ilə qıĢqıranda, içimdəki duyğular da mənə söyləmiĢdi. Mən onun
əlini sıxmıĢdım, yadınızdadırmı? Əvvəllər YaĢıl Milə gələn
cinayətkarların heç birinə əl uzatmamıĢdım, amma Con Koffinin əlini
sıxmıĢdım.
– Ġlahi, – deyə Din dilləndi. – Aman Allah, sənə Ģükür.
– YaxĢı sənin ayaqqabın bir səbəb, – deyə Harri müdaxilə etdi.
– Bəs ikincisi nədir?
– Dəstə Koffini və qızları aĢkar etməzdən bir qədər əvvəl, onlar
Trapinqus çayının cənub sahili yaxınlığında meĢədən açıqlığa
çıxmıĢdılar. Orada, otları əzilmiĢ balaca bir ərazidə çoxlu qan və Kora
Detterinkin gecə köynəyinin bir parçasını görmüĢdülər. Ġtlər orada bir
qədər çaĢ-baĢ qalmıĢdılar, onların böyük hissəsi çayın sahili ilə cənub-
Ģərqə getmək istəsələr də, itlərin ikisi – “yenot” teryerlər çay axını ilə
üzüyuxarı getməyə can atırdılar. Ġtlərin yedəyi Bob Marçantın əlində
www.vivo-book.com
416
idi və o, həmin iki itə gecə köynəyinin parçasını iylətdikdən sonra,
onlar da qalanlara qoĢuldular.
– Teryerlər izi itirmiĢdilər, elə deyilmi? – deyə Brutus soruĢdu.
Onun dodaqlarının kənarlarında qəribə və nədənsə iyrənirmiĢ kimi
görüntü yaradan bir təbəssüm oynayırdı. – Onlar izə düĢmək üçün
əhliləĢdirilməyiblər, yəqin buna görə də, öz vəzifələrini qarıĢıq
salıblar.
– Hə.
– Mən heç nə baĢa düĢmədim, – Din dedi.
– Teryerlər təqibə baĢlayarkən Bob Marçantın onlara iynətdiyi
Ģeyi yaddan çıxarmıĢdılar, – deyə Brutus dilləndi. – Çayın kənarına
çatanadək, onlar qızların deyil, qatılın izinə düĢmüĢdülər. Nə qədər ki,
qatil ilə qızlar birlikdə idilər, heç bir problem yaĢanmırdı, lakin...
Dinin gözləri həyəcandan parıldamağa baĢlamıĢdı. Harri isə hər
Ģeyi çoxdan anlamıĢdı.
– Bu haqda düĢünəndə, – deyə mən dilləndim. –
Təəccüblənirsiniz ki, hami, hətta da bu cinayəti qaradərili adamın
boynuna qoymaq istəyən andlılar da necə olub Con Koffinin onların
axtardığı cinayətkar olduğuna bir anlıq belə inanıblar. Hətta itə
yaxınlaĢıb onun boynunu qıranadək onun səs çıxarmaması üçün
yemləmək fikri özü Con Koffinin düĢünə biləcəyi bir Ģey deyildi.
Məncə, o, Detteriklərin fermasına Trapinqus çayının cənub sahilindən
daha yaxına gəlməmiĢdi. Altı ya da yeddi mildən daha yaxına
www.vivo-book.com
417
gəlməmiĢdi. O, sadəcə, oralarda veyillənirdi, bəlkə də dəmir yollarının
yaxınlığına getmək və yük qatarına minib harasa getmək istəyirmiĢ, –
çünki qatarlar estakadadan enərkən çox yavaĢ hərəkət edirlər və həmin
vaxt atılaraq vaqonların birinə minmək elə də çətin deyil – və budur
birdən o, Ģimal tərəfdə vurnuxma səsləri eĢidir.
–Qatilin səs-küyünü? – deyə Brutus soruĢdu.
– Bəli qatilin. O, artıq ola bilsin ki, qızları zorlamıĢdı ya da bəlkə
Koffinin eĢitdiyi elə zorlama zamanı yaranmıĢ səs-küy də ola bilərdi.
Ġstənilən halda, qana bulaĢmıĢ ərazi caninin öz iĢini bitirdiyi yer
olmalıydı, qızcığazların baĢlarını bir-birinə çırparaq dağıtmıĢ və onları
orada ataraq aradan çıxmıĢdı.
– ġimal istiqamətində qaçmıĢdı. – Brutus dedi. – Teryerlər də
həmin istiqamətə getməyə can atırdılar.
– Düz deyirsən. Con Koffi qızların tərk edildiyi həmin yerə bir
balaca cənub-Ģərq istiqamətindən, qızılağac pöhrəliyindən keçərək
gəlmiĢdi. Yəqin eĢitdiyi səs-küy nə olduğunu öyrənmək istəyirmiĢ və
orada qızların cəsədlərini tapır. Bəlkə də qızlardan biri həmin vaxt hələ
də sağ imiĢ; ola bilsin ki, hətta onların hər ikisi də həmin an hələ sağ
imiĢlər, amma çox qısa bir zaman üçün. Mən bir Ģeyi dəqiq bilirəm ki,
Con Koffi qızların ölü olduğuna əmin deyilmiĢ. O, bir Ģeyə əmin idi:
onun əllərində Ģəfalı bir qüdrət var və o bu Ģəfalı gücü Kora ilə Keti
Detterikə tətbiq etmək istəyir. Bu iĢə yaramadıqda, Con Koffi
Dostları ilə paylaş: |