www.vivo-book.com
406
Bu səsi eĢidən kimi mən dərhal mətbəxə tərəf yönəldim, amma
yavaĢ addımlarla – nə qədər ki mənim yolumun üstündə Dolanın
olmadığına əmin idim, tələsməyim üçün heç bir lüzum yoxdu. Nə baĢ
verdiyinə baxmaq üçün televizor otağından (burada oranı istirahət
mərkəzi adlandırırdılar, əsl mənasız olanı da elə bu idi) əksəriyyətinin
əynində xalat olan bir dəstə qoca bayıra çıxdı. Onların arasında Çak
Haulandı görəndə, sevindim.
– Eckum, – deyə Kent Eyveri, bir əli ilə qoltuqağacından
yağıĢaraq, o biri əli ilə pijama Ģalvarının qasıq hissəsini dartıĢdıraraq
qıĢqırdı. Bu əsl həyəcan siqnalıdır, yoxsa yenə elə-belə? Səncə,
hansıdı?
– Məncə, bunu demək mümkün deyil.
Elə həmin an qərb cinahına tələsərək və televizor otağının
qapısının ağzına toplaĢmıĢ adamlara hər Ģey aydın oluncaya qədər
binanı tərk etməyi əmr edərək üç sanitar qaça-qaça yanımızdan
keçdilər. Onların üçüncüsü Bred Dolan idi. Mənim yanımdan keçərkən
o, heç çevrilib mənə tərəf baxmadı belə və bu da məni sonsuz dərəcədə
sevindirdi. Mən mətbəxə tərəf addımlayarkən, ağlıma gəldi ki, Eleyn
Konneli ilə Pol Eckumun komandası bir düjün Bred Dolanlara və
yarım düjün Persi Uetmorlara dəyərdi.
Mətbəxdə aĢpazlar yanğından mühafizə siqnalizasiyasına heç bir
əhəmiyyət vermədən səhər yeməyinin qalıqlarını təmizləyirdilər.
www.vivo-book.com
407
– Bura bax, mister Eckum, – Corc dedi. – Məncə, Bred Dolan
səni axtarırdı. Siz yəqin yolda ona rast gəlməmisiniz.
“Bəxtəvər baĢıma” – deyə düĢündüm. Amma uca səslə dedim ki,
mister Dolanın yanına bir azdan gedərəm. Sonra ondan səhər
yeməyindən qızardılmıĢ çörək tikələrinin qalıb-qalmadığını soruĢdum.
– Əlbəttə, qalıb, – deyə Norton cavab verdi, – amma onlar daĢ
kimi soyuyub. Bu gün gecikmisiniz.
– Hə, gecikmiĢəm, – deyərək razılaĢdım. – Amma yaman acam.
– Bir dəqiqəyə sizin üçün yenilərini qızardaram, – deyərək Corc
əlinə çörəyi aldı.
– Lazım deyil, elə soyuq da yarıyar, – deyərək mən ona çörəyi
doğramağa qoymadım. O, (üzündə karıxmıĢ bir ifadə ilə – əslində,
onların hər ikisi də karıxmıĢ görünürdülər) bir neçə çörək tikəsini
mənə uzatdı və yeməyimi götürüb cəld mətbəx qapısından bayıra
çıxdım. Bu zaman özümü, bir vaxtlar uĢaqlıq çağlarımda olduğu kimi,
əlində yemək bağlaması ilə dərsdən qaçaraq balıq tutmağa gedən oğlan
uĢağı kimi hiss edirdim.
Mətbəxdən bayıra çıxdığım anda, qeyri-ixtiyarı gözlərimlə
Dolanı axtararaq ətrafa nəzər saldım, Ģübhəli heç nə görməyərək
əlimdəki qızardılmıĢ çörək tikələrindən birini çeynəyə-çeynəyə kroket
meydançasından, sonra isə qolf çəmənliyindən keçdim. MeĢənin içinə
daxil olub orada sığınacaq tapandan sonra, addımlarımı bir qədər
www.vivo-book.com
408
yavaĢlatdım və cığırla getməyə baĢladım. Xəyalım yenə məni
sürükləyib Delakruanın dəhĢətli ölümündən sonrakı günə aparırdı.
Həmin səhər Hal Mursla danıĢmıĢdım, o mənə dedi ki, baĢındakı
ĢiĢə görə Melinda qəfildən hamıya lənətlər yağdırır və ədəbsiz
söyüĢlər söyür... sonralar arvadım bunun Tourette Sindromu olduğunu
müəyyən etmiĢdi (o bunu yəqin təxmin etmiĢdi, çünki bunun,
həqiqətən, belə olub-olmadığını o özü də dəqiq bilmirdi). Mursun
səsindəki titrəyiĢ və Con Koffinin həm mənim sidik yolları
infeksiyamı, həm də Delakruanın sevimli siçanının sınmıĢ belini
möcüzəli bir Ģəkildə sağaltmasını xatırlamam, məni bir Ģey haqqında
düĢünməklə onu icra etmək arasındakı nazik sərhəddin kənarına
itələmiĢdi.
Lakin bunlardan əlavə bir Ģey də vardı. Bu, Con Koffinin əlləri
və mənim ayaqqabım ilə bağlı bir Ģey idi.
Mən birlikdə iĢlədiyim və uzun illər öz həyatımı etibar elədiyim
dostlarımı – Din Stantonu, Harri Tervilligeri, Brutus Hovelli – evimə
çağırdım. Onlar Delakruanın edamından bir gün sonra bizə nahara
gəldilər və mən öz planımı onlara nağıl edərkən, diqqətlə mənə qulaq
asdılar. Əlbəttə, onlar hamısı Con Koffinin siçanı necə sağaltdığını
bilirdilər; Brutus isə hər Ģeyi öz gözləri ilə görmüĢdü. Ona görə də,
Con Koffini Melinda Mursun yanına aparsaq, yeni bir möcüzənin baĢ
verəcəyini mən söyləyəndə, onlar mənim bu fikrimə gülməmiĢdilər.
www.vivo-book.com
409
Ən qorxduğum sualı da elə Din Stanton vermiĢdi: “Con Koffini
Mursların evinə aparanda, birdən o, qaçsa, biz onda nə edərik?”
– Birdən o. daha bir adamı qətlə yetirdi, onda nə olacaq? – deyə
Din soruĢdu. – Mən öz iĢimi itirmək, ya da buna görə türməyə düĢmək
istəmirəm. Mənim dolandırmalı olduğum arvadım və iki balaca
uĢağım var. Bütün bunlarla yanaĢı, ən çox qorxduğum Ģey isə baĢqa
bir qız uĢağının öldürülməsində, dolayı da olsa, günahkar olmaq və
buna görə vicdan əzabı çəkməkdir.
Onun sözlərindən sonra ətrafa sükut çökdü, sonra isə mənim
cavabımı gözləyərək hamı mənə tərəf baxdı. Mən bilirdim ki, artıq
dilimin ucunda olanları onlara danıĢsam, hər Ģey kökündən
dəyiĢəcəkdi; biz geri dönüĢü olmayan həddi artıq çoxdan keçmiĢdik.
Ən azından, mənim üçün geri dönüĢdən söhbət gedə bilməzdi.
Ona görə də, mən ağzımı açıb bu suallara cavab verməyə baĢladım.
2
– Bu baĢ verməyəcək.
– Allah xatirinə, bir de görüm, axı sən bundan niyə belə
əminsən? – deyə Din soruĢdu.
Dostları ilə paylaş: |