www.vivo-book.com
394
Harri Tervilliger özünün ikinci sendviçini götürdü, bir neçə
saniyə baxdı və yenə qaytarıb masanın üstünə qoydu.
– Əgər biz doğrudan da bu dəliliyi etməyə qərar verəsiyiksə, –
deyə Harri dilləndi, – onda düĢünürəm ki, mənim “pikap”ımdan
istifadə edə bilərik. Onu maĢının arxasına otuzdurarıq. Həmin
saatlarda yollarda demək olar ki, heç kim olmur. Biz gecə yarısından
xeyli keçmiĢ bir vaxtdan danıĢırıq, elə deyilmi?
– Hə, – deyə mən təsdiq etdim.
– UĢaqlar, siz bir Ģeyi yaddan çıxarırsınız, – deyə Din dilləndi. –
Mən də bilirəm ki, o, “E” blokuna gəldiyi gündən özünü çox sakit
aparır, çarpayısında uzanmaqdan və bir də göz yaĢı tökməkdən baĢqa,
demək olar ki, heç nə eləmir, amma gəlin unutmayaq ki, o. bir qatildir.
Bir də o, çox nəhəngdir. Əgər o, Harrinin “pikap”ının kuzovundan
qaçmaq fikrinə düĢsə, onu dayandırmaq üçün bizim yeganə əlacımız
ona atəĢ açmaq olacaq. Belə bir nəhəngi dayandırmaq üçün isə çoxlu
güllə atmaq lazım gələcək, hətta 45 çaplı tapançadan belə. Tutalım, biz
onu güllə ilə vurub yıxa bilmədik, onda necə olsun? Ya da tutalım ki,
o, yenə kimisə öldürdü, bəs onda biz nə edəcəyik? Mən buna görə
iĢimi itirmək və ya türməyə düĢmək istəməzdim. Mənim arvadım və
öhdəmdə iki balaca uĢağım var, mən onların həyatlarını təmin
etməliyəm. Bundan əlavə, mən istəməzdim ki, baĢqa bir qız uĢağının
ölümünə görə mənim vicdanım daim əzab çəksin.
– Bu, baĢ verməyəcək, – mən dedim.
www.vivo-book.com
395
– Allah xatirinə, de görüm, sən bundan niyə belə əminsən, axı?
Mən cavab vermədim. Mən sözə haradan baĢlayacağımı
bilmirdim. Əlbəttə, mən bilirdim ki, belə bir sual ortaya çıxacaq, lakin,
bununla belə, öz bildiklərimi onlara danıĢmaq üçün nədən
baĢlayacağımı bilmirdim. Brutus dadıma çatdı.
– Sən onun qatıl olduğunu düĢünmürsən, düz demirəmmi, Pol? –
deyərək Brutus Ģübhə ilə mənə baxdı. – Sən düĢünürsən ki, o, yekəpər
əbləhin heç bir günahı yoxdur.
– Hə, məncə, onun günahı yoxdur, o məsumdur.
– Allah xatirinə, de görüm, niyə belə düĢünürsən ,axı?
– Buna iki səbəb var, – deyə mən cavab verdim. – Onlardan biri
mənim ayaqqabımdır. – Mən masaya tərəf əyilərək söhbətimə
baĢladım.
Beşinci Hissə
GECƏ SƏYAHƏTĠ
www.vivo-book.com
396
1
Cənab H. G. Uels bir dəfə zaman maĢını ixtira etmiĢ bir adam
haqqında hekayə yazmıĢdı. Mən birdən baĢa düĢdüm ki, öz
memuarlarımı yazmaqla mən də öz zaman maĢımımı yaratmıĢdım.
Uelsin maĢınından fərqli olaraq mənimki yalnız keçmiĢə – 1932-ci ilə
səyahət edə bilərdi, əgər lap dəqiq desək, mən Ģtatın Kold Mauntindəkı
həbsxanasının “E” blokunda baĢ nəzarətçi iĢlədiyim vaxtlara, özü də,
nə qədər qəribə də olsa, heç bir problemsiz-zadsız. Bununla belə, bu
maĢın mənə həmin günlər istifadə elədiyim köhnə “ford”umu
xatırladır: dəqiq bilirsən ki, haçansa mühərrik iĢə düĢəcək, lakin dəqiq
bilmirsən ki, bunun üçün açarı burmaq kifayət edəcək, yoxsa
mühərriki iĢə salmaq üçün maĢından düĢüb qolu qırılanacan əyri dəmir
dəstəyini fırlatmalı olacaqsan.
Con Koffi haqqındakı hekayəmi söylənməyə baĢladığım vaxtdan
bu yana mənim maĢınım bir neçə dəfə açarı burar-burmaz iĢə
düĢmüĢdü, amma dünən mən əyri dəmir dəstəyini fırlatmalı
olmuĢdum. Məncə, bu ona görə olub ki, öz hekayəmin Delakruanın
edamı ilə bağlı olan hissəsinə çatmıĢam və mənim Ģüurumun bir
hissəsi hələ də sakitləĢmək istəmir. Bu çox qorxunc bir ölüm idi,
www.vivo-book.com
397
dəhĢətli bir ölüm və bunun səbəbkarı Persi Uetmor – saçlarını
daramaqdan həzz alan, amma kiminsə ona gülməsinə, hətta baĢı yarıya
qədər dazlaĢmıĢ və milad bayramını görməyəcək balaca fransızın ona
gülməsinə dözümü olmayan bir gənc adam – olmuĢdu.
Bütün çirkli iĢlərdə olduğu kimi, iĢin ən çətin hissəsi hələ yenicə
baĢlamıĢdı. Mühərrik üçün fərqi yoxdur, sən onu açarla iĢə salırsan,
yoxsa əyri dəmir dəstəyini fırlatmaqla; iĢə düĢdükdən sonra o, hansı
üsulla iĢə salınmasından asılı olmayaraq, normal iĢləyir. Dünən də
mənim baĢıma elə bu gəlmiĢdi. Əvvəlcə, söhbət qırıq-qırıq ifadə və
sözlərlə, sonra bütöv cümlələrlə, sonra isə aĢıb-daĢan bir axın kimi
davam elədi. Mən aĢkar etdim ki, yazmaq, nəyisə xatırlamağın xüsusi
və bir az da hürküdücü bir növüdür, bu prosesdə insanı vəcdə gətirən
nəsə bir Ģey var. Bəlkə də məni belə düĢünməyə vadar edən, həddən
artıq qocalmağımdı (bunun necə baĢ verdiyini mən heç hiss
eləməmiĢdim), amma mən belə düĢünmürəm. Məncə, qələmlə
xatirələrin birləĢməsi möcüzəyə bənzər bir Ģey yaradır və bu
möcüzənin özü də təhlükəlidir. Con Koffini tanıyan, onun insanlara və
siçanlara nə edə bildiyini öz gözü ilə görmüĢ bir adam kimi mən nə
danıĢdığımı yaxĢı baĢa düĢürəm.
Möcüzə təhlükəlidir.
Ġstənilən halda, dünən mən bütün günü yazmaqla məĢğul
olmuĢdum və sözlər elə bil, içimdə aĢıb-daĢaraq bayıra axırdı. Bu
qocalar evinin solariumu yavaĢ-yavaĢ silinərək gözdən itir və onun
Dostları ilə paylaş: |