www.vivo-book.com
390
əlimizdən bir Ģey gəlməzdi, lakin əllərimizi batırdığımız bu çirkabı
necəsə yuyub təmizləmək üçün bəlkə də hələ gec deyildi.
– Mənim getdiyim kilsədə bunu müvazinət yaratmaq deyil,
günahlarını yumaq adlandırırlar, – mən dedim. – Lakin, məncə, hər iki
sözün mənası eyni anlama gəlir.
– Sən doğrudanmı düĢünürsən ki, Koffinin bir köməyi dəyə
bilər? – Din mülayim və xilaskar bir səslə soruĢdu. – Sadəcə... nə?...
onun beyindəki ĢiĢi əmib çıxaracaq? Sanki... elə bil, bu ĢiĢ deyil,
Ģaftalı çəyirdəyi imiĢ?
– Məncə, o bunu edə bilərdi. Əlbəttə, mən tam əmin deyiləm,
lakin onun mənə... və Mister Cinqlza elədiklərindən sonra...
– Hə, Mister Cinqlz xurd-xəĢil olmuĢdu, – deyə Brutus təsdiq
elədi.
– Səncə, o, kömək eləməyə razılıq verərmi? – deyərək Harri
fikrə daldı.
– Əgər bacaracağı bir iĢsə, demək razı olacaq, – mən dedim.
– Niyə? Axı Koffi onu heç tanımır!
– Çünki o, baĢqa Ģey bacarmır, bu onun iĢidir. Ona gərə ki, Allah
onu bunun üçün yaradıb.
Brutus nəzərlərini ətrafda gəzdirdi, sanki bu hərəkəti ilə
aramızda kiminsə çatıĢmadığını bizə baĢa salmağa çalıĢırdı. –
– Bəs Persi necə olsun? Sən elə bilirsən o, kənardan durub
sakitcə bizə baxacaq? – deyə o məndən soruĢdu və mən fikrimdə Persi
www.vivo-book.com
391
ilə bağlı qurduğum planı onlara danıĢdım. Mən söhbəti bitirəndə, Harri
ilə Din təəccüblərindən gözləri bərəlmiĢ halda mənə baxırdılar,
Brutusun üzündə isə mənim söylədiklərimə valeh olduğunu göstərən
bir təbəssüm vardı.
– Çox dəlisov bir plandır, Pol qardaĢ – deyə o dilləndi. – Məni
lap heyrətə saldı!
– Hə, lap əla iĢ olacaq! – Din az qala pıçıltı ilə dedi, sonra
gülərək uĢaq kimi əllərini bir-birinə vurdu. – Hə, uĢaqlar, deyirəm
atları yəhərləyin, hey-eyyy-hey-eyy! – Yadınıza salmaq istəyirəm ki,
mənim planımın Persi haqqında olan bu hissəsi ilə bağlı Dinin öz
maraqları vardı, çünki Persinin bacarıqsızlığı ucbatından Din az qala
həyatını itirəcəkdi, yəqin xatirinizdədir, Persi mal kimi yerində
dayanıb, sadəcə, baxırdı.
– Hə, bunu bildik, bəs sonra? – Harri dedi. O, qaĢqabaqlı olsa da
gözləri onun içindəkiləri büruzə verirdi: onun gözlərində parıltı vardı,
bir Ģeyə inandırılmasını arzulayan adamın gözlərində olduğu kimi. –
Bəs sonra nə olacaq?
– Belə bir atalar sözü var, “ölülər sirr verməzlər”, – deyə Brutus
mırıldandı və mən onun zarafat etdiyinə əmin olmaq üçün cəld onun
üzünə baxdım.
– DüĢünürəm ki, o, dilini dinc saxlayacaq, – deyə mən cavab
verdim.
www.vivo-book.com
392
– Eləmi? – deyərək Din Ģübhə ilə mənə baxdı. O, eynəyini
çıxarıb ĢüĢələrini silməyə baĢladı. – Onda məni buna inandır.
– Birincisi, o, əslində, nə baĢ verdiyini bilməyəcək, çünki bizi öz
arĢını ilə ölçəcək və bunun, sadəcə, bir zarafat olduğunu düĢünəcək.
Ġkincisi və daha vacibi, o bu haqda kiməsə bir söz deməyə qorxacaq.
Mən elə hər Ģeyi bu məqama görə hesablamıĢam, buna arxayınam. Biz
ona deyəcəyik ki, əgər o, məktublar yazmaq və telefon zəngləri
eləmək fikrinə düĢsə, onda biz də məktublar yazmalı və telefon
zəngləri etməli olacağıq.
– Hə, edam haqqında, – deyə Harri tez dilləndi.
– Bir də, Uorton Dinə hücum edəndə, onun qorxusundan
quruyub mal kimi baxması haqqında, – deyə Brutus əlavə etdi. –
Məncə, Persinin ən çox qorxduğu Ģey insanların bu haqda
öyrənməsidir, – deyərək o, fikirli-fikirli baĢını yırğaladı. – Bu, iĢimizə
yarıya bilər. Amma Pol... səncə, Koffini missis Mursun yanına
aparmaqdansa, missis Mursu buraya gətirmək daha yaxĢı olmazdımı?
Biz elə sənin dediyin üsulla Persini zərərsizləĢdirə bilərdik, sonra da
Koffini missis Mursun yanına aparmaq əvəzinə, missis Mursu
tuneldən keçirərək buraya gətirərdik.
Mən baĢımı buladım.
– Biz bunu edə bilmərik. Bundan sonra min il də yaĢasaq, bunu
edə bilmərik.
– Rəis Mursa görə?
www.vivo-book.com
393
– Məhz ona görə. O, elə inadkardır ki, dirəĢərsə, ġübhəkar
Fomadan Janna d’Ark düzəldər. Əgər Koffini onun evinə aparsaq, biz
onu qəfil yaxalamıĢ olarıq və bəlkə o, karıxıb Koffinin bu iĢə heç
olmasa cəhd eləməsinə razı olar. Əks təqdirdə...
Ora getmək üçün biz, səncə hansı maĢından istifadə etməliyik? –
deyə Brutus maraqlandı.
– Mən, əvvəlcə, bizim furqonu götürmək haqqında düĢünürdüm,
amma sonra fikrimdən vaz keçdim, çünki onunla biz nəzər-diqqəti
çəkmədən həbsxananın həyətindən çıxa bilmərik. Bir də ki iyirmi mil
radiusda hamı bu maĢını yaxĢı tanıyır. Məncə mənim “ford”umu
götürsək daha yaxĢı olar.
– Bir də düĢün – deyərək Din barmağı ilə eynəyini ehmalca
yuxarı qaldırdı. – Sən Con Koffini lüt soyundurub onun bədəninə
donuz piyi də sürtsən və dabançəkəndən də istifadə eləsən, onu öz
maĢınına mindirə bilməzsən. Sənin gözlərin ona elə öyrəĢib ki, onun
necə nəhəng bir adam olduğunu artıq görmürsən.
Mənim bu sözə verəcək cavabım yox idi. Həmin səhər mənim
diqqətimin böyük bir hissəsi Persi probleminin üzərində, qalan hissəsi
isə bizim üçün daha balaca problem olan Azğın Billi Uortonun
üzərində cəmləĢmiĢdi. Mən yalnız indi baĢa düĢmüĢdüm ki, bizim
nəqliyyatla bağlı problemimiz mənim düĢündüyümdən daha mürəkkəb
imiĢ.
Dostları ilə paylaş: |