www.vivo-book.com
374
Bu dəfə mən yuxuda ikən onun nə demək istədiyini dəqiq baĢa
düĢdüm.
8
Ertəsi gün səhər saat doqquzda, mən mətbəxdə artıq üçüncü
fincan qəhvəni içərkən (arvadım mənə bir söz deməsə də, qəhvə
fincanını mən verəndə onun üzündəki ifadədən məni üçüncü fincan
qəhvə içməyimdən narazı olduğunu baĢa düĢmüĢdüm), telefonumuz
zəng çaldı. Dəstəyi qaldırmaq üçün mən dəhlizə keçdim və dəstəyi
qulağıma yaxınlaĢdıranda, Mərkəzdəki telefonçu qızın kiməsə “sizin
xəttiniz məĢğuldur” dediyini eĢitdim. Sonra mənə sabahımın xeyirlərə
açılmasını diləyərək xətdən ayrıldı... Belə güman edirəm ki, bu telefon
stansiyası ilə heç nəyi dəqiq bilmək mümkün deyil.
Telefonda Hal Mursun səsini eĢidəndə, mən sarsıldım. Titrək və
xırıltılı, onun səsi səksən yaĢlı bir adamın səsi kimi çıxırdı. Birdən
ağlıma gəldi ki, nə yaxĢı dünən tuneldə Körtis Anderson ilə iĢimiz
yolunda getdi, nə yaxĢı ki, o da Persi haqqında bizimlə eyni fikirdədir,
www.vivo-book.com
375
çünki indi telefonda danıĢdığım bu adam çətin ki, Kold Mauntində bir
gün belə iĢləməyə qalardı.
– Pol, mən baĢa düĢürəm ki, dünən sizin problemləriniz olub.
Onu da baĢa düĢürəm ki, bu problemlərin yaranmasında bizim
dostumuz mister Uetmorun da barmağı olub.
– Hə, bəzi problemlərimiz oldu, – deyə dəstəyi qulağıma sıxaraq
və boynumu mikrofona tərəf uzadaraq mən razılaĢdım, – lakin iĢ icra
edilib. Vacib olan da budur.
– Hə, əlbəttə.
– SoruĢa bilərəmmi bunu sənə kim deyib? – “Bunu bilim ki,
onun quyruğuna vedrə bağlayım” – deyə düĢünsəm də, ona demədim.
– SoruĢmağına soruĢarsan, amma bu məsələnin sənə dəxli
olmadığına görə, yaxĢısı budur mən ağzımı bərk tutum. Lakin mən bir
məlumat, ya da təcili bir iĢin olub-olmadığını öyrənmək üçün ofisimə
zəng edəndə, mənə çox maraqlı bir Ģey dedilər.
– Eləmi?
– Hə. Belə baĢa düĢdüm ki, iĢ yerini dəyiĢmə haqqında ərizə
mənim masamın üstündədir. Persi Uetmor mümkün olduqca qısa
zamanda Briar Ricə köçürülməsini istəyir. Deyəsən, dünənki gecə
növbəsi hələ baĢa çatmamıĢ, o bu ərizə formasını doldurub, sən necə
düĢünürsən?
– Sənin dediyindən elə çıxır, mən də elə anladım, – deyə mən
razılaĢdım.
www.vivo-book.com
376
– Adi halda mən bu iĢlə məĢğul olmağı Körtisə tapĢırardım,
amma... amma “E” blokundakı abı-havanı nəzərə alaraq, Hannadan
nahar fasiləsində ərizəni mənə Ģəxsən özünün gətirməsini xahiĢ etdim.
O da lütfkarlıq edərək razılaĢdı. Mən ərizəni təsdiq edib nəzarətdə
saxlayacağam ki, o elə bu gün Ģtatın paytaxtına çatdırılsın. Güman
edirəm ki, sən bir aydan gec olmayaraq qapıdan çıxan Persinin
kürəyini görəcəksən. Bəlkə də daha tez.
O, güman edirdi ki, mən bu xəbərdən sevinəcəyəm, əlbəttə ki,
belə düĢünməyə onun haqqı vardı. O, Persinin öyündüyü əlaqələri ilə
də yarım ilə çəkə biləcək bu prosesi sürətləndirmək üçün öz arvadına
qulluğa sərf etməli olduğu zamanın bir hissəsini ayırmıĢdı. Bütün
bunlara baxmayaraq, bu xəbəri eĢidəndə mənim ürəyim düĢdü. Bir ay!
Bəlkə də bunun indi elə də əhəmiyyəti yoxdur. Tamamilə təbii bir arzu
olan gözləmək və təhlükəli cəhdi təxirə salmaq əvəzinə, mən indi çox
təhlükəli ola biləcək bir iĢ haqqında düĢünürdüm. Bəzən, elə indiki
halda olduğu kimi, cəsarətini itirməzdən əvvəl tullanmaq daha
yaxĢıdır. Əgər istənilən halda, biz hələlik Persi ilə təmasda olmalıyıqsa
(mən həmiĢə ümid etmiĢəm ki, baĢqalarını özümün bu dəlisov
planımda iĢtiraka sövq edə biləcəyəm – baĢqa sözlə, hər zaman güman
etmiĢəm ki, bu iĢdə mən yox, biz anlayıĢı var), onda bu iĢi elə bu gecə
də etmək olar.
www.vivo-book.com
377
– Pol? Sən oradasanmı? – onun səsi bu dəfə bir az asta eĢidildi,
deyəsən, o özü ilə danıĢdığını zənn etmiĢdi. – Zibil, deyəsən, xətt
kəsildi.
– Yox, mən buradayam, sənə qulaq asıram, Hal. Bu, çox gözəl
xəbərdir.
– Hə, – deyərək o, razılaĢdı və mən yenə onun səsinin necə
qocaldığına təəccübləndim. Bir təhər – zəif və gücsüz. – Hə, indi sənin
nə düĢündüyünü bilirəm.
“Yox, bilmirsən, rəis” – deyə düĢündüm, – “bundan sonra
milyon il də yaĢasan, mənim nə düĢündüyümü tapa bilməzsən”.
– Sən düĢünürsən ki, bizim gənc dostumuz Con Koffinin
edamında da burada olacaq. Yəqin bu belə də olacaq – məncə, Koffi
ġükran Günündən əvvəl edam ediləcək – lakin sən Persini arxaya,
aparat otağına qoya bilərsən. DüĢünürəm ki, heç kim buna etiraz
eləməz, elə Persinin özü də.
– Mən sən deyən kimi də edərəm, – deyə onunla razılaĢdım. –
Hal, Melinda necədir?
Xətdə uzun bir fasilə yarandı, elə uzun bir fasilə ki, əgər onun
nəfəsinin səsini eĢitməsəydim, elə düĢünərdim ki, əlaqə kəsilib. Bu
dəfə o, danıĢmağa baĢlayanda onun səsi bir az da asta çıxırdı.
– O çökür.
Çökür, insanın qanını damarlarında donduran bu sözü köhnə
dəbli insanlar ölüm ayağında olan birisi haqqında deyil, həyatla
Dostları ilə paylaş: |