www.vivo-book.com
362
fınxıraraq sözə baĢladı. – Bir izah eləyin görüm, axı orada nə baĢ
verdi?
– Edam, – deyə Brutus sakit bir səslə cavab verdi. Məncə, onun
belə sakit tərzdə verdiyi cavab Andersonu karıxdırdı, amma məni
təəccübləndirmədi, ən azından o qədər də təəccübləndirmədi; Brutus
mövzunu həmiĢə ustalıqla dəyiĢə bilirdi. – Özü də müvəffəqiyyətli
edam.
– Allah xatirinə, deyin görüm, sabit cərəyan altında edilmiĢ bu
abortu müvəffəqiyyətli edam adlandırmağa sizin necə diliniz gəlir?
Aman Allah, edama Ģahidlik etmiĢ müĢahidəçilərin gözünə bəlkə də
bir ay yuxu getməyəcək! O, yoğunəndamlı qoca isə bəlkə də bir il yata
bilməyəcək!
Brutus əli ilə arabanı və orada mələfənin altına qoyulmuĢ meyiti
göstərdi.
– O ölüdür, elə deyilmi? Sizin müĢahidəçilərə gəlincə, onların
çoxu sabah axĢam öz dostlarına deyəcəklər ki, yüksək ədalət öz yerini
tapdı: Delakrua bir neçə insanı diri-diri yandırmıĢdı və ona görə biz
də, onun özünü diri-diri yandırdıq ki, ədalət yerini tutsun. Balaca bir
düzəliĢ ondan ibarət olacaq ki, onlar bunun bizim etdiyimizi
deməyəcəklər. Onlar deyəcəklər ki, bu, Allahın iradəsi idi və biz isə
sadəcə, Onun iradəsinin icraçıları. Bəlkə də, bu fikridə həqiqət payı da
var. Ən maraqlısının nə olduğunu bilmək istəyirsinizmi? Ən, ən, ən
maraqlısı? Onların dostları orada bütün baĢ verənləri öz gözləri ilə
www.vivo-book.com
363
görmədikləri üçün onlara həsəd aparacaqlar. – Sonuncu sözü deyərkən
o, Persiyə eyni zamanda həm nifrət, həm də riĢxəndlə baxdı.
– Əgər onların lələkləri bir azca əzilibsə, ondan bizə nə? – deyə
Harri soruĢdu. – Bu iĢdəiĢtirak etmələri üçün onlar öz xoĢları ilə
razılaĢıblar, heç kim onları buna məcbur eləməyib.
– Mən süngərin isladılması lazım olduğunu bilmirdim, – deyə
Persi qeyri-təbii bir səslə təkrar etdi. – MəĢqlər zamanı süngər həmiĢə
quru olurdu.
Din ona açıq-aĢkar nifrətlə baxdı.
– Birisinin sənə iĢəməkdən əvvəl unitazın qapağını qaldırmaq
lazım olduğunu deyənə qədər sən neçə il onun oturacağının üstünə
iĢəmisən? – deyə Din nərildədi.
Persi elə ağzını açıb cavab vermək istəyirdi ki, mən ona ağzını
bağlamasını əmr etdim. Nə qədər təəccüblü olsa da, o mənim əmrimə
iatət etdi. Mən Andersona tərəf döndüm.
– Körtis, hər Ģeyi korlayan Persidir – bax, bu baĢ verib, hər Ģey
açıq-aĢkar ortadadır. – Mən onun etiraz edəcəyini gözlədiyimdən, ona
tərəf dönərək meydan oxuyurcasına düz onun gözlərinin içinə baxdım.
Amma o, etiraz etmədi, yəqin mənim gözlərimdəki ifadədən baĢa
düĢdü ki, bunu etmək onun üçün yaxĢı olmaz. Çünki o da baĢa
düĢməliydi ki, Andersonun hər Ģeyin qərəzlə edildiyini
öyrənməsindənsə, bunun axmaq bir səhv nəticəsində baĢ verdiyini
eĢitməsi Persi üçün daha sərfəlidir. Bundan əlavə, bu tuneldə
www.vivo-book.com
364
söylənilən heç bir sözün elə də böyük əhəmiyyəti yox idi. Persi
Uetmorların dünyasında əhəmiyyət daĢıyan bir Ģey vardı, o da vacib
insanlara yazılı, ya da Ģifahi Ģəkildə hansı məlumatlar, özü də hansı
tərzdə çatdırılacaqdı. Persilərin dünyasında vacib olan Ģey bunun
qəzetlərə hansı Ģəkildə düĢəcəyi idi.
Anderson nəzərlərini tərəddüdlə bizim beĢimizin də üzündə
gəzdirdi. O, hətta Delə də baxdı, lakin Del artıq danıĢmırdı.
– Məncə, iĢlər bundan da pis ola bilərdi, – deyə nəhayət,
Anderson dilləndi.
– Hə, düz deyirsən, – deyə mən onun sözünü təsdiqlədim. – O,
hələ də sağ qalmıĢ ola bilərdi.
Körtis çaĢqınlıqla gözlərini döydü: deyəsən, bu fikir heç onun
ağlına gəlməmiĢdi.
– Sabah səhər tezdən bütün baĢ verənlər haqqında müfəssəl
hesabat mənim masamın üstündə olmalıdır. – o dedi. – Və mən
həbsxananın rəisi Mursla danıĢmamıĢ, sizlərdən heç kim ona bircə
kəlmə də deməməlidir. DanıĢdıqmı?
Hamımız birlikdə həvəslə baĢımızı yırğaladıq. Əgər bütün baĢ
verənlər haqqında həbsxananın rəisinə Anderson özü məlumat vermək
istəyirsə, qoy elə də olsun, biz etiraz etmirik.
– Əlbəttə, o cızma-qaraçılar öz qəzetlərində bu haqda yazıb
hamıya car çəkməsələr...
www.vivo-book.com
365
– Onların bu haqda yazacaqlarını düĢünmürəm, – deyə mən
dilləndim. – Əgər onlar bir Ģey yazmağa cəhd eləsələr, qəzetlərin
redaktorları bu yazıları çapa buraxmazlar. Ailə arasında oxunması
üçün çox dəhĢətli mövzudur. Heç yazmağa cəhd edəcəklərini də
düĢünmürəm, çünki bu gecə onların arasında yeni heç kim yoxdu,
hamısı bu iĢin veteranları idilər. Bəzən iĢlər tərs də gedə bilər. Bunu
bizim bildiyimiz kimi, onlar da baĢa düĢürlər.
Anderson mənim dediklərimi bir müddət düĢünəndən sonra
razılıqla baĢını yırğaladı. Adətən, gülərüzlü olan bu adam bu dəfə
üzündə nifrət ifadəsi ilə Persiyə tərəf döndü.
– Sən balaca və murdar əclafsan, – o dedi, – və səni görən
gözüm yoxdu. Persinin üzündə təəccüb ifadəsi ilə ona baxmasının
cavabında, o, sadəcə, baĢını yırğaladı. – Əgər sən özün kimi ağciyər
dostlarına burada baĢ verənlər haqqında bir söz belə desən, dəvə
incəlib iynənin boğazından keçənədək mən bunu inkar edəcəyəm və
bu gördüyün uĢaqlar da mənim tərəfimdə olacaqlar. Sən özünü zibilə
salmısan, övlad.
O çevrildi və pilləkənlər ilə yuxarı qalxmağa baĢladı. Mən onun
dörd pillə qalxmasına qədər gözlədim və sonra dedim:
– Körtis?
O, dinməzcə geri döndü və qaĢlarını çataraq sualedici nəzərlərini
mənə zillədi.
Dostları ilə paylaş: |