www.vivo-book.com
354
onu nə infarkt, nə də insult vurmuĢdu. Lap yaxĢı. Lakin Brutus Persiyə
heç də yaxĢı nəzərlərlə baxmırdı.
– Cəld ol, tunelə en və arabanın yanında bizi gözlə, – deyə mən
Persiyə əmr etdim.
Persi udqundu.
– Qulaq as, Pol, mən bilmirdim ki...
– Yum ağzını. Tunelə en və arabanın yanında bizi gözlə. Cəld ol.
O, yenə də udqundu, udqunmaq ona ağrı verirmiĢ kimi üz-
gözünü turĢutdu və sonra pilləkənlərə, oradan da tunelə aparan qapıya
tərəf yönəldi. O, boĢ ödsöndüqrəni də qucağında uĢaq kimi tutaraq özü
ilə apardı. Din onun yanından keçərək əlində stetoskop ilə mənim
yanıma gəldi. Mən stetoskopu Dinin əlindən alıb onun qulaqcıqlarını
qulağıma taxdım. Mən əsgərlikdə olarkən stetoskopdan istifadə
eləmiĢdim. Bu da velosiped kimidir, bir dəfə öyrəndinsə, heç vaxt
unutmursan.
Mən Delakruanın sinəsindəki köpüyü silərək təmizlədim, sonra
boğazıma qədər gələn qusmanı udmaq üçün bir qədər əlləĢməli oldum,
çünki onun bədəninin böyük bir hissəsinin dərisi biĢmiĢ ətin üstündən
soyularaq çıxdı, elə bil ... hə, siz mənim nə demək istədiyimi baĢa
düĢdünüz. BiĢmiĢ hind xoruzunun dərisi kimi.
– Aman Tanrım. – Səsini tanımadığım birisi arxamda az
qalmıĢdı ki, hönkürərək ağlasın. – Bu həmiĢəmi belə olur? Niyə bunu
www.vivo-book.com
355
mənə deyən olmadı? Əgər bunun belə dəhĢətli olduğunu bilsəydim,
bura heç ayağımı basmazdım!
“Çox gecikmisən, dostum” – deyə düĢündüm.
– O, adamı buradan bayıra çıxarın, – deyə mən Dinə, Brutusa ya
da məni eĢidə biləcək istənilən birisinə söylədim. Mən bunu
Delakruanın tüstülənən dizlərinə qusmadan danıĢa biləcəyimə əmin
olandan sonra deməyə cürət etmiĢdim. – Hamını qapıya tərəf aparın.
Mən bacardığım qədər özümü tox tutmağa çalıĢdım, sonra
stetoskopun dəyirmi üzünü Delakruanın sinəsində təmizlədiyim
qırmızımtıl-qara rəngli ət parçasının üstünə qoydum. Mən ona qulaq
asaraq Allaha dua edirdim ki, heç nə eĢitməyim və elə də oldu.
– O keçinib, – mən Brutusa dedim.
– Allaha Ģükürlər olsun!
– Hə, Allaha Ģükürlər olsun! Sən və Din xərəyi bura gətirin.
Gəlin onu tez açıb buradan çıxaraq.
5
www.vivo-book.com
356
Biz heç bir problemlə üzləĢmədən meyiti on iki pillə aĢağı
endirib arabaya yüklədik. Biz onu arabaya yükləyərkən mən onun
biĢmiĢ ətinin sümüklərdən ayrılacağından kabusdan qorxduğum kimi
qorxurdum, – o, lap Tut-Tutun dediyi biĢmiĢ hind xoruzuna
dönmüĢdü. Elə Tut-Tutun bu sözləri heç cür ağlımdan çıxmırdı –
lakin, əlbəttə ki, mənim qorxduğum Ģey baĢ vermədi.
Körtis Anderson yuxarıda qalıb müĢahidəçiləri sakitləĢdirirdi, ən
azından bunu etməyə çalıĢırdı və onun yuxarıda qalması Brutusun
bəxtindən idi, çünki Brutus arabanın önünə tərəf bir addım irəli gəlib
çaĢqınlığından yerində donaraq qalmıĢ Persini vurmaq üçün əlini
havaya qaldıranda, Körtis bunu görmədi. Mən onun qolunu havada
tutdum və bu onları hər ikisi üçün yaxĢı oldu. Persinin bəxti ona görə
gətirmiĢdi ki, Brutus elə bir qüvvə ilə zərbə endirməyə hazırlaĢarkən,
əgər mən onun qolunu tutmasaydım, Persinin baĢını uçuracaqdı.
Brutusun bəxti isə onda gətirmiĢdi ki, əgər onun zərbəsi hədəfə
dəysəydi, heç Ģübhəsiz, o öz iĢini itirəcək, üstəlik bəlkə də həbsxanaya
düĢəcəkdi.
– Yox, lazım deyil, – mən dedim.
– “Lazım deyil” nə deməkdir? – o, qəzəblə məndən soruĢdu. –
Sən necə yox deyə bilirsən axı? Sən ki onun nə elədiyini özün gördün!
Sən mənə nə demək istəyirsən? Sən ona imkan verəcəksən ki, onun
əlaqələri yenə onu qorusun? Bütün bu elədiklərindən sonra?
– Hə.
www.vivo-book.com
357
Brutus heyrətdən ağzı açılı halda mənə baxırdı, onun qəzəbli
gözləri nəmləndiyindən parıldayırdı.
– Mənə qulaq as, Brutus. Tutalım ki, sən onu vurdun, səncə,
əlimizə nə keçəcək? Çox ehtimal ki, hamımız iĢimizi itirəcəyik. Sən,
mən, Din, Harri, bəlkə elə Cek Van Hey də. Bil Doc dan baĢlayaraq,
qalanları bir və ya iki rütbə yüksələcəklər. Həbsxana komissiyası isə
bizim yerimizə küçədən üç, ya da dörd nəfər iĢsizi iĢə qəbul edəcək.
Bəlkə də sən öz həyatını davam etdirə biləcəksən, lakin... – Mən
barmağımla tağlı kərpic tavanından su damcılayan tuneldə dayanaraq
gözlərini məchul bir nöqtəyə zilləmiĢ Dini göstərdim. O, eynəyini bir
əlində tutub dayanmıĢdı və onun xarici görünüĢündən baĢa düĢmək
olurdu ki, o, heç də Persidən az sarsılmamıĢdı. – Bəs Din necə olsun?
Onun iki uĢağı var, birisi orta məktəbə gedir, o birisi isə bu yaxınlarda
məktəbə getməyə hazırlaĢır.
– Açıq danıĢ görüm, axı sən nə demək istəyirsən? – Brutus
kəmhövsələliklə soruĢdu. – Nədi, demək istəyirsən ki, biz onu yenə
cəzalandırmadan buraxaq?
– Süngəri islatmaq lazım olduğunu mən bilmirdim, – deyə Persi
asta və qeyri-təbii bir səslə mırıldandı. Əlbəttə ki, bu hekayəni o,
əvvəlcədən uydurub hazırlamıĢdı. Çünki ağrılı da olsa, zarafatsayağı
bir Ģeyin baĢ verəcəyini gözləyirdi, amma bunun əvəzində hamımızın
Ģahidi olduğumuz kəskin çevriliĢ baĢ vermiĢdi. – MəĢqlər zamanı
süngəri heç vaxt islatmırdıq.
Dostları ilə paylaş: |