www.vivo-book.com
342
tərəf baxmadı; nə Persi vedrəyə tərəf əyiləndə (o bunu elə bir tərzdə
edirdi ki, biz onun aĢağıda nə etdiyini görə bilməyək), nə də o, qəddini
düzəldib artıq içində qəhvəyi rəngli dəyirmi süngər olan dəbilqəni
əlində tutaraq Delə tərəf dönəndə. Brutus Delin üzünü qapayan
parçaya baxır, o, nəfəs alarkən qara ipək parçanın içəri sovrularaq
Delakruanın açıq ağzının cizgilərini büruzə verməsinə və nəfəsini
verərkən isə içi hava ilə dolub ĢiĢərək onun üzündən uzaqlaĢmasına
tamaĢa edirdi. Brutusun alnında və gicgahlarında iri tər damcıları gözə
çarpırdı. Əvvəllər, edam zamanı onun tərlədiyini heç vaxt
görməmiĢdim. Onun arxasında isə Din dayanmıĢdı, onun dalğın və
xəstə görkəmi vardı, üzündəki ifadəni görəndə, mənə elə gəldi ki, elə
bil ürəkbulanma tutmaları ilə mübarizə edirdi. O vaxt, sən demə, biz
hamımız nəyinsə yolunda olmadığını hiss edirmiĢik, bunu mən indi
baĢa düĢürəm. Sadəcə, məhz nəyin tərs getdiyini baĢa düĢmüĢük.
Persinin Cek Van Heyə verdiyi suallardan o vaxt heç birimizin xəbəri
yoxdu. Onun verdiyi sualların sayı çoxdu, amma düĢünürəm ki, o
sualların böyük əksəriyyəti onun əsil niyyətini gizlətmək üçün
verilmiĢdi. Məncə Persini maraqlandıran bircə Ģey vardı, o da süngər
idi. Süngərdən istifadənin məqsədi. O nə üçün lazım idi. Nə üçün
süngəri duzlu suda islatmaq lazımdır... və əgər onu islatmasan, nə baĢ
verər.
Əgər süngər quru qalsa, nə olar.
www.vivo-book.com
343
Persi dəbilqəni Delakruanın gözünün üstünə qədər basaraq
geyindirdi. Balaca fransız dartındı və yenə inildədi, özü də bu dəfə
daha ucadan. MüĢahidəçilərdən bəziləri öz qatlanan stullarında
narahatlıqla qurcalandılar. Persinin dəbilqənin bağını məhkumun
çənəsinin altında bərkitməsinə yardım etmək üçün yarım addım irəli
çıxanda, o, əlinin kəskin bir hərəkəti ilə Dinə “kənara çəkil” iĢarəsini
verdi. Növbəti göy gurultusunun səsi anbar otağının damını
silkələyəndə, Din yüngülcə belini donqarlaĢdıraraq və səksənərək geri
çəkildi. Bu dəfə göy gurultusundan sonra, damın örtüyünə çırpılan
yağıĢ damcılarının səsi eĢidildi. YağıĢ elə Ģırıltı ilə yağırdı ki,
damcıların səsi elə güclü idi ki, sanki kimsə ovcuna qoz doldurub
paltaryuyan taxtanın üstünə atırdı.
Siz yəqin insanların “damarımda qanım dondu” ifadəsini
iĢlətdiklərini eĢitmisiniz, elə deyilmi? Əlbəttə eĢitmisiniz. Hamımız bu
ifadəni eĢitmiĢik. Mən ömrümdə bir dəfə, qulaqbatırıcı göy
gurultularının səmanı yarmağa çalıĢdığı həmin o gecə, 1932-ci ilin
Oktyabr gecəsindən səhərə bir neçə saniyə keçmiĢ, bu hissi öz içimdə
hiss etmiĢəm. Məni bu hissi yaĢamağa məcbur edən üzünə maska
taxılmıĢ, baĢına dəbilqə geydirilmiĢ, əlləri və qolları qandallanmıĢ və
Old Sparkinin qucağında oturmuĢ balaca adamın yanından
uzaqlaĢarkən, Persinin üzündəki zəhərli zəfər ifadəsi deyildi; mən
bunu görməli, sezməli idim, amma nə gördüm, nə də sezdim.
www.vivo-book.com
344
Dəbilqənin altından Delakruanın yanaqları ilə su axmırdı. Elə həmin
məqamda mən hər Ģeyi baĢa düĢdüm.
– Eduard Delakrua, – deyə Persi sözə baĢladı. – Ġndi sənin
bədənindən elektrik cərəyanı keçiriləcək və Ģtatın qanunvericiliyinə
müvafiq olaraq, siz ölənə qədər bu davam edəcək.
Mən içimdə elə əzabla Brutusa tərəf baxdım ki, bir vaxtlar mənə
cəhənnəm əzabı verən sidik yolunun infeksiyası indi mənə, sadəcə,
əzilmiĢ barmaq kimi göründü. “Süngər isladılmayıb!” – deyə mən səs
çıxarmadan dodaqlarım ilə ona deməyə çalıĢdım, amma heç nə baĢa
düĢməyərək baĢını buladı və yenə balaca fransızın üzündəki maskaya
baxmağa baĢladı. Fransız isə son bir neçə nəfəsini verib almaqla bu
qara ipək parçanı gah içəri sovurur, gah da çölə üfürürdü.
Mən əlimi Persinin dirsəyinə uzatdım, amma o, kənara çəkilərək
məndən uzaqlaĢdı və küt baxıĢlarla məni süzdü. Bu bir anlıq baxıĢ olsa
da, mən hər Ģeyi baĢa düĢmüĢdüm. Əlbəttə, sonra o öz yalanlarını və
yarımhəqiqətlərini danıĢacaqdı və vacib insanlar da onun dediklərinin
böyük əksəriyyətinə inanacaqdılar, amma mən onun gizlətdiyi
hekayəni artıq dəqiq bilirdim. Persi onu maraqlandıran bir Ģeylə
məĢğul olanda, çalıĢqan Ģagird olurdu. Biz bunun belə olduğunu
məĢqlər zamanı baĢa düĢmüĢdük. Yəqin o, Cek Van Heyə duzlu su ilə
isladılmıĢ süngərdən elektrik cərəyanını necə keçirdiyini və sonra onu
necə elektrik gülləsinə çevirərək düz beyinin içinə yönəltdiyini izah
edərkən ona diqqətlə qulaq asırmıĢ. Bəli, Persi nə etdiyini çox gözəl
www.vivo-book.com
345
baĢa düĢürdü. Mən, hətta onun sonralar etdiyi əməlin bu qədər dəhĢətli
olacağının onun ağlına belə gəlmədiyi haqqında dediklərinə az qala
inanmıĢdım da, amma yenə də onun etdiklərini yaxĢı əməllər və
niyyətlər siyahısına salmaq olmaz, düz demirəmmi? Mən bunun
mümkün olduğunu düĢünmürəm. Bununla belə, həbsxana rəisinin
köməkçisinin və ora toplaĢmıĢ bütün Ģahidlərin gözü önündə Cek Van
Heyə elektrik cərəyanını qoĢmamasını qıĢqırmaqdan baĢqa, edə
biləcəyim bir Ģey qalmamıĢdı. Əlavə beĢ saniyə vaxtım olsaydı, dəqiq
bilirəm ki, qıĢqıracaqdım da, lakin Persi mənə əlavə beĢ saniyəni də
vermədi.
– Qoy Allah özü sənin ruhuna rəhm eləsin, – deyə o, elektrik
stulunda oturub qorxusundan boğulmaq üzrə olan fransıza söylədi,
sonra isə elektrik stulunun arxasındakı pəncərəyə tərəf baxdı. Harri ilə
Cek pəncərənin arxasında dayanıb əmri gözləyirdilər. Cek bir əli ilə
üstündə “Meyblın saç qurudanı” yazılmıĢ elektrik açarından tutaraq
hazır dayanmıĢdı. Həmin pəncərədən sağ tərəfdə həkim dayanmıĢdı.
O, həmiĢə olduğu kimi dinməzcə və təmkinli bir Ģəkildə nəzərlərini
ayaqlarının arasında durmuĢ balaca qara çantasına zilləmiĢdi. –
Ġkincini qoĢ!
Əvvəlcə, qeyri adi heç nə baĢ vermədi, hər Ģey həmiĢə olduğu
kimi görünürdü – bircə uğultu həmiĢə olduğundan bir qədər – amma
sadəcə bir qədər – yüksək idi. Sonra, əzələləri sıxıldığından Delin
bədəni qeyri-ixtiyari irəli dartındı.
Dostları ilə paylaş: |