www.vivo-book.com
326
On ikinin yarısında Delakruanın kamerasına yaxınlaĢdım.
Brutusla Den isə məndən bir qədər arxada gəlirdilər. Del dizlərinin
üstündə Mister Cinqlzı tutaraq öz çarpayısının üstündə oturmuĢdu.
Siçan baĢını məhkuma tərəf uzatmıĢdı, onun muncuq gözləri isə düz
onun üzünə zillənmiĢdi. Delakrua barmaqları ilə Mister Cinqlzın
qulaqlarının arasını qaĢıyırdı. Delakruanın yanaqları ilə iri göz yaĢları
axırdı, deyəsən, siçan da gözlərini məhz bu göz yaĢlarına zilləmiĢdi.
Addım səslərimizi eĢidən Del baĢını qaldırıb bizə baxdı. Rəngi
qaçmıĢdı. Mən arxamda nə baĢ verdiyini görməsəm də, Con Koffinin
öz kamerasının qapısı yanında dayanıb bizi müĢahidə etdiyini hiss
etdim.
Açarlarımın metal qapıya toxunaraq çıxardığı cingiltini eĢidəndə
Delakrua səksəndi, amma soyuqqanlılığını qoruya bildi. Mən qıfılı
açıb qapını yana itələyəndə, o, hələ də qucağında tutduğu Mister
Cinqlzın baĢını tumarlamağa davam edirdi.
– Salam, boss Eckum, – deyə o məni salamladı. – Salam uĢaqlar.
Sən də uĢaqlara salam ver, Mister Cinqlz. – Lakin Mister Cinqlz
ovsunlanmıĢ kimi baĢı dazlaĢmağa baĢlamıĢ bu balaca adama baxmağa
davam edirdi, sanki onun yanaqları ilə axan göz yaĢlarının haradan
əmələ gəldiyini bilmək istəyirdi. Əlvan rəngli makara isə “Korona”
siqar qutusunun bir kənarına səliqə ilə qoyulmuĢdu və mən düĢündüm
ki, o, sonuncu dəfə ora qoyulub və bu fikirdən içimdə qəfil və kəskin
bir sancı hiss etdim.
www.vivo-book.com
327
– Eduard Delakrua məhkəmənin nümayəndəsi kimi...
– Boss Eckum?
Mən əvvəlcədən hazırlanmıĢ rəsmi nitqimə davam etmək
istədim, amma sonra fikrimi dəyiĢərək ondan soruĢdum:
– Nə məsələdi, Del?
O, siçanı mənə uzadaraq dedi:
– Alın, götürün! Elə eləyin ki, Mister Cinqlza heç bir xətər
dəyməsin.
– Del, düĢünmürəm ki, o mənimlə yaĢamaq istəsin. O bəlkə...
– Ġstəyir, o özü mənə dedi ki, istəyir. O mənə dedi ki, sənin
haqqında hər Ģeyi bilir, boss Eckum və o bilir ki, sən onu siçanların
tryuklar göstərdiyi Floridadakı o yerə aparacaqsan. O sənə etibar
elədiyini mənə söylədi. – O əlini bir az da irəli uzatdı və qoy Allah
mənim bəlamı versin, əgər siçan onun əlindən mənim çiynimə
keçmədisə. O elə yüngül idi ki, mən əynimdəki kiteldən onun
çiynimdə olduğunu hiss belə etmirdim, sadəcə, çiynimdə balaca bir
yerin isindiyini hiss edə bilirdim. – Boss? Bir də sizdən xahiĢim budur
ki, o əclafın bir də mənim siçanıma yaxınlaĢmasına yol verməyəsiniz.
O əclafın mənim siçanıma xətər yetirməsinə imkan verməyin.
– YaxĢı, Del, mən ona bu imkanı bir də vermərəm. – Məsələ
burasında idi ki, bəs indi, məhz indiki anda bu siçanla mən nə etməli
idim? Mən çiynimdə bir siçan oturduğu halda Delakruanı Ģahidlərin
önündən keçirib edama apara bilməzdim axı.
www.vivo-book.com
328
– Hələlik mən onu götürərəm, boss, – deyən kiminsə səsi
arxamda guruldadı. Bu səs Con Koffinin səsi idi və mənə qəribə gələn
isə onun bu təklifi məhz mənim bunu düĢündüyüm an verməsi oldu;
elə bil, Con Koffi fikrimdən keçənləri oxuya bilirdi. – Sadəcə, hələlik,
qısa müddətə, əlbəttə, əgər Del buna etiraz etmirsə...
Del rahatlanaraq baĢını yırğaladı.
– Hə, götür onu, Con, bu axmaqlıq baĢa çatana qədər, oldumu?
Sonra isə... – Onun nəzərləri yenə mənə və Brutusa tərəf döndü. – Siz
onu Floridaya aparacaqsınız. O Mausvilldi, nədir, ora.
– Hə, arxayın ol. Yəqin, Pol ilə birlikdə mən də gedərəm. – deyə
Brutus dilləndi və onun gözləri diqqətlə siçanın mənim çiynimdən
Koffinin bizə tərəf uzanmıĢ iri ovcuna keçməsini izlədi. Bunu edərkən
Mister Cinqlz nə etiraz etdi, nə də qaçmağa çalıĢdı, əksinə, Delin
əlindən mənim çiynimə keçdiyi kimi, böyük bir həvəslə Con Koffinin
əli ilə yuxarı dırmaĢdı.
– Bunun üçün biz yəqin öz məzuniyyətimizin bir hissəsini götürə
bilərik, düz demirəmmi, Pol?
BaĢımı yırğaladım. Del də baĢını yırğaladı, onun gözləri indi
aydınlaĢmıĢ, dodaqlarına isə güclə sezilən bir təbəssüm qonmuĢdu.
– Onun çıxardığı oyunlara tamaĢa etmək üçün insanlar on sent
ödəyəcəklər. UĢaqlar isə iki sent. Elə deyilmi, boss Hovell?
– Hə, elədir, Del, düz deyirsən.
www.vivo-book.com
329
– Sən yaxĢı adamsan, boss Hovell, – Del dedi. – Sən də, boss
Eckum. Siz hər ikiniz bəzən mənim üstümə qıĢqırırdınız, bəli, amma
yalnız buna zərurət olanda. Siz hamınız yaxĢı insanlarsız, bircə o
Persidən baĢqa. Çox istərdim ki, haradasa baĢqa bir yerdə sizinlə
görüĢə biləydim. Pis dövran, pis insanlar...
– Sənə bir söz deməliym, Del, – dedim. – Sənə deyəcəklərim bu
yola çıxmazdan öncə hər bir kəsə deməli olduğum sözlərdir. Elə də
böyük bir Ģey deyil, amma bu da mənim iĢimin bir hissəsidir.
Oldumu?
– Bəli, cənab, – deyə o, son dəfə Con Koffinin nəhəng çiynində
əyləĢmiĢ Mister Cinqlza baxdı və, – Au revour, mon ami (salamat qal,
dostum – fr.), – deyərək bərkdən ağlamağa baĢladı. – Je t'aime, mon
petit, (səni sevirəm, mənim balacam – fr.), – dedi və siçana hava ilə
öpüĢ göndərdi. Bəlkə də hava ilə göndərilən öpüĢ gülməli görünməli
idi, amma həmin vaxt bu bizə heç də gülməli gəlmədi. Gözlərim bir
anlıq Dinin baxıĢlarına tuĢ gəldi və mən dərhal nəzərlərimi ondan
yayındırdım. Din dəhliz boyu karser otağına tərəf baxırdı və onun
üzündə çox qəribə təbəssüm vardı. Mənə elə gəldi ki, o elə indicə zır-
zır ağlayacaq. Mənə gəlincə, “məhkəmənin rəsmi nümayəndəsi kimi”
sözləri ilə baĢlayaraq söyləməli olduğum nitqimi söylədim. Nitqimi
bitirəndən sonra Delakrua öz kamerasından son dəfə bayıra çıxdı.
– Bir dəqiqə ayaq saxla, dostum, – deyə Brutus əli ilə onun
qırxılmıĢ təpəsini, dəbilqənin geyindiriləcəyi yeri yoxladı. Sonra əli ilə
Dostları ilə paylaş: |