www.vivo-book.com
334
– YaxĢı, – deyərək mən düĢündüm ki, görəsən, iyirmi dəqiqə
sonra elektrik cərəyanının altında olanda da Allah ilə onun arasında bu
razılıq olacaqdımı? Mən ümid edirdim ki onun bu son duası eĢidilib və
Məryəm ana onun üçün bütün ruhu və ürəyi ilə dua edəcək, çünki
qadınları zorlayan və qatil Eduard Delakrua üçün həmin an əllərini
uzadıb çata biləcəyi bütün dualar çox əhəmiyyətli olacaqdı. Bayırda
yenə göy gurultusu eĢidildi. – Di tərpən, Del, daha az qalıb.
– YaxĢı, boss, yaxĢı gəlirəm. Çünki mən daha qorxmuram. O,
belə desə də, mən onun gözlərindən oxudum ki, – Allahla, ya Allahsız,
Müqəddəs Məryəmlə, ya da Müqəddəs Məryəmsiz – o yalan deyirdi.
YaĢıl xalının son metrlərini addayıb balaca qapıdan keçmək üçün
əyiləndə, demək olar ki, onların hamısının canına qorxu düĢür.
– Pilləkənin sonunda dayan, – deyə o, qapıdan keçəndə, mən
astadan onun qulağına pıçıldadım, əslində mən bunu etməli deyildim.
O, pilləkənlərin sonuna çatanda dayandı, özü də soyuqqanlı bir Ģəkildə
dayandı. Və orada onun ilk gördüyü Ģey platformanın üstündə
dayanmıĢ Persi Uetmor oldu. Onun bir ayağının yanında içində süngər
olan vedrə, sağ ombasının arxasından isə qubernator ilə rabitə üçün
divardan asılmıĢ qara telefon görünürdü.
– Yox, – deyərək Delakrua asta səslə inildədi. – Yox, yox, bircə
o olmasın!
– Durma, davam elə, – deyə Brutus dilləndi. – Sadəcə mənə və
Pola bax. Onun orada olduğunu isə unut.
www.vivo-book.com
335
– Bəs...
Ġnsanlar artıq çevrilib bizə baxırdılar, lakin mən hələ də öz
bədənimin yerini dəyiĢib onların gözlərinin görə bilməyəcəyi tərzdə
Delakruanın sol dirsəyindən tuta bilirdim.
– Özünü ələ al, – deyə mən astadan pıçıldadım. Mən bu sözləri
elə asta səslə dedim ki, məni yalnız Del və bəlkə də Brutus eĢidə
bilərdi. – Sənin haqqında bu insanların böyük əksəriyyətinin
xatırlayacağı bir Ģey var, o da sənin bu son anda özünü necə aparmağın
olacaq. Ona görə də, özünü layiqincə apar.
Həmin an baĢımızın üstündə indiyədək olan göy gurultularının
ən güclüsü eĢidildi. Bu səsin gücündən dəmir təbəqəli dam bərk
silkələndi. Persi qorxusundan yerindən dik atıldı, elə bil kimsə onu
qəfildən qorxuzmuĢdu. Bunu görən Del astadan gülərək qaqqıldadı.
– Əgər səs bir az da güclü olsaydı, yəqin o, yenə siyiyib Ģalvarını
batırardı. – deyə o dilləndi və çiyinlərini açaraq Ģax tutdu, baxmayaraq
ki, orada açılası elə də bir Ģey yox idi. Hə, gəlin gedək və bu iĢi bitirək.
Biz platformaya tərəf addımladıq. Del əsəbi baxıĢlarla Ģahidləri
süzdü. Onlar təxminən iyirmi beĢ nəfər olardılar. Lakin biz – Brutus,
Din və mən – öz gözlərimizi stuldan çəkmirdik. Mənim gözlərimə hər
Ģey normal görünürdü. Mən baĢ barmağımı və bir qaĢımı qaldıraraq
sual dolu nəzərlərimi Persiyə yönəltdim. Bunun cavabında isə Persi,
sadəcə, ağzının bir tərəfi ilə gülümsədi, sanki mənə demək istəyirdi ki
www.vivo-book.com
336
– “Hə, nədi, hər Ģeyin qaydasında olub-olmadığını bilmək istəyisən?
Əlbəttə ki, hər Ģey qaydasındadır.”
Mən onun haqlı olduğuna çox ümid edirdim.
Delakrua platformaya qalxanda, Brutusla mən qeyri-Ģüuri olaraq
onun dirsəklərindən tutduq. Platforma döĢəmədən təxminən iyirmi
santimetr hündür idi, lakin siz nə qədər təəccüblənsəniz də, bizim
məhkumların əksəriyyətinin, hətta ən sərt və qatı olanlarının belə, bu
platformaya qalxarkən, həyatlarının bu son addımını edərkən yardıma
ehtiyacı olduğunun Ģahidi olmuĢam.
Del bu addımı soyuqqanlılıqla atdı. O, bir müddət tərpənmədən
stulun önündə dayandı (qətiyyən Persiyə tərəf baxmadan), sonra isə
özünü təqdim edirmiĢ kimi uca səslə stula müraciət edərək dedi:
– C'est moi
1
.
Persi əlini ona uzadanda, Delakrua onun uzanmıĢ əlini
əhəmiyyət verməyərək özü çevrilib stula oturdu. Mən stulun sol
tərəfindən, Brutus isə sağında diz çokdük. Mən hekayəmin əvvəlində
təsvir etdiyim kimi mövqe alaraq qasığımı və boğazımı qoruyurdum.
Sonra isə buxovu onun ayağına elə bağladım ki, onun ağ və arıq qıçını
topuğundan bir qədər yuxarıdan tutsun. Yenidən çox güclü bir göy
gurultusu eĢidildi və mən səksəndim. Alnımdam axan tər damcıları
gözümə dolaraq acıĢdırırdı. Mən nədənsə, aramsız olaraq Mousvill
1
Bu mənəm.
www.vivo-book.com
337
haqqında düĢünürdüm. Orada jelatin ĢüĢələrin arxasından Mister
Cinqlza baxmaq üçün böyüklər on sent, kiçiklər isə iki sent ödəməli
olacaqdılar.
Tərslikdən buxovu heç cürə bağlamaq mümkün olmurdu. Mən
Delakruanın necə ağır-ağır və dərindən nəfəs aldığını eĢidirdim. Onun
ağciyərləri, sanki qəfəsdə çırpınan quĢ kimi hürkmüĢ ürəyinin
arxasınca yetiĢməyə çalıĢırdı, lakin təxminən üç-dörd dəqiqədən sonra
bu ciyərlər yanıb kömürə dönmüĢ torbalara çevriləcəkdi. Həmin an
onun altı nəfərin həyatına son qoyaraq qətlə yetirməsi faktı elə də
əhəmiyyətli bit Ģey kimi görünmürdü. Burada oturub xeyir və Ģər
haqqında nəsə söyləmək fikrində deyiləm, niyyətim, sadəcə, o zaman
nələr baĢ verdiyini sizə nağıl eləməkdir.
Din mənim yanımda yerə çömələrək pıçıltı ilə soruĢdu:
– Sənə nə olub, Pol?
– Mən bacarmıram... – deyə sözə baĢlamaq istəyirdim ki, birdən
buxov Ģaqqıldayaraq bağlandı. Deyəsən, buxov bağlananda,
Delakruanın dərisindəki qırıĢlardan birini də öz çənələrinin arasına
alıb sıxmıĢdı, çünki buxov bağlanan anda, o dartındı və astadan
inildədi. – BağıĢla, deyə ondan üzr istədim.
– Hər Ģey qaydasındadı, boss, – deyə Delakrua cavab verdi. –
Çox ağrıtmadı, bir azdan keçib gedər.
Brutus tərəfdəki buxovda elektrodlar da olduğundan, onun
bağlanmasına daha çox vaxt lazım gəlirdi və nəhayət, biz üçümüz də,
Dostları ilə paylaş: |