www.vivo-book.com
330
Delakruanın kürəyini Ģappıldadaraq baĢı ilə mənə hər Ģeyin
qaydasında olduğunu iĢarə etdi. – Ülgüclə qırxılan kimi sapsığallıdır.
Hə, indi gedə bilərik.
Bax beləcə, Eduard Delakrua YaĢıl Mil ilə özünün son səfərinə
çıxdı, göz yaĢları ilə tər bir-birinə qarıĢaraq onun yanaqları ilə aĢağı
süzülürdü, baĢının üstündə isə göy guruldayırdı. Brutus ölümə
məhkum edilmiĢin solunda, mən sağında gedirdik, Din isə bizim
arxamızda gəlirdi.
ġuster ata mənim kabinetimdə idi, baĢqa iki nəzarətçi –
Rinqqold və Battl isə otağın künclərində mövqe tutub vəziyyətə
nəzarət edirdilər. ġuster ata Delakruaya baxaraq gülümsədi və sonra
onunla fransız dilində danıĢdı. Onun danıĢığı mənə qeyri-təbii və çox
quru gəldi, lakin onun nitqi möcüzə yaratmıĢdı. Del də ona gülümsədi
və sonra ġuster ataya yaxınlaĢıb qollarını onun belinə dolayaraq
qucaqladı. Bunu görən Rinqqold və Battl cəld hərəkətə keçmək üçün
yerlərindən atılsalar da, mən əlimi havaya qaldırdım və baĢımı
buladım.
ġuster ata Delakruanın göz yaĢları ilə boğularaq fransızca
söylədiklərinə diqqətlə qulaq asdı və onun dediklərini əla baĢa
düĢürmüĢ kimi Delakruanın kürəyini Ģappıldatdı. O, balaca fransızın
çiyninin üstündən mənə baxaraq dedi:
– Onun söylədiklərinin heç dörddə birini belə baĢa düĢmədim.
– Bunun vacib olduğunu düĢünmürəm, – deyə Brutus mırıldandı.
www.vivo-book.com
331
– Mən də düĢünmürəm, mənim oğlum, – deyə ġuster ata ona
gülümsəyərək cavab verdi. O bizimlə iĢləyən ruhanilərin ən yaxĢısı idi
və mən yalnız o an dərk etdim ki, onun taleyi haqqında heç nə
bilmirəm. Ümid edirəm ki, bütün bu gördüklərinə rəğmən, o öz
inancını qoruyub saxlaya bilmiĢdi.
O, Delakruanın diz çökməyə sövq etdi və dua etmək üçün
qollarını sinəsinin önündə çarpazladı. Delakrua da onun kimi etdi.
– Ey bizim göylərdə qərar tutmuĢ Atamız, – deyə ġuster ata
fransız dilində dua etməyə baĢladı və Delakrua da ona qoĢuldu. Onlar
birlikdə “Bizim Atamız” duasını bizim üçün anlaĢılmaz olan fransız
dilində baĢdan-ayağa – “bizi kələkbaz Ģeytanın əməllərindən qoru,
amin” sözlərinə qədər – oxudular. Duanın sonun çatanda, Delakruanın
yanaqlarındakı göz yaĢları da artıq demək olar ki, tam qurumuĢ, elə
onun özü də əməlli-baĢlı sakitləĢərək özünə gəlmiĢdi. Sonra isə
Bibliyadan ingilis dilində ayələr oxuyanda, “durğun sular” haqqındakı
qədim duanı da ehmal edib yaddan çıxarmadılar. Duanı oxuyub
bitirəndən sonra ġuster ata ayağa qalxmaq istədi, amma Del onun
əbasının qolundan tutaraq fransızca nəsə dedi. ġuster ata qaĢlarını
çatıb diqqətlə qulaq asandan sonra ona cavab verdi. Del yenə ona nəsə
dedi və sonra ümid dolu baxıĢlarını ona zillədi.
ġuster ata mənə tərəf dönərək dedi:
www.vivo-book.com
332
– O, baĢqa bir dua da oxumaq istəyir, cənab Eckum. Mən öz
inancıma görə bu duanı oxumasında ona yardım edə bilmərəm. Siz nə
deyirsiniz, oxusunmu?
Mən divardan asılmıĢ saata baxdım və gecənin yarısına hələ on
yeddi dəqiqə qaldığını gördüm.
– Hə, qoy oxusun, – deyə cavab verdim, – amma bir az cəld
olmaq lazımdır, çünki bizim əməl etməli olduğumuz zaman qrafiki
var.
– Hə, sizin nə demək istədiyinizi yaxĢı baĢa düĢürəm, – deyərək
ġuster ata Delakruaya tərəf dönüb baĢını yırğaladı.
Del, dua edirmiĢ kimi, gözlərini qapadı, amma qısa bir müddət
heç bir söz deməyərək susdu. O, qaĢlarını çatdığından alnında dərin
qırıĢlar əmələ gəlmiĢdi və həmin an mənə elə gəldi ki, birisinin
çardaqda çox uzun illər ərzində istifadə etmədiyi (ya da ehtiyacı
olmadığı) bir Ģeyi axtardığı kimi, indi o da öz beyninin dərinliklərində
nəsə axtarır. Mən bir də saata baxmalı oldum və elə ağzımı açıb bir
söz demək istəyirdim ki – əgər Brutus köynəyimin qolumdan çəkib
baĢını yırğalamasaydı, deyəcəkdim də.
Elə həmin anda, Del amerikalı fransızların cavan qadın döĢü
kimi yumru və yumĢaq ləhcəsində, xəfif, amma çevik bir tərzdə öz
duasına baĢladı:
– "Marie! le vous salue, Marie, oui, pleine de grace; le Seigneur
est avec vous; vous etes benie entre toutes les femmes, et mon cher
www.vivo-book.com
333
Jesus, le fruit de vos entrailles, est beni." (Ya Məryəm, sənə salamlar
olsun, ey hamıdan mərhəmətli olan, Məryəm. Qoy Allah özü həmiĢə
səninlə olsun, ey qadınların ən əzizi və müqəddəsi! Sizin rəhminizdən
bu iĢıqlı dünyaya göz açmıĢ müqəddəs Tanrımız Ġsa özü Sizə yar
olsun!) – O yenə ağlamağa baĢladı, lakin düĢünmürük ki, o özü bunun
fərqində idi. – "Sainte Marie, ma mere, Mere de Dieu, priez pour moi,
priez pour nous, pauv' pecheurs, maint'ant et l'heure ... l'heure de notre
mort. L'heure de mon mort." (Ya Müqəddəs Məryəm, anam mənim,
Allahın anası, müqəddəs bakirə, mənim üçün dua elə, bizim hamımız
üçün, biz günahkar bəndələr üçün, belə bir saatda... ölüm saatımda
mənim üçün dua elə). O, dərindən nəfəs alaraq toxdadı. – "Ainsi soit-
il." (Amin).
Delakrua duasının bitirib ayağa qalxanda, otağın yeganə
pəncərəsindən içəri düĢən ildırımın ağ-mavi rəngli parıltısı bir anlıq
içərini nura qərq etdi. Delakruadan baĢqa, hamı səksənərək yerindən
dik atıldı. O, deyəsən, hələ də söylədiyi duaların təsiri altında qalaraq
özünü unutmuĢdu. O, əlini hara uzatdığına baxmayaraq, havaya
qaldırdı. Brutus cəld onun əlindən tutub yüngülcə sıxdı. Delakrua
nəzərlərini qaldırıb ona baxdı və azacıq gülümsədi.
– Nous voyons... (Biz görürük), – deyə Delakrua sözə baĢladı,
amma yenə susdu. Hiss ediləcək dərəcədə gərginləĢərək, o, yenə
ingilis dilinə keçdi. – Ġndi biz yolumuza davam edə bilərik, boss
Hovell, boss Eckum. Ġndi Allah ilə mənim aramda razılıq var.
Dostları ilə paylaş: |