www.vivo-book.com
314
– Nə? Sən indicə mənə nə dedin?
Mən ona bir addım yaxınlaĢdım. Alnımın ortasındakı damarın
necə vurduğunu hiss edirdim. Son dəfə belə hirsləndiyim heç yadıma
gəlmirdi.
– Mister Cınqlzın sağ-salamat olduğuna Ģad deyilsənmi?
Məhbusların, xüsusilə də edam ərəfəsində, ruhi sakitliyinin bizim
iĢimizdə nə qədər vacib bir faktor olduğuna dair səninlə apardığımız
bütün bu söhbətlərdən sonra düĢünmüĢdüm ki, siçanın sağ qaldığına
sən də sevinəcəksən. Bu xəbəri eĢidəndə rahatlıqla nəfəs alıb
sevinəcəyini düĢünmüĢdüm. Özün də yaxĢı bilirsən ki, Del sabah
edama aparılmalıdır.
Persi nəzərlərini məndən çəkib Brutusa yönəltdi, onun saxta
sakitliyi yavaĢ-yavaĢ əriyərək qeyri-əminliyə, qətiyyətsizliyə çevrildi.
– UĢaqlar, siz mənimlə oyun oynadığınızı düĢünürsünüz? – o,
səsində aydınca sezilən tərəddüdlə soruĢdu.
– Biz səninlə heç bir oyun oynamırıq, dostum, – Brutus təmkinlə
cavab verdi. – Sən bunun oyun olduğunu fikirləĢirsənsə... hə, yaxĢı,
boĢ ver getsin, elə bu da sənə etibar etməyin mümkün olmadığını
göstərən səbəblərdən biridir. Əsl həqiqəti bilmək istəyirsənmi?
Qozbeli qəbir düzəldər. Mənim fikrimcə, sən də belələrindənsən.
– YaxĢı, mən sənə göstərərəm qozbel kimdir, – Persi acıqla dedi.
Ġndi onun səsində kobudluq hiss olunurdu, içinə yenə yavaĢ-yavaĢ
qorxu hissi dolurdu – onun haqda nə fikirdə olduğumuzla bağlı qorxu,
www.vivo-book.com
315
ona nə etməyə hazırlaĢmıĢ ola biləcəyimizlə bağlı qorxu... Səsindəki
qorxu tonunu eĢidəndə sevindim. Belə vəziyyətində onunla davranmaq
daha asan olacaqdı. – Mən bəzi adamlar tanıyıram. Çox böyük
adamlar.
– Bunu belə deyirsən, çox xəyalpərəst birisən, – Brutus bu
sözləri elə dedi ki, elə bil, bu dəqiqə qəhqəhə çəkib güləcəkdi.
Persi əlindəki cilalayıcı əskini stulun üstünə atdı.
– Mən o siçanı öldürmüĢəm, – Persi israr etdi, amma bu dəfə
səsi elə də inamlı təsir bağıĢlamırdı.
– Get, özün bax! – mən təklif etdim. – Bura azad bir ölkədi.
– Gedərəm də, baxaram da, – Persi inad etdi. – Ġndi gedib
baxaram.
O, dodaqlarını sıxıb, xırda əllərində (Uorton haqlı imiĢ, onun
əlləri doğrudan da qəĢəng idi) darağını oynada-oynada bizim
yanımızdan keçib getdi. Pilləkənlə qalxdı və baĢını aĢağı əyib balaca
qapıdan mənim kabinetimə keçdi. Brutusla dinib-daĢınmadan Qoca
Qığılcımın yanında dayanıb onun qayıtmasını gözləyirdik. Brutusu
bilmirəm, amma mənim daha ona deyəcək sözüm yox idi. Mən hətta
indicə gördüklərimiz haqqında nə düĢünəcəyimi bilmirdim.
Təxminən üç dəqiqə keçdi. Brutus bayaq Persinin istifadə elədiyi
əskini götürüb elektrik stulunun söykənəcəyinin yoğun taxtalarını
sürtməyə baĢladı. O, artıq taxtalardan birini parıldadıb qurtarandan
sonra ikinci taxtanı əski ilə sürtməyə yenicə baĢlamıĢdı ki, Persi geri
www.vivo-book.com
316
döndü. Mənim kabinetimdən çıxıb pilləkənlə aĢağı enəndə ayağı iliĢdi
və az qala üzü-aĢağı yıxılaraq anbar otağının döĢəməyə çırpılacaqdı.
Bizə yaxınlaĢanda isə onun addımları qeyri-müntəzəm idi, üzündə
təsvirəgəlməz heyrət və çaĢqınlıq ifadəsi vardı.
– Siz onu baĢqa siçanla dəyiĢmisiniz, baĢqa siçan gətirmisiniz –
titrək və ittihamedici bir səslə bizə dedi. – Siz bir yol tapıb, siçanı
baĢqa birisi ilə dəyiĢmisiniz, ay sizi vələdüzzinalar! Mənimlə oyun
oynayırsınız, əgər bu oyunlara son verməsəniz, buna görə çox peĢman
olacaqsız! Əgər bu oyunlara son verməsəniz, elə edəcəm ki, küçələrə
düĢüb çörək növbələrində duracaqsınız! Siz kim olduğunuzu
düĢünürsünüz?
O, yumruqlarını düyünlədi və səsini kəsərək nəfəsini dərmək
üçün susdu.
– Ġndi sənə kim olduğumuzu deyərəm, – mən ona cavab verdim.
– Biz sənin burada birlikdə iĢlədiyin adamlarıq, Persi... amma bu
vəziyyət uzun müddət belə davam eləməyəcək. – Əllərimi uzadıb onun
çiyinlərini sıxdım. Çox bərk sıxmadım, amma yenə də sıxmıĢdım. Hə,
sıxmıĢdım.
Persi əllərini qaldırıb mənim əllərimi öz çiyinlərindən qoparmaq
istədi.
– Çək, sənə deyirəm öz...
www.vivo-book.com
317
Brutus əlini uzadıb onun sağ biləyindən yapıĢdı, onun balaca, ağ,
yumĢaq, toppuĢ əli Brutusun günəĢdə yanıb qaralmıĢ iri əlinin içində
görünməz oldu:
– Çənəni bağla, övlad. Əgər nəyin sənin üçün xeyirli, nəyinsə
zərərli olduğunu baĢa düĢürsənsə, qulaqlarını təmizləyib deyilənləri
eĢitmək üçün bu son imkandan istifadə etməlisən.
Mən Persinin çiyinlərindən tutub onu çevirdim, sonra isə
platformanın üstünə qaldırdım və onun baldırlarının arxası elektrik
stulunun oturacağına dirənincəyə qədər geri itələdim və o, oturmağa
məcbur
oldu.
Onun
saxta
sakitliyindən,
alçaqlığından və
təĢəxxüsündən əsər-əlamət qalmamıĢdı. Otaqdakı əĢyalar və burada
baĢ verənlər kifayət qədər realdır. Bir də yaddan çıxarmayın ki, o vaxt
Persi hələ çox gənc idi. Bu yaĢda onlar hələ faner kimi çox nazik
olurlar, lap minalı boyanın üzərindəki çirkin kölgə kimi. Bu qatı hələ
də deĢmək mümkündür. Həmin an baĢa düĢdüm ki, Persi artıq
deyilənlərə qulaq asmağa hazırdır.
– Mən istəyirəm ki, sən bizə söz verəsən, – dedim.
– Nə haqda söz verməliyəm? – o, təĢəxxüslə gülümsəməyə
çalıĢdı, lakin gözlərindəki qorxu ifadəsi onu ələ verirdi. Aparat
otağında elektrik cərəyanı qoĢulu deyildi, amma Qoca Qığılcımın taxta
oturacağının öz zəhmi vardı və o an baĢa düĢdüm ki, Persi bu zəhmi
bütün varlığı ilə hiss edir.
Dostları ilə paylaş: |