www.vivo-book.com
306
qaldırmıĢdım. Bu sidik yolunun adi infeksiyası deyildi. Lakin yenə də,
kim bilir...
– Sən nə eləyirsən? – Mister Cinqlzı Con Koffinin iri sağ ovcuna
qoyanda Brutus soruĢdu. – Allah xatirinə, de görüm, sən nə eləyirsən?
Koffi siçanı məndən alıb əlini barmaqlığın arasından içəri çəkdi.
Siçan onun ovcunda hərəkətsiz uzanmıĢdı, nazik quyruğu Koffinin baĢ
və Ģəhadət barmaqlarının arasından sallanırdı. Siçanın havada asılmıĢ
qalan quyruğunun ucu çox zəif əsirdi. Sonra Koffi siçanın üstündə
günbəz yaradaraq sağ əlinin ovcunu sol əli ilə örtdü. Biz artıq Mister
Cinqlzın özünü görə bilmirdik, bircə onun aĢağı sallanan quyruğunu
və quyruğun ucunun hərəkəti dayanmaqda olan rəqqas kimi necə
əsdiyini görürdük. Koffi əllərini üzünə yaxınlaĢdırdı və sağ əlinin
barmaqlarını kameranın dəmir barmaqlığı kimi bir az araladı. Siçanın
quyruğu indi onun əlinin bizə tərəf olan hissəsindən sallanırdı.
Makaranı hələ də barmaqlarının arasında tutan Brutus mənə
yaxınlaĢdı.
– Səncə, o orada nə eləyir?
– Ssss – deyə ona susmasını iĢarə etdim.
Delakrua da ah-naləsini kəsmiĢdi.
– Lütfən, Con, – deyə pıçıldadı. – Conni, ona kömək elə,
yalvarıram, ona kömək elə. Ah, sil vu ple. XahiĢ edirəm.
www.vivo-book.com
307
Din ilə Harri də yanımıza gəldilər. Harrinin əlində hələ də bir
dəstə oyun kartı vardı.
– Burada nə baĢ verir? – Din soruĢdu, lakin ona cavab
vermədim, sadəcə, baĢımı buladım. Yenə özümü hipnoz altındaymıĢ
kimi hiss edirdim, əgər belə deyildimsə, qoy Allah bəlamı versin.
Koffi dodaqlarını barmaqlarının arasına yaxınlaĢdırıb kəskin Ģəkildə
nəfəsini içəri aldı. Bir anlıq elə bil hər Ģey birdən durdu. Sonra o,
baĢını əllərindən kənara çəkərək qaldırdı və mən onun üzündə çox ağır
bir xəstəliyə tutulmuĢ, ya da dözülməz ağrılardan əziyyət çəkən adam
ifadəsi gördüm. Onun gözləri parlaq, baxıĢları isə kəskin idi; üst diĢi
alt dodağında dərin bir yara açmıĢdı, üzünün qara dərisi ağararaq çox
xoĢagəlməz rəng almıĢdı – lap palçığa tökülmüĢ kül rəngi. O,
boğulurmuĢ kimi öyüdü və boğazından gəyirtiyə bənzər xoĢagəlməz
səs çıxardı.
– Aman Allahım, sən özün kömək ol, – Brutus pıçıldadı. Onun
gözləri heyrətdən az qala hədəqəsindən çıxacaqdı.
– Nə? – Harri, demək olar ki, həyəcanından it kimi hürdü. – Nə?
– Quyruğa bax! Görmürsənmi? Quyruğa bir bax!
Mister Cinqlzın aĢağı sallanan quyruğu artıq hərəkəti
dayanmaqda olan rəqqası xatırlatmırdı; quyruq Ģux çevikliklə gah bu,
gah da o biri tərəfə yellənirdi, lap quĢ ovuna çıxmıĢ piĢiyin quyruğu
kimi. Və bir an sonra Koffinin qapalı ovcunun içindən bizə tanıĢ olan
ciyilti eĢidildi.
www.vivo-book.com
308
Koffi yenə boğazından xoĢagəlməz gəyirtiyə bənzər bir səs
çıxardı, sonra bərk öskürəndən sonra boğazına dolmuĢ bəlğəmi
tüpürməyə hazırlaĢırmıĢ kimi baĢını yana çevirərək aĢağı əyildi. Lakin
bəlğəm tüpürmək əvəzinə o səsli bir Ģəkildə nəfəsini verdi və ağzından
və burnundan xırda qara cücülər buludu çıxdı – mən onun ağzından
çıxan Ģeylərin cücü olduğunu düĢünürəm, baĢqaları da bunu təsdiq
edirdilər, lakin bu gün mən buna elə də əmin deyiləm. Onlar Koffinin
ətrafında qara bulud kimi dövrə vurmağa baĢladılar və hətta bu bulud
onun üz cizgilərini bir müddət bizim gözlərimiz üçün görünməz belə
etdi.
– Aman Allah, bunlar nədir belə? – Din həyəcanlı və titrək səslə
soruĢdu.
– Hər Ģey qaydasındadır ,– dedim. – Narahat olmayın, hər Ģey
qaydasındadır, bir neçə saniyədən sonra onlar yox olub gedəcəklər.
Elə o vaxt mənim sidik yolları infeksiyamı sağaldanda da belə
qara “cücülər” peyda olmuĢdu. Onlar bir müddət ətrafımızda
uçuĢandan sonra rəngləri ağarmıĢ və harasa yox olmuĢdular.
– Aman Allah, – Harri pıçıldadı.
– Pol? – Brutus tərəddüdlə soruĢdu. – Pol?
Koffi yenə normal görünürdü – boğazında qalmıĢ ət qırığını
öskürərək çıxarmağa müvəffəq olmuĢ adam kimi. O, yerə əyildi,
qapanmıĢ ovuclarını döĢəməyə yaxınlaĢdırıb, barmaqlarının arasından
ovcunun içinə baxdı, sonra ovuclarını açdı. Mister Cinqlz tamamilə
www.vivo-book.com
309
salamat halda onun ovcundan döĢəməyə tullandı; deyəsən, heç bir yeri
zədələnməmiĢdi, hərəkət edərkən də aldığı xəsarətlərdən axsamırdı. O,
bir anlıq Koffinin kamerasının qapısının önündə ayaq saxladı. Lakin
sonra YaĢıl Millə hərəkətinə davam edərək Delakruanın kamerasına
girdi. O qaçarkən bığlarında hələ də qan izlərinin olduğunu gördüm.
Delakrua eyni vaxtda həm gülərək, həm də ağlayaraq siçanın
bütün bədənini çəkinib-utanmadan öpüĢlərə qərq etdi. O, sevimli
siçanını elə öpürdü ki, öpüĢlərin səsini biz də eĢidirdik. Din, Harri və
Brutus heyrətdən yerlərində quruyub bu mənzərəyə səssizcə tamaĢa
edirdilər. Sonra Brutus kameraya yaxınlaĢıb barmaqlığın arasından
əlvan rəngli makaranı içəriyə uzatdı. Delakrua əvvəlcə Brutusun bu
hərəkətini görmədi, onun baĢı tamamilə Mister Cinqlza qarıĢmıĢdı.
Ġndi o, suda boğulan oğlu xilas edilmiĢ atanı xatırladırdı. Brutus əlində
tutduğu makara ilə Delakruanın çiynini tıqqıldatdı. Delakrua geri
çevrildi, makaranı gördü, onu götürdü və yenidən Mister Cinqlza tərəf
döndü. O, siçanın tüklü dərisini sığallayır, gözləri ilə onu yeyir, dönə-
dönə onun heç bir yerinin zədələnmədiyinə, siçanın həqiqətən sağ-
salamat olduğuna bir daha əmin olmaq istəyirdi.
– Burax onu, – Brutus dilləndi. – Mən onun necə qaçdığını
görmək istəyirəm.
– O qaydasındadır, boss Hovell, Allah Ģükürlər olsun, o sağ-
salamatdır, hər Ģey qaydasındadır.
– Burax onu, – Brutus təkrar etdi. – Mənim xətrimə, Del.
Dostları ilə paylaş: |