www.vivo-book.com
338
demək olar ki, eyni anda ayağa qalxdıq. Din əlini Delakruanın sol
biləyi tərəfdəki toqqaya, Persi isə sağ tərəfdəkinə uzatdı. Mən Persiyə
yardım etmək üçün hazır vəziyyətdə dayanmıĢdım, lakin o bu iĢin
öhdəsindən mənim buxov bağlamağımdan daha cəld və dəqiqliklə
gəldi. Mən indi Delakruanın bütün bədəninin necə əsdiyini görə
bilirdim, elə bil artıq onun bədənindən azgərginlikli cərəyan keçməyə
baĢlamıĢdı. Mən onun bədəninin tərinin iyini də hiss edə bilirdim. Bu
iy kəskin və turĢ idi, az duzlu marinad tutmasının iyini xatırladırdı.
Din baĢı ilə Persiyə iĢarə elədi. Persi də çevrilərək çiyninin
üstündən baxdı – mən, hətta həmin gün səhər üzünü qırxarkən
çənəsinin altında kəsdiyi yeri də gördüm – və sakit, amma qətiyyətli
bir səslə dedi:
– Birincini qoĢ!
Boğuq bir uğultu eĢidildi, elə bil köhnə soyuducunu iĢə saldılar.
Anbar otağındakı lampaların iĢığı hiss ediləcək dərəcədə gücləndi.
ġahidlər arasında bir neçə nəfərin af-of səsləri və donqultusu eĢidildi.
Delakrua qəfildən stulda dartınaraq əlləri ilə stulun palıd
qoltuqaltılarından elə bərk yapıĢdı ki, bu gərginlikdən onun
barmaqlarının oynaqları ağardı. Onun qorxu dolu gözləri sürətlə ora-
bura qaçmağa baĢladı və quru tənəffüsü bir qədər də sürətləndi. O,
demək olar ki, təngnəfəs olaraq tövĢüyür, az qala boğulurdu.
www.vivo-book.com
339
– Özünü ələ al, Del, – deyə Brutus astadan mırıldandı. – Özünü
ələ al, Del, hər Ģey qaydasındadır. Möhkəm ol, sən özünü çox yaxĢı
idarə edirsən.
“Ey uĢaqlar!” – birdən Delin qıĢqıraraq bizi necə çağırdığı
mənim yadıma düĢdü. “Gəlin görün Mister Cinqlz nə bacarır.”
BaĢımızın üstündə yenə bərkdən göy guruldadı.
Persi vüqarla elektrik stulunun ətrafında dövrə vurub onun
önündə dayandı. Onun üçün ən vacib və böyük olan bir an gəlib
çatmıĢdı, indi o, hamının diqqət mərkəzində idi və bütün gözlər ona
zillənmiĢdi – yalnız bir cüt gözdən baĢqa. Delaktrua bu gözlərin
sahibinin kim olduğunu görəndə, baĢını aĢağı dikib öz dizlərinə baxdı.
Mən kimlə desən bir dollardan mərc gəlməyə hazır idim ki, indi Persi
öz mətnini təmtəraqla söyləməyə baĢlayacaq, amma o, nitqini soyuq
və təəccüb ediləcək dərəcədə sakit bir səslə söylədi.
– Eduard Delakrua, siz elektrik stulunda edam edilməklə ölüm
cəzasına məhkum edilmisiniz. Bu hökm andlılar məhkəməsi tərəfindən
çıxarılıb və hökmün icrası isə bu Ģtatda böyük nüfuza malik hakim
tərəfindən təsdiq edilib. Qoy Allah bu Ģtatın sakinlərini qorusun! Bu
hökmün icrasına baĢlamazdan öncə, demək istədiyiniz bir sözünüz
varmı?
Del nəsə deməyə çalıĢdı, amma əvvəlcə, qorxunc pıĢıltı və sait
səslərdən baĢqa, heç bir səs çıxara bilmədi. Bunu görəndə, Persinin
dodaqlarının kənarında istehzalı təbəssümün niĢanələri göründü və
www.vivo-book.com
340
həmin an mən onu elə oradaca öldürməyə hazır idim. Sonra Del
dodaqlarını yalayıb bir də cəhd elədi.
– Mən etdiklərimdən çox peĢman olmuĢam, – deyərək o,
dilləndi. Mən zamanı geri çevirmək üçün indi hər Ģeyimdən keçərdim,
amma təəssüflər olsun ki, bunu etmək mümkün deyil. Ona görə də
indi... – Yenə göy guruldadı, elə bil baĢımızın üstündə top mərmisi
partladı. Del qolundakı və ayağındakı buxovların imkan verdiyi qədər
yerindən dik atıldı, onun tərli üzünün fonunda gözləri vəhĢi heyvan
gözü kimi parıldayırdı. – Ona görə də, indi mən öz əməllərimin
cəzasını çəkirəm. Allahım, məni bağıĢla. – O, yenə sözünə ara verib
dodaqlarını yaladı və Brutusa baxdı. – Mister Cinqlzla bağlı verdiyiniz
vədi unutmayın, – deyə asta səslə o, yalnız bizə müraciət edərək
sözünü bitirdi.
– Unutmarıq, narahat olma, deyə mən onu sakitləĢdirməyə
çalıĢdım və onun buz kimi soyuq əlinə toxundum. – Sənə söz
verdiyimiz kimi, o, Mausvillə gedəcək.
– Ay getdi ha, – deyə Persi, Delakruanın sinəsinin önündən
qayıĢı dartaraq bağlayarkən ağzının kənarı ilə astadan, cəza müddətini
bitirmiĢ cani kimi mırıldandı. – Yer üzündə elə bir yer yoxdur. Sən
özünü sakit aparasan deyə, bu nağılı uĢaqlar özlərindən uydurublar.
DüĢündüm ki, bunu bilməyin pis olmaz, qoca kaftar.
Delakruanın gözlərində alıĢan qığılcımları görəndə, baĢa düĢdüm
ki, onun Ģüurunun bir hissəsi elə belə də düĢünürmüĢ... Lakin bu
www.vivo-book.com
341
bilgini onun qalan hissələrindən, imkan daxilində, gizli saxlayırmıĢ.
Mən çaĢqınlıqla və qəzəblə Persiyə baxdım, lakin Persi mənim bu
baxıĢlarımı heç vecinə də almadı, çünki orada, camaatın qarĢısında ona
heç nə edə bilməyəcəyimi yaxĢı baĢa düĢürdü. Belə düĢünməkdə,
əlbəttə ki, o, haqlı idi. Hə, nə müĢahidəçilərin qarĢısında, nə də öz
həyatını ən kənar nöqtəsində oturmuĢ Delakruanın önündə ona heç nə
edə bilməzdim. Ġndi bu iĢi davam etdirib bitirməkdən baĢqa çarə
qalmamıĢdı.
Persi maskanı qarmağından çıxarıb Delakruanın baĢına
geyindirdi, uclarını da kiçik fransızın çənəsinin altında sıxaraq bağladı
ki, onun təpəsindəki dəlik dartılaraq genəlsin. Ġndi isə vedrənin
içindəki nəmlənmiĢ süngəri götürüb dəbilqənin içindəki yerinə
qoymaq lazım idi, amma məhz bu məqamda Persi ilk dəfə olaraq
qəbul edilmiĢ prosedur qaydalardan kənara çıxaraq bu sıranı pozdu:
əvvəlcə, əyilib süngəri götürmək əvəzinə, o, stulun söykənəcəyinin
arxasından asılmıĢ dəmir dəbilqəni götürdü və əlində dəbilqə ilə
vedrəyə tərəf əyildi. BaĢqa sözlə desək, süngəri dəbilqəyə
yaxınlaĢdırmaq əvəzinə – əslində, belə etsəydi, bu daha normal olardı
– o, dəbilqəni götürüb onunla birlikdə süngərə tərəf əyildi. O anda mən
nəyinsə düz getmədiyini baĢa düĢməli idim, amma bunu dərk etmək
üçün mənim əhvalım çox pozulmuĢdu. Həyatımda ilk dəfə iĢtirak
etdiyim bir edamda mən bir qədər kədərliydim və özümə nəzarəti
itirmiĢdim. Brutusa gəlincə, o, bir dəfə də olsun baĢını qaldırıb Persiyə
Dostları ilə paylaş: |