www.vivo-book.com
350
sərt geri çəkdim ki, az qala o, ayaqları yerdən üzülərək yıxılacaqdı.
Ġndi Delakruaya toxunmaq, elə DovĢan QardaĢın Qatranlı Müqəvvaya
toxunması ilə eyni Ģey olardı. Bizim hadisəmizdə bu,
ElektrikləĢdirilmiĢ Qatranlı Müqəvvaya toxunmaq olacaqdı.
Mən hələ də geriyə çevrilib arxamda nə baĢ verdiyinə
baxmırdım, lakin qulağıma gələn səslər orada cəhənnəm abı-havası
olduğunu deyirdi; stullar aĢırılır, insanlar qıĢqırır, qadınlar var gücü ilə
“Dayandırın bu zülmü, dayandırın! Məgər görmürsünüzmü ki, daha
bəsdir?” – deyə qıĢqıraraq ağlaĢırdılar. Körtis Anderson mənim
çiynimdən tutaraq məndən soruĢdu:
– Nə baĢ verir? Allah xatirinə, de görüm burada nə baĢ verir?
Sən niyə Cekə cərəyanı söndürməsini əmr etmədin?
– Ona görə ki, bu əmri verə bilməzdim, – deyə cavab verdim.
Geri qayıtmaq üçün artıq çox gec idi, məgər sən özün bunu
görmürsənmi? Onsuz da hər Ģey bir neçə saniyədən sonra bitəcək.
Lakin hər Ģey, mənim dediyim kimi, bir neçə saniyədən sonra
bitmədi. Bu əzab hələ ən azı iki dəqiqə davam etdi. Bu iki dəqiqə
mənim həyatımın ən uzun iki dəqiqəsi oldu və düĢünürəm ki, bu iki
dəqiqənin böyük bir hissəsi ərzində Delakruanın huĢu baĢında idi. O
qıĢqırır, yerində ora-bura dartınaraq ləngər vururdu. Onun burun
dəliklərindən və dəymiĢ gavalı rəngi almıĢ ağzından da tüstü çıxırdı.
Onun dilindən tüstü, lap tavadan qalxan kimi, qalxırdı. Onun
köynəyinin bütün düymələri ya qopmuĢdu, ya da ərimiĢdi. Onun alt
www.vivo-book.com
351
köynəyi tam yanmamıĢdı, lakin artıq közərməyə baĢlamıĢdı, tüstü
ondan süzülərək bayıra çıxırdı və biz onun sinəsindəki yanaraq
ütülmüĢ tüklərin iyini hiss edə bilirdik. Bizim arxamızdakı insanlar
hürkmüĢ mal-qara sürüsü kimi qapıya tərəf qaçsalar da, qapıdan çıxa
bilmədilər. Hər necə olsa da, bura axı həbsxana idi. Ona görə də,
Delakrua elektrik stulunda yanıb qovurularkən (“Ġndi mən yanıb
qovuruluram”, – biz Arlen Bitterbakın edamına hazırlaĢarkən
etdiyimiz məĢqlər zamanı qoca Tut-Tut deyərdi – “Mən qovurulmuĢ
hind xoruzuyam”) onlar, sadəcə, qapının ağzında izdiham
yaratmıĢdılar. Göy gurultusu ara vermək bilmir, yağıĢ isə elə yağırdı
ki, lap ucundan tut göyə çıx.
Bu məqamda mən həkimi xatırladım və ətrafıma baxaraq
gözlərimlə onu axtarmağa baĢladım. O öz yerində olsa da, ayaq üstə
deyildi, büzüĢərək öz qara çantasının yanındaca, döĢəmədə uzanmıĢdı.
O, huĢunu itirmiĢdi.
Brutus mənə yaxınlaĢdı və əlindəki odsöndürəni hazır tutaraq
dayandı.
– Hələ yox, – deyə mən dilləndim.
– Bilirəm.
Biz ətrafımıza baxıb gözlərimizlə Persini axtardıq və gördük ki,
o, bir barmağını diĢləyərək və heyrətdən gözlərini bərəldərək Old
Sparkinin arxasında heykəl kimi dayanıb.
www.vivo-book.com
352
Sonra, Delakrua, nəhayət ki, geri söykənərək stulda boĢaldı,
onun ĢiĢərək formasız hala düĢmüĢ üzü bir çiyninə tərəf əyildi. O, hələ
də ara bir dartınırdı, amma biz bunu əvvəllər də görmüĢdük. Bu o
demək idi ki, onun bədənindən hələ də elektrik cərəyanı keçir. Onun
baĢındakı dəbilqə bir balaca yana sürüĢmüĢdü, lakin bir qədər sonra
biz dəbilqəni onun baĢından çıxaranda, salamat qalmıĢ saçları və
baĢının dərisinin böyük bir hissəsi onunla birlikdə çıxdı, elə bil onu
güclü bir yapıĢqanla dəbilqəyə yapıĢdırmıĢdılar.
– Cərəyanı söndür, – otuz saniyə ərzində elektrik stuluna
sərələnərək uzanmıĢ adam formasındakı kömür yığınından keçən
elektrik boĢalmalarından baĢqa bir Ģey eĢidilmədiyini görəndə, mən
Cekə qıĢqırdım. Uğultu dərhal kəsildi və mən baĢım ilə Brutusa iĢarə
etdim.
O, geri çevrilib əlindəki odsöndürəni elə bir qüvvə ilə Persinin
qucağına basdı ki, o, səndələyərək bir neçə addım geri getdi və az
qaldı ki, platformadan yıxılsın.
– Hə, götür özün elə, – deyə Brutus ona bağırdı. – Onsuz da bu
Ģouya sən rəhbərlik edirsən, elə deyilmi?
Persi ona eyni zamanda həm iztirablı, həm də qanlı baxıĢlarla
baxdı, sonra isə odsöndürəni elektrik stuluna yönəldib onu nasosladı
və düyməni basaraq meyitin üstünə ağ köpüyü tökdü. Köpük Delin
üzünə dəyəndə, mən onun bir ayağının tərpəndiyini gördüm və
www.vivo-book.com
353
düĢündüm: “Aman Allah, yox, görəsən biz bu əzabı bir də keçməli
olacağıqmı?” – lakin meyit daha tərpənmədi.
Anderson qorxularından çaxnaĢmaya düĢmüĢ müĢahidəçilərə
tərəfə dönərək hər Ģeyin qaydasında olduğunu, hər Ģeyin bizim
nəzarətimiz altında olduğunu, bunun, sadəcə, göy gurultusu səbəbilə
elektrik cərəyanının Ģiddətində yaranmıĢ sıçrayıĢların səbəb olduğunu
və narahatlığa heç bir səbəb olmadığını qıĢqırırdı. Onun növbəti
sözləri yəqin ki, ətrafa yayılmıĢ bu iyrənc qoxu haqqında izahat
olacaqdı – ütülmüĢ saçlar ilə qovurulmuĢ ətin və yanaraq biĢmiĢ
nəcisin qarıĢığından yaranmıĢ bu qoxunun “ġanel No. 5" olduğunu
söyləyəcəkdi.
– Həkimin stetoskopunu götür, – odsöndürən tamamilə
boĢaldıqdan sonra mən Dinə əmr etdim. Ġndi Delakruanın bədəni
baĢdan-ayağa ağ köpüyə qərq olmuĢdu və bu iyrənc iyin üstünə incə
bir kimyəvi qoxu da əlavə olmuĢdu.
– Həkim... Mənə sizin stetos...
– Ona fikir vermə, sadəcə, onun stetoskopunu götür, – deyə bir
də ona qıĢqırdım. – Gəlin bu iĢi bitirək... hə, onu da buradan çıxarın.
Din baĢını yırğaladı. “ĠĢi bitirmək” və “buradan çıxarmaq” –
həmin an bu iki fikir onun xoĢuna gəlmiĢdi. O iki fikir bizim hər
ikimizin xoĢuna gəlmiĢdi. O, həkimin çantasına tərəf gedib onun içini
eĢələməyə baĢladı. Həkim yenidən qurcalanmağa baĢlamıĢdı, deməli
Dostları ilə paylaş: |