www.vivo-book.com
346
Sonra isə bütün iĢlər tərs getməyə baĢladı.
Uğultunun rəvanlığı pozuldu və titrəmələr baĢladı. Buna sellofan
cırılarkən çıxan səsə bənzər çırtıltı səsləri də əlavə oldu. Burnuma
iyrənc bir qoxu dəydi. Dəbilqənin kənarlarından burula-burula çıxan
mavi rəngli tüstünü görməyincə, bu qoxunun ütülmüĢ saç ilə yanan
orqanik süngərin iylərinin qarıĢığı olduğunu baĢa düĢə bilməmiĢdim.
Daha qalın tüstü isə dəbilqənin təpəsindəki naqillər daxil olan dəlikdən
çıxırdı. Bu, Hindu viqvamının bacasından çıxan tüstünü xatırladırdı.
Delakrua stulda ora-bura yellənməyə və qurcalanmağa baĢladı,
onun maska taxılmıĢ üzü gah bir, gah da o biri tərəfə dönür, sanki o,
bütün bu baĢ verənlərə hiddətlə öz etirazını bildirirdi. Topuqlarına
vurulmuĢ qandallar onun hərəkət etməsinə mane olsa da, onun ayaqları
havaya qalxıb enməyə və döĢəməni döyəcləməyə baĢlamıĢdı.
BaĢımızın üstündə bir də göy gurultusu eĢidildi və ondan sonra yağıĢ
daha da gücləndi.
Mən Din Stantona baxdım, o gözlərində vəhĢi bir ifadə ilə mənə
baxırdı. Dəbilqənin altında boğuq bir çırtıltı eĢidildi, elə bil ocaqda
Ģam ağacının düyümü partladı. Bundan sonra maskadan süzülərək
kiçik quyruqlar Ģəklində çıxan tüstü göründü.
Mən dərhal bizimlə aparat otağını ayıran torlu pəncərəyə tərəf
Ģığıdım, lakin mən ağzımı açıb bir söz deməyə macal tapmamıĢ,
Brutus Hovell mənim dirsəyimdən yapıĢdı. O mənim dirsəyimi elə
qüvvətlə sıxdı ki, bir anlıq ağrıdan qolumu hiss eləmədim. Brutusun
www.vivo-book.com
347
rəngi kağız kimi ağarmıĢdı, lakin o özünü itirmiĢ görünmürdü – heç
bir damcı belə təlaĢlı görünmürdü.
– Cekə cərəyanı kəsməsini söyləmə, – deyə o astadan pıçıldadı.
– Nə istəyirsən de, amma bircə bunu söyləmə. Cərəyanı kəsmək üçnü
çox gecdir.
Del qıĢqırmağa baĢlayanda, əvvəlcə, müĢahidəçilər onun səsini
eĢitmədilər. YağıĢ metal örtüklü damı Ģiddətlə döyəcləyir, göy
gurultusu isə əsla ara vermirdi. Lakin biz, platformada duranlar,
tüstülənən maskanın altından gələn boğuq fəryadları eĢidirdik. Belə
səsləri saman presləyən maĢının içinə düĢmüĢ və preslənmiĢ heyvan
çıxara bilərdi.
Dəbilqədən gələn uğultu daha güclənmiĢdi, indi uğultu radio
rabitəsində olan maneələrin çıxardığı səs kimi arada bir çırtı-pırtı ilə
kəsik-kəsik gəlirdi. Delakrua stulda özünü ora-bura çırpmağa
baĢlamıĢdı, elə bil qəzəblənərək özündən çıxmıĢ balaca uĢaq idi.
Platforma onun hərəkətlərinin təzyiqi ilə yırğalanırdı, onun sinəsindəki
qayıĢ elə dartılırdı ki, elə bil bu dəqiqə yerindən qopacaqdı.
Bədənindən keçən elektrik cərəyanı də onu silkələyirdi və mən birdən
sümük xırçıltısı eĢitdim, deyəsən onun sağ çiyini ya yerindən çıxmıĢdı,
ya da sınmıĢdı. Həmin səslə yanaĢı, baĢqa bir səs də eĢidildi, elə bil
kimsə iri dəmirçi çəkici ilə taxta yeĢiyə vuraraq onu parça-parça etdi.
Ayaqlarını tez-tez qaldırıb saldığından onun Ģalvarının qasıq
hissəsində balaca bir nöqtə kimi görünən yer qaralmıĢdı. Sonra
www.vivo-book.com
348
qorxunc, heyvanı səslə çığıraraq qıĢqırmağa baĢladı. ġiddətlə yağan
yağıĢın gurultusuna baxmayaraq, bu səsləri hamı eĢidə bilirdi.
– Lənətə gələsiniz sizi, ona nə olur? – deyə müĢahidəçilərdən
kimsə qıĢqırdı.
– O toqqalar onu saxlaya biləcəkmi?
– Püf, bu nə iydir belə, aman Tanrım!
Sonra qadınlardan birisi soruĢdu:
– Bu normaldırmı?
Delakrua irəli sıçradı, geri atıldı, irəli Ģığıdı, birdə geri atıldı.
Persi ağzını ayırıb dəhĢət içində ona baxırdı. O, təbii ki, nəsə qeyri-adi
bir Ģey baĢ verəcəyini gözləyirdi, amma belə dəhĢətli bir mənzərə
görəcəyini gözləmirdi.
Delakruanın üzündəki maska od tutub alıĢdı. ÜtülmüĢ tük və
yanmıĢ maskanın iyinə yanmıĢ ət iyi də əlavə oldu. Brutus içində
süngər olan vedrəni – əlbəttə ki, vedrə indi boĢ idi – qapdı və xidmətçi
üçün küncdə qoyulmuĢ dərin su çanağına tərəf qaçdı.
– Cərəyanı kəsimmi, Pol? – deyə Van Hey torlu pəncərənin
arxasında soruĢdu. Onun səsi titrəyirdi. – Cərəyanı kəsi....
– Yox, – deyə mən qıĢqırdım. Brutus bunu hamıdan tez baĢa
düĢmüĢdü, elə mən də ondan çox geri qalmamıĢdım: biz bu iĢi
bitirməli idik. Bu iĢlə müqayisədə, bizim edə biləcəyimiz qalan hər Ģey
ikinci dərəcəli idi: biz hər Ģeydən əvvəl, Delakrua ilə iĢi bitirməli idik.
– Cərəyanı kəsmə, Allah xatirinə! Davam elə! Davam elə!
www.vivo-book.com
349
Arxamızda insanların təlaĢla nəyinsə haqqında danıĢdıqlarını,
bəzilərinin yerlərindən artıq qalxdıqlarını, bir neçə nəfərin isə dəhĢətlə
qıĢqırdıqlarının, demək olar ki, fərqinə varmadan mən Brutusa tərəf
döndüm.
– Dayan, eləmə! – deyə mən Brutusa qıĢqırdım. – Su olmaz! Su
olmaz! Dəli olmusan, nədi?
Brutus mənə tərəf çevrildi və onun üzündəki ifadədən məni baĢa
düĢdüyünü anladım. Elektrik cərəyanı altında olan adamın üstünə su
tökmək. Hə, əlbəttə. Bu çox ağıllı bir fikirdir. O, bir anlıq dayanıb
ətrafına baxdı və divardan asılmıĢ kimyəvi odsöndürəni görüb onu
götürdü. Hə, bax bu əladır, əhsən.
Maska Delakruanın üzünün rənginin Con Koffidən daha qara
olduğunu göstərməyə yetəcək qədər onun üzündən çıxmıĢdı. Onun
gözləri, indi formasını itirmiĢ ağ yarımĢəffaf jele Ģarlar,
hədəqələrindən çıxaraq yanaqlarının üstünə düĢmüĢdü. Onun kirpikləri
də ütülmüĢdü və mən ona baxdığım zaman onun göz qapaqları da od
tutaraq yanmağa baĢladı. Köynəyinin yaxasından qalın tüstü burularaq
çıxırdı. Elektrik cərəyanının uğultusu isə kəsmək bilmir, elə hey
uğuldayır, uğuldayır və mənim baĢıma dolaraq orada əks-səda verirdi.
O an düĢündüm ki, yəqin dəlilər də baĢlarında belə, ya da buna bənzər
səslər eĢidirlər.
Din, deyəsən, Delakruanın köynəyindəki alovu əlləri ilə söndürə
biləcəyini düĢünərək irəli atıldı, lakin mən onun qolundan tutub elə
Dostları ilə paylaş: |