www.vivo-book.com
358
– Ay səni yaramaz, – deyə Brutus dilləndi və Persiyə tərəf Ģığıdı.
Mən yenə onun qolundan tutub geri dartdım. Pilləkənlərdə addım
səsləri eĢidildi. Gələnin Körtis olduğunu düĢünərək mən vahimə içində
o tərəfə baxdım, lakin gələn Harri Tervilleger imiĢ. Onun yanaqları
kağız kimi ağarmıĢdı, dodaqları isə göyərmiĢdi, elə bil böyürtkən
piroqu yemiĢdi.
Mən yenə bütün diqqətimi Brutusa yönəltdim.
– Allah xatirinə, Brutus, Delakrua artıq ölüb və daha nəyisə
dəyiĢmək qeyri-mümkündür, Persi isə qulaqburması verilməyə layiq
deyil.
O vaxt mənim baĢımda bir plan və ya bu planın baĢlanğıcı deyə
biləcəyim bir fikir vardımı? Sizə deyim ki, o vaxtdan bəri bu haqda
hələ də düĢünürəm. Uzun illər ərzində bu haqda düĢünərək özümə
suallar vermiĢəm, amma heç vaxt ağlabatan bir cavab tapa
bilməmiĢəm. Əslində, düĢünürəm ki, indi bunun bir o qədər də
əhəmiyyəti yoxdur. Bir Ģeyi də anlamıĢam ki, əhəmiyyətsiz Ģeylər
çoxdur, amma bununla belə, insan bu əhəmiyyətsiz Ģeylər haqqında
durmadan düĢünür və özünə suallar verir.
– Ey, uĢaqlar, siz mənim haqqımda elə rahat danıĢırsınız, elə bil
mən burada bir kötüyəm, – deyə Persi dilləndi. Onun hələ də sarsıntı
keçirdiyi səsindən məlum olurdu, o, danıĢarkən hələ də tövĢüyürdü,
sanki kimsə onun qarnına güclü bir zərbə endirmiĢdi, amma o,
deyəsən, yavaĢ-yavaĢ özünə gəlməyə baĢlamıĢdı.
www.vivo-book.com
359
– Sən elə kötük kimi bir Ģeysən, Persi, – deyə mən ona cavab
verdim.
– Hey, bura bax, sən məni...
Onu vurmaqdan özümü güclə saxladım. Tunelin tağlı kərpic
tavanından su damcılayırdı, bizim iri və yöndəmsiz kölgələrimiz,
Edqar Ponun yekəpər meymun haqqındakı “Ru Morq” hekayəsindəki
kölgələr kimi, tunelin divarlarda oynayırdı. Göy gurultuları hələ də
davam edirdi, amma onun səsi tunelə çox boğuq gəlirdi.
– Persi, mən səndən yalnız bircə söz eĢitmək istəyirəm, bu da
sabah Briar Ricə keçmək üçün ərizə verəcəyin haqqında etdiyin vədi
təkrar söyləmək.
– Bu haqda heç narahat olma, – deyə Persi üzündə qaĢqabaqlı bir
ifadə ilə cavab verdi. O, üstünə ağ salınaraq arabaya uzadılmıĢ cəsədə
baxdı, sonra gözlərini ondan çəkdi, daha sonra isə bir anlıq baxıĢlarını
mənim üzümə yönəltdi və yenə baxıĢlarını yayındırdı.
– Ən yaxĢısı da elə budur, – Harri dedi. – Əks təqdirdə, səni
Azğın Billi ilə daha yaxından tanıĢ etməli olacaqdıq. Məncə, bunu heç
istəməzsən. – O, sözünə ara verib bir qədər susdu. – Biz bunun baĢ
tutması üçün əlimizdən gələni edərdik.
Persi bizdən qorxurdu və yəqin ki, burada uzun müddət qalarsa,
onun Cek Van Heylə etdiyi söhbətləri, bu söhbətlər zamanı süngərin
nə üçün duzlu suda isladıldığı ilə bağlı suallar verdiyini
öyrənəcəyimizdən çox qorxurdu. Lakin Harrinin Uorton haqqında
www.vivo-book.com
360
dediklərini eĢidəndə, Persinin gözlərində həqiqi dəhĢət və vahimə
ifadəsi yarandı. Mən onun üzündən görürdüm ki, indi o, Uortonun onu
necə tutaraq barmaqlıqlara sıxdığını, onun saçlarını qarıĢdırdığını və
qulağına mırıldandığını yadına salaraq xəyalında canlandırırdı.
– Siz buna cürət etməzsiniz, – deyə Persi pıçıldadı.
– Cürət edərəm, özü də böyük həvəslə, – deyə Harri sakit bir
tərzdə cavab verdi. – Sonra da, bilirsənmi nə var? Buna görə heç kim
mənə heç nə deməz. Çünki sən diqqətsiz bir adam olduğunu, artıq
dəfələrlə göstərmisən. Hə, həm də səriĢtəsiz.
Persi yumruqlarını sıxdı və onun yanaqları yüngülcə allandı.
– Mən səriĢ...
– Hə, əlbəttə ki, səriĢtəsizsən, – deyə Din də söhbətə qoĢuldu.
Pilləkənlərin yanında biz Persinin ətrafında yarımdövrə quraraq
dayanmıĢdıq, hətta onun geriyə çəkilmək üçün yolu da kəsilmiĢdi,
çünki onun arxasındakı arabanın içində, hələ də tüstülənən və üstünə
köhnə mələfə salınmıĢ cəsəd vardı. – Sən elə indicə Delakruanı diri-
diri yandırdın. Əgər bu səriĢtəsizlik deyilsə, bəs onda səriĢtəsizlik
nədir?
Persinin gözləri parıldadı. O özünü bilməməzliyə vurmağı
planlaĢdırmıĢdı, amma indi baĢa düĢürdü ki, özü qurduğu tələyə
düĢüb. Bundan sonra özünü müdafiə etmək üçün nələr uyduracaqdı
bilmirəm, amma elə bu anda Körtis Anderson pilləkənlər ilə enərək
yanımıza gəldi. Biz onun addım səslərini eĢidəndə, Persidən bir qədər
www.vivo-book.com
361
aralandıq ki, bizim duruĢumuz Persini hədələyirmiĢik kimi
görünməsin.
– Hə, köpək uĢaqları, deyin görüm, bu nə oyun idi çıxartdınız? –
deyə Anderson nərildədi. – Ġlahi, yuxarıda bütün döĢəməni qusub
batırıblar! Hələ mən oradakı üfunəti demirəm! Mən Maqnusson ilə
Tut-Tuta tapĢırdım ki, hər iki qapını açsınlar, amma düĢünürəm ki, bu
üfunət hələ beĢ ildən sonra da təmizlənməyəcək. Bunun üçün
barmağımdan mərc gələrəm! O, heyvərə Uortonda da edam haqqında
öz əbləh mahnılarını oxuyur! Özüm eĢitdim!
– O xaric oxumur ki, Kört? – deyə Brutus soruĢdu. Heç
bilirsinizmi iĢıqlandırıcı qazı bir qığılcım ilə necə alıĢdırmaq və bunu
edərkən də necə salamat qalmaq olar? Onu hələ çoxlu miqdarda bir
yerə toplanması yaranmamıĢ yandırmaq lazımdır. Brutusun atmacası
da buna bənzəyirdi. Biz, əvvəlcə, bir anlıq heyrətlə Brutusa baxdıq,
növbəti anda isə hamımız qəhqəhə çəkərək gülməyə baĢladıq. Bizim
əsəbi gülüĢümüzün yüksək səsi qaranlıq tunelin divarları ilə yarasalar
kimi ora-bura uçurdu. Bizim kölgələrimiz divarların üstü ilə orta-bura
əyilərək min Ģəklə düĢürdü. Sona yaxın Persi də bizə qoĢuldu. Sonra,
nəhayət gülüĢ səsləri azalaraq kəsildi və bu gülüĢ partlayıĢından sonra
biz özümüzü bir qədər yaxĢı hiss elədik. Özümüzü yenə normal
insanlar kimi hiss etdik.
– YaxĢı, uĢaqlar, – deyə Anderson yaylığı ilə yaĢarmıĢ gözlərini
silərək və hələ də hərdən bir içindən gələn gülüĢ dalğasını təsiri ilə
Dostları ilə paylaş: |