www.vivo-book.com
366
– Persi haqqında çox da narahat olmamalısan, – mən dedim. – O,
tezliklə iĢ yerini dəyiĢəcək və Briar Ricə keçəcək. Daha çox maaĢ və
daha yaxĢı Ģərait. Düz demirəmmi, Persi?
– Onun köçürülməsi haqqındakı sənəd imazalana kimi, – deyə
Brutus əlavə etdi.
– Nə qədər ki, bu sənəd imzalanmayıb, o, bütün axĢam növbələri
üçün xəstəlik məzuniyyəti alacaq, – deyərək Din də söhbətə qarıĢdı.
Bu məqamda elə bil kimsə Persini silkələyib ayıltdı. Çünki
ödəniĢli məzuniyyət alması üçün o, həbsxanada kifayətə qədər
iĢləməmiĢdi. Persi üzündə aĢkar nifrətlə Dinə tərəf baxdı.
– Heç buna ümid belə eləmə, – deyə cavab verdi.
6
Təxminən ikiyə on beĢ dəqiqə iĢləmiĢ biz öz blokumuza qayıtdıq
(bircə Persidən baĢqa, ona anbar otağını silib təmizləməsi əmr
edilmiĢdi və o, hər Ģeyə lənət yağdıra-yağdıra bu iĢi yerinə yetirirdi) və
mən hesabatı yazmalı idim. Mən bu hesabatı növbətçi masasında
yazmağı düĢünürdüm, çünki öz kabinetimdəki yumĢaq və rahat
kresloya otursam, məni yuxu tutacağından qorxurdum. Cəmi bircə saat
www.vivo-book.com
367
əvvəl nə baĢ verdiyini nəzərə alsaq, mənim bu sözlərim sizə qəribə
gələ bilər, lakin axĢam saat on birdən baĢlayaraq mən elə bil üç ömür
yaĢamıĢdım və bütün bu ömürlərin heç birində yatamamıĢdım.
Con Koffi öz kamerasının qapısnın önündə dayanmıĢdı, onun
qəribə və qeyri-adi gözlərindən durmadan yaĢ axırdı. Ona baxanda,
adama elə gəlirdi, sanki, bunlar göz yaĢları deyildi, elə bil heç zaman
sağalmayan və anlaĢılmaz bir Ģəkildə ağrı verməyən bir yaradan qan
axırdı. Növbətçi masasının yaxınlığında olan baĢqa bir kamerada
Uorton öz çarpayısında oturub bədənini ora-bura yellədərək bir mahnı
oxuyurdu, özü də, deyəsən, bu mahnını özü bəstələmiĢdi, amma
mahnıda məntiqin olmadığını demək mümkün deyildi. Əgər yaddaĢım
məni aldatmırsa, mahnını sözləri belə idi:
Man-qal! Sən və Mən!
Cızıldayır və qızarır, püf-püf püf!
Bu, nə Billidir, nə də Filadelfiya Filli,
Nə Ceki, nə də Roy!
O bir az istilənmiĢdir, bunda nə var,
Delakrua adında bir az qızmıĢ xiyar!
Kəs səsini, əbləh, – deyə mən onun üstünə qıĢqırdım.
Uorton ağzındakı qaralmıĢ diĢlərinin hamısını göstərərək iriĢdi.
O, hələ ölmürdü, ən azından hələlik; o, sağ-salamat ayaqlarının
www.vivo-book.com
368
üstündə dura bilirdi, onu çulğalayan xoĢbəxtlik duyğuları ilə o, az
qalırdı “step” rəqs eləsin.
– Bəlkə içəri gəlib özün məni susdurasan, hə? – deyə o, üzündə
xoĢbəxt bir ifadə ilə qıĢqırdı və sonra “Manqal” mahnısının baĢqa
bəndlərini oxumağa baĢladı. Onun qoĢduğu sözlər elə də məntiqsiz
deyildi. Onun sözlərində nəsə bir Ģey vardı. Mən deyərdim ki, nəsə,
üfunət iyi verən dərrakə vardı və məncə, o sözlərdə özünəməxsus
gözəllik də vardı.
Mən Con Koffinin kamerasına yaxınlaĢdım. Mən yaxınlaĢanda,
o, əlinin arxası ilə gözlərini sildi. Onun gözləri qırmızı və ĢiĢkin idi və
birdən mən elə gəldi ki, nədənsə o, çox yorğun görünürdü. O, nə üçün
yorğun olmalıydı, axı o, gəzinti həyətində cəmi iki saat veyilləndikdən
sonra, bütün vaxtını öz kamerasında, gah çarpayısında oturmaqla, gah
da yatmaqla keçirir. Bunun səbəbi mənə məlum deyildi, amma o,
doğrudan da çox yorğun görünürdü. Gözlərimin məni aldatmadığına
tam əmin idim. Bunun belə olduğu açıq-aĢkar görünürdü.
– Zavallı Del, – Koffi asta və xırıltılı səslə dedi. – Zavallı qoca
Del.
– Hə, – deyə mən cavab verdim. – Zavallı qoca Del. Con, özünü
necə hiss edirsən?
– Onun üçün artıq hər Ģey bitib, – Koffi yenə də dedi. Onun üçün
artıq hər Ģey bitib, elə deyilmi boss?
www.vivo-book.com
369
– Hə, elədir. Mənim sualıma cavab ver, Con. Sən özünü necə
hiss edirsən?
– Onun üçün artıq hər Ģey bitib, o, xoĢbəxt adamdır. Bunun necə
olduğunun isə mənası yoxdur, o, xoĢbəxt adamdır.
Mən düĢündüm ki, bununla bağlı Delakrua Koffi ilə mübahisə
edərdi, lakin mən bunu ona söyləmədim. Bunun əvəzində, mən
Koffinin kamerasına göz gəzdirdim.
– Bəs Mister Cinqlz haradadır?
– O tərəfə qaçdı. O, dəmir barmaqlıqların arasından əlini
dəhlizin o biri baĢına tərəf uzadaraq karser kamerasını göstərdi. Mən
baĢımı yırğaladım.
– Hə, eybi yoxdur, o yenə qayıdacaq.
Amma o bir daha qayıtmadı, Mister Cinqlzın YaĢıl Mildə
yaĢadığı günlər baĢa çatmıĢdı. Onun yeganə izini Brutus qıĢda
tapmıĢdı: əlvan rənglərə boyanmıĢ bir neçə ağac tiliĢkəsi və dirəkdəki
dəliyin içindən gələn nanəli nabatın qoxusu.
Mən arıq oradan uzaqlaĢmaq istədim, amma bacarmadım. Mən
dinməzcə Con Koffiyə baxırdım, o da mənə, elə baxırdı ki, elə bil
mənim düĢündüklərimi oxuya bilirdi. Mən öz-özümə dedim ki,
hərəkətə gəlməliyəm və növbətçi masasına geri qayıdaraq hesabatı
yazmağa baĢlamalıyam. Bunun əvəzinə mən onun adını söylədim.
– Con Koffi.
– Bəli, boss, – deyə o, dərhal cavab verdi.
Dostları ilə paylaş: |