www.vivo-book.com
322
Persi bir söz demədən baĢını yırğaladı və mən də onun elektrik
stulundan durmasına imkan verdim. O, uniformasını dartıĢdıraraq
düzəltdi, arxadan Ģalvarını içinə saldı və darağı ilə saçlarını daradı.
Sonra isə baĢını qaldırıb bizə baxdı.
– DanıĢdıq, mən razı. Sabah axĢam Delakruanın edamında öndə
durub sərəncamçı olacam, sabahısı gün isə Briar Ricə keçirilməm
haqqında ərizəmi müdiriyyətə təqdim edəcəyəm. Və biz həmin an hər
Ģeyi bitirmiĢ sayacağıq. Bu sizi qane edirmi?
– Qane edir, – onunla razılaĢdım. Onun üzündə hələ də bayaqkı
ifadə vardı, amma mən rahatladığımdan, buna elə bir əhəmiyyət
vermədim.
O, əlini irəli uzatdı.
– Hə, razısınızsa, əl sıxaqmı?
Mən və Brutus onun əlini sıxdıq.
Biz yenə də səfeh vəziyyətində qalmıĢdıq.
4
www.vivo-book.com
323
Ertəsi gün çox isti və boğanaq keçdi, lakin bu, qəribə oktyabr
istisinin son günü oldu. Səhər iĢə gələndə, haradasa qərbdə, göy
guruldayırdı və qara buludlar yavaĢ-yavaĢ sıxlaĢaraq səmanı tutmağa
baĢlamıĢdı. AxĢamtərəfi buludlar bir qədər alçalaraq yer üzünə
yaxınlaĢdı və onların qatlarının arasından yerə tərəf mavi-ağımtıl
rəngli ildırım oxları çıxmağa baĢlamıĢdı. AxĢam saat on radələrində
Trapenqus əyalətindən güclü qasırğa keçmiĢdi – Teftonda qasırğa dörd
nəfərin ölümünə səbəb olmuĢ və ödəniĢli at tövləsinin damını qoparıb
göyə sovurmuĢdu – Kold Mauntində isə tufan və fırtına gücündə
Ģiddətli küləklər əsmiĢdi. Edamdan bir neçə gün sonra ağlıma gəlmiĢdi
ki, bütün bu qorxunc hava Ģəraiti ilə göylər bəlkə də Eduard
Delakruanın dəhĢətli ölümünə qarĢı etiraz səsini ucaldırmıĢ.
Əvvəlcə, hər Ģey son dərəcə yolunda gedirdi. Delakrua bütün
gününü öz kamerasında çox sakit keçirmiĢdi: o, gah Mister Cinqlz ilə
oynayır, gah da çarpayısında sakitcə uzanıb öz dostunu əzizləyirdi.
Uorton bir neçə dəfə hay-küy salmağa cəhd elədi; əvvəlcə, Delakruaya
qıĢqırdı ki, qoca Laki Pyer cəhənnəmdə “tustep” rəqsini oynayandan
sonra onlar üçün siçanburqerlər hazırlayacaqlar, lakin balaca fransız
ona heç bir cavab vermədi və yəqin Uorton da etdiyi bu zarafatdan
daha zərifini edə bilməyəcəyini düĢündü və təslim olaraq susdu.
www.vivo-book.com
324
Saat on birə on beĢ dəqiqə iĢləmiĢ ġuster ata gəldi və “Bizim
Atamız” duasını Delakruaya fransız dilində oxuyacağını deyərək, bizi
əməlli-baĢlı sevindirdi. Bu bizə yaxĢı əlamət kimi gəldi. Əlbəttə ki,
belə düĢünməkdə çox yanılmıĢmıĢıq.
Təxminən saat on bir radələrində edamın Ģahidləri də toplaĢmağa
baĢladılar, onların əksəriyyəti bir-biri ilə asta səslə gözlənilən pis hava
Ģəraiti və elektrik təminatında olan qeyri-müntəzəmlik səbəbi ilə
edamın təxirə salına biləcəyi haqqında danıĢırdı. Yəqin onlar Qoca
Qığılcımın enerjini generatordan almasını və əgər ildırım birbaĢa
generatoru vurmazsa, Ģounun istənilən hava Ģəraitində davam
edəcəyini bilmirdilər. Həmin gecə Harri aparat otağında idi və buna
görə də o, Billi Doc və Persi təĢrifat məmurları kimi çıxıĢ edəcək və
edama tamaĢa etməyə gələn adamları öz yerlərinə qədər müĢayiət
edib, onlardan sərinləĢdirici içkilər istəyib-istəmədiklərini soruĢmalı
olacaqdılar. Edam mərasimində iki qadın da iĢtirak edirdi, onlardan
biri Delakruanın zorlayaraq qətlə yetirdiyi qadının bacısı, ikincisi isə
yanğında həlak olan qurbanlardan birinin anası idi. Ġkincisi iri əndamlı,
solğun bənizli və üzündən qətiyyətli olduğu oxunan bir xanım idi. O
xanım Harri Tervillegerə demiĢdi ki, edamına baxmağa gəldiyi adamın
onu gözləyən cəzadan qorxmuĢ birisi olduğunu ümid edir və bir də
söyləmiĢdi ki, edam ediləcək bu adamın onun üçün hazırlanmıĢ
cəhənnəm sobalarındakı alovdan və iblisin əlaltılarının onu
www.vivo-book.com
325
gözlədiyindən xəbəri var. Sonra o, göz yaĢlarını tuta bilməyərək
ağlamıĢ və üzünü balıĢ üzü boyda krujeva dəsmalla qapamıĢdı.
Qulaqbatırıcı göy gurultusu eĢidildi, dəmir dam bu səsi yüngülcə
boğsa da, səs çox bərk gəldi. Otaqda toplaĢan insanlar baĢlarını
qaldırıb narahatlıqla ora-bura baxdılar. Belə gec saatda qalstuk
vurduqlarından özlərini narahat hiss edən kiĢilər tərləyərək qızarmıĢ
yanaqlarını silirdilər. Bura anbar otağındakı mavi manqaldan daha isti
idi. Əlbəttə ki, bütün nəzərlər indi Qoca Qığılcıma dikilmiĢdi. Onlar
həftənin əvvəlində bu mərasim haqqında müxtəlif zarafat edib gülə
bilərdilər, amma həmin axĢam saat təxminən on bir otuzda bütün bu
zarafatlar artıq eĢidilməz olmuĢdu. Mən öz hekayəmə bu palıd stula
həqiqətən oturmalı olan insanların yumor hissinin bir anda necə
buxarlanıb yoxa çıxdığı haqqında danıĢmaqla baĢlamıĢdım, lakin bu
mütləq an gəlib çatanda üzlərindən təbəssümlərin silindiyi insanlar
yalnız ölümə məhkum edilmiĢlər olurdu.
Öz platformasının üstündə bir növ yerə çökmüĢ kimi görünən bu
stulun ayaqlarının hər iki tərəfindən kənara uzanan buxovlar vardı,
sanki iflic vurmuĢ birisinin geyinməsi üçün ora taxılmıĢdılar.
Otaqdakılar daha demək olar ki, söhbət eləmirdilər və birdən yenə göy
gurultusunun qulaqbatıran səsi eĢidiləndə, elə bil, nəhəng bir ağac
çartıltı ilə sınaraq yerə çırpıldı. Delakruanın qurbanının bacısı hətta
qorxusundan boğuq səslə qıĢqırdı da. ġahidlər bölməsində öz yerini ən
axırıncı tutan isə həbsxananın rəisini əvəz edən Körtis Anderson oldu.
Dostları ilə paylaş: |