www.vivo-book.com
318
– Bizə söz ver ki, əgər sabah axĢam səni irəliyə çıxarıb
sərəncamçı mövqeyinə qoysaq, sən həqiqətən iĢdən çıxıb Briar Ricə
keçəcəksən və bizi rahat buraxacaqsan, – Brutus qəzəbli səslə dedi.
Mən indiyədək onu heç vaxt belə vəziyyətdə görməmiĢdim. – Söz ver
ki, elə edamın sabahısı iĢdən çıxmaq haqqında ərizəni yazıb
müdiriyyətə təqdim edəcəksən.
– Əgər belə eləməsən? Əgər mən lazım olan bəzi adamlara zəng
edib desəm ki, siz burada mənə iĢgəncələr vermisiniz, məni
qorxutmağa çalıĢmısınız və təhdid eləmisiniz, onda necə?
– Əgər sənin əlaqələrin düĢündüyün kimi həqiqətən belə
güclüdürsə, onda bizi buradan bir anda bayıra atacaqlar. – mən cavab
verdim. – Lakin onu da bil ki, sənin də qan payının yerə tökülməsi
üçün mən də lazım olan hər Ģeyi edəcəyəm, Persi.
– O siçana görə? Ha! Siz elə düĢünürsünüz ki, mənim hansısa bir
qatilin bəslədiyi lənətə gəlmiĢ bir siçanı tapdamağım kiminsə vecinə
olacaq? Özü də bu dəlixananın hüdudlarından kənarda, eləmi?
– Yox. Lakin Azğın Billi Uorton qollarına vurulmuĢ zəncirlə
Dini boğaraq öldürmək istəyəndə sənin baĢ barmağını öz arxana soxub
tərpənmədən yerində dayanaraq, sadəcə, necə tamaĢa etdiyini görən üç
nəfər Ģahid var. Bu, insanların vecinə olacaq, Persi, mən sənə söz
verirəm. Bu, hətta sənin qubernator dayının da vecinə olacaq .
Mənim dediklərimi eĢidəndə Persinin yanaqlarını və alnını
qırmızı ləkələr örtdü.
www.vivo-book.com
319
– Elə güman edirsiniz ki, onlar sizin dediklərinizə inanacaqlar? –
o soruĢdu, lakin indi onun səsindəki qəzəb tonu artıq eĢidilmirdi. O,
yaxĢı baĢa düĢürdü ki, bizə inananlar da tapıla bilərdi. Persi isə çətin
vəziyyətlərə düĢməyi xoĢlamırdı. Qaydaları pozmaq olar. Lakin
qaydaları pozarkən səni kiminsə görməsi... – yox, buna əsla yol
vermək olmazdı.
– Məndə Dinin boğazındakı qançırlar hələ sağalmamıĢ çəkilən
Ģəkilləri var, – Brutus dedi. Mən onun dediklərinin həqiqət olub-
olmadığını bilməsəm də, onun sözləri çox inandırıcı səslənirdi. – Sən o
Ģəkillərin bizə nə dediyini bilirsənmi? O Ģəkillər deyir ki, Uorton
zərərsizləĢdirilənə qədər o, ürəyi istədiyi kimi hərəkət edə bilib,
baxmayaraq ki, sən düz onun yaxınlığında, özü də Uortonun səni görə
bilmədiyi tərəfində olmusan. Sən kifayət qədər çətin suallara cavab
verməli olacaqsan, bunu baĢa düĢürsənmi? Belə hadisələr isə, hətta
bitdikdən sonra da, adamı hələ uzun müddət təqib etməyə davam edir.
Onlar hələ uzun müddət, sənin qohumların Ģtatın paytaxtındakı yüksək
vəzifələrini tərk edərək öz evlərinin artırmalarının önündə oturub
nanəli culep içdikləri vaxtda da səni təqib etməyə davam edəcək.
Ġnsanın əmək kitabçasındakı qeydlər bəzən çox maraqlı ola bilir və o
qeydlərə sənin həyatın boyu müxtəlif insanlar baxacaqlar.
Persinin gözləri Ģübhəli-Ģübhəli gah mənə, gah da Brutusa
yönələrək bir an belə durmaq bilmirdi. Onun sol əli vərdiĢ etdiyi üçün
qeyri-ixtiyari saçlarına uzandı və onları sığalladı. O bizə heç nə
www.vivo-book.com
320
demədi, lakin mən baĢa düĢmüĢdüm ki, onun qırtlağı artıq bizim
əlimizə keçib.
– Hə, nə deyirsən, hər Ģeyi elə buradaca bitirəkmi? Sən özün də
burada heç bizim istədiyimizdən daha çox qalmaq istəmirsən axı, düz
demirəmmi?
– Mən burada olan hər Ģeyə nifrət edirəm! – deyə o, birdən
qıĢqırdı. – Nifrət eləyirəm, sizin mənimlə etdiyiniz davranıĢa nifrət
eləyirəm!
Mənə
özümü göstərmək üçün bircə Ģans belə
verməməyinizə nifrət eləyirəm!
Onun sonuncu iddiası, əlbəttə ki, həqiqətdən çox uzaq idi, lakin
bu haqda onunla mübahisə etmək üçün doğru zaman olmadığını
düĢünərək, onun bu səhv fikrini düzəltməyə çalıĢmadım.
– Mənimlə kobud rəftar ediləndə də xoĢuma gəlmir. Atam
deyirdi ki, əgər buna bir dəfə imkan versən, sonra görəcəksən ki,
insanlar bütün ömrün boyu səni saymayıb, kobud rəftar ediblər. –
Onun, əlləri qədər gözəl olmasa da, yenə də qəĢəng olan gözləri
parıldadı. – Xüsusən də bunun kimi yekəpər meymunlar mənimlə qaba
rəftar edəndə heç xoĢum gəlmir. – O mənim köhnə dostuma baxaraq
qeyzlə fınxırdı. – Hə, Brutal – sənə yaraĢan bir ləqəb veriblər.
– Sən bir Ģey baĢa düĢməlisən, Persi, – dedim. – DüĢüncəmizə
görə, bizimlə qaba rəftar edən, bizi qorxutmağa çalıĢan məhz elə
sənsən. Biz burada iĢlərin necə görüldüyü haqqında durmadan sənə
məsləhətlər veririk, sən isə bizim dediklərimizi qulaqardına vuraraq
www.vivo-book.com
321
hər Ģeyi öz bildiyin kimi edirsən, bir problem yarananda da özünün
yuxarılarda olan əlaqələrinin arxasında gizlənməyə çalıĢırsan. Elə
Delakruanın siçanını tapdamağını götürək, – birdən gözlərim Brutusun
baxıĢları ilə qarĢılaĢdı və mən tez sözümü düzəltdim. – Hə, elə
Delakruanın siçanını tapmağa çalıĢdığın insidenti götürək. Sən hər
dəfə qaba rəftar edirsən, özünü kobud aparırsan və yenə də hamı ilə
kobud rəftar edirsən. Və sonda biz də kobudluğunun qarĢılığında
səninlə kobud rəftar etmək məcburiyyətində qalırıq, vəssalam. Amma
bizə qulaq assan, sən bütün bunların içindən tər-təmiz – öz
müvəffəqiyyətli karyerasını hələ baĢlanğıcında olan bir gənc kimi – və
qızıl gül kimi ətir saçaraq çıxarsan. Burada səninlə elədiyimiz bu
söhbət haqqında isə heç kim bilməyəcək. Hə, buna nə deyirsən?
Yetkin bir insan kimi hərəkət elə. Bir də söz ver ki, Delakruanın
edamından sonra buranı öz xoĢunla tərk edib gedəcəksən.
O, bizim təklifimizi düĢündü. Bir neçə dəqiqə sonra üzündə
qəribə bir ifadə yarandı, elə bir ifadə ki, o yalnız baĢına yaxĢı bir fikir
gəlmiĢ insanların üzündə görünür. Onun üzündəki ifadədən heç xoĢum
gəlmədi, çünki Persi üçün yaxĢı görünən fikir bizim üçün heç də yaxĢı
olacağı anlamına gəlmirdi.
– Hər Ģeyi atıram bir kənara, – Burtus dilləndi. – Sadəcə, bir
düĢün. O irin tuluğu Uortondan canını qurtarmaq nə qədər gözəl
olardı.
Dostları ilə paylaş: |