www.vivo-book.com
302
düĢünməyimizə nə üçün icazə verilməməlidir axı? O təbii ki, bunu
bilmir. Bu mənada da o, Persiyə bənzəyir.
Və budur, mənim düĢüncələrim çayın kor qolu kimi hərlənib-
fırlanıb yenə Bred Dolanın damın altından çıxıb, mətbəxin giriĢində
biləyimi sıxaraq kəsildiyi yerə – Persi Uetmora, kinli Persi Uetmora və
bir dəfə ona gülmüĢ insandan onun necə qisas aldığı yerə – döndü.
Delakrua özünün əlvan makarasını divara atır, Mister Cinqlz isə onu
geri gətirirdi və bir dəfə makara divara çırpılaraq kameradan dəhlizə
diyirləndi. Persi isə bu Ģansını əldən vermədi.
2
– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona
əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki,
www.vivo-book.com
303
– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin
yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı
ilə siçanın üstünə basdı. Mister Cinqlzın onurğa sümüyünün Ģaqqıltı
ilə necə sındığı aydınca eĢidildi, onun ağzından qan axmağa baĢladı.
Siçanın balaca, qara gözləri hədəqəsindən çıxmıĢdı. Mən onun
gözlərində insanlara xas olan təəccüb və iztirab ifadəsini gördüm.
Delakrua dəhĢət və kədərdən dəli kimi bağırdı. O özünü kameranın
qapısına atıb əllərini barmaqlığın arasından saldı, mümkün olduqca
irəli uzadaraq siçanı təkrar-təkrar adı ilə çağırmağa baĢladı.
Persi müzəffər bir görkəmlə əvvəlcə Delakruaya, sonra isə bizə
tərəf dönərək gülümsədi.
– Bax belə! – dedi. – Bilirdim ki, gec, ya tez o mənim əlimə
düĢəcək. Bu, sadəcə, vaxt məsələsi idi. – O bizə arxasını çevirdi və
qanına qəltan olmuĢ Mister Cinqlzı linoliumun üstündə balaca qan
gölməçəsində tərk edərək tələsmədən YaĢıl Mil ilə oradan uzaqlaĢdı.
Din dizini masanın kənarına çırpıb kribbic taxtasını döĢəməyə
aĢıraraq yerindən sıçradı. DaĢlar öz dəliklərindən çıxıb yerə töküldü və
müxtəlif istiqamətlərə diyirləndi. Lakin nə Din, nə də Harri buna
əhəmiyyət verdi.
– Sən yenə nə elədin? – Din Persinin üstünə qıĢqırdı. – Sən yenə
nə oyun çıxardın, ay beyinsiz əbləh?
Persi ona cavab vermədi. O, heç bir söz demədən, barmaqları ilə
saçlarını sığallaya-sığallaya növbətçi masasının yanından keçib mənim
www.vivo-book.com
304
kabinetimə, oradan da anbar otağına getdi. Onun əvəzinə Billi Uorton
cavab verdi:
– Boss Din? Məncə, o, balaca fransızcığaza, sadəcə baĢa
salmağa çalıĢdı ki, ona gülüb məsxərəyə qoymaq heç də ağıllı hərəkət
deyildi. – O, sözünü bitirib öz dediyinə özü gülməyə baĢladı. Bu lap
kəndli gülüĢü idi, ürəkdən və səmimi. Həyatımda elə insanlarla da
(düzdü, bunların böyük əksəriyyəti qorxaq adamlardı) qarĢılaĢmıĢam
ki, onların səsi yalnız gülərkən normal çıxırdı. Azğın Billi Uorton da
məhz belələrindən idi.
Mən karıxmıĢ halda yenə döĢəmədə uzanmıĢ siçana baxdım. O,
hələ də nəfəs alırdı, amma bığlarına bulaĢmıĢ xırda qan damcıları artıq
laxtalanmağa baĢlamıĢdı və onun bir zamanlar iĢıl-iĢıl parıldayan
muncuq kimi yumru gözlərinə donuq bir ifadə çökməkdə idi. Brutus
əyilib yerdən əlvan rəngli makaranı qaldırdı və əvvəlcə ona, sonra isə
mənə baxdı. O elə lap mənim kimi karıxmıĢ görünürdü. Bizim
arxamızda isə Delakrua hələ də dəhĢət və kədərindən bağırmağa
davam edirdi. Əlbəttə, məsələ yalnız siçanda deyildi; Persi
Delakruanın müdafiə xəttində yarıq açmıĢdı və indi onun bütün
qorxuları qarĢısı açılmıĢ sel kimi bayıra axırdı. Lakin Mister Cinqlz
onun daxilində keçirdiyi hisslərin mərkəz nöqtəsi idi və onun ürək
acıdan hayqırtılarına qulaq asmaq çox çətindir.
– Aman Allahım, yox! – deyə o, hıçqırtıların və öz anlaĢılmaz
fransızcasında etdiyi dolaĢıq yalvarıĢ və duaların arasında təkrar-təkrar
www.vivo-book.com
305
qıĢqırırdı. – Aman Allahım, yox, Aman Allahım, yox, zavallı Mister
Cinqlz, mənim Mister Cinqlzım, yox, Allahım, yox!
– Onu mənə verin.
Bu qalın səsi eĢidəndə mən çaĢqınlıqla nəzərlərimi qaldırıb səsin
gəldiyi tərəfə baxdım; əvvəlcə onun kimə məxsus olduğunu ayırd
eləyə bilmədim. Səsin gəldiyi tərəfə baxanda qarĢımda Con Koffini
gördüm. O da Delakrua kimi əllərini öz kamerasının dəmir barmaqlığı
arasından uzatsa da, onun kimi ora-bura yellətmirdi. O, sadəcə
ovuclarını açaraq qollarını mümkün olduqca irəli uzatmıĢdı. O öz
ovuclarını bizə tərəf elə uzatmıĢdı ki, sanki israrla nəsə istəyirdi. Onun
səsində də bir ötkəmlik vardı və məncə, elə buna görə bu səsin ona aid
olduğunu ilk dəfədən baĢa düĢə bilməmiĢdim. Ġndi bizim qarĢımızdakı
adam bir neçə həftə bu kamerada yaĢayan və daim gözü yaĢlı, yazıq
görkəmli zənciyə heç bənzəmirdi.
– Onu mənə verin, mister Eckum! Hələ zaman var ikən, onu
mənə verin!
Elə həmin an onun mənim üçün etdiklərini xatırladım və hər Ģeyi
anladım. DüĢündüm ki, daha bundan pisi ola bilməz, lakin yaxĢı bir
Ģeyin baĢ verəcəyinə də ümid etmirdim. Mən siçanı döĢəmədən
qaldırdım və Mister Cinqlzın bədəninin müxtəlif yerlərindən çıxan
çoxsaylı xırda sümükləri barmaqlarımla hiss edəndə ətim ürpəĢdi, elə
bil, yerdən siçan yox, tüklü dəri ilə üzlənmiĢ iynə yastığı
Dostları ilə paylaş: |