www.vivo-book.com
439
baxdığını görəndə, onun əlindəki kitabın “Sədum və Qomorranın son
günləri” olduğunu düĢünmək olardı.
– Hə, yenə nə olub? – deyə o, kitabı tələm-tələsik örtərək
soruĢdu. – Sizə nə lazımdır?
– Səninlə danıĢmalıyıq, Persi, – deyə mən cavab verdim, –
vəssalam.
Amma bizim üzlərimizdəki ifadədən o, baĢa düĢmüĢdü ki, bizim
gəliĢimiz yalnız söhbət ilə bitən deyil. Ona gərə də, güllə kimi
yerindən sıçrayıb – az qala qaça-qaça – anbar otağının qapısına tərəf
götürüldü. O, elə düĢünmüĢdü ki, biz, ən azından, onu danlamaq, bəlkə
də onu yaxĢıca əziĢdirmək üçün gəlmiĢik.
Harri əllərini sinəsində çarpazlayıb qapının ağzında dayanaraq
onun yolunu kəsdi.
– Hey, bura bax! – deyərək Persi təlaĢla mənə tərəf çevrildi,
amma təlaĢlandığını bizə göstərməməyə çalıĢırdı. – Bu nə deməkdir?
– Artıq suallar vermə, Persi, – deyə mən cavab verdim. Mən elə
düĢünmüĢdüm ki, əgər biz bu dəli hoqqabazlığa giriĢmiĢiksə, mən
özümü itirməyəcəyəm, amma nəsə iĢlər mənim istədiyim kimi
getmirdi. Mən bunu etdiyimə inana bilmirdim, elə bil yuxuda idim və
kabus görürdüm. Mən ümid edirdim ki, elə indicə arvadım məni
oyadacaq və yuxuda inildədiyimi deyəcəkdi. – YaxĢısı budur
müqavimət göstərməyəsən, bu, hamımız üçün rahat olar.
www.vivo-book.com
440
– Bəs Hovellin arxasında gizlətdiyi nədir? – deyə Persi xırıltılı
bir səslə soruĢdu və Brutusu daha yaxĢı görmək üçün ona tərəf döndü.
– Heç nə, – deyə Brutus cavab verdi. – Hə, məncə bu... –
deyərək Brutus arxasında gizlətdiyi dəli köynəyini cəld çəkərək
çıxardı və öz ombasının yanında silkələdi, lap matadorun öküzü
qızıĢdırmaq üçün etdiyi kimi.
Bunu görəndə, Persinin gözləri bərəldi və yerindən götürüldü. O
bizdən qaçmaq istəyirdi, amma Harri onun çiyinlərindən tutaraq
saxladı və Persinin bu cəhdi, sadəcə, irəli Ģığımadan baĢqa bir Ģey
olmadı.
– Buraxın məni! – Persi qıĢqıraraq Harrinin əllərindən çıxmağa
çalıĢdı, amma bir Ģey alınmadı. Çünki Harri ən azı 45 kiloqram ondan
ağır olardı və onun əzələləri, bütün boĢ vaxtlarında yer Ģumlayan və
odun yaran insanın əzələləri kimi möhkəm idi, lakin Persinin sərf
etdiyi qüvvə onu otağın yarısınadək sürükləməyə, döĢəməyə salınmıĢ
və çoxdandı dəyiĢmək istədiyim xoĢagəlməz xalını əməlli-baĢlı
əzməyə yetdi. Bir anlıq hətta mənə elə gəldi ki, Persi bir əlini azad edə
biləcək, çünki qorxu insana güc verir.
– Özünü ələ al, Persi, – mən dedim.
– Hər Ģey daha asan olacaq, əgər...
– Bəsdi məni sakitləĢdirməyə çalıĢdın, cahil avam, – deyə
Persi hayqırdı və əllərini azad etmək üçün çiyinlərini dartıĢdırdı. –
Məni rahat buraxın! Hamınız! Əl çəkin məndən! Mən elə adamlar
www.vivo-book.com
441
tanıyıram ki! Böyük adamlar! Əgər siz bu axmaqlığa son
qoymasanız, hamınız Cənubi Karolinaya qədər gedib orada bir
boĢqab Ģorba üçün növbələrdə çürüməli olacaqsınız!
O, yenə bütün bədəni ilə irəli Ģığıdı və ombasını mənim masama
çırpdı. Onun bayaq oxuduğu “Xəstəxanalarda ruhi xəstələrə qayğı”
kitabı havaya sıçradı və onun altında gizlədilmiĢ balaca kitabça üzə
çıxdı. Siz mənim kabinetimə daxil olanda, Persinin belə narahat və
günahkar bir görkəm alması təəccüblü deyildi. Əlbəttə o, “Sədum və
Qomorranın son günləri” kitabı deyildi, lakin biz o kitabı öz
ehtiraslarını boğa bilməyən və eyni zamanda belə bir münasibəti öz
yaxĢı davranıĢları ilə qazanmıĢ məhbuslara verirdik. Məncə, mən bu
haqda artıq demiĢdim. Bu, içində komikslər olan balaca bir kitabça idi.
Həmin kitabçada Oliv Oyl hamı ilə yatır, bircə Körpə Svit Pedən
baĢqa.
Persini mənim kabinetimdə oturub belə mənasız bir porno
kitabını oxumasından mən kədərləndim. Persinin gərginliklə dartınan
çiynindən görə bildiyim qədər Harri də ona nifrətlə baxırdı. Brutus isə
gülməkdən uğunurdu və bu da Persinin müqavimət göstərmək istəyini
bir neçə anlıq soyudaraq onu karıxdırmıĢdı.
– Ay səni, Persi, – deyə o dilləndi. – Anan buna nə deyəcək?
Bəs qubernator sənin bu hərəkətini biləndə nə deyəcək?
Persinin üzü tünd-qırmızı rəngə boyandı.
– Yum ağzını. Və mənim anamı bu iĢə qatma!
www.vivo-book.com
442
Brutus əlindəki dəli köynəyini mənə atdı və Persiyə yaxınlaĢıb
üzünü düz onun üzünə dirədi.
– Əlbəttə. Sadəcə, yaxĢı oğlan ol və əllərini irəli uzat.
Persini dodaqları əsir, gözləri isə yaĢla dolduğundan çox
parıldayırdı. Mənə elə gəldi ki, o, elə indicə ağlamağa baĢlayacaq.
– Uzatmayacağam, – Persi balaca uĢaq kimi titrəyən səslə dedi,
– və siz məni buna məcbur edə bilməzsiniz. – Sonra o, bərkdən
qıĢqıraraq kömək çağırmağa baĢladı. Harri ilə mən onun qəfildən
qıĢqırmasını eĢidəndə, səksəndik. Əgər həmin gecə bizim bütün
planlarımızdan əl çəkməyə yaxın olduğumuz an olmuĢdusa, bu elə
həmin an idi. Biz hamımız bu iĢdən vaz keçə bilərdik, amma Brutus
belə düĢünmürdü. O, bir an belə tərəddüd etmədi. O, Persinin arxasına
keçərək hələ də Persinin qollarının arxaya buraraq saxlayan Harri ilə
çiyin-çiyinə dayandı. Brutus əllərini qaldırıb Persinin qulaqlarından
yapıĢdı.
– Bəsdi anqırdın, – Brutus dedi, – əgər qulağının dibinə
dünyada ən unikal qoĢa Ģapalaq almaq istəmirsənsə, səsini kəs.
Persi yardım üçün qıĢqırmağını kəsdi və baĢını aĢağı dikib əsə-
əsə mənim eĢitdiyim, amma heç vaxt sınaqdan çıxarmadığım pozada
Oliv ilə Popayın əylənməsi təsvir edilən komikslər kitabçasının üz
qabığına baxaraq sakitcə dayandı. Olivin baĢının üstündə çəkilmiĢ
çevrənin içində – “Oxx-ayyy Papay!” – sözləri, Papayın baĢının
üstündə çəkilmiĢ çevrənin içində isə “hah-hah-hah-hah!” – yazılmıĢdı.
Dostları ilə paylaş: |