www.vivo-book.com
431
Həmin gecə qoca Tut-Tut öz arabası ilə “E” blokuna son səfərini
axĢam saat doqquza on beĢ dəqiqə qalmıĢ elədi. Biz Tut-Tutdan onu
gülümsətməyə yetəcək qədər azuqə aldıq.
– Hə, uçaqlar, deyin görüm siçanı görəniniz olubmu? – deyə o
,bizdən soruĢdu.
Biz baĢımızı buladıq.
– Bəlkə, bizim qəĢəng oğlan görüb, – deyə Tut baĢı ilə anbar
otağına tərəf iĢarə elədi. Orada Persi ya döĢəməsini yumaqla, ya da
raport yazmaqla və yaxud da öz dalındakı tükləri didməklə məĢğul idi.
– Bu sənin nəyinə lazımdı? Harasından baxsan, bunun sənə heç
bir dəxli yoxdu, – Brutus dedi. – Hə, ləngimə, təkərlərini diyirlət, Tut.
Sənin üfunətin hər yanı basdı.
Tut öz iyrənc diĢlərini göstərərək batıq ovurdları ilə gülümsədi
və sonra boynunu irəli uzadıb havanı iynəyirmiĢ kimi hərəkət elədi.
– Bu mənim iyim deyil, – o dedi. Bu, Delin sizinlə son
“vidalaĢma” iyi olmalıdır.
O, qaqqıldaya-qaqqıldaya arabasını dəhlizin qapısından gəzinti
həyətinə çıxardı. O, mən öz iĢimi tərk edəndən sonra da, mənim
gediĢim nədi, hətta Kold Mauntin bağlanandan sonra da onun
satdıqlarını almaq imkanı olan nəzarətçilərə və məhbuslara Ģirin Ģeylər
və spirtsiz qazlı içkilər sata-sata öz arabasını təxminən on il də ora-
bura diyirlətdi. Mən hələ indi də öz yuxularımda onun: “mən yanıram,
www.vivo-book.com
432
mən yanıram, mən yanıram, mən qızardılmıĢ hind xoruzuyam” – deyə
qıĢqırmasını eĢidirəm.
Tut gedəndən sonra vaxt uzanmağa baĢladı, saatın əqrəbləri elə
bil hərəkət etmir, sürünürdü. Biz təxminən bir saat yarım radioya
qulaq asdıq və Uorton “Allenin Alleyası” proqramında Fred Allenin
etdiyi zarafatlara ucadan gülərək az qala qəĢĢ edirdi, amma bu
zarafatların çoxusunu onun baĢa düĢdüyünə mən Ģübhə eləyirəm. Con
Koffi isə əllərini dizlərinin üstündə bir-birinə çarpazlayaraq öz
çarpayısında oturub, gözlərini növbətçi masasının arxasında
oturanlardan çəkmirdi. Mən bir çox insanın avtobus dayanacağında
oturub öz avtobuslarının elan edilməsini bu tərzdə gözlədiyini
görmüĢdüm.
Persi anbar otağından təxminən saat on birə on beĢ dəqiqə
qalmıĢ qayıtdı və qələmlə səliqə ilə yazılmıĢ raportu mənə verdi.
Kağızın hər tərəfində pozanın izləri gözə dəyirdi. Mənim barmağımı
bu izlərdən birinin üstündə durduğunu görəndə, Persi tez dedi:
– Bu, sadəcə, qaralamadır. Sonra onun üzünü köçürəcəyəm. Nə
düĢünürsən, belə yarıyar?
Mən düĢünürdüm ki, bu həyatımda indiyədək oxuduğum ən
həyasız gözdən pərdə asma və özünü təmizə çıxarma cəhdi idi. Amma
ona hər Ģeyin qaydasında olduğunu dedim və o da eĢitdiklərindən
məmnun qalaraq uzaqlaĢdı.
www.vivo-book.com
433
Din ilə Harri kribbic oynayırdılar, həddən çox yüksək səslə
söhbət edir və hesab üstündə tez-tez səs-küy salaraq mübahisə
edirdilər. Bununla belə, az qala hər beĢ saniyədən bir gözlərinin ucu ilə
oğrun-oğrun saatın ağır-ağır sürünən əqrəblərinə də baxmağı
unutmurdular. Nəhayət ki, həmin gecə oyunların birində onlar
lövhənin ətrafında iki dövrə əvəzinə üçünü vurmağa müvəffəq oldular.
Ġçəridəki psixoloji abı-hava o qədər gərgin və qatı idi ki, sanki onun
üstündə barmağımla izlər çəkə biləcəyimi düĢünürdüm. Bu psixoloji
gərginliyi hiss etməyən yalnız iki nəfər vardı: Persi və Azğın Billi.
Saatın əqrəbləri on bir əllini göstərəndə, mən daha səbrimi basa
bilmədim və gizlincə baĢımla Dinə iĢarə etdim. O, Tutdan aldığımız
“kola” ĢüĢəsini də götürüb sakitcə mənim kabinetimə keçdi və bir-iki
dəqiqədən sonra geri döndü. Ġndi onun əlindəki “kola” metal fincanda
idi, çünki məhbuslar bu fincanı sındırıb onun qırıqları ilə özlərini kəsib
doğraya bilməzdilər.
Mən fincanı ondan alıb ətrafıma göz gəzdirdim. Harri, Din və
Brutus isə mənə göz qoyurdular. Con Koffi də gözlərini mənə
zilləmiĢdi. Amma Persi mən tərəfə baxmırdı. Persi yenidən anbar
otağına qayıtmıĢdı, bəlkə də həmin gecə məhz orada o özünü daha
rahat hiss edirdi. Mən fincanı burnuma yaxınlaĢdırıb onun içindəkini
iynədim və “kola R. C.”dən baĢqa, iy hiss eləmədim. O vaxtlar
“kola”dan qəribə, amma xoĢ darçın iyi gəlirdi.
www.vivo-book.com
434
Mən əlimdə fincanla Uortonun kamerasına yaxınlaĢdım. O öz
çarpayısında uzanmıĢdı və onanizmlə məĢğul deyildi, baxmayaraq ki,
onun qısa tumanının qabağı əməlli-baĢlı qabarmıĢdı. O, nəĢələnmiĢ
kontrabasçının ən qalın sımı dartdığı kimi, ara-sıra həmin yeri bərk-
bərk dartıĢdırırdı.
– Körpə, – deyə mən onu səslədim.
– Məni narahat etmə, – deyə o cavab verdi.
– YaxĢı, – deyə mən razılaĢdım. – Bütün gecəni özünü insan
kimi aparasan deyə, mən sənə “kola” gətirmiĢdim, çünki sənin də
növbənə az qalıb. Əgər istəmirsənsə, onda özüm içərəm.
Mən metal fincanı (kameraların dəmir barmaqlarına qəzəblə
vurularaq hər tərəfi əzilmiĢdi) dodaqlarıma yaxınlaĢdırıb özümü elə
göstərdi ki, guya içirəm. Uorton bir göz qırpımında sıçrayaraq
çarpayısından qalxdı və mən buna heç də təəccüblənmədim. Mənim
etdiyim kələk elə də riskli deyildi, çünki məhbusların – Old Sparkidə
edam edilməyə məhkum edilmiĢ qatillərin, qadın zorlayanların böyük
əksəriyyəti Ģirin Ģeylər üçün əldən-ayaqdan gedirdilər, Uorton da
istisna deyildi.
– Onu mənə ver görüm, əbləhin biri əbləh, – deyə Uorton elə bir
tərzdə qıĢqırdı ki, elə bil o, usta, mən isə onun günəmuzd iĢləyən
köməkçisi idim. – Ver onu Körpəyə.
Mən əlimdəki fincanı dəmir barmaqlıqlardan elə məsafədə
tutmuĢdum ki, o özü əlini uzadıb onu götürə bilsin. Bunun tərsini
Dostları ilə paylaş: |