Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə116/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   112   113   114   115   116   117   118   119   ...   158

www.vivo-book.com 

 

463 



qaranlıqdan  qətiyyən  qorxmurdu.  O,  kiĢinin  öz  üzünü  qadının 

döĢlərinə sürtərək onların eniĢ və yoxuĢlarını oxĢadığı kimi, öz hisləri 

ilə sanki gecəni oxĢayırdı.  

–  Buradan dönməliyik, – deyə Harri astadan mırıldandı. 

Balaca  bir  yol  –  dar,  torpaq,  orta  hissəsini  ot-ələf  basmıĢ  –  sağ 

tərəfə  burulurdu.  Biz  həmin  yola  burularaq  təxminən  dörd  yüz  metr 

getməli  olduq.  Brutus  yenə  deyinməyə  baĢlamıĢdı  ki,  Harri  dayandı, 

sonra  yolun  sol  tərəfinə  keçdi  və  həmin  yerdən  sınmıĢ  Ģam  ağacının 

budaqlarını  təmizləməyə  baĢladı.  Brutus  ilə  Con  da  ona  qoĢuldular, 

mən  onlara  yardım  etməyə  macal  tapmamıĢ,  onlar  “Farmall”  yük 

maĢınının əzilmiĢ burnunu ağac budaqlarında təmizləyərək açdılar və 

maĢının üst torlu faraları böcək gözləri kimi bizə baxırdı.  

–    Mən  mümkün  olduqca  ehtiyatlı  davranmaq  istədim,  –  deyə 

Harri  küskün  tərzdə  Brutusa  izah  eləməyə  çalıĢdı.  –  Bəlkə  də  sənin 

üçün,  Brutus  Hovell,  bu  gülməli  gələ  bilər,  amma  mən  dindar  bir 

ailədə  böyümüĢəm,  mənim  kuzenlərim  elə  mömindilər  ki,  xristianları 

Ģirə  çevirə  bilərlər  və  əgər  məni  belə  iĢlərlə  məĢğul  olarkən 

yaxalasalar... 

–    Hər  Ģey  qaydasındadır,  deyə  Brutus  onun  sözünü  kəsdi.  – 

Mən,  sadəcə,  narahat  oluram,  əsəblərimə  hakim  ola  bilmirəm, 

vəssalam.  

–  Elə mən də, – Harri soyuq bir tərzdə dedi. – Ġndi baxaq görək 

bu köhnə dəmir qalığı iĢə düĢəcək, ya yox... 



www.vivo-book.com 

 

464 



O,  hələ  də  dodaqaltı  nəsə  mırıldaya-mırıldaya  maĢının 

kapotunun  ətrafında  dolandı  və  həmin  an  Brutus  mənə  göz  vurdu. 

Koffi üçün, deyəsən, biz artıq yox idik. O, baĢını yuxarı qaldırmıĢdı və 

elə bil səmaya səpələnmiĢ ulduzların iĢığını içinə çəkirdi.  

–  Ġstəyirsənsə, mən onunla arxada gedərəm, – deyə Brutus mənə 

təklif  etdi.  Bizim  arxamızda  “Farmall”ın  starterinin  mırıltısı  eĢidildi, 

bu səs soyuq qıĢda yuxudan oyadılmıĢ qoca itin mırıltısını xatırladırdı. 

Sonra isə mühərrik xırıldayaraq cana gəldi. Harri bir dəfə qaz pedalına 

basandan  sonra  ayağını  pedaldan  çəkib  mühərrikin  qızmasını 

gözləməyə  baĢladı.  –  Bizim  ikimizin  də  yük  maĢınının  arxasına 

minməyimizə ehtiyac yoxdur.  

–  Sən qabağda otur, – mən dedim. – Geri qayıdanda, sən onunla 

gələ bilərsən. Əlbəttə, əgər bizi həbsxana maĢınının kuzovunda geriyə 

gətirməli olmasalar.  

–    Belə  Ģeylər  danıĢma,  –  deyə  qəlbən  kədərlənmiĢ  Brutus  az 

qala  qıĢqırdı.  Elə  bil  bizi  yaxaladıqları  təqdirdə,  bu  hərəkətimizin 

nəticələrinin bizim üçün nə qədər ciddi ola biləcəyini yalnız indi baĢa 

düĢmüĢdü. Allah xatirinə, Pol! 

–  Hə tərpən, – mən dedim, – kabinəyə min.  

O mənim əmrimi yerinə yetirdi. Con Koffini xəyallar aləmindən 

heç olmasa bir anlıq yerə endirmək üçün mən onun qolundan dartdım 

və  sonra  onu  maĢının  ətrafından  dolandırıb  kuzovun  arxa  tərəfinə 




www.vivo-book.com 

 

465 



apardım.  Harri  kuzovun  dirəklərinə  brezent  örtük  çəkmiĢdi  ki, 

qarĢıdan gələn maĢınlar kuzovun içini görə bilməsin.  

–  Hə, hoppan görüm, dostum, – mən dedim. 

–  Ġndi yola düĢürük? 

–  Hə, yola düĢürük. 

–    YaxĢı,  –  deyərək  o  gülümsədi.  Onun  təbəssümü  xoĢ  və 

sevimli  idi,  bəlkə  də  ona  görə  ki,  onun  baĢı  dərin  fikirlər  ilə  məĢğul 

deyildi. O, kuzova dırmaĢdı. Onun ardınca da mən. Sonra kuzovun ön 

tərəfinə  getdim  və  kabinənin  damını  əlim  ilə  döyəclədim.  Harri 

transmissiya  rıçaqını  birinci  sürət  ötürücüsünə  saldı  və  yük  maĢını 

silkələnə-silkələnə,  ləngər  vura-vura  öz  sığınacağından  çıxaraq 

hərəkətə baĢladı.  

Con  Koffi  kuzovun  düz  ortasında  ayaqılarını  aralı  qoyaraq 

dayanmıĢdı. O, baĢını yuxarı qaldırıb yenə səmadakı ulduzlara tamaĢa 

edirdi,  hətta Harri  Ģoseyə  çıxandan sonra üzümüzə  vuran güclü  külək 

də onun vecinə deyildi.  

–  Ora bax, boss, – Con Koffi əli ilə gecənin qaranlığında səmanı 

göstərərək  öz  qalın  və  vəcddən  əsən  təntənəli  səsi  ilə  qıĢqırdı.  –  Bu, 

Kassidir – yelləncək kresloda oturmuĢ ledi!  

O,  haqlı  idi.  Yanımızdan  sürətlə  ötüb  keçən  ağacların 

budaqlarının arasından səmada düzülmüĢ ulduzların sırasında onu mən 

də  görə  bilirdim.  Lakin  o,  yelləncək  kresloda  oturmuĢ  ledi  deyəndə, 

mən Kassiopeya haqqında yox, Melinda Murs haqqında düĢünürdüm.  



www.vivo-book.com 

 

466 



–    Mən  onu  görürəm,  Con,  –  deyərək  mən  onun  qolundan 

çəkdim. Amma sən indi yerə oturmalısan, yaxĢımı? 

O,  kürəyini  kabinənin  divarına  söykəyərək  oturdu,  amma 

gözlərini  bir  an  belə  səmadan  çəkmədi.  Onun  üzündə  hədsiz 

xoĢbəxtlik  ifadəsi  vardı.  “Farmall”  yük  maĢının  keçəlləĢmiĢ 

təkərlərinin  hər  dövrəsi  ilə  biz  YaĢıl  Mildən  getdikcə  uzaqlaĢırdıq  və 

Con  Koffinin  gözlərindən  aramsız  axan  və  bitib-tükənmək  bilməyən 

yaĢlar, müvəqqəti də olsa da, dayanmıĢdı.  

 

 

 



 

 

 

 



Hal  Mursun  Çimni  Ricdə  yerləĢən  evinə  qədər  təxminən  qırx 

kilometr  olardı  və  Harri  Tervilligernin  yavaĢ  və  sınıq-salxaq  fermer 

yük  maĢınında  bu  yol  bizim  bir  saatdan  artıq  vaxtımızı  aldı.  Bu, 

müdhiĢ bir səfər idi və indi bu səfərin bütün xırda təfərrüatlarının – hər 

bir yoxuĢ, hər bir döngə, hər bir çala, qarĢıdan yük maĢınları gələrkən 

qorxduğumuz  anlar  (bu  iki  dəfə  olmuĢdu)  –  yaddaĢıma  həkk 

olunduğunu  fikirləĢdiyimə  baxmayaraq,  Con  Koffi  ilə  birlikdə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə