Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə117/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   113   114   115   116   117   118   119   120   ...   158

www.vivo-book.com 

 

467 



hindular  kimi  Harrinin  tədbirli  davranaraq  özü  ilə  götürdüyü  köhnə 

adyallara  bürünüb  yük  maĢınının  kuzovunda  oturduğumuz  zaman 

keçirdiyim hisləri təsvir edə biləcəyimi düĢünmürəm.  

Daha  doğrusu,  bu  özünü  yolu  itirmiĢ,  itkin  düĢmüĢ  hiss 

etməkdir:  yolu  səhv  salaraq  baĢqa,  ona  tanıĢ  olmayan  bir  yerə  gəlib 

çıxdığını, buradakı niĢanların ona tanıĢ olmadığını və evinə qayıdacaq 

yolu  necə  tapacağını  bilmədiyini  dərk  etdiyi  an  balaca  bir  uĢağın 

keçirdiyi  dərin  və  kəskin  ağrı  hissi  kimi.  Mən  gecənin  bir  aləmində 

yanıma  bir  məhbusu  alıb  həbsxanadan  çıxmıĢdım,  özü  də  adi  bir 

məhbus  ilə  yox,  iki  balaca  qızı  qətlə  yetirdiyinə  görə  edam  edilməyə 

məhkum  edilmiĢ  bir  məhbus  ilə.  Əgər  bizi  yaxalasaydılar,  onun 

günahsız  olduğunu  düĢünməyimin  heç  bir  əhəmiyyəti  olmayacaqdı. 

Biz  hamımız  həbs  ediləcəkdik,  elə  Din  Stanton  da.  Mən  bir  dəhĢətli 

edama və bir də yanımda oturmuĢ bu natarazın bir qadının beynindəki 

həkimlərin cərrahiyyə yolu ilə götürə bilmədiyi ĢiĢi sağalda biləcəyinə 

inandığıma  görə  öz  həyatımı  riskə  atmıĢdım.  Lakin  Conun  səmadakı 

ulduzlara  tamaĢa  etməsinə  baxanda,  mən  birdən  bütün  dəhĢətilə  dərk 

etdim  ki,  onun  bunu  edə  biləcəyinə  daha  inanmırdım,  əgər  nə  vaxtsa 

buna  həqiqətən  inanmıĢdımsa  da.  Mənim  sidik  yolları  infeksiyam, 

sağalandan bir müddət  sonra bütün  kəskin  ağrılarda olduğu kimi  (bir 

dəfə  mənim  anam  mənə  demiĢdi  ki,  əgər  qadın  birinci  uĢağını 

doğarkən  keçirdiyi  ağrı-acıları  olduğu  kimi  xatırlaya  bilsəydi,  ikinci 

uĢağı  doğmağa  əsla  razılaĢmazdı),  indi  çox  uzaq  və  əhəmiyyətsiz 



www.vivo-book.com 

 

468 



görünürdü.  Mister  Cinqlza  gəlincə,  Persinin    onun  üstünə  basaraq 

ölümcül əzdiyi ilə bağlı biz səhv etmiĢ ola bilməzdikmi? Yaxud da, bu 

Con Koffi – ən azından onun hipnotik gücü olduğuna Ģübhə etmirəm – 

bizi  əslində  görmədiyimiz  bir  Ģeyi  gördüyümüzü  düĢünməyə  məcbur 

etmiĢ  ola  bilməzdimi?  Ġndi  də  Hal  Mursla  bağlı  bu  iĢ.  Həmin  gün 

Mursun  gözləmədiyi  bir  vaxtda  onun  kabinetinə  daxil  olanda,  mən 

əsən və ağlayan bir qoca ilə qarĢılaĢmıĢdım. Lakin mən düĢünmürəm 

ki, həmin gün gördüyüm həbsxana rəisinin əsil siması idi. Məncə, əsl 

Hal Murs bir dəfə onun üstünə bıçaqla hücum etmiĢ məhbusun biləyini 

qıran,  bir  də  edama  kimin  rəhbərlik  etməsindən  asılı  olmayaraq, 

Delakruanın  beyninin  onsuzda  biĢəcəyini  həyasızlıqla  söyləyən  adam 

idi.  Doğrudanmı  mən  inanırdım  ki,  Hal  Murs  səssizcə  bir  kənarda 

duracaq  və  onun  arvadını  əlləri  ilə  toxunaraq  sağaltması  üçün  ölümə 

məhkum edilmiĢ uĢaq qatilini onun evinə soxmamıza icazə verəcək?  

Biz  yolla  irəlilədikcə,  mənim  Ģübhələrim  də  xəstəlik  kimi 

güclənirdi.  Mən  bu  etdiyimi  nə  üçün  etdiyimi  ya  da  baĢqalarını  bu 

axmaq  gecə  səfərinə  mənimlə  birlikdə  getməyə  nə  üçün  dilə 

tutduğumu  baĢa  düĢə  bilmirdim  və  daha  inanmırdım  ki,  bu  iĢdən 

cəzasız qurtula bilərik, yaĢlı adamların dediyi kimi, it cənnətə düĢərsə, 

biz  də  bu  əməlimizdən  qəzasız-bəlasız  qurtula  bilərik.  Lakin  mən 

bütün bu düĢündüklərimi heç kimə demirdim, amma deyə də bilərdim. 

Nə  qədər  ki,  Mursun  evinə  çatmamıĢdıq,  biz  hələ  vəziyyətə  nəzarəti 

tamamilə  itirməmiĢdik.  Nəsə  –  bəlkə  də  yanımda  oturmuĢ  bu 



www.vivo-book.com 

 

469 



nəhəngdən  ətrafa  yayılan  sevinc  və  coĢqunluq  dalğaları  –  məni 

maĢının  kabinəsinin  damını  döyəcləyərək  Harriyə  maĢını  geri 

döndərməyi  və  nə  qədər  ki,  gec  deyil,  həbsxanaya  qayıtmağı  əmr 

etməkdən saxlayırdı. 

Biz  Ģosedən  çıxaraq  5  nömrəli  əyalət  yoluna,  oradan  da  Çimni 

Ricə  gedən  yola  keçəndə  mənim  ovqatım  belə  idi.  Təxminən  on  beĢ 

dəqiqə sonra, ulduzların önünü kəsən damın kölgəli siluetini görəndə, 

baĢa düĢdüm ki, çatmıĢıq.  

Harri  transmissiya  rıçaqını  ikinci  sürət  ötürücüsündən  birinciyə 

saldı (məncə, bütün  yol  boyu o, rıçaqı  yalnız bircə dəfə  yüksək sürət 

ötürücüsünə  salmıĢdı).  Mühərrik  bütün  maĢını  silkələyərək  tırtıldadı, 

elə bil o da qarĢıda bizi gözləyən Ģeydən qorxurdu.  

Harri maĢını Mursun evinə gedən çınqıl tökülmüĢ yola döndərdi 

və  maĢını  həbsxana  rəisinin  qara  “byuik”inin  arxasında  saxladı. 

Önümüzdə,  bizdən  bir  balaca  sağ  tərəfdə,  məncə,  “Keyp  Kod” 

adlandırılan  üslubda  tikilmiĢ  səliqəli  və  gözəl  bir  ev  ucalırdı.  Bu 

üslubda tikilmiĢ evlər bizim dağlıq yerlərdə bir qədər qəribə görünməli 

idi, amma bu ev heç də belə görünmürdü. Ay çıxmıĢdı, onun hilalı bu 

gün  bir  qədər  daha  toppuĢ  idi  və  onun  iĢığında  gördüm  ki,  həmiĢə 

səliqə-sahmanlı olan həyət, indi tamam baxımsız görünürdü. Bəlkə də, 

bu  görünüĢün  əsas  səbəbi  yerə  tökülən  yarpaqların  yığıĢdırılmaması 

idi.  Adətən,  bununla  Melinda  məĢğul  olurdu,  amma  bu  payız 

Melindanın yerə tökülmüĢ yarpaqlara nə sərf edəcək vaxtı, nə də gücü 



www.vivo-book.com 

 

470 



qalmıĢdı  və  yəqin  ki,  o,  yarpaqların  tökülməsini  bir  də  görə 

bilməyəcəkdi.  Acı  həqiqət  də  elə  bundan  ibarət  idi  və  mən  də 

yanımdakı  kəmağılın  bu  vəziyyəti  dəyiĢdirə  biləcəyinə  inandığıma 

görə ağlımı itirmiĢ olmalıydım.  

Bəlkə də özümüzü bu vəziyyətdən xilas etmək üçün hələ də vaxt 

vardı. Mən ayağa qalxmaq istəyəndə çiynimə saldığım adyal sürüĢərək 

düĢdü.  Mən  əyilib  sürücü  tərəfdən  ĢüĢəni  döyərək  Harriyə  buradan 

rədd olub getmək lazım olduğunu demək istəyirdim ki... 

Con  Koffi  öz  nəhəng  əli  ilə  mənim  qolumdan  tutdu  və  heç  bir 

qüvvə sərf etmirmiĢ kimi məni elə asanlıqla geriyə çəkib otuzdurdu ki, 

elə bil yenicə gəzməyə baĢlamıĢ uĢaq idim.  

–    Ora  bax,  boss,  –  o,  əlini  evə  tərəf  uzadaraq  dedi.  –  Orada 

kimsə yatmır. 

Mən onun göstərdiyi səmtə baxdım və elə bildim ürəyim düĢdü. 

Arxa  pəncərələrin  birindən  iĢıq  gəlirdi.  Yəqin  ki,  həmin  otaqda 

Melində  öz  gündüz  və  gecələrini  keçirirdi.  O,  həyətə  çıxıb  yaxın 

günlərdə  baĢ  vermiĢ  tufandan  sonra  yerə  tökülmüĢ  yarpaqları 

təmizləyə  bilmədiyi  kimi,  yəqin  pilləkənlərdən  də  istifadə  edə 

bilmirdi.  

Onlar,  təbii  ki,  bizim  maĢınımızın  gurultusunu  eĢitmiĢdilər  – 

Harri  Tervilligerin  lənətə  gəlmiĢ  “Farmall”  yük  maĢını,  onun 

mühərriki heç bir səsboğucusu olmayan iĢlənmiĢ qaz borusu boyunca 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə