Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə120/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   116   117   118   119   120   121   122   123   ...   158

www.vivo-book.com 

 

479 



yanına getsinlər! – Birdən nəsə sınan səs gəldi – bu stəkan ola bilərdi – 

sonra isə Melindanın hıçqırıqları eĢidildi.  

–    Sadəcə,  kömək  etməyə,  –  deyə  Con  Koffi  az  qala  pıçıltı  ilə 

təkrar  edirdi.  O,  nə  qadının  ağlamasına,  nə  də  onun  yeddimərtəbəli 

söyüĢlər  söyməsinə  fikir  verirdi.  –  Sadəcə,  kömək  etməyə,  boss, 

vəssalam. 

–    Sən  heç  nə  edə  bilməzsən,  –  deyə  Murs  ona  cavab  verdi.  – 

Heç  kim  heç  nə  edə  bilməz.  –  Mən  bu  səs  tonunu  əvvəllər  haradasa 

eĢitmiĢdim  və  bir  an  sonra,  Con  Koffinin  mənim  sidik  infeksiyamı 

sağaltdığı gecə onun kamerasına girərkən, özümün də belə danıĢdığımı 

xatırladım.  Hipnoz.  “Sən  öz  iĢinlə  məĢğul  ol,  mən  də  öz  iĢimlə”  –  o 

vaxt  mən  Delakruaya  belə  demiĢdim,  amma  mənim  iĢimlə  Koffi 

məĢğul olmuĢdu, elə indi Hal Mursun iĢi ilə məĢğul olduğu kimi.  

– Biz düĢünürük ki, o kömək edə bilər, – deyə Brutus dilləndi. – 

Əgər  buna  əmin  olmasaydıq,  biz  kollec  tələbələri  kimi  gecənin  bu 

vaxtında  boĢ-boĢuna  bura  qədər  gəlib,  sonra  da  geriyə  qayıdaraq  öz 

iĢimizi, bəlkə də həyatımızı təhlükəyə atmazdıq. 

Sadəcə,  üç  dəqiqə  bundan  əvvəl  mən,  elə  Brutus  özü  də  bunu 

etməyə  hazır  idik.  Lakin  Con  Koffi  bütün  oyunu  bizim  əlimizdən 

alaraq  öz  üzərinə  götürmüĢdü.  O,  Mursun  yanından  keçərək  qapıdan 

içəri  daxil  oldu,  Murs  onu  saxlamaq  üçün  əlini  havaya  qaldırsa  da, 

bunu  etmədi  (onun  əli  Koffinin  ombasına  toxunaraq  yenə  yanına 

düĢdü, mən əminəm ki, Koffi bu toxunuĢu heç hiss belə etmədi). Sonra 



www.vivo-book.com 

 

480 



Koffi  dəhlizdən  qonaq  otağına,  oradan  mətbəxə,  sonra  isə  yenə  o 

tanınmaz qıĢqırığın eĢidildiyi yataq otağına keçdi.  

–    Rədd  ol  buradan!  Hər  kimsənsə,  bura  gəlmə!  Əynimdə 

paltarım yoxdu, çılpağam, məmələrim, hər Ģeyim çöldə qalıb! 

Con  tavandan  asılmıĢ  çilçırağa  dəyməmək  üçün  bir  azca  belini 

əyərək Melindanın qıĢqırığına məhəl qoymadan addımlayır, onun daz 

baĢı iĢığın altında bərq vurur, qolları isə yoğun budaqlar kimi yanında 

ora-bura  yellənirdi.  Bir  an  sonra  biz  də  onun  arxasınca  içəri  daxil 

olduq: əvvəlcə mən, sonra Brutus ilə Hal yan-yana, ən sonda isə Harri. 

Həmin  an  bir  Ģeyi  dəqiq  anlamıĢdım:  indi  bizim  əlimizdən  heç  nə 

gəlməzdi, hər Ģey Con Koffidən asılı olacaqdı. 

 

 



 

 

 

 

Çarpayının  baĢlığına  söykənərək  oturmuĢ  və  bərəlmiĢ  gözlərini 



ona  yaxınlaĢan  nəhəngə  zilləyərək  baxan  qadın,  mənim  iyirmi  il 

tanıdığım  Melinda  Mursa  qətiyyən  bənzəmirdi,  bu  qadın  hətta 

Delakruanın edamından bir neçə gün öncə siyarət elədiyimiz Melinda 

Mursa  da  bənzəmirdi.  Çarpayısına  söykənmiĢ  bu  qadın  Hellouin 




www.vivo-book.com 

 

481 



gecəsi  cadugər  qarı  paltarı  geyinmiĢ  xəstə  uĢağa  bənzəyirdi.  Onun 

külrəngli  dərisinin  qırıĢları  sallanırdı.  Onun  sağ  gözünün  ətrafındakı 

dərisi  elə  qırıĢmıĢdı  ki,  elə  bil  kiməsə  göz  vurmağa  çalıĢırdı.  Onun 

ağzı  da  sağ  tərəfdən  əyilmiĢdi,  saralmıĢ  üst  köpək  diĢi  onun  rəngi 

qaralmıĢ  alt  dodağının  üstündən  bayıra  çıxırdı.  Saçları  seyrək  duman 

kimi onun baĢını əhatəyə almıĢdı. Otaqdan elə üfunət iyi gəlirdi ki, hər 

Ģey  qaydasında  olanda,  bizim  bədənimiz  ondan  ədəb  qaydaları 

çərçivəsində  azad  olur.  Onun  çarpayısının  yanındakı  gecə  vazası 

yarıyadək  sidik  və  hansısa  kəskin  pis  qoxulu,  iyrənc  sarı      kütlə  ilə 

dolu idi. Və bir anlıq mən ümidsizliyə qapılaraq təlaĢla düĢündüm ki, 

biz yəqin çox gecikmiĢik. Çünki cəmi bir neçə gün bundan əvvəl onu 

tanımaq  olurdu:  xəstə  olsa  da,  bizim tanıdığımız  Melinda  idi.  Həmin 

gündən  bu  yana  onun  baĢındakı  ĢiĢ  öz  mövqeyini  möhkəmləndirmək 

üçün  yəqin  qorxunc  bir  sürətlə  inkiĢaf  edibmiĢ.  Hətta  Con  Koffinin 

ona kömək edə biləcəyinə daha inanmırdım.  

Con  Koffi  yataq  otağına  girəndə,  Melindanın  üzündə  qorxu  və 

dəhĢətli bir ifadə vardı. Elə bil ki, onun içində nəsə xəstənin əzablarını 

yüngülləĢdirə biləcək və həmin Ģeyi kökündən qoparıb ata biləcək, ən 

azından,  siz  zəlini  qoparmaq  istədikdə,  üstünə  duz  səpdiyiniz  kimi, 

onun üstünə duz səpəcək həkimi tanımıĢdı. Mənə diqqətlə qulaq asın: 

mən  Melli  Mursun  içinə  cin  girdiyini  demək  istəmirəm,  mən  bunun 

belə  olmadığını bilirəm.  Onu da bilirəm  ki,  həmin gecə  mənim qədər 

gərgin bir vəziyyətdə olmuĢ birisinin keçirdiyi hislər Ģübhə altına alına 



www.vivo-book.com 

 

482 



bilər. Lakin onu da deməliyəm ki, cinli versiyasının ehtimalını da heç 

vaxt  tam  Ģəkildə  hesabdan  kənara  atmamıĢam.  Onun  gözlərində  nəsə 

vardı,  sizi  əmin  edirəm  ki,  nəsə  qorxuya  bənzər  bir  Ģey  vardı.  Bu 

məsələdə  mənə  etibar  edə  bilərsiniz,  çünki  bu  hissi  mən  insanların 

gözlərində çox görmüĢəm və baĢqa heç nə ilə qarıĢıq sala bilmərəm.  

Mənim  gördüyüm  hər  nə  idisə,  çox  tez  bir  zamanda  öz  yerini 

ağılla,  düĢüncə  ilə  dərk  olunmayan  marağa  verərək  qeyb  olub  getdi. 

Melindanın idbar ağzı gülümsəməyə çalıĢırmıĢ kimi titrədi.  

–    Ah,  necə  də  böyükdür!  –  deyə  o  qıĢqırdı,  sanki  qıĢqıran 

angina  –  boğaz  gəlməsi  xəstəliyinə  tutulmuĢ  balaca  qız  idi.  O,  üzü 

kimi  rəngi  avazımıĢ  əllərini  yorğanın  altından  çıxartdı  və  dizlərinə 

yaxın  bir-birinin  üstünə  qoydu.  –  Hə,  Ģalvarını  çıxart  görüm!  Bütün 

həyatım  boyu  zənci  Ģeyi  haqqında  eĢitmiĢəm,  amma  bir  dəfə  olsun 

görməmiĢəm! 

Mənim arxamda dayanmıĢ Murs ümidsiz bir halda inildədi 

Con  Koffi  bütün  bunlara  heç  bir  əhəmiyyət  vermədi.  Sanki 

Melindanı müĢahidə edirmiĢ kimi bir müddət dayanıb baxandan sonra, 

o,  birlampalı  torĢerin  iĢıqlandırdığı  çarpayıya  yaxınlaĢdı.  Lampa 

Mellinin  gecə  köynəyinin  boğazındakı  krujevaya  qədər  yuxarı 

dartılmıĢ  yorğanın  üstünə  parlaq  iĢıq  dairəsi  salırdı.  Çarpayının 

arxasında,  kölgədə  mən  artırmadan  içəri  gətirilmiĢ  bir  Ģezlonq  – 

uzanıb  dincəlmək  üçün  xüsusi  kürsü  gördüm.  Mellinin  öz  əlləri  ilə 

yaxĢı günlərdə toxuduğu yun Ģalın bir ucu Ģezlonqun üzərində, bir ucu 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə