www.vivo-book.com
487
öz içinə çəkir. elə hey durmadan çəkirdi. Onun havada olan əlinin
barmaqları hələ də geniĢ açılmıĢdı və bu əl mənə qəhvəyi rəngli dəniz
ulduzunu xatırladırdı.
Qəfildən Melindanın beli tağ kimi qabardı. Onun bir əli havada
ora-bura yellənməyə, barmaqları isə qıc olurmuĢ kimi gah açılıb, gah
da yumulmağa baĢladı. Melindanın ayaqları yatağı döyəcləyirdi. Sonra
isə qıĢqırıq eĢidildi. Yenə də, yalnız mən eĢitmədim, baĢqaları da bu
qıĢqırığı eĢitmiĢdi. Brutus bu qıĢqırığı tələyə düĢmüĢ canavar, ya da
koyotun ulamasına bənzətmiĢdi. Mən isə onu qartalın səsinə
bənzətmiĢdim. Belə səsi onlar sakit səhər vaxtı qanadlarını geniĢ
açaraq dumanlı qayalıqların arasında süzərkən çıxarırlar.
Bayhırda əsən külək birdən elə Ģiddətləndi ki, ev ikinci dəfə
silkələndi – bu da çox qəribə idi, çünki o vaxta qədər bayırda qətiyyən
külək əsmirdi.
Con Koffi Melindadan kənara çəkildi və mən gördüm ki,
Mellinin üzünün qırıĢları əməlli-baĢlı açılıb. Onun ağzının sağ tərəfi
də daha aĢağı sallanmırdı. Onun gözləri öz əvvəlki, normal formasını
bərpa etmiĢdi və o, ən azı on il cavanlaĢmıĢdı. Koffi bir neçə saniyə
ona diqqətlə baxdı və sonra öskürməyə baĢladı. O, baĢını yana çevirdi
ki, qadının üzünə öskürməsin, müvazinətini itirdi (çünki çarpayının
düz kənarında oturmuĢdu) və döĢəməyə yıxıldı. Elə bu da evi üçüncü
dəfə silkələmək üçün kifayət elədi. O, dizləri üstünə qalxaraq baĢını
www.vivo-book.com
488
aĢağı əydi və vərəmin sonuncu dövründə olan adam kimi öskürməyə
baĢladı.
Mən düĢündüm: “Ġndi isə qara mığmığalar. Ġndi o öskürərək
onları havaya buraxacaq və yəqin onların sayı-hesabı olmayacaq”.
Amma heç bir dənə də olsun mığmığa görünmədi. O, it kimi
hürə-hürə, dərindən öskürməyə davam edir, tutmalar arasında güclə
nəfəsini dərməyə macal tapırdı. Onun tünd-qəhvəyi rəngindəki dərisi
indi bozarmağa baĢlamıĢdı. Brutus təĢviĢə düĢərək ona yaxınlaĢdı və
onun yanında diz çökərək bir əlini onun ara-sıra titrəyən geniĢ
kürəyinə qoydu. Elə bil Brutusun bu hərəkəti tilsimi qırdı, Murs
yerindən tərpənərək arvadına yaxınlaĢdı və Koffinin oturduğu yerə
əyləĢdi. Sanki, o bir kənarda yerə çöküb boğula-boğula öskürən
nəhəng zəncini heç görmürdü. Baxmayaraq ki, Con Koffi düz onun
ayaqlarının yanında yerə çökmüĢdü, Mursun gözləri yalnız öz arvadına
zillənmiĢdi, o da Mursa heyrətlə baxırdı. Melindanın üzünə baxanda
adama elə gəlirdi ki, o, çirkli bir güzgü idi və onu indi silib
təmizləmiĢdilər.
– Con! – deyə Brutus qıĢqırdı. Ġçindəkini qus! Əvvəllər etdiyin
kimi, onu havaya burax!
Con isə hələ də boğulur və öskürməyə davam edirdi. Onun
gözləri nəmlənmiĢdi, amma göz yaĢlarından deyil, gərginlikdən. Onun
ağzında tüpürcək axsa da, baĢqa heç nə çıxmırdı.
www.vivo-book.com
489
Brutus əlini bir-iki dəfə onun kürəyinə Ģappıldatdı, sonra geri
dönərək mənə baxdı:
– O boğulur! Melindanın ciyərlərindən nə sorduğunu bilmirən,
amma həmin Ģey onu boğur!
Mən irəli atıldım. Lakin mən iki addım atmağa macal tapmamıĢ,
Koffi dizləri üstündə məndən uzaqlaĢaraq otağın küncünə tərəf getdi,
hələ də nəfəsini güclə dərə-dərə öskürürdü. O, baĢını divar kağızına –
bağın hasarına sarmaĢmıĢ qırmızı rəngli yabanı qızıl güllər – söykədi
və içindəki o Ģeyi çıxarmaq üçün qusmağa hazırlaĢırmıĢ kimi öyüməyə
baĢladı. Yadımdadır, o vaxt düĢündüm ki, bax indi qara mığmığalar
mütləq görünəcək, amma yenə heç nə baĢ vermədi. Bununla belə,
onun öskürəkləri, deyəsən, bir balaca səngimiĢdi.
– Mən yaxĢıyam, boss, Con hələ də alnını divar kağızındakı
yabanı qızıl güllərdən ayırmayaraq dedi. Onun gözləri qapalı idi.
Conun yanında durduğumu necə bildiyini bilmirəm, amma o bunu
bilirdi. – Düz sözümdü, mən özümü yaxĢı hiss edirəm. Siz qadının
qayğısına qalın.
Mən Ģübhə ilə ona baxdım, sonra isə yatağa tərəf döndüm. Hal
Melindanın alnını sığallayırdı, bundan da vacibi isə, qadını saçlarının
bir hissəsinin – çox yox, lap azca – yenidən qaraldığını gördüm.
– Burada nə baĢ verib? – deyə Melinda bizdən soruĢdu. Mən
ona baxdığım vaxt ərzində onun yanaqları da getdikcə allanırdı. Elə bil
o, divar kağızlarındakı qızıl güllərdən bir neçəsini çəkib götürmüĢdü. –
www.vivo-book.com
490
Mən bura necə düĢmüĢəm? Biz ki, səninlə Ġndianoladakı xəstəxanaya
getməyə hazırlaĢırdıq, düz demirəmmi? Orada həkimlər mənim baĢımı
rentgen etməli və beynimin Ģəkillərini çıxarmalıydılar.
– Ssss, – Hal dedi. – Sakit ol, əzizim, indi bütün bunların heç bir
əhəmiyyəti yoxdur.
– Amma mən heç nə baĢa düĢmürəm! – deyə Melinda az qala
fəryad etdi. – Biz səninlə yolun kənarındakı dükanlardan birində
dayandıq... sən mənə on sentə bir gül dəstəsi də aldın... və sonra... mən
buradayam və hər yan qaranlıqdır! Sən Ģam yeməyini yemisənmi, Hal?
Bəs mən nə üçün qonaq otağındayam? Məni rentgenə saldılarmı? –
Onun gözləri, demək olar ki, Harrini görmədən onun üstündən –
məncə bunun səbəbi onun Ģokda olması idi – keçərək mənim üzərimdə
dayandı. – Pol? Məni rentgenə saldılarmı?
– Hə, – deyə mən cavab verdim. – ġəkildə hər Ģey təmiz çıxdı.
– Onlar mənim beynimdəki ĢiĢi tapdılarmı?
– Yox, heç nə tapmadılar, – deyə cavab verdim. – Bircə onu
dedilər ki, sənin baĢ ağrıların bir müddətdən sonra keçib gedəcək.
Onun yanında oturmuĢ Hal hönkürtü ilə ağlamağa baĢladı.
Melində bir az irəli əyilərək onun gicgahından öpdü. Sonra onun
nəzərləri otağın küncünə tərəf döndü.
– Bu qaradərili adam kimdir? O nə üçün küncdə dayanıb?
Mən geri çevrildim və gördüm ki, Con ayağa durmağa çalıĢır.
Brutusun köməyi ilə o, nəhayət, son bir cəhdlə ayağa qalxdı. O, Ģuluq
Dostları ilə paylaş: |