Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə119/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   115   116   117   118   119   120   121   122   ...   158

www.vivo-book.com 

 

475 



əlini yandırarsa ya da hamının sevib əzizlədiyi balaca bir uĢaq özünün 

ilk milad oyuncağını ağzına aldığına görə boğulub ölərsə, bu qalmaqal 

və axmaq varlıq bundan sevinərək həzz ilə gülər. Mən bu haqda uzun 

illər, Kold Mauntindən Corciya Paynza qədər çəkən bir dövr  ərzində, 

düĢünmüĢəm  və  əminəm  ki,  bu  qüvvə  həmin  gecə  var  gücü  ilə  bizə 

təsir  etmək  üçün  duman  kimi  özünü  ora-bura  vuraraq  Con  Koffinin 

Melinda Mursun yanına getməsinə maneə olmaq istəyirdi.  

–    Rəis…  Hal…  Mən…  –  Demək  istədiyim  bütün  sözlər 

mənasız alınırdı.  

O  bizə  qulaq  asmayaraq  yenə  tapançasını  qaldırıb  mənimlə 

Brutus  arasında  harasa  tuĢladı.  Onun  qızarmıĢ  gözləri  birdən 

geniĢləndi.  Və  həmin  an  Con  Koffi  üzündə  axmaq  bir  təbəssümlə 

Harri Tervilligeri öz arxasınca çəkə-çəkə gəldi.  

–    Koffi,  –  deyə  Murs  nəfəsini  çəkdi.  –  Con  Koffi.  –  O, 

qulaqbatırıcı bir səslə qıĢqırdı: – Dur! Olduğun yerdə dur, yoxsa atəĢ 

açacağam! 

Onun arxasından zəif bir qadın səsi eĢidildi: 

–  Hal? Sən orada nə edirsən? Sən orada kim ilə söhbət edirsən, 

sənin ananı belə belə? 

Murs  bir  anlıq  arvadının  səsi  gələn  tərəfə  çevrildi,  onun  üzü 

karıxmıĢ və kədərli bir ifadə almıĢdı. Sadəcə bir anlıq, dediyim kimi, 

lakin  onun  əlindən  uzunlüləli  tapançanı  almaq  üçün  bu  vaxt  mənə 

artıqlaması  ilə  bəs  edərdi.  Lakin  məsələ  onda  idi  ki,  mən  öz  əllərimi 



www.vivo-book.com 

 

476 



qaldıra  bilmirdim,  elə  bil  onlara  ağır  daĢlar  bağlamıĢdırlar.  BaĢımda 

cürbəcür  xıĢıltı  səsləri  vardı,  elə  bil  maqnit  qasırğası  zamanı  kimsə 

radioda hansısa proqramı axtarırdı. Həmin vaxt daxilimdə keçirdiyim 

hislərdən  yalnız  qorxu  hissi  və  Hala  görə  xəcalət  çəkdiyimi 

xatırlayıram.  

Harri ilə Con Koffi artıq pilləkənlərə çatmıĢdılar. Murs yeni bizə 

tərəf  dönüb  silahını  qaldırdı.  Sonralar  o  mənə  demiĢdi  ki,  o  vaxt 

həqiqətən  Koffiyə  atəĢ  açmaq  fikrində  imiĢ.  O,  elə  düĢünübmüĢ  ki, 

guya bizi əsir alıblar və bütün bu əməliyyatın baĢında duran Ģəxs yük 

maĢının  yanında  qalaraq  kölgədə  gizlənib.  Bircə  onu  baĢa  düĢməyib 

ki,  bizi  nə  üçün  onun  evinə  gətiriblər,  amma  qısas  ona  ən  mümkün 

versiya kimi gəlib. 

Amma  o,  atəĢ  açmağa  macal  tapmamıĢ,  Harri  önə  çıxaraq 

Koffinin  qabağına  keçdi  və  öz  bədəni  ilə  onu  qorudu,  əlbəttə  bunu 

etmək nə qədər mümkündürsə. Koffi onu buna məcbur etməmiĢ, Harri 

öz xoĢu ilə belə etmiĢdi.  

–  Yox, rəis  Murs!  – Harri  dedi.  – Hər Ģey  qaydasındadır. Heç 

kimdə  silah  yoxdur  və  heç  kimə  xəsarət  yetirilməyəcək.  Biz  bura 

yardım etmək üçün gəlmiĢik! 

–    Yardım  etmək?  –  Mursun  uzun  və  dolaĢıq  qaĢları  çatıldı. 

Onun  gözləri  parıldadı.  Mən  gözlərimi  onun  “Bantayn”ından  çəkə 

bilmirdim. – Nəyə yardım eləmək? Kimə yardım eləmək? 




www.vivo-book.com 

 

477 



Sanki  onun  suallarına  cavab  olaraq  yenə  özündən  əmin, 

deyingən və əlbəttə ki ağlını itirmiĢ qoca bir qadın səsi eĢidildi: 

–  Yanıma gəl, it oğlu it! Gəl və öz koramalını iĢə sal! Öz əclaf 

dostlarını da gətir! Qoy onlar da bizimlə əylənsinlər! 

Mən  ruhumun  dərinliklərinə  qədər  sarsılmıĢ  bir  vəziyyətdə 

Brutusa baxdım. Mən onun söyüĢ söydüyünü anlayırdım – yəni onun 

beynindəki ĢiĢ necəsə onu söyüĢ söyməyə məcbur edirdi – amma onun 

söydüyü söyüĢlər sadəcə söyüĢlər deyildi, nəsə daha artıq bir Ģey idi.  

–    Siz  burada  neyləyirsiniz?  –  deyə  Murs  bir  də  soruĢdu. 

Arvadının  hay-həĢirindən  sonra  onun  səsindəki  qətiyyət  bir  xeyli 

azalmıĢdı. – BaĢa düĢmürəm, bəlkə məhbuslardan kimsə həbsxanadan 

qaçıb, ya da… 

Con Koffi Harrini bir kənara çəkdi – sadəcə, onun götürdü və bir 

kənara  qoydu  –  sonra  pilləkənlər  ilə  artırmaya  qalxdı.  O  mənimlə 

Brutusun  arasında  dayandı,  elə  nəhəng  idi  ki,  az  qaldı  ki,  bizi 

artırmanın  kənarından  Melindanın  gül  kollarının  üstünə  yıxsın.  Murs 

nəzərlərini çevirib onun hərəkətlərini izləməyə baĢladı, o bunu elə etdi 

ki,  elə  bil  uca  bir  ağacın  təpəsini  görmək  istəyirdi.  Birdən  hər  Ģey  öz 

yerini  tutdu  və  mən  hər  Ģeyi  anladım.  Beynimdə  qum  ya  da  düyü 

çeĢidləyən güclü barmaqlar kimi fikirlərimi qarıĢdıran Ģübhəli ruh bir 

andaca harasa yox olub getdi. Bosun qarĢısında Mən və Brutus çaĢqın 

və karıxmıĢ halda durduğumuz bir vaxtda Harrinin qətiyyətlə hərəkətə 

keçə bilməsinin səbəbi mənə aydın oldu. Harri Conun yanında idi… və 



www.vivo-book.com 

 

478 



Ģeytani qüvvəyə qarĢı çıxan o güc ya da ruh, hər nədirsə, həmin gecə 

Con Koffinin içində qərar tutmuĢdu. Con Koffi rəis Mursun qarĢısına 

çıxanda,  bu  həmin  ruh  idi  –  mən  onu  nəsə  ağ  bir  Ģey  kimi  təsəvvür 

edirəm  –  və  o,  vəziyyəti  öz  nəzarəti  altına  aldı.  Digər  ruh  isə  bizi 

tamamilə  tərk  edib  getməsə  də,  mən  onun  güclü  iĢıq  saldığı  qara  bir 

kölgə kimi sürünərək geri çəkildiyini gördüm.  

–    Mən  sizə  kömək  eləmək  istəyirəm,  –  Con  Koffi  dedi.  Murs 

həyəcanlı nəzərlərini qaldırıb onun üzünə baxdı, onun gözlərində açıq-

aĢkar  heyranlıq  və  heyrət  ifadəsi  vardı.  Con  Koffi  onun  əlindən 

“Bantlayn  spesial”ı  alaraq  mənə  verəndə,  məncə,  Halın  bundan  heç 

xəbəri  belə  olmadı.  Mən  ehtiyatla  tapançanın  çaxmağını  aĢağı 

endirdim.  Bir  qədər  sonra  silahın  barabanını  yoxlayanda  onun 

tamamilə  boĢ  olduğunu  gördüm.  Bəzən  düĢünürəm,    görəsən  Halın, 

silahın  boĢ  olmasından  xəbəri  vardımı?  Bu  arada,  Con  hələ  də 

dodaqaltı  mırıldanmaqda  davam  edirdi:  –  Mən  ona  kömək  etməyə 

gəlmiĢəm. Sadəcə, kömək etməyə. Mənim istəyim yalnız budur.  

–  Hal! – deyə Melinda yataq otağında qıĢqırdı. Bu dəfə qadının 

səsi daha güclü çıxırdı, amma bu səsdə onun qorxduğu da hiss edilirdi, 

sanki bizi çaĢ-baĢ salmıĢ həmin qüvvə indi onun bədəninə keçmiĢdi. – 

Onları  qov  getsinlər,  kim  olursa  olsun!  Qov  onları,  bizə  gecənin  bu 

vaxtında  alverçilər  lazım  deyil!  Nə  elektrolüks,  nə  də  tozsoran! 

Qasığında  dəliyi  olan  fransız  pantolonu  da  lazım  deyil!  Onları  qov 

getsinlər!  Onlara  de  ki,  buradan  atdırıb  filan-filan  oğlunun  anasının 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə