Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə118/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   114   115   116   117   118   119   120   121   ...   158

www.vivo-book.com 

 

471 



istədiyi kimi nərildəyir, partıldayırdı. Lənət Ģeytana, yəqin bu günlərdə 

Murslar ayıq yatırlar.  

Əvvəlcə, evin ön tərəfinə (mətbəx) yaxın olan iĢıq, sonra qonaq 

otağının  iĢığı,  daha  sonra  dəhlizin  və  nəhayət,  giriĢ  qapısının  iĢığı 

yandı. Bu iĢıqların bir-bir yana-yana önə gəlməsinə mən, beton divarın 

arxasında  gizlənərək  son  siqaretini  çəkə-çəkə  üzərinə  gələn  silahlı 

dəstənin  yaxınlaĢmasını  seyr  edən  bir  adam  kimi  baxırdım. 

“Farmall”ın  mühərrikinin  qeyri-müntəzəm  uğultusu  susanda,  maĢının 

qapıları  cırıldayaraq  açılanda  və  maĢından  düĢən  Harri  ilə  Brutusun 

ayaqları  altında  çınqılın  xırçıltısı  eĢidiləndə  də,  geri  qayıtmağın  artıq 

gec olduğunu mən hələ tam dərk etməmiĢdim.  

Con  məni  də  dartaraq  ayağa  qalxdı.  Tutqun  iĢığın  Ģəfəqləri 

altında  onun  üzü  canlı  və  həvəsli  görünürdü.  “Niyə  də  yox?”  –  deyə 

həmin  an  düĢündüyümü  xatırlayıram.  “Niyə  də  o,  həvəsli  olmasın? 

Axı o, axmaq deyil.” 

Harri  ilə  Brutus,  göy  gurultusunu  eĢitmiĢ  uĢaqlar  kimi 

avtomobilin  yanında  çiyin-çiyinə  dayanmıĢdılar  və  onlara  baxanda, 

gördüm  ki,  onlar  da  mənim  kimi  qorxmuĢ,  karıxmıĢ  və  narahat 

görünürdülər.  Bu  mənzərə  mənim  qanımı  daha  da  qaraltdı.  Con 

kuzovdan yerə atıldı, amma əslində, bu onun üçün tullanmaqdan daha 

çox, addım atmaq idi. Onun ardınca öz keyimiĢ ayaqlarım ilə mən də 

kuzovdan yerə atıldım. Əgər o mənim çiynimdən tutub saxlamasaydı, 

mən Ģappıltı ilə soyuq çınqılın üstünə səriləcəkdim.  



www.vivo-book.com 

 

472 



–  Biz  səhv  eləmiĢik,  –  deyə  Brutus  fısıldadı.  Onun  qorxu  dolu 

gözləri bərəlmiĢdi. – Aman Allah, Pol, bizim ağlımız haradaydı? 

–    Bu  haqda  danıĢmaq  artıq  çox  gecdir,  –  deyə  mən  cavab 

verdim.  Mən  Koffinin  ombasından  itələdim  və  o,  itaətkarcasına  geri 

çəkilərək  Harrinin  yanında  dayandı.  Sonra  mən  Brutusun  qolundan 

yapıĢdım  və  biz  birlikdə,  görüĢə  çıxmıĢ  cütlük  kimi,  indi  iĢığa  qərq 

olmuĢ  artırmaya  tərəf  addımladıq.  –  Sən  ağzını  açma,  mən 

danıĢacağam, anladınmı? 

–    Hə,  –  deyə  Brutus  cavab  verdi.  –  Ġndi  mənim  dərk  edə 

bildiyim yeganə Ģey də elə budur.  

Mən baĢımı çevirib çiynimin üstündən geriyə baxdım: 

–    Harri,  mən  səni  çağırmayınca,  sən  onunla  birlikdə  maĢının 

yanında  qal.  Mən  tam  hazır  olmayınca,  Mursun  onu  görməsini 

istəmirəm.  –  Bəlkə  də  buna  heç  vaxt  hazır  olmayacaqdım.  Ġndi  bunu 

dəqiq bilirdim.  

Brutus  ilə  mən  artırmanın  pilləkənlərinə  çatmağa  macal 

tapmamıĢ, qapı elə qəfildən və sərt açıldı ki, qapıdan asılmıĢ mis çəkic 

lövhəciyə  zərblə  çırpıldı.  Əyninə  mavi  pijama  Ģalvarı  və  zolaqlı 

köynək  geyinmiĢ  Murs  qarĢımızda  dayanmıĢdı,  onun  pırtlaĢıq  çal 

saçlarının  hərəsi  bir  tərəfə  baxırdı.  O,  həbsxanada  iĢlədiyi  müddət 

ərzində özünə minlərlə düĢmən qazanmıĢ bir adam idi və bunu bilirdi. 

Onun  sağ  əlində  tutduğu  və  həddən  artıq  uzun  lüləsinin  ucu  heç  də 

yerə tuĢlanmamıĢ tapança, adətən, kaminin üstündən asılmıĢ olardı. Bu 



www.vivo-book.com 

 

473 



tapançanın markası o zamanlar məĢhur olan “Ned Bantayn Spacial” idi 

və  ona  babasından  qalmıĢdı.  Həmin  an  tapançanın  lüləsi  artıq  bizə 

tuĢlanmıĢdı (bunu görəndə, qarnıma sancılar doldu).  

–    Saat  üçün  yarısında,  sabahın  alaqaranlığında  oradan  gələn 

kimdi  elə?  –  deyə  o  soruĢdu.  Mursun  səsindən  onun  qorxduğu 

qətiyyən  hiss  olunmurdu,  həmin  an  əllərinin  əsməsi  də  dayanmıĢdı. 

Tapançanı  tutan  əli  isə  daĢ  kimi  sabit  idi.  –  Cavab  verin,  yoxsa…  – 

Tapançanın lüləsi yavaĢ-yavaĢ bizə tərəf qalxmağa baĢladı.  

–    Dayan,  rəis!  –  deyərək  Brutus  əllərini  havaya  qaldırdı  və 

ovuclarını  əlində  silah  tutan  adama  tərəfə  çevirdi.  Mən  onun  səsinin 

heç vaxt belə titrədiyini eĢitməmiĢdim, elə bil Mursun səsinin əsməsi 

Brutus Hovellin boğazına keçmiĢdi.  

–  Bu bizik! Pol və mən və… bizik! 

Brutus önə bir addım atdı ki, artırmada yanan lampa onun üzünü 

iĢıqlandırsın.  Mən  də  onun  kimi  etdim.  Hal  Murs  gah  mənə,  gah  da 

Brutusa  baxırdı  və  onun  aqressiv  qətiyyəti  indi  çaĢqınlıqla 

əvəzlənmiĢdi.  

–  Siz burada nə edirsiniz? – deyə o soruĢdu. – Özü də gecənin 

bu  aləmində,  üstəlik,  axı  siz  indi  növbədə  olmalısınız.  Sizin  növbədə 

olmalı olduğunuzu dəqiq bilirəm, çünki məndə sizin iĢ cədvəliniz var. 

Ona  görə  də,  deyim  görüm  hansı…  Ġlahi.  Ciddi  təcridolunma  rejimi 

təyin  edilməyib,  elə  deyilmi?  Bəlkə,  məhbuslar  qiyam  qaldırıb?  –  O, 

gah  mənə,  gah  da  Brutusa  baxaraq  soruĢdu  və  sonra  o,  narahat 



www.vivo-book.com 

 

474 



nəzərlərlə bizim yük maĢınımıza tərəf baxdı. – Yük maĢınının yanında 

daha kim var?  

“DanıĢığı  mən  aparacağam”.  Brutusa  mən  belə  təlimat 

vermiĢdim,  amma  indi  danıĢmaq  zamanı  idi  və  mən  ağzımı  açıb  bir 

söz  belə  deyə  bilmirdim.  Həmin  axĢam  iĢə  gedərkən  yolda  Mursun 

evinə  çatanda  onunla  nə  danıĢacağımı  çox  diqqətlə  götür-qoy 

etmiĢdim  və  mənə  elə  gəlmiĢdi  ki,  düĢündüklərim  elə  də  ağılsız 

səslənmirdi. Qeyri-normal – bizim bu təĢəbbüsümüzdə heç nə normal 

deyildi  –  amma  bəlkə  də,  bizi  evinə  buraxmasına  və  bircə  Ģans 

verməsinə  kifayət  edəcək  qədər  normal.  Con  Koffiyə  Ģans  verəcək 

qədər  normal.  Amma  indi  mənim  diqqətlə  seçib  məĢq  etdiyim  sözlər 

dəli  dalğalar  kimi  coĢmuĢ  çaĢqınlığımın  dərinliklərinə  qərq  olmuĢdu. 

Fikirlər  və  obrazlar  –  yanan  Delakrua,  ölən  siçan,  Old  Sparkinin 

qucağında  oturub  dəli  kimi  ora-bura  çırpınaraq  mən  qızarmıĢ  hind 

xoruzuyam  qıĢqıran  Tut-Tut  –  səhrada  əsən  Ģiddətli  qasırğanın 

sovurub havaya qaldırdığı qum dənələri kimi baĢımın içində ora-bura 

fırlanırdı. Mən inanıram ki, dünyamız xeyirxahlıqdan məhrum deyil və 

o bizi sevən Allahdan gəlir. Mən həm də baĢqa bir qüvvənin mövcud 

olmasına  inanıram.  Bu  qüvvə  də  mənim  bütün  həyatım  boyu  ibadət 

etdiyim  Allah  kimi  realdır  və  o  bizim  bütün  xeyirxah  istəklərimizin 

məhv edilməsinə və dağıdılmasına yönəlib. Bu iblis deyil (baxmayaraq 

ki, mən onun da mövcud olmasına inanıram), insanların arasına nifaq 

salan Ģeytandır və bir ixtiyar qoca öz qəlyanını alıĢdırmaq istəyərkən 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə