www.vivo-book.com
503
çox çətinliklə, ləngər vura-vura addımlayırdı, amma bununla belə,
pilləkənlərlə aĢağı enə bildi. Onların ardınca Brutusla mən,
bacardığımız qədər cəld qapıdan keçdik və onun kilidini yenidən
qıfılladıq.
– Ġlahi, mən fikirləĢirəm ki, bizi... – deyə Brutus nəsə demək
istəyəndə, mən onun qabırğalarına sərt bir dürtmə vuraraq onun
sözünü kəsdim.
– Onu demək lazım deyil, – mən dedim. – O, sağ-salamat öz
kamerasına girməyincə, bu haqda heç düĢünməsən daha yaxĢı olar.
– Hələ Persi ilə məĢğul olmalıyıq, – Harri dedi. Tağlı kərpic
tunelin içində bizim səslərimiz əks-səda verirdi. – Biz onu razı
salmayınca gecəni bitmiĢ hesab etmək olmaz.
Sonra məlum olduğu kimi, bizim həmin gecəmizin sonuna hələ
çox qalıbmıĢ.
Altıncı hissə
CON KOFFĠ YAġIl MĠLDƏN KEÇĠR
1
www.vivo-book.com
504
Mən əlimdə atamın qələmi ilə Corciya Paynzın solariumunda
oturmuĢdum və mənim üçün zaman məfhumu öz əhəmiyyətini
itirmiĢdi. Mən xəyalən həmin dövrə, Harri və Brutus ilə birlikdə biz
Con Koffini YaĢıl Mil blokundan qaçırıb Melinda Mursun yanına
aparmıĢdıq ki, onun həyatını xilas edək. Mən özünü Ġkinci Billi Kid
hesab edən Billi Uortonu necə narkoriklərlə yuxuya verdiyimiz və
Persi Uetmora dəli köynəyi geyindirib onu necə dəhlizin sonundakı
yumĢaq divarlı otağa salıb qapısını kilidlədiyimiz haqqında artıq
yazmıĢdım. Mən bizim qəribə gecə səyahətimiz – həm dəhĢətli, həm
də həyəcanverici – və səyahətin sonunda baĢ vermiĢ möcüzə haqqında
da yazmıĢdım. Biz Con Koffinin yalnız bir ayağı qəbirdə olan deyil,
bizə görə lap onun dibində olan bir qadını ölümün pəncələrindən necə
xilas etdiyini öz gözlərimizlə görmüĢdük.
Mən bu hekayəni yazdığım zaman Corciya Paynz qocalar
evində, ətrafımda cərəyan edən həyatdan, demək olar ki, tamamilə
bixəbər idim. Qocalar Ģam yeməyi üçün aĢağı enir, sonra da
sitkomların axĢam dozasını qəbul etmək üçün istirahət mərkəzinə (hə
buna gülə bilərsiniz) çəkilirdilər. Dostum Eleynin mənə buterbrod
gətirdiyini və mən ona təĢəkkür edərək onu yediyimi, deyəsən,
xatırlaya bilirəm, amma buterbrodu nə zaman gətirdiyini və onun
www.vivo-book.com
505
içində nə olduğunu qətiyyən xatırlamıram. Mən, demək olar ki, bütün
varlığımla 1932-ci ildə idim, o zaman biz öz buterbrodlarımızı
arabasının üstünə Bibliyadan sitatlar yazılmıĢ qoca Tit-Tutdan alırdıq:
soyuq donuz əti ilə buterbrodu beĢ sentə, mal əti ilə isə on sentə.
Burada yaĢayan canlı meyitlər daha bir həssas və narahat yuxu
gecəsinə hazırlaĢanda, ətrafdakı səs-küyün necə sakitləĢdiyini
xatırlayıram. Mən Mikkinin – bəlkə də buranın ən yaxĢı sanitarı deyil,
amma ən xeyirxahı olduğuna Ģübhə yoxdur – otaqları gəzərək dərman
paylayarkən öz təmiz tenor səsi ilə “Qırmız Çay Vadisi” mahnısını
oxuduğunu eĢitmiĢdim: “Deyirlər bu vadidən köçüb gedirsən... sənin
parlaq gözlərinçün, təbəssümünçün, biz darıxacağıq...”. Bu mahnını
eĢidəndə, yenə Melinda və möcüzənin baĢ verməsindən sonra, onun
Con Koffiyə dedikləri haqqında düĢündüm. “Mən səni yuxumda
görmüĢəm. Yuxumda gördüm ki, sən də mənim kimi qaranlıqda
sərgərdan gəzirsən. Biz bir-birimizi tapdıq.”
Corciya Paynzda hər yan sakitliyə qərq olmuĢdu, gecə
yarısından keçsə də, mən hələ də yazmaqla məĢğul idim və Harrinin
bizə, Con Koffini yaxalanmadan həbsxanaya çatdırsaq da, Persi ilə
məsələni həll etməli olduğumuzu xatırlatdığı yerə çatmıĢdım. “Onunla
məsələni yoluna qoymadan biz gecəni bitmiĢ hesab edə bilmərik” –
Harri bizə təxminən belə demiĢdi.
Həmin bu yerdə atamın qələmi ilə durmadan yazı yazdığım
həmin uzun gün, nəhayət ki, bitmiĢdi. Mən qələmi yerə qoydum – bir
www.vivo-book.com
506
neçə saniyə keyimiĢ barmaqlarımı ovuĢdurub canlandırıncaya qədər,
həmin vaxt mən belə düĢünmüĢdüm – və sonra baĢımı qollarımın
üstünə qoyub gözlərimi yumdum ki, onlara bir balaca dinclik verim.
Mən gözlərimi açıb baĢımı qaldıranda, solariumun pəncərəsindən
səhər günəĢi içəri boylanırdı. Mən saatıma baxdım və gördüm ki,
doqquza iĢləyib. Mən qoca əyyaĢ kimi baĢımı qollarımın üstünə qoyub
təxminən altı saat yatmıĢdım. Mən üz-gözümü turĢudaraq ayağa
qalxdım və qurumuĢ belimi cana gətirmək üçün gərnəĢdim və
düĢündüm ki, mətbəxə enim və bir iki tikə qızardılmıĢ çörək də
götürüb səhər gəzintisinə gedim, sonra masanın üstünə səpələnmiĢ
vərəqlərə baxdım. Elə həmin andaca, səhər gəzintisini təxirə salmaq
qərarına gəldim. Bəli, mənim görəcək iĢlərim vardı, amma onlar
gözləyə də bilərdi və mən bu gün səhər Bred Dolan ilə siçan-piĢik
oynamaq həvəsində deyildim.
Gəzintiyə çıxmaq əvəzinə mən yazımı bitirə bilərdim. Bəzən
bədəninizin və ağlınızın bütün etirazlarına baxmadan özünüzü
baĢladığınız iĢi bitirməyə məcbur etmək daha yaxĢıdır. Bəzən bu bir iĢi
bitirməyin yeganə üsulu olur. Həmin səhər mənim ən böyük arzumun,
Con Koffinin xəyalətindən canımı qurtarmaq olduğunu yaxĢı
xatırlayıram.
– YaxĢı, – mən dedim. Daha bir mil, amma, əvvəlcə...
Ġkinci mərtəbənin dəhlizinin sonundakı tualetə getdim. Mən
orada dayanıb bədənimdəki artıq suyu boĢaldarkən, gözüm birdən
Dostları ilə paylaş: |