www.vivo-book.com
535
burada bitirməyə məcbur olan insanlardansa, onun bəxti daha çox
gətirmiĢdi. Onun bəxti layiq olduğundan çox gətirmiĢdi.
Biz nə baĢ verdiyini anlamağa macal tapmamıĢ, Persi belindən
tapançasını çıxardı və Uortonun kamerasına tərəf gedərək yuxuda olan
adama dalbadal altı dəfə atəĢ açdı. Sadəcə, bam-bam-bam, bam-bam-
bam, tətiyə basa bildiyi qədər tez-tez basdı. Qapalı məkanda bu
atəĢlərin səsi qulaqbatırıcı idi; səhərisi mən baĢ verənləri Cenisə
danıĢanda, qulaqlarımdakı uğultudan, demək olar ki, öz səsimi belə
eĢitmirdim.
Biz dördümüz də onun yanına qaçdıq. Onun yanına birinci Din
çatdı, amma bilmədim o bunu necə elədi, çünki Con Koffi Persini
yaxalayanda, Din mənim və Brutusun arxasında dayanmıĢdı, amma o
bunu edə bilmiĢdi. O, tapançanı Persinin əlindən almaq üçün cəld
onun biləyindən yapıĢdı, amma bunu etməyə ehtiyac yox idi, çünki
Persi özü əlini açdı və tapança döĢəməyə düĢdü. Onun gözləri bizim
üzərimizdə ora-bura süzürdü, elə bil onun gözləri konki, biz isə buz
meydançası idik. Sonra fıĢıltı səsi eĢidildi və kəskin ammonyak
qoxusu gəldi – Persinin sidik kisəsi boĢalmıĢdı. Sonra isə partıltı səsi
və daha kəskin üfunət iyi ətrafa yayıldı – Persinin Ģalvarının arxa tərəfi
də dolmuĢdu. Persinin gözləri dəhlizin uzaq küncünə zillənmiĢdi.
Məncə, bu gözlər daha real dünyada nəsə görmək iqtidarında deyildi.
Mən bu hekayənin əvvəllərində qeyd etmiĢdim ki, bütün bu
hadisələrdən təxminən iki ay sonra Brutus Mister Cinqlzın
www.vivo-book.com
536
makarasından qopmuĢ əlvan rəngli tiliĢkələr tapanda, Persi artıq Briar
Ricdə idi və bunu yazanda, mən yalan danıĢmırdım. O nə bir küncünə
ventilyator qoyulmuĢ kabinetə sahib ola bildi, nə də incidə biləcəyi
ruhi xəstələri oldu. Amma düĢünürəm ki, yenə də onun özünə aid
ayrıca bir otağı vardı.
Ən azından, onun yaxĢı əlaqələri vardı axı. Uorton belini öz
kamerasının divarına çevirib çarpayısında böyrü üstə uzanmıĢdı. Mən
çox Ģey görə bilmədim, çünki hər yan qana bulaĢmıĢdı: döĢəkağından
süzülən qan beton döĢəməyə damcılayırdı. Amma iĢi aparan müstəntiq
dedi ki, Persi tapançadan güllələri lap məĢhur snayper Anne Oakley
kimi sərrast atıb. Persinin o vaxt siçanın arxasınca öz dəyənəyini atdığı
və az qala onu vurması haqqında Dinin mənə danıĢdıqlarını xatırladım
və buna çox da təəccüblənmədim. Bu dəfə məsafə daha yaxın və hədəf
hərəkətsiz idi. Bir güllə mərhumun qasığına, birisi qarın boĢluğuna,
birisi sinəsinə və üç güllə isə baĢına dəymiĢdi.
Tapançanın tüstüsündən Brutus öskürür, onu özündən
uzaqlaĢdırmaq üçün əllərini yelləyirdi. Mən də öskürürdüm, amma
Brutusu görənədək bunu hiss etməmiĢdim.
– Sətirin sonu, – Brutus dedi. Onun səsi sakit olsa da,
gözlərindəki ifadədən onun da karıxmıĢ olduğunu baĢa düĢünmək
çətin deyildi.
Mən dəhliz boyu baxdım və Con Koffinin öz çarpayısının
kənarında oturduğunu gördüm. O, yenə barmaqlarını bir-birinə
www.vivo-book.com
537
keçirərək əllərini dizlərinin arasında saxlamıĢdı, amma bu dəfə baĢını
dik tutmuĢdu və heç xəstə kimi görünmürdü. O, baĢını yüngülcə mənə
tərəf tərpətdi, nə qədər buna təəccüblənsəm də, birinci gün ona əl
verdiyim kimi, bu dəfə də onun baĢla verdiyi iĢarəyə baĢımı
yırğalıyaraq cavab verdim.
– Bəs indi nə edəcəyik? – deyə Harri soruĢdu. – Aman Allah,
axı indi biz nə edəcəyik?
– Biz nə edə bilərik ki? – Brutus yenə həmin sakit səslə dedi. –
Bizi asacaqlar, elə deyilmi, Pol?
Mənim beynim sürətlə iĢləməyə baĢladı. QorxmuĢ uĢaqlar kimi
gözlərini mənə zilləmiĢ Harri ilə Dinə baxdım. Sonra isə əllərini
yanına salıb, çənəsini də salladaraq dayanmıĢ Persiyə baxdım.
Nəhayət, öz köhnə dostum Brutus Hovellə baxdım.
– Bu iĢdən hamımız sağ-salamat qurtulacağıq.
Axır ki, Persi də öskürməyə baĢladı. O, əllərini dizlərinə dayaq
verərək aĢağı əyildi və öyüməyə baĢladı. Onun üzü qızarmağa
baĢlamıĢdı. Mən ağzımı açıb hamıya geri çəkilməyi əmr etmək
istədim, amma bunu etməyə macal tapmadım. O, gəyirti ilə öküz
qurbağasının çıxardığı səslərinin arasında qəribə bir səs çıxartdı, ağzını
açdı və havaya qara dumana bənzər bir Ģey buraxdı. Əvvəlcə bu
duman elə sıx idi ki, bu dumanda Persinin baĢını görmək mümkün
deyildi. Harri zəif və xırıltılı bir səslə dedi:
– Aman Allah, sən özün bizi qoru.
www.vivo-book.com
538
Sonra bu duman yavaĢ-yavaĢ ağardı, elə bil yenicə yağmıĢ qarın
üstünə yanvar günəĢinin Ģüaları düĢmüĢdü. Bir neçə saniyə sonra bu
duman yox olub getdi. Persi yavaĢ-yavaĢ qəddini düzəltdi və yenə boĢ
nəzərlərini YaĢıl Milin naməlum nöqtəsinə zillədi.
– Biz heç nə görmədik, – deyə Brutus dilləndi, – elə deyilmi,
Pol?
– Hə, mən heç nə görmədim, elə sən də. Bəs sən Harri?
– Yox, mən də görmədim – deyə o, cavab verdi.
– Din?
– Nəyi gördüm? – Din eynəyini çıxarıb onun ĢüĢələrini silməyə
baĢladı. Mənə elə gəldi ki, eynək onun titrəyən əllərindən yerə
düĢəcək, amma eynək düĢmədi.
– “Nəyi gördüm” – yaxĢı cavabdır. Bizə lazım olan cavab elə
budur. UĢaqlar, indi isə öz baĢçınıza qulaq asın və dediklərimdən elə
birinci dəfədən düzgün nəticə çıxarın, çünki vaxtımız çox azdır. Bu
çox sadə bir hadisədir və gəlin onu mürəkkəbləĢdirməyək.
3
Dostları ilə paylaş: |