Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   138   139   140   141   142   143   144   145   ...   158

www.vivo-book.com 

 

567 



–  Ah, – Cenisin gözləri geniĢləndi. – Aman Allah! Deməli, sən 

Con Koffini xilas edə bilərsən! ġükürlər olsun sənə, Ġlahi! Sənin etməli 

olduğun  Ģey,  yalnız  Uilyam  Uortonun  fotoĢəklini  Detterikə 

göstərməkdir... Onun fotoĢəkli hər Ģeyə... 

Brutusla  mən  narahatlıqla  bir-birimizə  baxdıq.  Din  gözlərində 

ümid iĢartıları ilə baxırdı, amma Harri isə baĢını aĢağı dikib öz əllərinə 

baxırdı,  elə bil birdən öz dırnaqlarında nəsə çox maraqlı bir Ģey kəĢf 

eləmiĢdi.  

–    Sizə  nə  olub?  –  deyə  Cenis  qıĢqırdı.  –  Niyə  bir-birinizə  elə 

baxırsız? Əlbəttə ki, o adam, Makci nəsə... 

–    Rob  Makci,  mənə  pis  oğlan  təsiri  bağıĢlamadı  və  məncə  o, 

hüquq-mühafizə  orqanlarında  ən  yaxĢılardan  biridir,  –  mən  dedim,  – 

amma  Trapinqusda  o,  söz  sahibi  deyil.  Orada  hakimiyyət  ġerif 

Kribusun  əlindədir.  Mənim  aĢkar  etdiklərimin  əsasında,  onun  bu  iĢə 

məhkəmədə  yenidən  baxılması  qərarını  verəcəyi  gün,  yəqin 

cəhənnəmdə qar yağacaq.  

–  Amma... əgər Uorton orada olubsa... əgər Detterik Ģəklə baxıb 

onu  tanıya  bilsə  və  əgər  onlar  öyrənsələr  ki,  o,  onların  fermasında 

olub...  

–  Uortonun may ayında orada olması, onun heç də iyun ayında 

geri  qayıdaraq  qızları  öldürməsi  anlamına  gəlmir,  –  Brutus  dedi.  O, 

astadan  və  sakit  bir  səslə  danıĢırdı,  insanlar  ailədən  birinin  vəfat 

etməsini baĢqalarına xəbər verərkən bu tərzdə danıĢırlar. – Bir tərəfdən 



www.vivo-book.com 

 

568 



əlimizdə Klaus Detterikə sarayı rəngləməyə kömək eləmiĢ və sonra da 

çıxb getmiĢ bir oğlan var. Belə məlum olmuĢdur ki, həmin oğlan bütün 

Ģtatda müxtəlif cinayət əməlləri törədib, amma həmin ilin may ayının 

üç günü ərzində o, Teftonda olarkən, ona qarĢı əlimizdə heç bir dəlil 

yoxdur.  Digər tərəfdən də, çayın  kənarında tapılmıĢ  bu nəhəng zənci, 

çox  nəhəng  zənci,  onun  qollarının  arasında  iki  qızcığazın  meyitini 

tutubmuĢ, özü də çılpaq.  

Brutus baĢını buladı. 

–    Pol  haqlıdır,  Cen.  Makcinin  bu  iĢlə  bağlı  öz  Ģübhələri  ola 

bilər,  amma  onun  Ģübhələri  heç  kimə  maraqlı  deyil.  Məhkəmədə  iĢə 

yenidən baxılması yalnız Kirbusun səlahiyyətindədir, amma o bu çirkli 

iĢə  bir  də  bulaĢmaq  istəməz,  çünki  o,  hesab  edir  ki,  hər  Ģey  yaxĢı 

qurtarıb: o düĢünür ki, cinayəti zənci törədib, özü də yadelli zənci. O 

düĢünür  ki,  əla,  mən  Kold  Mauntinə  gedəcəyəm,  Manın  kafesində 

bifĢteks  sifariĢ  edib  bir  parç  pivə  içəcəyəm,  sonra  da  onun  necə 

qırtıqlarına tamaĢa edəcəyəm və bununla da hər Ģey bitəcək.  

Cenis bütün bunlara qulaq asdıqca, onun üzündəki dəhĢət ifadəsi 

də artırdı və o mənə dedi:  

–    Makci  sənin  dediklərinə  inanır,  elə  deyilmi?  Mən  sənin 

üzündən  görürəm  ki,  o  sənə  inanır.  ġerif  köməkçisi  Makci  yanlıĢ 

birisini  həbs  elədiyini  bilir.  YanlıĢlıqla  həbs  etdiyi  adamı  ġerifin 

qarĢısında müdafiə etməyəcəkmi? 




www.vivo-book.com 

 

569 



–  Əgər belə etsə, onun əldə edəcəyi yeganə Ģey öz iĢini itirmək 

olacaq, – mən dedim. – Hə, məncə o, ürəyinin dərinliyində, bu cinayəti 

Uortonun  törətdiyini  bilir.  Amma  öz-özünə  deyir  ki,  əgər  dilini  dinc 

saxlasa  və  Kribus  təqaüdə  çıxana,  ya  da  çox  yeməkdən  ölənə  qədər 

ona qarĢı çıxmasa, Ģerif vəzifəsini ala bilər. O vaxt isə hər Ģey baĢqa 

cür olacaq. Gecələr rahat yata bilmək üçün bax, məncə, o özünə məhz 

bunları  deyir.  Bir  məsələdə,  məncə,  o,  Homerdən  çox  da  fərqlənmir. 

Makci,  məncə,  özünü  inandırmağa  çalıĢır  ki,  həbs  edilən,  sadəcə, 

zəncidir,  nə  böyük  Ģey  baĢ  verib,  günahsız  bir  ağdərilini  edam 

etməyəcəkdilər ki.  

–    Onda  siz  onların  yanına  getməlisiniz,  –  Cenis  dedi  və  onun 

səsindəki qətiyyəti eĢidəndə, ürəyim ayağıma düĢdü. – Onların yanına 

getməlisiniz və bütün öyrəndiklərinizi onlara danıĢmalısınız.  

–    Bəs  bütün  bunları  haradan  öyrəndiyimizi  onlara  necə  izah 

edək,  Cen?  –  deyə  Brutus  yenə  həmin  sakit  tərzdə  soruĢdu.  –  Biz 

onlara Con Koffini rəisin arvadının üzərində möcüzə göstərməsi üçün 

həbsxanadan  qaçıranda,  Uortonun  barmaqlıqların  arasında  uzanaraq 

onun qolundan yapıĢmasını da danıĢmalıyıq? 

–  Yox... əlbəttə ki, yox, amma... – O bu istiqamətdə buzun necə 

nazik  olduğunu  baĢa  düĢərək,  yönünü  dəyiĢdirməyə  çalıĢdı.  –  Onda 

yalan danıĢın, – deyərək Cenis ötkəm bir ifadə ilə Brutusa baxdı, sonra 

isə  nəzərlərini  mənə  çevirdi.  Onun  baxıĢları  qəzetdə  dəlik  açacaq 

qədər qaynar idi.  



www.vivo-book.com 

 

570 



–    Yalan  danıĢaq...  –  deyə  mən  təkrar  etdim.  –  Nə  haqqında 

yalan danıĢmaq? 

–    Səni,  əvvəlcə,  Purdom  qraflığına,  sonra  da  Trapinqusa 

getməyə vadar etmiĢ Ģey haqqında. O piyli ġerif Kribusun  yanına get 

və  ona  de  ki,  Uorton  özü  Detteriklərin  qızlarını  zorladığını  və  onları 

öldürdüyünü sənə etiraf edib. De ki, o, hər Ģeyi boynuna alıb. – O, bir 

anlıq öz yandırıb-yaxan nəzərlərini Brutusa tərəf çevirdi. Sən də bunu 

təsdiqləyə bilərsən, Brutus. Deyərsən ki, Uorton bu etirafı edəndə, sən 

də orada olmusan və hər Ģeyi öz qulaqlarınla eĢitmisən. Hə, bəlkə elə 

Persi  də  bu  etirafı  eĢidib  və  bu  da  onun  ağlını  baĢından  çıxarıb. 

Uortonun  balaca  qızcığazların  baĢına  açdığı  oyunu  eĢidəndə,  o  buna 

dözə  bilməyib  və  tapançadan  atəĢ  açaraq  onu  öldürüb.  Uortonun 

etdikləri onun beynini dumanlandırıb. Yalnız... Nə? Allah xatirinə, de 

görüm, daha nə istəyirsən?  

Ġndi  yalnız  Brutus  və  mən  yox,  Din  ilə  Harri  də  gözlərində 

vahimə ilə ona baxırdılar. 

–    Biz  buna  bənzər  heç  bir  Ģey  haqqında  rəhbərliyə  məlumat 

verməmiĢik, mem, – Harri dedi. O bu sözləri elə dedi ki, elə bil uĢağa 

nəyisə baĢa salmağa çalıĢırdı. – Bizdən ilk soruĢacaqları Ģey, bu haqda 

nə 


üçün  vaxtında  məlumat  vermədiyimiz  olacaq.  Bizim 

kameralarımızdakı  “körpələrin”  öz  keçmiĢ  cinayətləri  haqqında 

dedikləri hər Ģeyi biz rəhbərliyə bildirməliyik. Həm özlərinin, həm də 

baĢqaların cinayətləri haqqında.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə