Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   139   140   141   142   143   144   145   146   ...   158

www.vivo-book.com 

 

571 



–    Hə,  biz  ona  inanmaya  da  bilərik,  –  deyə  Brutus  söhbətə 

müdaxilə  etdi.  –  Con,  Azğın  Billi  Uorton  kimi  adamlar  hər  Ģey 

haqqında  yalan  danıĢa  bilərlər:  iĢlədikləri  cinayətlər  haqqında, 

tanıdıqları  nüfuzlu  insanlar  haqqında,  yatağına  girdikləri  qadınlar 

haqqında,  orta  məktəbdə  oxuduqları  zaman  vurduqları  qollar  və  hətta 

hava haqqında.  

–  Amma... amma... – arvadımın üzündə iztirab ifadəsi göründü. 

Mən onun çiynini qucaqlamağa cəhd etdim, amma o, sərt bir hərəkətlə 

mənim  əlimi  kənara  itələdi.  –  Amma  Uorton  orada  olub!  Onların 

lənətə gəlmiĢ sarayını rəngləyib! Onlarla birlikdə nahar edib! 

–  Bu da törətdiyi cinayətlə onun öyünməsi üçün, sadəcə, əlavə 

bir səbəbdir, –  Brutus dedi.  –  Əslinə  baxsan, bunun nə  ziyanı  var ki? 

Nə üçün də öyünməsin? Axı bir insanı elektrik stulunda iki dəfə edam 

etmək mümkün deyil.  

–  Bir dayanın görüm, əgər sizi düz baĢa düĢdümsə, bu masanın 

arxasında  oturanların  hamısı  Con  Koffinin  nəinki  qızları 

öldürmədiyini, onun hətta qızların həyatını xilas etməyə cəhd etdiyini 

də bilir. ġerif köməkçisi Makci, əlbəttə ki, bütün bunları bilmir, amma 

o da yaxĢı bilir ki, qızların qətlinə görə ölümə məhkum edilmiĢ adamın 

heç  bir  günahı  yoxdur.  Və  bununla  belə...  bununla  belə...  siz  onun 

iĢinə yenidən baxılmasına nail olmaq iqtidarında deyilsiniz. Hətta iĢin 

yenidən açılmasına belə.  




www.vivo-book.com 

 

572 



–    Hə,  mem  –  Din  dedi.  O,  yenə  cidd-cəhdlə  öz  eynəyinin 

ĢüĢələrini silirdi. – Vəziyyət təxminən sizin dediyiniz kimidir.  

Cenis  baĢını  aĢağı  dikib  düĢüncələrə  dalmıĢdı.  Brutus  nəsə 

demək  istəyirdi  ki  mən  əlimi  havaya  qaldırdım  və  o  susdu.  Mən 

inanmırdım ki, Cenis Con Koffini ölüm kamerasından çıxarmaq üçün 

bir  çarə  düĢünüb  tapa  bilər,  amma  bunun  tamamilə  qeyri-mümkün 

olduğunu  da  düĢünmürdüm.  O,  əlbəttə  ki,  çox  ağıllı  bir  qadın  idi. 

Mənim  arvadım  həm  də  çox  qətiyyətli  idi.  Belə  bir  kombinasiya  isə 

bəzən dağları yerindən oynatmağa imkan verir.  

–  YaxĢı,  – nəhayət,  Cenis  dedi.  – Onda Conu  həbsxanadan öz 

gücünüzlə çıxarmağa cəhd etməlisiniz. 

–  Mem? – Harri təəccüblə, həm də qorxu ilə dedi.  

–  Siz ki, bunu edə bilərsiniz. Siz bunu artıq bir dəfə etmisiniz, 

düz demirəmmi? Deməli, bir də edə bilərsiniz. Yalnız bu dəfə onu geri 

qaytarmazsınız, vəssalam.  

–    Bəs  siz  mənim  uĢaqlarıma  onların  atalarını  nə  üçün 

həbsxanaya  salındığını  izah  edə  bilərsinizmi,  missis  Eckum?  –  deyə 

Din  soruĢdu.  –  Ona  görə  həbsxanaya  salınıb  ki,  qatilin  oradan 

qaçmasına yardım edib?  

–    Bu  baĢ  verməyəcək,  Din.  Biz  yaxĢı  bir  plan  düĢünüb 

hazırlayarıq. Elə edərik ki, həbsxanadan əsl qaçıĢa bənzəsin.  

–    Onda  bu  planı  elə  düĢünün  ki,  öz  ayaqqabılarının  qaytanını 

belə  necə  bağlamaq  lazım  olduğunu  yadında  saxlaya  bilməyən  bir 



www.vivo-book.com 

 

573 



oğlanın belə bir plan qurduğuna inanan tapılsın, – Harri dedi. – Çünki 

onlar buna inanmalıdırlar.  

Cenis ona tərəddüdlə baxdı. 

–    Bunun  nəticəsi  yaxĢı  olmayacaq,  –  deyə  Brutus  dilləndi.  – 

Hətta biz düĢünüb bir çarə tapsaq belə, heç nə alınmayacaq.  

–    Nəyə  görə?  –  Cenis  bu  sualı  elə  verdi  ki,  elə  bu  dəqiqə 

hönkürtü  ilə  ağlayacaqdı.  –  Nəyə  görə,  lənət  Ģeytana,  heç  nə 

alınmayacaq? 

–  Ona görə ki, o iki metrdən uca və baĢı daz bir qaradərilidir və 

hətta  özünü  dolandıracaq  qədər  ağılın  sahibi  deyil,  –  mən  dedim.  – 

Necə  düĢünürsən,  onu  yenidən  yaxalamq  üçün  polisə  nə  qədər  vaxt 

lazım olacaq? Ġki saat? Altı? 

–    Bəs  əvvəllər  o,  heç  kəsin  diqqətini  çəkmədən  axı  gəzib 

dolaĢırdı,  –  Cenis  dedi.  Onun  yanağı  ilə  göz  yaĢı  axdı.  O,  əlinin 

arxasıyla  göz yaĢlarını yanağından sildi.  

Onun  sözlərində  müəyyən  qədər  həqiqət  vardı.  Mən  atamın 

cənubda  yaĢayan  bəzi  dostlarına  və  qohumlarına  məktub  yazıb 

onlardan  qəzetlərdə  Con  Koffinin  əlamətlərinə  uyğun  gələn  bir  adam 

haqqında  bir  Ģey  oxuyub-oxumadıqlarını  soruĢmuĢdum  və  heç  bir 

təminedici  cavab  ala  bilməmiĢdim.  Cenis  də  eynilə  mənim  kimi 

etmiĢdi.  Biz  indiyə  qədər  yalnız  Alabama  Ģtatının  Masl  ġoalz 

Ģəhərində ona aid ola biləcək bir izə rast gəlmiĢdik. 1929-cu ildə Kilsə 

xorunun  məĢqi  zamanı  tufan  qalxmıĢ  və  kilsəni  dağıtmıĢdı  Ġrigövdəli 



www.vivo-book.com 

 

574 



bir  zənci  iki  nəfəri  dağıntıların  arasından  çıxararaq  xilas  etmiĢdi. 

Kənardan baxanlar, əvvəlcə, onların hər ikisini də ölü zənn etmiĢdilər, 

amma  sonra  müəyyən  edilmiĢdi  ki,  onların  heç  biri  hətta  ciddi 

xəsarətlər  belə  almayıbmıĢ.  ġahidlərdən  birinin  bunu  möcüzə 

adlandırdığı  qeyd  olunurdu.  Pastorun  günə  muzd  ödəmə  ilə  iĢə 

götürdüyü qaradərili isə çaxnaĢma zamanı aradan çıxıbmıĢ.  

–    Siz  haqlısınız,  o  heç  kimin  diqqətini  çəkmədən  bir  təhər 

günlərini  keçirirdi,  –  Brutus  dedi.  Lakin  bir  Ģeyi  unutmamalısınız  ki, 

həmin  vaxt  o,  iki  balaca  qızı  zorlamaqda  və  onları  qətlə  yetirməkdə 

günahlandırılmamıĢdı.  

Cenis  cavab  vermədən  sakitcə  oturmuĢdu.  O,  təxminən  bir 

dəqiqə beləcə susdu, sonra isə elə bir Ģey etdi ki, onun bu hərəkəti mən 

göz  yaĢlarımın  onun  təəccübləndirdiyindən  az  təəccübləndirmədi.  O, 

əlini  irəli  uzadıb  sərt  bir  hərəkətlə  masanın  üstündəki  hər  Ģeyi  yerə 

tökdü: boĢqabları, stəkanları, fincanları, gümüĢ qaĢıqları, içində kələm 

salatı  olan  qabı,  meyvə  Ģirəsi  olan  qrafini,  doğranmıĢ  bud  əti  olan 

boĢqabı,  südü,  içində  soyuq  çay  olan  dolçanı.  Hər  Ģeyi  masanın 

üstündən süpürüb yerə tökərək bir-birinə qatdı.  

–    Aman  Allah!  –  deyə  Din  qıĢqıraraq  masadan  geriyə  elə  sərt 

sıçradı ki, az qala beli üstə yerə çırpılacaqdı.  

Cenis  onu  heç  vecinə  belə  almadı.  O,  Brutusla  mənə  baxırdı, 

əsasən də mənə.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə