Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   140   141   142   143   144   145   146   147   ...   158

www.vivo-book.com 

 

575 



–  Siz onu öldürməkmi istəyirsiniz, siz qorxaqlar? – deyə o, uca 

səslə  soruĢdu.  –  Siz  Melinda  Mursun  həyatını  qurtarmıĢ  və  həmin 

körpə  qızcığazların  həyatlarını  xilas  etməyə  cəhd  etmiĢ  bir  adamı 

öldürməkmi  istəyirsiniz?  Hə,  nə  var  ki,  yer  üzündə  bir  zənci  də 

azalacaq,  elə  deyilmi?  Özünüzə  bununla  təsəlli  verə  bilərsiniz.  Bir 

zənci az, bir zənci çox, nə fərqi var. 

O, masanın arxasından qalxdı, öz stuluna baxdı və onu ayağı ilə 

vuraraq divara çırpdı. Divara çırpılan  stul yerə düĢüb qırılaraq balaca 

gölməçə  yaratmıĢ  meyvə  Ģirəsinin  içinə  düĢdü. Mən  onun  biləyindən 

tutdum, amma o, əlini bərk dartaraq biləyini əlimdən çıxardı.  

–  Toxunma mənə, – deyə üstümə çımxırdı. – Bir həftə sonra bu 

vaxt  sən  də  qatil  olacaqsan,  sənin  də  o  qatil  Uortondan  bir  fərqin 

olmayacaq. Ona görə də mənə toxunma. 

O, arxa artırmaya çıxdı və önlüyünü üzünə sıxaraq hönkürtü ilə 

ağlamağa  baĢladı.  Biz  dördümüz  də  çaĢqınlıqla  bir-birimizə  baxdıq. 

Qısa  bir  müddət  sonra  mən  yerimdən  qalxıb  ətrafdakı  qarıĢıqlığı 

səliqəyə  salmağa  baĢladım.  Əvvəlcə,  Brutus  yerindən  qalxıb  mənə 

kömək etməyə baĢladı, sonra isə Din ilə Harri də bizə qoĢuldular. Otaq 

bir  balaca  qaydasında  düĢəndən  sonra  onlar  çıxıb  getdilər.  Bütün  bu 

vaxt ərzində heç kim bir söz belə danıĢmadı. Əslində, deyiləcək bir söz 

qalmamıĢdı.  

 

 




www.vivo-book.com 

 

576 



 

 

 



Həmin  gecə  mən  iĢdə  deyildim.  Mən  bizim  balaca  evimizin 

qonaq  otağında  oturub  siqaret  çəkir,  radioya  qulaq  asır  və  qaranlığın 

yerdən  qalxaraq  səmanı  necə  udmağa  hazırlaĢdığına  tamaĢa  edirdim. 

Televiziya  yaxĢı  Ģeydir,  heç  nə  demirəm,  amma  onun  insanı  bütün 

dünyadan  ayırıb  özünün  ĢüĢə  ekranına  bənd  eləməsi  heç  xoĢuma 

gəlmir. Bu mənada radio daha yaxĢıdır.  

Cenis otağa daxil oldu, mənim oturduğum kreslonun yanında diz 

çökdü  və  mənim  əlimi  öz  əlinə  aldı.  Biz  bir  müddət  susaraq  Key 

Kayzerin “Musiqi bilikləri kolleci”nə qulaq asdıq və səmada getdikcə 

çoxalan ulduzlara tamaĢa etdik. Mən özümü yaxĢı hiss edirdim. 

–    Səni  qorxaq  adlandırdığıma  görə  məni  bağıĢla,  –  o  dedi.  – 

Sənə  qorxaq  dediyimə  görə  özümü  çox  günahkar  hiss  edirəm,  birgə 

həyatımız boyu sənə bundan ağır söz deməmiĢəm.  

–  Hətta açıq təbiətin qoynunda çadır quraraq düĢərgə saldığımız 

gün  məni  qoca  kaftar  Sem  adlandıranda  da?  –  deyə  mən  ondan 

soruĢdum. Biz ikimiz də güldük, bir-iki dəfə öpüĢdük və ondan sonra 

aramız  yenə  düzəliĢdi.  Mənim  Cenisim  elə  gözəl  idi  ki,  mən  hələ  də 

onu yuxularımda görürəm. QocalmıĢ və yaĢamaqdan yorulmuĢ olsam 

da,  mən  hələ  də  yuxularımda  görürəm  ki,  dəhlizləri  sidik  və 



www.vivo-book.com 

 

577 



pörtlədilmiĢ  köhnə  kələm  iyi  verən  bu  tənha  və  tərk  edilmiĢ  yerdə 

mənim otağıma daxil olur, yuxumda görürəm ki, onun mavi gözləri və 

toxunmamaq iqtidarında olmadığım dik döĢləri ilə o, hələ də cavan və 

gözəldir,  görürəm  ki,  mənə  deyir:  “Hə,  əzizim,  mən  həmin  qəzaya 

uğramıĢ avtobusda olmamıĢam. Sən, sadəcə səhv eləmisən, vəssalam”. 

Hətta  indi  də  bu  yuxuları  tez-tez  görürəm  və  bəzən  ayılanda,  bütün 

bunların yuxu olduğunu baĢa düĢüb ağlayıram da. Mən cavan olanda, 

demək olar ki, heç vaxt ağalamayan bir adam idim.  

–  Bəs Hal bunu bilirmi? – deyə o nəhayət, soruĢdu.  

–    Conun  günahkar  olmadığınımı?  Bilmirəm,  amma  o,  haradan 

bilə bilər ki? 

–  O, yardım edə bilərmi? O, Kribusa hər hansı bir yollasa təsir 

göstərə bilərmi?  

–  Heç bir qram da, əzizim.  

O, dinməzcə baĢını yırğaladı, elə bil məhz bu cavabı gözləyirdi. 

–    Onda  Hala  heç  nə  demə.  Əgər  onun  yardım  etmək  imkanı 

yoxdursa,  irinə, ona heç nə demək lazım deyil. 

–  YaxĢı, demərəm. 

Cenis  baxıĢlarını  qaldırıb  ciddi  nəzərlərlə  mənə  baxdı.  Həmin 

gecə,  telefonla  zəng  edərək  xəstə  olduğunu  demə.  Heç  biriniz  belə 

etməyin. Siz belə edə bilməzsiniz.  

–  Hə, biz belə edə bilmərik. Əgər biz orada olsaq, ən azından, 

hər Ģeyi onun üçün ağrısız və tez edə bilərik. Ən azından, bunu etmək 



www.vivo-book.com 

 

578 



bizim  imkanımız  daxilindədir.  Heç  olmasa,  Delakruanın  baĢına 

gələnlər onun baĢına gəlməz. – Bir anlıq, Allaha Ģükürlər olsun ki, çox 

qısa  bir  anlıq,  Delakruanın  baĢına  geyindirilmiĢ  ipək  maskanın  necə 

yandığı,  yanaraq  tökülən  maskanın  altından  bir  vaxtlar  onun  gözləri 

olmuĢ iki dənə biĢmiĢ qatı jele Ģarlarının görüntüsü gözlərimin önündə 

canlandı.  

–    Sizin  heç  bir  çıxıĢ  yolunuz  yoxdur,  hə?  –  deyərək  Cenis 

mənim  əlimi  öz  əlinə  alaraq  özünün  yumĢaq  və  məxməri  yanağına 

sürtdü.  

–  Zavallı, Pol. Zavallı insan. 

Mən  ona  heç  bir  cavab  vermədim.  Həyatımda  heç  vaxt  nə  o 

andan  əvvəl,  nə  də  sonra,  belə  böyük  istəklə  hər  Ģeydən  baĢ  götürüb 

qaçmaq istədiyimi xatırlamıram. Cenisi də yanıma alıb ikimizə bir yol 

çantası ilə baĢ götürüb buralardan, ayaqlarımızın bizi apardığı istənilən 

yerə getmək və bircə buralardan uzaqlaĢmaq.  

–  Mənim zavallı oğlanım, – deyə o təkrar etdi və birdən mənə 

dedi: – DanıĢ onunla.  

–  Kiminlə danıĢım? 

–  Hə, danıĢ onunla. Öyrən gör ürəyindən nə keçir, nə istəyir. 

Mən  arvadımın  sözlərini  bir  müddət  düĢünəndən  sonra  razılıqla 

baĢımı yırğaladım. Arvadım haqlı idi, həmiĢə olduğu kimi. 

 

 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə