Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə152/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   148   149   150   151   152   153   154   155   ...   158

www.vivo-book.com 

 

607 



mənə baxdı və mən indi onun təmiz qırxılmıĢ baĢının dərisinin qatları 

arasında parıldayan iri tər damcılarını görə bilirdim. Bu tər damcıları 

birəbitdən quĢunun yumurtaları boyda olardı. 

–  Lütfən,  boss,  o  Ģeyi  mənim  üzümə  taxmayın,  –  o,  alçaq  və 

yalvarıcı bir səslə mənə dedi. – Lütfən, məni qaranlığa salmayın, məni 

qaranlığa getməyə vadar etməyin, mən qaranlıqdan qorxuram. 

Brutus  əlində  maska  ilə  yerindən  tərpənməyərək  qaĢlarını  da 

qaldırıb mənə baxırdı. Onun gözləri mənə deyirdi ki, mən necə desəm, 

elə  də  edəcək.  Mən,  mümkün  olduqca,  çevik  düĢünməyə  çalıĢırdım, 

baĢımın içindəki bu səs-küylə bunu etmək heç də asan deyildi. Maska, 

əslində  qanunun  tələbi  yox,  ənənə  idi  və  onu  müĢahidəçilərin 

sinirlərini  qorumaq  üçün  məhkumlarına  baĢına  geyindirirdilər.  Və 

birdən  düĢündüm  ki,  onların  sinirlərinin  qayğısına  qalmağa  heç  bir 

ehtiyac  yoxdur.  Bu  dəfə  yox.  Əslində,  Con  baĢına  maska  taxılaraq 

edam edilməsi üçün bütün həyatı boyu heç nə etməmiĢdi. Onlar bunu 

bilməsələrdə,  biz  ki  bilirdik.  Ona  görə  də,  onun  son  xahiĢini  yerinə 

yetirmək qərarına gəldim. Marcuri Detterikə gəlincə, o yəqin ki sonra 

mənə təĢəkkür məktubu da göndərəcəkdi.  

– YaxĢı, Con, – deyə mən astadan mırıldandım.  

Brutus maskanı qaytarıb yerinə asdı. Homer Kribus öz dərin və 

bəm səsi ilə arxadan hiddətlə qıĢqırdı:  

– Ey, cavan oğlan! O maskanı onun baĢına geyindir! Elə bilirsən 

onun gözlərinin yerindən necə çıxdığına tamaĢa etmək istəyirik? 



www.vivo-book.com 

 

608 



– Sakit olun, ser, – mənə ona tərəf çevrilmədən dedim. – Bu bir 

edamdır və burada əmrləri siz vermirsiniz.  

– Onu həbs edəndə heç aralıqda yox idin, sən bağırsaq torbası, – 

deyə Harri astadan pıçıldadı. Harri 1982-ci ildə vəfat etdi və o zaman 

onun  təxminən  səksən  yaĢı  olardı.  Ġxtiyar  qoca.  Əlbəttə,  mənim  kimi 

deyildi,  çünki  belələri  çox  azdır.  Onun  ölümünə  bağırsaq  xərçəngi 

səbəb olmuĢdu.  

Brutus  aĢağı  əyilərək  vedrədən  yumru  süngəri  gotürdü.  O, 

barmağını  süngərə  batırandan  sonra  barmağını  dilinə  çəkdi, 

baxmayaraq  ki,  bunu  etmək  vacib  deyildi,  çünki  o  iyrənc  qəhvəyi 

rəngli  süngərdən  yerə  damcılayan  suyu  görmək  olurdu.  Süngəri 

dəbilqənin  içinə  yerləĢdirəndən sonra,  Brutus dəbilqəni  Conun baĢına 

qoydu. Həyatımda ilk dəfə Brutusun rənginin qaçdığını gördüm, onun 

rəngi  ağappaq  olmuĢdu  və  az  qala  huĢunu  itirəcəkdi.  Birdən  onun 

mənə,  həyatında  ilk  dəfə  cəhənnəmə  düĢəcəyindən  qorxduğunu 

söylədiyini xatırladım, onun dediyinə görə, o səbəbdən ki, biz Allahın 

hədiyyəsini  məhv  etməyə  hazırlaĢırdıq.  Mən  qəfildən  ürəyimin  bərk 

bulandığını  hiss  etdim.  Mən  çox  böyük  çətinliklə  də  olsa,  bu  hissi 

boğa bildim. Conun yanaqlarıyla süngərdən axan su aĢağı süzülürdü.  

Din  Stanton  isə  qayıĢı  maksimal  uzunluğuna  açaraq  Koffinin 

sinəsinin  üstündən  çəkdi  və  bir  ucunu  mənə  verdi.  Dinin  körpə 

uĢaqları  olduğuna  görə,  gecə  səfərinə  çıxan  zaman  biz  onu  var 

qüvvəmiz  ilə  qorumağa  çalıĢmıĢdıq,  çünki  bu  edamdan  sonra  onun 



www.vivo-book.com 

 

609 



təxminən  dörd  aydan  da  az  yaĢayacağını  bilmirdik.  Con  Koffinin 

edamından  sonra,  o  bizim  blokumuzdan  çıxarılıb  “C”  blokuna 

keçirilməsi  haqqında  ərizə verdi və onun bu xahiĢi nəzərə alındı.  Elə 

orada da bir məhbus onun boğazına bıçaq batırdı və onun qanını çirkli 

taxta döĢəməyə tökərək Dini qətlə yetirdi. Mən bu cinayətin səbəbini 

heç  vaxt  öyrənə  bilmədim.  BaĢqalarının  da  bunu  bildiklərini 

sanmıram.  Ġndi  həmin  günləri  xatırlayarkən,  Old  Sparki  mənə  çox 

axmaq və eyni zamanda, çox qorxunc bir Ģey kimi görünür. Biz onsuz 

da çox kövrək varlıqlarıq, hətta ən yaxĢı Ģəraitdə belə. Bir-birimizi qaz 

və  elektriklə  öldürərkən  mühakimələrimiz  yerindəydimi  görəsən? 

Axmaqlıq. DəhĢət.  

Brutus  qayıĢı  yoxladı,  sonra  bir  addım  geri  çəkildi.  Mən  onun 

ağzını  açıb  lazım  olan  əmri  verəcəyini  gözləsəm  də,  o  susurdu. 

Əllərini arxasına çarpazlayıb paradda azad vəziyyətində durmuĢ əsgər 

kimi  durmağından  anladım  ki,  o,  ağzını  açan  deyil.  Bəlkə  də  bir  söz 

deməyə halı yox idi. Elə mən də bir söz demək iqtidarında olduğumu 

sanmırdım,  amma  Conun  qorxmuĢ,  ağlayan  gözlərinə  baxanda,  dərk 

etdim  ki,  bunu  mən  etməliyəm.  Hətta  əbədi  olaraq  lənətlənsəm  belə, 

bunu etməli idim.  

– Ġkincini qoĢ, – mən öz səsimə qətiyyən oxĢamayan, boğuq və 

qırılan bir səslə dedim.  

Dəbilqə  uğuldamağa  baĢladı.  On  dənə  iri  barmaq  stulun  yoğun 

qoltuqaltlarından ayrılaraq havaya qalxdı və gərgin bir vəziyyətdə on 



www.vivo-book.com 

 

610 



müxtəlif  istiqamətə  aralandı,  barmaqların  ucları  isə  titrəyirdi.  Onun 

qandallanmıĢ nəhəng dizləri porĢenlər kimi zərblə bir neçə dəfə qalxıb 

endi, amma bəndlər buna dözüĢ gətirdi.  BaĢımızın üstündə asılmıĢ üç 

dənə  lampa  çılık-çılık  olaraq  yerə  töküldü  –  Part!  Part!  Part!  Bu  səsi 

eĢidəndə,  Marcuri  Detterik  qıĢqırdı  və  ərinin  qolları  arasında  huĢunu 

itirdi.  Bu  edamdan  on  səkkiz  il  sonra,  Marcuri  Detterik  Memfisdə 

vəfat  etdi. Onun ölümü haqqında nekroloqu  mənə Harri  göndərmiĢdi. 

Marcuri tramvay qəzasında həlak olmuĢdu.  

Con  döĢünə  bağlanmıĢ  qayıĢı  tarım  çəkərək  irəliyə  Ģığıdı.  Bir 

anlıq  bizim  nəzərlərimiz  rastlaĢdı.  Onun  huĢu  hələ  baĢında  idi:  bu 

dünyanın  kənarından  onu  itəliyib  salanda,  onun  gördüyü  son  adam 

mən olmuĢdum. Sonra o, yenidən stulun söykənəcəyinə tərəf əyildi, bu 

zaman  onun  baĢındakı  dəbilqə  bir  balaca  yana  sürüĢdü.  Dəbilqənin 

altından kömürləĢmiĢ duman kimi tüstü çıxırdı. Amma, ümumiyyətlə, 

hər Ģey kifayət  qədər  sürətlə baĢ  verib bitdi.  Bunun, elektrik stulunda 

edamı dəstəkləyən insanların (bu edam üsulunun ən qızğın tərəfdarları 

belə,  bunu  öz  üzərilərində  yoxlamaq  istəməzdilər)  iddia  etdiyi  kimi 

tamamilə  ağrısız  olduğunu  düĢünmürəm,  amma  hər  Ģey  tez  bitdi. 

Conun  əlləri  yenidən  boĢaldı,  dırnaqlarının  dibindəki  mavi  rəngli 

hilallar ağararaq tünd-bənövĢəyi rəng aldı və onun süngərin suyundan 

və  gözlərindən  axan  yaĢlardan  hələ  də  nəm  olan  yanaqlarından  tüstü 

burumları qalxırdı.  

Con Koffinin son göz yaĢlarından. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə