Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   147   148   149   150   151   152   153   154   ...   158

www.vivo-book.com 

 

603 



vaxtda emalatxanaya rəhbərlik edən Səm Broderik daha böyük bəndlər 

tapınca  ya  da  hazırlatdırınca  biz  Koffini  geriyə,  öz  kamerasına 

aparmalı olacağıq. Mən bəndin ağzını son dəfə var gücümlə sıxdım və 

o,  Ģaqqıltı  ilə  bağlandı.  Elə  həmin  anda  Conun  ayağı  dartındı  və  o 

inildədi. Onun ayağının dərisi bəndin arasında qalaraq sıxılmıĢdı. 

–    BağıĢla,  Con,  –  deyərək  mən  dodaqaltı  mırıldandım  və 

Harriyə tərəf baxdım. O öz tərəfindəki bəndi daha asanlıqla bağlasa da 

(ya onun tərəfindəki bənd daha böyük ya da Con Koffinin sağ topuğu, 

deyəsən  daha  nazik  idi),  ona  Ģübhə  ilə  baxırdı.  Məncə,  onun  nə  üçün 

belə  baxdığının  səbəbini  baĢa  düĢmüĢəm;  yeni  bəndlərin  ağzı  ac 

heyvanları xatırladırdı, elə bil ağzını açmıĢ timsah idi.  

–    Hər  Ģey  normal  olacaq,  –  mən  dedim  və  ümid  etdim  ki,  səs 

tonum  inandırıcı  səsləndi...  və  dediklərim  düz  olacaqdı.  –  Üzünü  sil, 

Harri. 


O,  qolu  ilə  üzündəki  göz  yaĢlarını  və  alnındakı  tər  damcılarını 

sildi.  Biz  geri  çevrildik.  Yanındakı  stulda  oturmuĢ  adamla 

(boğazındakı  qalstukdan  və  əynindəki  qara  kostyumdan  bu  adamın 

prokuror  olduğu  bəlli  olurdu)  ucadan  söhbət  edən  Homer  Kribus 

dərhal susdu. Demək olar ki, vaxt yetiĢmiĢdi.  

Brutus  Conun  bir  əlini,  Din  isə  o  biri  əlini  bərkitdi.  Dinin 

çiyninin  üstündən  həmiĢəki  kimi  soyuqqanlı  görünən  həkimin  divara 

söykənərək  dayandığını  gördüm,  qara  çantası  da  yerdə,  ayaqlarının 

arasında  idi.  Ġndi  mən  onların  bu  iĢləri  necə  gördüklərini  anlayıram, 



www.vivo-book.com 

 

604 



xüsusilə də venadaxili damcı üsulu ilə, amma o vaxtlar bunu etmələri 

üçün,  az  qala,  onları  dümsükləməli  olurdum.  Bəlkə  də,  o  vaxtlar 

həkimlər nə etməli olduqlarını onlar daha yaxĢı dərk edirdilər və hansı 

Ģeylərin  onların  içdikləri  Hippokrat  andını  pozduğunu  daha  yaxĢı 

təsəvvür edirdilər,  çünki bu andı  içərkən, hər Ģeydən əvvəl,  onlar heç 

kimə zərər verməyəcəklərinə söz verirdilər.  

Din  baĢı  ilə  Brutusa  iĢarə  verdi.  Brutus  isə  baĢını  çevirib, 

əvvəlcə telefona baxdı, amma bu telefoni Con Koffi kimiləri üçün heç 

vaxt  cınqırını  belə  çıxarmamıĢdı,  sonra  isə  Van  Heyə  tərəf  dönərək 

qıĢqırdı:  

–  Birincini qoĢ! 

Yenə həmin uğultu eĢidildi, elə bir köhnə soyuducu iĢə düĢdü və 

otağın  iĢığı  bir  az  gurlaĢdı.  Bizim  divarlara  düĢən  və  stulun  üstündə 

leĢyeyən quĢlar kimi süzərək dövrə vuran qara kölgələrimiz də elə bil 

aydınlaĢdı.  Con  dərindən  bir  nəfəs  aldı.  Onun  barmaq  buğumları 

gərginlikdən ağardı.  

–    O,  indi  ağrı  hiss  edirmi?  –  deyə  missis  Detterik  baĢını  öz 

ərinin çiynindən qaldırmada qırıq bir səslə qıĢqırdı. – Ümid edirəm ki, 

ağrıdır!  Ümid  edirəm  ki,  indi  o,  cəhənnəm  əzabı  çəkir.  –  Əri  onu 

özünə tərəf sıxdı, Klaus Detterikin burnunun bir dəliyindən qan axırdı. 

Onun nazik  qırxılmıĢ bığlarına tərəf axan dar qırmızı zolağı  gördüm. 

Növbəti  ilin  mart  ayında  qəzetlərin  birində  onun  iflicdən  öldüyünü 

oxuyanda, mən buna heç də təəccüblənmədim.  



www.vivo-book.com 

 

605 



Brutus  Con  Koffinin  düzinin  qarĢısında  dayandı  və  danıĢmağa 

baĢlayanda, bir əli ilə Koffinin çiyninə toxundu. Bu, əslində, qaydalara 

zidd idi, amma orada oturan müĢahidəçilərdən yalnız Körtis Anderson 

bunu  bilirdi  və  deyəsən,  heç  o  da  buna  diqqət  verməmiĢdi.  Mənə  elə 

gəldi ki, o da bu iĢin bir an öncə bitməsini arzulayırdı, özü də bu iĢin 

mümkün  olduqca  tez  bitməsini  çox  Ģiddətlə  arzulayırdı.  Perl 

Harbordan  sonra  o,  orduya  yazılsa  da,  ölkənin  sərhədlərindən  kənara 

heç  vaxt  çıxmamıĢdı;  Körtis  Anderson  Fort  Breqqdə  düĢdüyü 

avtomobil qəzasında həyatını itirdi.  

Bu arada, Brutusun əl təmasını çiynində hiss edən Con bir qədər 

sakitləĢmiĢdi.  DüĢünmürəm  ki,  o,  Brutusun  dediklərindən  elə  də  çox 

Ģey  anlamıĢdı,  əgər,  ümumiyyətlə  nəsə  anlamıĢdısa,  amma  Brutusun 

onun çiyninə qoyduğu əli onu bir qədər rahatlatmıĢdı. Həmin edamdan 

təxminən  iyirmi  beĢ  il  sonra  vəfat  etmiĢ  Brutus  (onun  bacısının 

dediyinə  görə,  bu  hadisə  o,  evdə  oturub  balıq  buterbrodu  yeyə-yeyə 

televizorda  güləĢ  yarıĢlarına  baxarkən  baĢ  vermiĢdi)  yaxĢı  adam  idi. 

Mənim dostumdu  və  bəlkə də, bizim aramızda  ən  yaxĢısı  məhz o idi. 

Bir insanın həm bu həyatı tərk etməyi arzulamasını, həm də bu səfərə 

çıxmaqdan qorxmasını Brutus gözəl baĢa düĢürdü.  

Con Koffi, siz elektrik stulunda edam edilməklə ölümə məhkum 

edilmisiniz. Bu hökm, sizinlə eyni mövqedə olan andlılar məhkəməsi 

tərəfindən çıxarılıb və hökmün icrası isə bu Ģtatda böyük nüfuza malik 




www.vivo-book.com 

 

606 



hakim tərəfindən təsdiq edilib. Bu hökmün icrasına baĢlamazdan öncə, 

demək istədiyiniz bir sözünüz varmı? 

Con  yenə  öz  dodaqlarını  yaladı,  sonra  isə  danıĢmağa  baĢladı. 

Cəmi altı söz. 

–  Mən təəssüf edirəm ki, mən beləyəm. 

–  Bəli, etməlisən də! – deyə iki mərhum qızcığazın anası yenə 

qıĢqırdı.  –  Ay  səni  yırtıcı  canavar,  etməlisən  də!  Səni  görüm  lənətə 

gələsən! 

Con  gözlərini  mənə  tərəf  çevirdi.  Mən  bu  gözlərdə  nə 

peĢmançılıq,  nə  cənnətə  düĢmək  ümidi,  nə  də  rahatlıq  iĢartıları 

gördüm. 

Bütün bunları gördüyümü necə də sizə söyləmək istərdim. Necə 

də  bunu  özümə  söyləmək  istərdim.  Amma  onun  gözlərində  yalnız 

qorxu,  mənəvi  düĢkünlük,  natamamlıq  və  anlaĢılmazlıq  gördüm. 

Onlar,  təqib  edilərək  bir  küncə  sıxıĢdırılmıĢ  və  qorxusundan  ölmək 

üzrə olan bir heyvanın gözlərinə bənziyirdi. Mən birdən Uortonun səs-

küy  salmadan  Kora  və  Keyt  Detterikləri  evin  eyvanından  necə 

qaçırdığı  haqqında  onun  dediklərini  xatırladım:  “O,  qızları  bir-birinə 

olan  sevgiləri  ilə  öldürdü.  Və  bu  hər  gün  beləcə  davam  edir.  Bütün 

dünyada.”  

Brutus  stulun  dalındakı  mis  qarmaqdan  asılmıĢ  yeni  maskanı 

götürdü,  amma  Con  onun  əlindəki  maskanı  görən  kimi  və  onun  nə 

olduğunu baĢa düĢən kimi onun gözləri dəhĢətdən böyüdü. O, dönüb 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə