Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə147/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   143   144   145   146   147   148   149   150   ...   158

www.vivo-book.com 

 

587 



–    O,  pis  adam  mənim  qolumdan  yapıĢanda  mən  hər  Ģeyi 

gördüm,  –  Con  dedi.  –  Qızları  öldürmüĢ  qatilin  o,  olduğunu  da  elə 

onda baĢa düĢdüm. Həmin gün mən onu ağacların arasında, qızları atıb 

qaçanda, görmüĢdüm, amma... 

–  Sən unutmuĢdun, – mən dedim.  

–    Düzdü,  boss.  O  mənə  toxunana  qədər,  mən  heç  nə 

xatırlamırdım.  

–  Bəs qızlar niyə qıĢqırmamıĢdılar, Con? O qızlara elə xəsarət 

yetirmiĢdi  ki,  onların  qanı  axırdı.  Valideynləri  isə  üst  mərtəbədə,  lap 

yaxınlıqda idilər. Bəs onlar niyə qıĢqırmamıĢdılar? 

Con öz dalğın gözləri ilə mən baxdı.  

–  O. qızlardan birinə belə dedi: “Əgər səsini çıxarsan, səni yox, 

bacını öldürəcəyəm”. O biri qıza da eyni Ģeyi deyir. BaĢa düĢürsənmi? 

–    Hə,  –  deyə  mən  pıçıldadım  və  hər  Ģeyi  görə  bildim. 

Detteriklərin qaranlığa qərq olmuĢ eyvanını. Onların üstünə qulyabanı 

kimi  əyilmiĢ  Uortonu.  Qızlardan  biri  kömək  çağırmaq  üçün  ağzını 

açan  anda,  Uorton  onu  vurmuĢ  və  qızın  burnundan  qan  açılmıĢdı. 

Eyvandakı qan da elə bu idi.  

–    O,  qızları  onların  sevgisi  ilə  öldürüb,  –  Con dedi.  –  Onların 

bir-birinə olan sevgisi ilə. Hər Ģeyin necə baĢ verdiyini anlayırsanmı?  

Mən  bir  söz  belə  demək  iqtidarında  olmadığımdan,  dinməzcə 

baĢımı yırğaladım.  




www.vivo-book.com 

 

588 



O  gülümsədi.  Onun  gözlərində  yenə  yaĢlar  axırdı,  amma  o 

gülümsəyirdi.  

–    Bax  hər  gün  belədir,  –  o  dedi.  –  Bütün  dünyada  belədir.  – 

Sonra o, çarpayısına uzandı və üzünü divara çevirdi.  

Mən  dəhlizə  çıxdım,  onun  kamerasını  bağladım  və  növbətçi 

masasına  tərəf  getdim.  Mən  hələ  də  özümü  yuxuda  gəzən  bir  adam 

kimi  hiss  edirdim.  Birdən  anladım  ki,  mən  Brutusun  düĢüncələrini 

oxuya bilirən, deyəsən, onun fikrində “almaq” sözünün necə yazıldğını 

düĢündüyünü  çox  zəif  bir  pıçıltı  kimi  eĢitdim.  O  düĢünürdü  ki, 

görəsən,  “a”  hərfindən  sonra  “q”,  yoxsa  “ğ”  hərfi  yazılır.  Sonra  o, 

baĢını qaldırıb mən baxaraq gülümsədi, amma bir qədər mənə diqqətlə 

baxandan sonra, onun üzündəki təbəssüm qəflətən yox oldu.  

–  Pol? – deyə o mənə səsləndi. – Vəziyyətin yaxĢıdırmı? 

–    Hə.  –  Sonra  mən  ona  Conun  mənə  dediklərini  danıĢdım, 

əlbəttə  ki,  onun  toxunuĢunun  mənə  göstərdiyi  təsir  kimi  təfsilatları 

buraxdım  (bu  haqda  mən  heç  Cenisə  də  danıĢmamıĢam;  yazımın 

əvvəlini  oxuyandan  sonra,  qalan  hissəni  də  oxumaq  istəsə,  Eleyn 

Konnolli  bunu  öyrənən  ilk  adam  olacaq),  amma  Conun  daha  getmək 

istədiyi haqqında mənə dediklərini ona söylədim. Bu xəbər Brutusu bir 

qədər  rahatlatdı,  amma  mən  onun  daxilən  bütün  bunları  onu 

rahatlatmaq  üçün  uydurub-uydurmadığımı  düĢündüyünü  hiss  etdim 

(eĢitdim?).  Sonra  onun  mənə  inanmaq  qərarına  gəldiyini  hiss  etdim, 

çünki zamanı yetiĢəndə, onun üçün iĢlər daha asan olacaqdı.  



www.vivo-book.com 

 

589 



–  Pol, sənin infeksiyan gerimi qayıdıb? – deyə o soruĢdu. – Nə 

yaman qızarmısan. 

–  Yox, mən yaxĢıyam, – deyə cavab verdim. Mən özümü elə də 

yaxĢı hiss eləmirdim, amma əmin idim ki, bir azdan hər Ģey düzələcək, 

çünki  Con  belə  olacağını  demiĢdi.  Mən  artıq  iynə  batmalarının  bir 

xeyli azaldığını hiss edə bilirdim. 

–    Yenə  də,  öz  kabinetinə  gedib  bir  balaca  uzansan,  ziyanı 

olmaz. 


Həmin an yatmaq ən az istədiyim Ģey idi, bu fikrin özü mənə elə 

gülünc  gəldi  ki,  mən  hətta,  demək  olar  ki,  güldüm  də.  Həmin  anda 

mən,  bəlkə  də,  balaca  bir  ev  tikmək,  onun  damını  nazik  taxtalar  ilə 

örtmək,  evin  arxasında  bağça  salmaq  və  orada  güllər  əkmək 

istəyirdim. Və bütün bunları Ģam yeməyinədək bitirmək.  

“Gör  bir  nə  söyləyir”  –  deyə  düĢündüm.  –  “Hər  gün.  Bütün 

dünyada. Bu qaranlıq. Bütün dünyada.” 

–    Yox,  mən  yatmaq  əvəzinə,  inzibati  binaya  getsəm  yaxĢıdı. 

Orada bəzi Ģeyləri yoxlamalıyam.  

–  Necə istəyirsən. 

Mən qapıya yaxınlaĢdım, onu açdım və geri çevrilərək dedim: 

–  Sən sözü düz yazırsan: a-l-m-a-q, sonuncu “a” hərfindən sonra 

“q”  hərfi  yazılır.  Əksər  hallarda  bu  belədir.  Amma,  məncə,  bütün 

qaydaların istisna halları da olur. 




www.vivo-book.com 

 

590 



Mən  geriyə  baxmadan  bayıra  çıxdım,  çünki  onun  mənim 

arxamca  təəccübdən  ağzını  açaraq  baxdığını  bildiyim  üçün  geri 

çevrilməyə ehtiyac yox idi.  

Həmin gün iĢ növbəmin qalan hissəsi ərzində mən bir yerdə beĢ 

dəqiqə  qərar  tuta  bilmədiyimdən,  elə  hey  ora-bura  vurnuxdum.  Mən, 

əvvəlcə,  inzibati  binaya  getdim,  sonra  gəzinti  həyətində  boĢ-boĢuna 

ora-bura var-gəl etdim. Qüllələrdə növbədə dayanmıĢ gözətçilər yəqin 

mənim  dəli  olduğumu  zənn  etmiĢdilər.  Amma  iĢ  növbəm  sona 

yaxınlaĢanda,  mən  yenə  öz  vəziyyətimə  qayıdaraq  sakitləĢməyə 

baĢladım  və  baĢımda  payız  yarpaqları  kimi  xıĢıldayan  düĢüncələrin 

səs-küyü də bir xeyli azalmıĢdı.  

Lakin  həmin  səhər  evə  qayıdanda,  yolun  yarısına  çatmağa  az 

qalmıĢ,  içimdəki  həmin  hislər  yenidən  gücləndi.  Mənim  sidik 

yollarımın  infeksiyası  geri  qayıdarkən  gücləndyi  kimi.  Mən  öz 

“Ford”umu  yolun  kənarında  saxlamalı  oldum.  Sonra  baĢımı  aĢağı 

dikib  qollarımla  sürətlə  iĢləyərək  təxminən  yarım  mil  qaçdım, 

ciyərlərimdən  çıxan  nəfəs  elə  qızmar  idi  ki,  elə  bil  onu  qoltuğumun 

altında  saxlayaraq  isitmiĢdim.  Bundan  sonra  mən,  nəhayət,  özümü 

həqiqətən  yaxĢı  hiss  etməyə  baĢladım.  Mən  “Ford”u  saxladığım  yerə 

yolun  bir  hissəsini  yüngül  qaçıĢ  addımları,  qalan  hissəsini  isə  sakit 

addımlarla  yürüyərək  qayıtdım,  soyuq  havada  ağzımdan  ağımtıl  buğ 

çıxırdı.  Evə  çatan  kimi,  Con  Koffinin  artıq  hazır  olduğu  və  getmək 

istədiyi  haqqında  mənə  söylədiklərini  Cenisə  danıĢdım.  Arvadım 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə