Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə146/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   142   143   144   145   146   147   148   149   ...   158

www.vivo-book.com 

 

583 



–    YaxĢı,  –  mən  dedim  və  düĢündüm  ki,  hələ  desertə  də  Cenis 

Eckumun biĢirəcəyi Ģaftalı piroqu da olacaq. – Bəs keĢiĢ məsələsinə nə 

deyirsən?  Birisi  gün  səninlə  birlikdə  qısa  bir  dua  oxuya  biləcək  bir 

adam?  Bu,  insanlara  rahatlıq  gətirir.  Mən  bunun  dəfələrlə  Ģahidi 

olmuĢam. Bunun üçün mən ġüster ata ilə əlaqə saxlaya bilərəm, Delin 

də yanına ġüster ata...  

–  KeĢiĢ istəmirəm, – deyə Con etiraz etdi. – Sən mənimlə yaxĢı 

rəftar  etmisən,  boss.  Əgər  istəsən,  duanı  səninlə  birlikdə  oxuya 

bilərdik.  Mənə  bu  da  kifayət  edər.  Və  mən  də  bir  az  səninlə  birlikdə 

dizlərimin üstündə dayanardım.  

–  Mən! Con, mən bacarmaram... 

O,  bir  balaca  mənim  əllərimi  sıxdı  və  bədənimdəki  iynə 

batmaları bir qədər də gücləndi.  

–  Sən bacararsan, – o dedi. – Sən bacararsan, düz demirəmmi, 

boss? 

–  Məncə, hə,  – deyəndə, mən öz səsimi  eĢitdim.  Səsim elə bil 



əks-sadə verirdi. – Əgər buna ehtiyac yaranarsa, yəqin ki, bacararam. 

Həmin  gün  içimdə  çox  güclü  hislər  vardı,  sidik  yollarımın 

infeksiyasının sağaldığı  gün olduğu kimi,  amma bu hislər həmin gün 

duyduqlarımdan  bir  azca  fərqlənirdi.  Ona  görə  yox  ki,  bu  dəfə  mən 

tamamilə  sağlam  idim.  Ona  görə  ki,  bu  dəfə  Con  bunu  etdiyinin 

fərqində  deyildi.  Birdən  içimə  təlaĢ  doldu,  az  qala  nəfəsim  kəsildi, 




www.vivo-book.com 

 

584 



içimdə  qarĢısıalınmaz  kameradan  çıxmaq  arzusu  yarandı.  Ġçimdə  elə 

bil iĢıq yandırmıĢdılar, yalnız beynimdə deyil, bütün bədənimdə.  

–  Sən, mister Hovell və baĢqa boslar mənə qarĢı çox mərhəmətli 

olmusunuz,  –  Con  Koffi  dedi.  –  Mən  bilirəm  ki,  sən  çox  narahatlıq 

keçirirdin, amma daha narahat olmaya bilərsən. Çünki bunu mən özüm 

istəyirəm, boss. 

Mən ağzımı açıb danıĢmaq istədim, amma bacarmadım. Amma o 

bacarırdı.  Ondan  sonra  Conun  söylədiyi  nitq  ,  indiyə  qədər  ondan 

eĢitdiklərimdən ən uzunu idi.  

–    Mən  eĢitdiyim  və  hiss  elədiyim  ağrılardan  çox  yorulmuĢam, 

boss. Mən yollardan yorulmuĢam, birəbitdən quĢu kimi yağıĢın altında 

tək-tənha  dolaĢmaqdan  yorulmuĢam.  Heç  kiminlə  yol-yoldaĢı 

olmamaqdan,  haradan  gəlib  haraya  getdiyimizi  ya  da  nə  üçün 

getdiyimizi  paylaĢa  biləcəyim  bir  dostumun  olmamasından 

yorulmuĢam.  Ġnsanların  bir-birinə  qarĢı  düĢmən  kəsilməsindən 

yorulmuĢam.  Elə  bil  beynimin  içində  çoxlu  ĢüĢə  qırıntıları  var. 

Dəfələrlə  yardım etməyə çalıĢıb bunu edə bilməməkdən  yorulmuĢam. 

Qaranlıq  da  yürüməkdən  təngə  gəlmiĢəm.  Ən  çoxu  da  ağrıdan 

yorulmuĢam. Ağrı hər Ģeydən çoxdur. Əgər mən onu bitirə bilsəydim, 

yer üzündən yox edərdim. Amma bacarmıram.  

“Daha  bəsdir”–  demək  istədim.  “Daha  bəsdir,  əllərimi  burax, 

yoxsa mən boğulacağam. Boğulacağam, ya da partlayacağam.” 




www.vivo-book.com 

 

585 



–  Partlamazsan, – deyərək bu fikrimə o, yüngülcə gülümsədi... 

amma əllərimi buraxdı. 

Mən  təəccübümdən  nəfəsimi  içimə  çəkərək  irəli  əyildim. 

Dizlərimin  arasından  beton  döĢəmədəki  hər  bir  çatı,  hər  bir  oyuğu, 

mikanın  –  mineral  tərkiblərin  hər  bir  parıltısını  görə  bilirdim.  Mən 

baĢımı qaldırıb kameranın divarlarına baxdım və 1924, 1926 və 1931-

ci  illərdə  divara  yazılmıĢ  adları  gördüm.  Həmin  adlar  divardan 

silinmiĢdi,  bu  adları  divara  yazmıĢ  insanlar  da,  müəyyən  mənada 

silinmiĢdilər, amma düĢünürəm ki, dünyamızın tutqun aynasından heç 

nəyi tamamilə silib yox etmək mümkün deyil və indi mən divarda bir-

birinin  üstündən  yazılmıĢ  bu  adların  yenidən  görürdüm.  Onlara 

baxmaq – ölülərin söhbətinə, mahnı oxumasına ya da rəhm diləməsinə 

qulaq  asmağa  bənzəyirdi.  Gözlərimin  öz  oyuqlarında  necə  nəbz 

vurmasını  duydum,  öz  ürəyimin  döyüntülərini  eĢitdim,  qanımın  hər 

tərəfdən  göndərilmiĢ  məktublar  kimi  bütün  damarlarımda  hərəkət 

edərək necə dövr etdiyini duydum.  

Uzaqdan qatar fitinin səsini eĢitdim – düĢündüm ki, Praysfoirdə 

gedən saat üç qatarı olmalıdır, amma buna əmin deyildim, çünki onun 

fitini  əvvəllər  heç  vaxt  eĢitməmiĢdim.  Xüsusilə  də  Kold  Mauntində, 

çünki ən yaxın dəmiryolu Ģtatın həbsxanasının Ģərqindən, təxminən on 

beĢ-on altı kilometr aralı keçirdi. Həbsxanadan onun səsini eĢitmiĢ ola 

bilməzdim,  siz  də  bunu  təsdiq  edərdiniz,  1932-ci  ilin  noyabr  ayına 




www.vivo-book.com 

 

586 



qədər  mən  də  belə  düĢünürdüm,  amma  həmin  gün  mən  onun  səsini 

eĢitmiĢdim.  

Haradasa bir lampa çatırdayaraq bomba kimi partladı.  

–  Sən mənə nə etdin? – deyə mən pıçıldadım. Aman Allah, Con, 

sən mənə nə etdin?  

–  Məni bağıĢla, boss, – o, sakit bir səslə dedi. – Fikrim özümdə 

deyildi. Bir azdan keçib gedər və yenə özünü normal hiss edərsən.  

Mən  yerimdən  qalxıb  kameranın  qapısına  yaxınlaĢdım.  Ġçimdə 

elə bir hiss vardı, elə bil yuxuda gəzirdim. Mən qapıya çatanda, o dedi: 

–    Sən  bilmək  istəyirdin  ki,  onlar  nə  üçün  qıĢqırmamıĢdılar? 

Sənin hələ də baĢa düĢmədiyin və bilmək istədiyin yeganə Ģey budur, 

düz demirəmmi? O iki qızcığaz hələ artırmada olduqları vaxt nə üçün 

qıĢqırmamıĢdılar. 

Mən  geri  çevrilib  ona  baxdım.  Onun  gözlərindəki  hər  bir  kiçik 

qan damarını, üzünün dərisindəki hər bir məsaməni görə bilirdim... və 

onun  içindəki  acını,  insanlardan,  süngər  su  əmən  kimi,  əmib  içinə 

çəkdiyi  ağrını  hiss  edə  bilirdim.  Mən  onun  haqqında  danıĢdığı 

qaranlığı da görə bilirdim. O, ətrafa baxanda, bu qaranlıq dünyanın hər 

yanına çökürdü və həmin anda mənim ona həm yazığım gəldi, həm də 

böyük  yüngüllük  hiss  etdim.  Bəli,  bizim  ona  edəcəyimiz  Ģey  çox 

dəhĢətli idi və bundan qurtulmaq üçün heç bir çıxıĢ  yolu da  yox idi... 

amma, bununla belə, biz ona yaxĢılıq etmiĢ, onu bu zülmdən qurtarmıĢ 

olacaqdıq.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə