Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə149/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   145   146   147   148   149   150   151   152   ...   158

www.vivo-book.com 

 

595 



zərrə  qədər  olsun  Ģübhəm  yoxdur.  Amma  bu  dəfə  göz  yaĢları 

axıdılmadı,  çünki  onu  evdə  gözləyən,  evə  çəkən  arvadı,  könül  dostu 

vardı və o, indi tamamilə sağlam idi. Con Koffinin sayəsində o, sağ və 

salamat idi və Koffinin edam sənədini imzalamıĢ bir adam, indi iĢdən 

çıxıb  həmin  qadının  yanına  gedə  bilərdi.  Bundan  sonra  baĢ  verəcək 

Ģeylərə  o,  baxmaq  məcburiyyətində  deyildi.  O  bu  gecəni  yataqda, 

arvadının  bədəninin  istiliyini  hiss  edərək  yata  biləcəkdi,  amma  Con 

Koffinin  getdikcə  soyuyan  bədəni  səhər  saatları  yaxınlaĢana  qədər 

əyalət  xəstəxanasının  sement  döĢəməsində  uyuyacaqdı.  Bu  Ģeylərə 

görə, mən Hal Mursa nifrət edirdim. Elə də çox yox, bir balaca, çünki 

mən  öz  hislərimi  boğa  bilirdim,  amma  yenə  də  bu  nifrət  hissi  idi. 

Həqiqi hiss. 

Budur, mən kameraya daxil oldum, mənim arxamca isə Harri və 

Din. Onların hər ikisi  qaĢqabaqlı görünürdülər və bənizləri ağarmıĢdı.  

–  Sən hazırsanmı, Con? – deyə mən Koffidən soruĢdum. 

O, baĢını yırğaladı. 

–  Hazıram, boss. DüĢünürəm ki, hə. 

–    YaxĢı.  Amma  mən  kameradan  çıxmazdan  əvvəl  sənə  bəzi 

Ģeyləri söyləməliyəm. 

–  Nə söyləmək lazımdırsa, söylə boss. 

–  Con Koffi, məhkəmənin nümayəndəsi kimi... 

Mən öz nitqimi sonuna qədər söylədim və nitqin sonuna çatanda, 

Harri Tervilliger irəli gələrək mənim yanımda dayandı və öz əlini irəli 



www.vivo-book.com 

 

596 



uzatdı.  Con  bir  anlıq  özünü  itirmiĢ  kimi  görünsə  də,  sonra 

gülümsəyərək  ona  uzanmıĢ  əli  sıxaraq  silkələdi.  Üzü  həmiĢəkindən 

daha çox avazımıĢ Din də ona əlini uzatdı.  

–  Sən bundan daha yaxĢı Ģeylərə layiqsən, Conni, – Din xırıltılı 

səslə dedi. – Mən çox təəssüf edirəm.  

–    Mən  qaydasında  olacağam,  –  deyə  Con  cavab  verdi.  –  Ən 

çətini bu hissədir. Bir müddət sonra hər Ģey qaydasına düĢəcək. – O, 

sözünü  bitirib  ayağa  qalxdı  və  həmin  an  Mellinin  ona  bağıĢladığı, 

üstündə  Əziz  Kristoferin  əksi  olan  medalyon  onun  köynəyinin 

yaxasından bayıra çıxdı.  

–    Con,  mən  onu  səndən  almalıyam,  –  deyə  mən  medalyonu 

görən  kimi  dilləndim.  Mən  medalyonu  yenidən...  əgər  istəyirsənsə, 

sonra  onu  sənin  boynuna  taxa  bilərəm,  amma  hələlik  onu  səndən 

almaq  məcburiyyətindəyəm.  –  Medalyon  və  zəncir  gümüĢdən  idi  və 

Van  Hey  elektrik  açarını  qoĢanda,  əgər  medalyon  onun  dərisinə 

toxunsaydı, əriyib onun bədənini içinə keçə bilərdi. Əvvəllər mən belə 

Ģeylərin  baĢ  berməsinin  Ģahidi  olmuĢdum.  Mən  yazıq  YaĢıl  Mildə 

iĢlədiyim vaxt  ərzində nələr  görməmiĢəm  ki.  Mənə lazım olandan da 

artıq. Ġndi isə bunun baĢ verəcəyini dəqiq bilirəm.  

O,  zənciri  boynundan  çıxardı  və  mənim  ovcumun  içinə  qoydu. 

Mən  medalyonu  cibimə  qoydum  və  ona  kameradan  çıxmasını  əmr 

etdim. Keçiriciliyin yaxĢı olub-olmayacağını bilmək üçün onun baĢını 




www.vivo-book.com 

 

597 



yoxlamağa ehtiyac  yox idi, çünki onun baĢının dərisi mənim ovucum 

kimi təmiz və sığallıydı.  

–  Bilirsənmi, boss, bu gün günortaüstü yatanda, bir yuxu gördü, 

– o dedi. – Yuxuma Delin siçanı girib.  

–  Eləmi, Con? – deyərək mən ondan solda, Harri onun sağında, 

Din isə arxada dayanaraq öz mövqelərimizin yerini tutduq və biz YaĢıl 

Mil ilə addımlamağa baĢladıq. Bu mənim bir məhbus ilə YaĢıl Mildən 

sonuncu keçiĢim oldu.  

–    Hə,  elədir,  –  o  dedi.  –  Yuxumda  gördüm  ki,  siçan  boss 

Hovellin  dediyi  həmin  Mausvillə  gedə  bilib.  Yuxumda  gördüm  ki, 

orada  çoxlu  balaca  uĢaqlar  var  və  onlar  hamısı  siçanın  çıxardığı 

oyunlara baxıb gülürdülər. – Öz dediklərini düĢünərək o özü də güldü, 

sonra üzü yenə ciddi bir ifadə aldı. – Gördüm ki, həmin balaca sarıĢın 

qızlar da oradadır. Onlar da gülüb əylənirdilər. Mən onları qucaqladım 

və  onların  saçlarının  arasında daha qan  axmırdı, onlar da sağ-salamat 

idilər.  Biz  hamımız  birlikdə  oturub  Mister  Cinqlzın  makaranı 

diyirlətməsinə  tamaĢa  edirdik  və  o  ki  var  gülürdük.  Biz  çox  yaxĢı 

əylənirdik.  

–  Həqiqətən  deyirsəmi? – mən düĢündüm ki, bu bir az davam 

etsə  mən  artıq  dözüĢ  gətirə  bilməyəcəyəm.  Mən  az  qala  hönkürtü  ilə 

ağlayacaq,  qıĢqırıb  səs-küy  salacaqdım  ya  da  dərdən  ürəyim  parça-

parça olacaqdı və hər Ģey də beləcə bitəcəkdi. 




www.vivo-book.com 

 

598 



Hamımız  mənim  kabinetimə  girdik.  Con  bir  anlıq  ətrafa  nəzər 

salandan  sonra  dizləri  üstünə  çökdü,  baxmayaraq  ki,  biz  ondan  bunu 

etməsini  xahiĢ  etməmiĢdik.  Onun  arxasından  Harri  dalğın  gözləri  ilə 

mənə  baxırdı.  Dinin  üzü  isə  kağız  kimi  ağarmıĢdı.  Mən  də  Conun 

yanında diz çökdüm və düĢündüm ki, talenin gərdiĢinə bir bax: o qədər 

məhkumun  ayağa  qalxmasına  və  bu  yolu  bitirməsinə  kömək  etdiyim 

halda,  indi  mənim  özümə  ayağa  qalxmağım  üçün  yardım  tələb 

olunurdu. Ən azından, içimdə bunun belə olacağını hiss etmiĢdim.  

–    Biz  dua  edib  nə  istəyəcəyik,  boss?  –  deyə  Con  məndən 

soruĢdu. 

–    Güc  istəyəcəyik,  –  deyə  mən  düĢünmədən  dərhal  cavab 

verdim.  Mən  gözlərimi  yumdum  və  dedim:  “–  Ey  Allahımız,  ey  uca 

Rəbbimiz,  baĢladığımız  iĢi  bitirməmiz  üçün  bizə  yardım  et,  bizə  güc 

ver və lütf edib bu adamı, Con Koffini – içki adı kimi, amma baĢqa cür 

yazılan – öz səltənətinə qəbul elə, onu öz cənnətinə daxil et və ruhunu 

rahatlat,  rəhmətini  ondan  əsirgəmə.  Bizə  lütf  elə  və  onu  layiq  olduğu 

Ģəkildə  sənin  yanına  yola  salmağımıza  yardımçı  ol  və  hər  Ģeyin 

yolunda getməsinə Ģərait yarat. Amin.” – Mən gözlərimi açıb Harri ilə 

Dinə  baxdım.  Hər  ikisinin  də  vəziyyəti,  deyəsən,  bir  balaca 

düzəlmiĢdi.  Amma  düĢünmürəm  ki,  bunun  səbəbi  mənim  söylədiyim 

dua idi. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə