Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   146   147   148   149   150   151   152   153   ...   158

www.vivo-book.com 

 

599 



Mən  ayağa  qalxmaq  istəyəndə,  Con  Koffi  mənim  qolumdan 

tutub  saxladı.  O  mənim  üzümə  həm  utancaq,  həm  də  ümid  dolu  bir 

ifadə ilə baxdı.  

–    Mən  balaca  olanda,  kiminsə  mənə  öyrətdiyi  bir  duanı 

xatırladım.  Ən  azından,  xatırladığımı  düĢünürəm.  Onu  oxuya 

bilərəmmi? 

–    Əlbəttə,  oxu,  –  deyə  Din  dilləndi.  –  Hələ  vaxtımız  çoxdur, 

Con. 


Con gözlərini yumdu və qaĢlarını çataraq diqqətini topladı. Mən 

“Ruhuma rəhmət elə” ya da “Bizim Atanız” duasının təhrif edilmiĢ bir 

versiyasını  eĢidəcəyimi  gözləyirdim,  amma  yanılmıĢdım.  Nə  ondan 

əvvəl,  nə  də  sonra  mən  onun  dediklərinə  bənzər  bir  dua  heç  vaxt 

eĢitmədim,  ona  görə  yox  ki,  onun  dedikləri  nəsə  qeyri-adi  sözlər  idi. 

O,  əllərini  yuxarı  qaldırıb  yumulmuĢ  gözlərinin  qabağında  tutaraq: 

“Körpə  Ġsa,  rəhmli  və  mərhəmətli  rəbbim,  mənim  üçün,  yetim  uĢaq 

üçün  dua  elə.  Mənim  gücüm-qüvvətim  ol,  mənim  dostum  ol  və  son 

saatımda mənim yanımda ol, məni tərk eləmə. Amin.” 

O, gözlərini açdı və ayağa qalxarkən diqqətlə mənə baxdı.  

Mən  göz  yaĢlarımı  qolumla  sildim.  Ona  qulaq  asarkən  Del 

yadıma  düĢmüĢdü,  o  da  sonda  öz  duasını  oxumaq  istəmiĢdi:  “Əziz 

Məryəm,  Rəbbimizin  Anası,  bizim  üçün,  günahkar  bəndələr  üçün  öz 

dualarını nə indi, nə də ölüm saatında əsirgəmə.”  

–  Mən təəssüf edirəm, Con. 



www.vivo-book.com 

 

600 



–    Heç  etmə,  –  Con  dedi.  Sonra  mənim  qolumu  sıxdı  və 

gülümsədi.  Ayağa  durmaq  üçün  köməyə  ehtiyacım  olduğunu 

düĢünməyə macal tapmamıĢ, o, əlini uzadıb mənə yardım etdi. 

 

 



 

10 

 

 



Həmin  gün  elə  də  çox  müĢahidəçi  yox  idi,  bəlkə  də  on  dörd 

nəfər,  Delakruanın  edamında  olan  müĢahidəçilərin  təxminən  yarısı 

qədər.  Homer  Kribus,  həmiĢə  olduğu  kimi,  stulunda  yayxanaraq 

oturmuĢdu,  amma  ġerif  köməkçisi  Makci  gözə  dəymirdi.  Yəqin  rəis 

Murs kimi, o da bu edamda iĢtirak etməmək qərarına gəlmiĢdi. 

Ön sırada yaĢlı bir cütlük oturmuĢdu. Əvvəlcə, mən onları tanıya 

bilmədim,  baxmayaraq  ki,  noyabrın  üçüncü  həftəsinin  həmin  gününə 

qədər  onların  fotoəĢkillərini  bir  çox  qəzet  məqalələrində  görmüĢdüm. 

Biz  Old  Sparkinin  durduğu  platformaya  yaxınlaĢanda,  fısıldayaraq 

dedi: 


–  YavaĢ-yavaĢ öl, qancıq köpək oğlu! 

Və mən baĢa düĢdüm ki, onlar Detteriklərdir: Klaus və Marcuri. 

Mən  onları  ona  görə  tanımamıĢdım  ki,  otuz  yaĢlarınıdan  yuxarı  hələ 

adlamamıĢ qocalara nadir hallarda rast gəlirsən.  




www.vivo-book.com 

 

601 



Con  qadının  səsini  və  ġerif  Kribusun  mırıldanmasını  eĢidəndə, 

belini  donqarlatdı.  Azsaylı  müĢahidəçilər  qrupunun  önündə  keĢikdə 

dayanmıĢ  Hank  Bitterman  bir  an  olsun  belə  gözlərini  Detteriklərdən 

çəkmirdi. Bunu mən ona əmr etmiĢdim, amma həmin gecə Detteriklər 

Con Koffiyə tərəf heç bir hərəkət  etmədilər. Detteriklər həmin axĢam 

baĢqa planetdəymiĢlər kimi görünürdülər. 

Biz  plarformaya  çıxanda,  Old  Sparkinin  yanında  dayanmıĢ 

Brutus  gizlincə  mənə  barmağı  ilə  iĢarə  etdi.  O,  əlini  uzadaraq  Con 

Koffinin  biləyindən  tutdu  və  onu  elektrik  stula  tərəf  elə  ehtiyatla 

apardı  ki,  elə  bil  gənc  bir  oğlan  öz  sevgilisini  ilk  dəfə  rəqs 

meydançasına çıxarırdı.  

–  Hər Ģey qaydasındadırmı, Con? – deyə o, alçaq səslə soruĢdu. 

–    Hə,  boss,  amma...  –  Onun  gözləri  ora-bura  qaçırdı  və  o,  ilk 

dəfə  idi  ki,  həm  danıĢığından,  həm  də  görünüĢündən  qorxmuĢa 

bənzəyirdi.  –  Amma  buradakı  insanların  çoxu  mənə  nifrət  edir. 

Onların çoxu. Mən bunu hiss edə bilirəm. Bu da mənə ağrı-acı verir. 

Arı sancması kimi məni dəlir və mənə ağrı-acı verir.  

–  Bizim hiss etdiklərimizi duymağa çalıĢ, – Brutus yenə həmin 

alçaq  səslə  dedi.  –  Biz  sənə  nifrət  eləmirik,  sən  ki  bunu  hiss  edə 

bilirsən, elə deyilmi? 

–    Hə,  boss.  –  Amma  onun  səsi  indi  çox  pis  titrəyir  və 

gözlərindən yenə yaĢlar axmağa baĢlamıĢdı.  




www.vivo-book.com 

 

602 



–    UĢaqlar,  onu  iki  dəfə  öldürün!  –  deyərək  Marcuri  Detterik 

qəfildən  qıĢqırdı.  Onun  kobud  səsi  –  saçyolmaya  çıxan  qadınların 

səsinə  bənzər  –  havada  Ģapalaq  kimi  səsləndi.  Con  mənə  qısılaraq 

inildədi. – Hə, nə dayanmısınız, bu uĢaq qatilini iki dəfə öldürün, ona 

hələ bu da azdır! 

Hələ  də  yuxudaymıĢ  kimi  görünən  Klaus  arvadını  özünə  tərəf 

çəkdi. Qadın hönkürərək ağlamağa baĢladı. 

Harri Tervilligerin də ağladığını görəndə, içimi həyəcan bürüdü. 

YaxĢı  ki,  müĢahidəçilərdən  heç  kim  onun  göz  yaĢlarını  görməmiĢdi, 

çünki  o,  arxasını  müĢahidəçilərə  tərəf  çevirmiĢdi,  amma  əməlli-baĢlı 

ağlayırdı.  Bu  əzaba  son  vermək,  hər  Ģeyi  tez  bitirməkdən  baĢqa, 

əlimizdən nə gələrdi ki? 

Brutusla  mən  Conu  özümüzə  tərəf  döndərdik.  Brutus  Conun 

çiyinlərindən basıb onu  stula otuzdurdu. Con  əlləri ilə Old Sparkinin 

yoğun palıd qoltuqaltılarını sıxdı, onun gözləri hələ də durmadan ora-

bura  fırlanaraq  təlaĢla  ətrafa  baxırdı  və  o,  hərdən  bir  dilini  çıxarıb 

qurumuĢ dodaqlarını yalayırdı.  

Harri  ilə  mən  onun  yanında  diz  üstə  çökdük.  Bir  gün  əvvəl, 

etibar  etdiyimiz  usta  məhbuslardan  birinə  stulun  ayaq  hissələrinə 

müvəqqəti  olaraq  daha  böyük  bəndlər  qaynaq  etməsini  sifariĢ 

etmiĢdik,  çünki  Con  Koffinin  topuqları,  adi  adamların  topuqlarından 

çox  yoğun  idi.  Bununla  belə,  mən  bir  anlıq  həyəcan  yaĢadım,  çünki 

düĢündüm ki, əgər bu bəndlər də onun topuqlarına balaca olsa, həmin 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə