Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə153/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   150   151   152   153   154   155   156   157   158

www.vivo-book.com 

 

611 



 

 

 



 

11 

 

 



Evə çatana qədər mən özümü artıq yaxĢı hiss edirdim. Artıq dan 

yeri  sökülürdü  və  quĢlar  cəh-cəh  vuraraq  oxuyurdu.  Mən  öz  sınıq-

salxaq  maĢınımı  evin  yanında  saxladım,  maĢından  düĢdüm  və  arxa 

pilləkənlərə tərəf addımladım. Həmin an həyatımda ikinci dəfə içimdə 

dərin  bir  kədərli  hiss  baĢ  qaldırıb  bütün  bədənimi  çulğaladı.  Çünki 

Con  Koffinin  qaranlıqdan  necə  qorxduğu  yadıma  düĢmüĢdü. 

Xatırladım  ki,  birinci  dəfə  biz  görüĢəndə,  o  məndən  gecələr  iĢıqları 

söndürüb-söndürmədiyimizi  soruĢmuĢdu  və  elə  həmin  an  ayaqlarım 

sözümə  qulaq  asmadı.  Mən  bir  təhər  pilləkəndə  oturdum  və  baĢımı 

dizlərimin  üstünə  qoyaraq  ağlamağa  baĢladım.  Mən  təkcə  Con  üçün 

ağlamırdım, elə hamımız üçün ağlayırdım.  

Ceniz  evdən  çıxıb  yanıma  gəldi  və  mənimlə  birlikdə  pilləkənin 

üstündə oturdu. O, qolunu boynuma dolayaraq məni qucaqladı.  

–  Sən  ona  bacardığın  qədər  az  ağrı-acı  vermisən,  düz 

demirəmmi? 

Mən baĢımı bulayaraq “yox” dedim. 




www.vivo-book.com 

 

612 



– Və o özü getmək istəyirdi. 

Mən baĢımı yırğalayaraq təsdiqlədim. 

–  Gəl  evə  gedək,  –  deyərək  Cenis  mənə  qalxmağa  kömək  etdi. 

Con Koffinin mənim ayağa qalxmağıma necə kömək etdiyini, birlikdə 

necə dua etdiyimizi xatırladım. – Gəl gedək, sənə qəhvə dəmləyim. 

Və  mən  evə  keçdim.  Birinci  səhəri  yola  verdim,  sonra  birinci 

günü, sonra isə bütöv bir iĢ növbəsini. Zaman bütün yaraları sağaldır, 

siz  bunu  istəsəniz  də,  istəməsəniz  də.  Zaman  bütün  yaraları  sağaldır, 

bütün  ağrı-acıları  unutdurur,  toxunulmaz  qalan  yalnız  qaranlıqdır. 

Bəzən  biz  baĢqalarını  qaranlıqda  dolaĢan  görürük,  bəzən  də,  onları 

yenə  qaranlıqda  itiririk.  ġtatın  həbsxanası  hələ  Kold  Mauntində 

yerləĢərkən,  1932-ci  ildə  baĢ  verənləri  saymasaq,  mənim  bildiklərim 

yalnız bunlardır. 

Elektrik stulu da hələ orada idi.  

 

 

 



12 

 

 



Təxminən günorta saat üçə on beĢ dəqiqə iĢləmiĢ mənim dostum 

Eleyn  Konnelli  solariuma,  mənim  hekayəmin  sonuncu  vərəqlərini  də 




www.vivo-book.com 

 

613 



dəstələyərək  oturduğum  yerə  gəldi.  Onun  üzü  əməlli-baĢlı  avazımıĢ, 

gözlərinin altında isə parıldayan hissələr vardı. Yəqin ki, o ağlamıĢdı.  

Mən isə, mən, sadəcə, baxırdım. Hə, beləcə, pəncərədən Ģərqdəki 

dağlara  baxırdım  və  sağ  əlimin  biləyində  nəbzimin  necə  vurduğunu 

hiss  edirdim.  Amma  nəbzim  necəsə  dinc  Ģəkildə  vurdu.  Ġçimdə  dərin 

bir boĢluq hiss edirdim. Bu hiss, eyni zamanda, həm qorxunc, həm də 

əcaib dərəcədə gözəl idi.  

BaĢımı  qaldırıb Eleynin  üzünə baxmaq mənə ağır gəlirdi: onun 

gözlərində  nifrət  və  həqarət  görəcəyimdən  çəkinirdim,  amma  onun 

baxıĢlarında bunların heç birini görmədim, çox normal baxırdı. Onun 

baxıĢları  kədərli  və  qəmgin  olsa  da,  hər  Ģey  qaydasında  olduğu  kimi 

görünürdü, bu baxıĢlarda, nə nifrət, nə həqarət, nə də inamsızlıq vardı.  

– Sən hekayənin sonunu bilmək istəyirsənmi? – deyə mən ondan 

soruĢdum.  Yorğunluqdan  sızıldayan  əlimi  qarĢımdakı  balaca  kağız 

qalağının üstündə taqqıldatdım. – O buradadır, amma əgər sən... 

–  Bu  mənim  nəyi  istəyib,  nəyi  istəmədiyimlə  bağlı  bir  məsələ 

deyil,  –    o  mənə  cavab  verdi.  –  Mən  hər  Ģeyin  necə  qurtardığını 

öyrənmək istəyirəm, baxmayaraq ki, onu edam etdiyinizə, demək olar 

ki,  əminəm.  Böyük  “Q”  hərfi  ilə  baĢlayan  Qəzavü-qədərin  adi 

insanların  həyatına  müdaxiləsinin  əhəmiyyəti,  məncə,  həddən  artıq 

ĢiĢirdilib. Amma bu vərəqləri götürməzdən öncə... Pol... 



www.vivo-book.com 

 

614 



Sanki sözünə necə davam edəcəyini bilmədiyindən Eleyn susdu. 

Mən  isə  səbirlə  gözləyirdim.  Bəzən  insanlara  kömək  etmək  mümkün 

olmur. Bəzən də, ən yaxĢısı buna heç cəhd belə etməməkdir.  

–  Pol,  sən  burada  yazırsan  ki,  1932-ci  ildə  sənin  iki  yetkinlik 

yaĢına çatmıĢ uĢağın vardı, sadəcə bir yox, iki. Əgər sənin on iki, sənin 

Cenisinin  isə  on  bir  yaĢı  olanda  evlənmisənsə  ya  da  buna  bənzər  bir 

Ģey... 

Mən azacıq gülümsündüm.  



– Evlənərkən biz hamımız gənc insanlar oluruq – dağ yerlərində 

bir çox insanlar çox erkən yaĢlarında ailə qururlar, elə mənin anam da 

çox cavan yaĢlarında ərə gedib – amma sənin dediyin kimi elə cavan 

yaĢlarda yox. 

–  Onda  de  görüm  sənin  neçə  yaĢın  var?  Mən  həmiĢə  güman 

edirdim ki, sən səksən yaĢından yenicə yuxarı adlamısan, düĢünürdüm 

ki, biz səninlə təxminən həmyaĢıdıq və hətta sən məndən də bir balaca 

cavansan, amma sənin yazdığına inansaq... 

– Con YaĢıl Milə gələndə, mənim qırx yaĢım vardı. Mən 1892-ci 

ildə  doğulmuĢam.  Yəni  indi  mənim,  əgər  səhv  eləmirəmsə,  düz  yüz 

dörd yaĢım var.  

O,  heyrətlə  susaraq  mənə  baxırdı.  Mən  əlyazmanın  qalan 

hissəsini  də  ona  uzatdım  və  elə  həmin  an  Con  Koffinin  öz 

kamerasından mənə necə toxunduğunu xatırladım. “Sən partlamazsan” 

–  mənim  düĢüncələrimi  oxuyaraq  və  buna  gülümsəyərək  o  demiĢdi. 



www.vivo-book.com 

 

615 



Mən  də  partlamamıĢdım...  amma  yenə  də,  mənə  nəsə  qəribə  bir  Ģey 

olmuĢdu. Nəsə bitib-tükənməyən.  

–  Al,  vərəqlərin  qalanını  da  oxu,  –  mən  dedim.  –  Sənə  verə 

biləcəyim bütün cavablar buradadır. 

– YaxĢı, – deyə o az qala, pıçıltı ilə dedi. – Mən yalan danıĢmaq 

istəmirəm,  bunu  oxumaqdan  bir  balaca  qorxuram,  amma...  yaxĢı,  de 

görüm sən harada olacaqsan? 

Mən  ayağa  qalxdım,  belimdəki  xırtıltılara  qulaq  asa-asa 

gərnəĢdim.  Bir  Ģeyi  dəqiq  bilirdim  ki,  artıq  solariumdan  ölümcül 

dərəcədə bezmiĢdim.  

–  Mən  kroket  meydançasında  olacağam.  Hə,  bir  də,  sənə 

göstərmək istədiyim bir Ģey var.  

–  O  Ģey...  qorxuludurmu?  –  Onun  çəkinən  gözlərində,  kiĢilərin 

yayda  həsir  Ģlyapalar,  qıĢda  isə  yenot  dərisindən  tikilmiĢ  xəz  palto 

geyindikləri  vaxtlarda  olduğu  kimi,  yenə  həmin  balaca  qızcığazı 

gördüm.  

– Yox, – deyə gülümsəyərək cavab verdim. – Qorxulu deyil. 

–  Onda,  danıĢdıq,  –  deyərək  Eleyn  vərəqləri  götürdü.  –  Mən 

bunları  özümlə  otağıma  aparıram,  səninlə  isə  kroket  meydançasında 

görüĢərik, təxminən... – O, vaxtı düĢünərək kağızları vərəqlədi. – Hə, 

saat dörddə. DanıĢdıqmı?  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə