Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   150   151   152   153   154   155   156   157   158

www.vivo-book.com 

 

624 



əksər  günlərdə  onun  da  bütün  bədən  ağrı-acı  verən  yara  kimidir. 

Bununla belə, o, həyat eĢqini itirməyib. O, hələ də öz makarasını sevir 

və  hələ  də  öz  blok  yoldaĢının  onun  yanına  gəlməsinə  sevinir.  Mən 

altmıĢ  ildir  ki,  Con  Koffinin  hekayəsini  içimdə  saxlayırdım,  hətta 

altmıĢdan  da  artıq  il  ərzində,  indi  isə  onu  danıĢdım.  Onu  görəndə, 

düĢündüm ki, o, məhz bunun üçün mənim yanıma gəlib. Yanıma gəlib 

ki,  məni  bu  hekayəni  danıĢdırmağa  tələsdirsin,  nə  qədər  ki  gec  deyil, 

nə  qədər  ki  hələ  vaxt  var,  mənə  bu  hekayəni  söylətsin.  Çünki,  onun 

kimi mən də, demək olar ki, köç etməyə hazıram.  

– Hara köç etməyə?  

–  Həəə,  sən  də  bunu  bilirsən,  –  deyə  cavab  verdim  və  biz  bir 

müddət susaraq Mister Cinqlza tamaĢa etdik. Sonra mən qeyri-ixtiyari 

yenə  makaranı  yerə  atdım,  baxmayaraq  ki,  Eleyn  məndən  bunu 

etməməyi xahiĢ etmiĢdi. Bunu bəlkə də ona görə etdim ki, onun üçün 

makaranı  qovmaq  bir  növ  qoca  adamların  sekslə  məĢğul  olmalarına 

bənzəyirdi:  bəlkə  də  qocaldığınız  vaxt  sizin  üçün  istisna  ediləcəyinə 

əmin olan siz cavanlar buna baxmaq istəməzdiniz, amma bununla belə

qocalar da sekslə məĢğul olmaq istəyirlər.  

Mister Cinqlz yenə də makaranın arxasınca qaçdı. Onun ağrı-acı 

çəkdiyi hiss olunsa da, bunu böyük həvəslə etdiyi də aĢkar görünürdü 

(ən azından mənim üçün). 

– Jelatin ĢüĢəli pəncərələr, – deyə Eleyn ona baxaraq pıçıldadı.  




www.vivo-book.com 

 

625 



–  Jelatin  ĢüĢəli  pəncərələr,  –  deyə  mən  gülümsəyərək  onunla 

razılaĢdım. 

– Con Koffi ona da sənə toxunduğu kimi toxunmuĢdu? O səni, 

sadəcə,  sağaltmayıbmıĢ,  həm  də  səni  daha...  necə  deyim,  yəni  daha 

dayanıqlımı edibmiĢ? 

– Hə, məncə, bunu ifadə etmək üçün çox dəqiq bir söz tapdın. 

–  BaĢqalarını,  içini  termitlər  yemiĢ  ağaclar  kimi  yerə  yıxan 

Ģeylərə  qarĢı  səni  dayanıqlı  edibmiĢ.  Səni...  və  onu.  Mister  Cinqlzı. 

Mister Cinqlzı öz ovcuna alıb o biri əli ilə onun üstünü bağlayarkən.  

– Düz deyirsən. Con Koffi vasitəsilə bizə təsir edən qüvvənin nə 

olduğunu  bilmirəm  –  mən  məhz  belə  düĢünürəm  –  amma  bilirəm  ki, 

indi  o  da,  nəhayət,  bitmək  üzrədir.  Sonunda,  termitlər  bizim 

qabıqlarımızı dələrək özlərinə yol aça biliblər. Bunu etmək üçün onlar 

adi hallarda olduğundan bir qədər daha uzun müddət əlləĢməli olsalar 

da, nəticədə, onlar lazım olana yetiĢə biliblər. Mən, bəlkə də, daha bir 

neçə  il  hələ  yaĢadım,  çünki  insanlar  onsuz  da  siçanlardan  çox 

yaĢayırlar və məncə, Mister Cinqlzın vaxtı artıq tamam olmaq üzrədir.  

O,  yenə  makaraya  çatdı,  onun  ətrafında  axsaya-axsaya  dolandı 

və  ağır-ağır  nəfəs  alaraq  böyrü  üstə  döĢəməyə  sərildi  (biz  tüklərinin 

dalğavari  Ģəkildə  qalxıb-enməsindən  onun  necə  nəfəs  aldığını  görə 

bilirdik), sonra isə yenidən ayağa qalxdı və burnu ilə makaranı böyük 

Ģövqlə  geriyə,  bizə  tərəf  itələməyə  baĢladı.  Onun  tükləri  çallaĢmıĢdı, 




www.vivo-book.com 

 

626 



yeriĢi də sabit deyildi, amma onun muncuq gözləri həmiĢəki kimi par-

par parıldayırdı.  

–  Sən  düĢünürsən  ki,  o  sənin  yazdığın  hekayəni  yazmağını 

istəyirdi? – deyə Eleyn soruĢdu. – Eləmi düĢünürsən, Pol? 

–  Mister  Cinqlz  yox,  –  deyə  cavab  verdim,  –  o  yox,  onu 

indiyədək yaĢadan qüvvə... 

– Bir baxın burada kimlər var... Hə... Polli! Və Eleyn Konnolli! 

–  deyə  açıq  qapıdan  kiminsə  dediyini  eĢitdik.  Bu  səsdə  istehzalı  bir 

dəhĢət vardı. – Sağ və salamat! Deyin görüm siz ikiniz burada nə iĢlə 

məĢğulsunuz?  

Mən  geri  çevrilərək  qapıda  Bred  Dolanı  görəndə  qətiyyən 

təəccüblənmədim.  Onun  üzündə  öz  qurbanını  məharətlə  aldadıb  tora 

salmıĢ  bir  adama  xas  təbəssüm  vardı.  Növbə  bitəndən  sonra  o  öz 

maĢınını nə qədər uzağa sürmüĢdü? Yəqin “Rənqler” barından o yana 

getməyibmiĢ və  yəqin bura qayıtmazdan öncə, bir ya da iki parç pivə 

içib və bəlkə də bir az rəqs edib.  

– Buradan gedin, – Eleyn soyuq və sərt bir səslə dedi. – Elə bu 

dəqiqə buradan gedin. 

– Mənə buradan gedib getməyəcəyimi sən deyə bilməzsən, qoca 

qırıĢlı  qancıq,  –  Bred  hələ  də  gülümsəyərək  dedi.  –  Bəlkə  də  orada, 

təpənin  üstündə  sən  mənə  bu  sözləri  deyə  bilərsən,  amma  biz  indi  o 

təpənin üstündə deyilik. Siz, ümumiyyətlə, bura gələ bilməzsiniz. Bura 

bizim  ərazimizin  sərhədlərindən  kənardadır.  Hə,  Polli,  nədi  özünüz 



www.vivo-book.com 

 

627 



üçün  eĢq  macəraları  yaĢayacağınız  balaca  yuvamı  tapmısınız?  Sənin 

burada  eĢq  yuvanmı  var,  Polli?  Qocalar  üçün  bir  növ  pleyboy 

koması... – Sarayın içində bizdən baĢqa kimin olduğunu görəndə, onun 

gözləri heyrətindən bərəldi. – Lənət Ģeytana, bu nədi belə?  

Mən  onun  göstərdiyi  Ģeyə  baxmaq  üçün  geri  çevrilmədim. 

Birincisi,  orada  nə  olduğunu  mən  çox  gözəl  bilirdim,  inkincisi  isə 

keçmiĢ qəfildən indiki  zamanla qoĢalaĢaraq qəribə və qorxunc bir üç 

ölçülü reallıq yaratmıĢdı. Qapıda duran adam Bred Dolan deyildi, indi 

o,  artıq  Persi  Uetmor  idi.  Mənə  elə  gəldi  ki,  bir  an  sonra  o,  içəri 

Ģığıyaraq  ayağı  ilə  Mister  Cinqlzı  tapdalayacaqdı  (indi  siçanın  qaçıb 

canını qurtarmaq Ģansı yox idi). Üstəlik Con Koffi də yox idi ki, onu 

yenidən  həyata  qaytarsın.  Alabamadakı  həmin  yağıĢlı  gündə  də  Con 

Koffinin peyda olmasını mən belə can-dildən arzulamıĢdım. 

Mən  ayağa  qalxdım  –  bu  dəfə  nə  oynaqlarımda,  nə  də 

əzələlərimdə ağrı hiss etdim – və Dolanın üstünə Ģığıdım.  

– Ona toxunma, – deyə bağırdım. – ona toxunma, Persi, yoxsa, 

Allaha and içirəm ki, mən... 

– Sən kimə Persi deyirsən? – o dedi və məni elə bərk geri itələdi 

ki, az qala yerə yıxılacaqdım. Eleyn mənim qolumdan yapıĢdı və bunu 

edərkən onun da  ağrılar  hiss etməsinə  baxmayaraq məni  yıxılmaqdan 

saxladı. – Bu birinci dəfə deyil ki, sən belə eləyirsən. Bəsdi Ģalvarını 

batırdın.  Ona  toxunmaq  fikrim  yoxdur.  O  məni  maraqlandırmır.  O 

gəmirici onsuz da canını tapĢırıb.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə