Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə155/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   150   151   152   153   154   155   156   157   158

www.vivo-book.com 

 

620 



olaraq  xahiĢ  etmiĢdim,  onun  iĢlədiyi  Ģirkət  tütün  məmulatları  da 

satdığından, belə bir qutunu tapması heç də çətin olmamıĢdı. Mən bu 

qutu üçün ona pul təklif etdim, çünki mən Kold Mountində iĢləyərkən, 

belə  qutuların  qiyməti  vardı,  amma  o  mənim  bu  təklifimə,  sadəcə, 

güldü. 

Qutunun kənarından muncuq kimi parıldayan bir cüt göz baxırdı.  



– Mister Cinqlz – deyə mən astadan pıçıldadım. – Bura gəl. Bura 

gəl görüm, səni qoca oğlan. Bura gəl və bu xanımla tanıĢ ol.  

Mən çömbələrək oturdum – bu mənə ağrı-acı versə də, bir təhər 

dözdüm – və əlimi ona tərəf uzatdım. Əvvəlcə, elə düĢündüm ki, o bu 

dəfə qutunun kənarından aĢaraq çölə çıxa bilməyəcək, amma sonuncu 

cəhdində özünü sərt bir Ģəkildə irəli ataraq qutudan çıxdı və böyrü üstə 

döĢəməyə  düĢdü.  Mister  Cinqlz  yenidən  ayağa  qalxdı  və  mənim 

yanıma gəldi. O qaçarkən  arxa ayaqlarından biri açıq-aĢkar axsayırdı; 

bir  vaxtlar  Persinin  ona  vurduğu  bu  zədə  Mister  Cinqlzın  ahıl 

yaĢlarında  geri  qayıtmıĢdı.  Onun  ahıl  yaĢlarında.  Onun  təpəsi  və 

quyruğunun  ucundan  baĢqa,  bütün  bədənindəki  tüklər  çallaĢmıĢdı.  O 

mənim  ovcumun  içinə  hoppandı.  Mən  onu  yerdən  qaldırdım.  O, 

qulaqlarını  arxaya  qısaraq  və  canlı  gözlərini  məndən  çəkmədən 

boynunu  irəli  uzadıb  nəfəsimin  qoxusunu  iynəyirdi.  Mən  əlimi 

heyrətdən  gözləri  bərəlmiĢ  və  dodaqları  aralanmıĢ  Eleynə  tərəf 

uzatdım.  




www.vivo-book.com 

 

621 



– Bu ola bilməz, – o dedi və nəzərlərini siçandan çəkərək mənə 

baxdı. – Aman Tanrım, Pol, bu ola bilməz... ola bilməz! 

– Əvvəlcə, bax, – mən dedim, – sonra danıĢarsan. 

Masanın  üstündəki  kağız  torbanın  içindən  makaranı  çıxardım, 

onun öz əlimlə rəngləmiĢdim, amma mum karandaĢlar ilə yox, 1932-ci 

ildə yuxumuza belə girməyən markerlər ilə. Bununla belə, nəticə eyni 

alınmıĢdı.  Bu  da  Delin  makarası  kimi  al-əlvan  alınmıĢdı,  bəlkə  də 

onunkundan  daha  əlvan  idi.  “Messieurs  et  mesdames!”  (Xanımlar  və 

cənablar!),  –  deyə  düĢündüm.  “Bienvenue  au  cirque  du  mousie!” 

(Siçan sirkimizə xoĢ gəlmisiniz!) 

Mən  yenə  yerə  çömbəldim  və  Mister  Cinqlz  mənim  əlimdən 

yerə  endi.  O,  qoca  olsa  da,  əvvəllər  olduğu  kimi  həvəsli  idi.  Mən 

makaranı torbadan çıxardığım andan bəri  gözlərini  bir an olsun belə, 

ondan  çəkmirdi.  Mən  makaranı  sarayın  taxta  döĢəməsinin  nahamar 

səthi  ilə  diyirlətdim  və  siçan  dərhal  makaranın  arxasınca  götürüldü. 

Əlbəttə,  o,  əvvəlki  kimi  sürətli  deyildi,  onun  axsamağına  baxanda 

adamın  ürəyi  ağrıyırdı,  amma  o,  nə  üçün  sürətli  və  çevik  olmalıydı 

axı?  Dediyim  kimi  o,  artıq  qocalmıĢdı,  lap  siçanların  Mafusaili 

(Adəmdən bu yana ən uzun ömür – 969 il yaĢadığı güman edilən adam 

– tərcüməçidən) olmuĢdu. Onun indi, ən azı, altmıĢ dörd yaĢı vardı.  

Mister  Cinqlz  uzaq  divara  çırpılaraq  geri  qayıdan  makaranı 

haqladı və onun ətrafında bir dövrə vurandan sonra, böyrü üstə uzandı. 

Eleyn  ona  tərəf  getmək  istəyəndə,  mən  onun  qolundan  tutaraq 



www.vivo-book.com 

 

622 



saxladım.  Bir  neçə  saniyə  sonra  Mister  Cinqlz  yenidən  ayağa 

qalxmıĢdı. O, çox ləng, lap çox ləng hərəkət edərək makarını burnu ilə 

itələyərək bizə tərəf diyirlətməyə baĢladı. Mən onu ilk dəfə tapanda, o, 

mətbəxə  gedən  pilləkənlərin  üstündə  uzanmıĢdı,  elə  bil  uzun  bir  yol 

gələrək çox  yorulmuĢdu. O vaxt o hələ, uzun illər bundan öncə  YaĢıl 

Mildə  olduğu  kimi,  makaranı  ön  pəncələri  ilə  diyirlədə  bilirdi.  Ġndi 

bunu  etmək  üçün  onun  gücü  qalmamıĢdı,  onun  bədənin  arxa  hissəsi 

daha  onun  sözünə  qulaq  asmırdı.  Amma  burnu,  həmiĢə  olduğu  kimi, 

öz iĢini yaxĢı bilirdi. Makaranı düzgün istiqamətləndirmək üçün o, gah 

makaranın  bir  tərəfindən,  gah  da  o  biri  tərəfindən  itələməli  olurdu. 

Siçan mənim yanıma çatanda, mən onu bir əlimə – o, quĢ lələyi kimi 

yüngül idi – makaranı isə o biri əlimə aldım. O, parlaq qara gözlərini 

bir an belə makaradan çəkmirdi.  

– Daha etmə, lazım deyil, Pol, – Eleyn, səsi qırıla-qırıla dedi. – 

Mən buna baxa bilmirəm.  

Mən onun hansı  hisləri  keçirdiyini  yaxĢı  baĢa düĢürdüm, amma 

onun  bu  xahiĢinin  yanlıĢ  olduğunu  düĢünürdüm,  çünki  makaranı 

qovmaq  və  onu  geri  diyirlətmək  Mister  Cinqlzın  çox xoĢuma  gəlirdi; 

bütün  bu  illərdən  sonra,  o.  hələ  də  bunu  eyni  Ģövqlə  edirdi.  KaĢ  biz 

hamımız öz arzu və istəklərimizə onun kimi sadiq olaydıq.  

–  Torbada  nanəli  konfetlər  də  var,  –  mən  dedim.  “Kanada 

Mints”.  Məncə,  o,  hələ  də  bu  konfetləri  sevir,  çünki  mən  bu 

konfetlərdən birini ona uzadan da, siçan onları iynəməkdən yorulmur. 



www.vivo-book.com 

 

623 



Amma onun həzm  sistemi  artıq  onları  həzm  edəcək vəziyyətdə  deyil. 

Konfet əvəzinə, mən ona qızardılmıĢ çörək gətirirəm.  

Mən  yenə  çömbələrək  solarium  otağından  özümlə  gətirdiyim 

qızardılmıĢ çörəkdən balaca bir tikə qopardım və döĢəməyə qoydum. 

Mister  Cinqlz,  əvvəlcə,  onu  iynədi,  sonra  isə  tikəni  pəncələri  ilə 

götürüb  yeməyə  baĢladı.  Bu  zaman  onun  quyruğu  səliqə  ilə 

ayaqlarının  ətrafına  dolanmıĢdı.  Yeməyini  bitirəndən  sonra  o,  baĢını 

qaldırıb intizarla yuxarı baxdı.  

– Bəzən biz qocalar sizi öz iĢtahamızla təəccübləndirə bilərik, – 

mən  Eleynə  dedim  və  qızardılmıĢ  çörəyi  ona  uzatdım.  –  Ġndi  sən  ver 

görək nə olur.  

O da balaca bir tikə qoparıb döĢəməyə atdı. Mister Cinqlz tikəyə 

yaxınlaĢdı,  onu  iynədi  və  sonra  Eleynə  baxdı...  və  nəhayət,  tikəni 

götürüb yeməyə baĢladı.  

–  Görürsənmi?  –  mən  dedim.  –  O  səni  müvəqqəti  adam 

olmadığını bilir. 

– O buraya haradan gəlib çıxıb, Pol?  

–  Heç  bir  anlayıĢım  yoxdur.  Bir  dəfə  səhər  tezdən  gəzintiyə 

çıxanda,  o,  sadəcə  mətbəxin  pilləkənlərində  uzanmıĢdı.  Baxan  kimi 

onun  kim  olduğunu  anlamıĢdım,  amma  buna  tam  əmin  olmaq  üçün 

camaĢırxanadakı  səbətlərin  birindən  makaranı  götürdüm.  Sonra  da 

onun  üçün  bir  siqar  qutusu  tapdım  və  onun  içini  tapa  bildiyin  ən 

yumĢaq Ģeylər ilə döĢədim. Məncə, o da lap bizim kimidir, Elli, çünki 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə