Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə148/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   144   145   146   147   148   149   150   151   ...   158

www.vivo-book.com 

 

591 



baĢını yırğaladı, onun da rahatlandığı üzündən oxunurdu. Həqiqətənmi 

arvadım rahatlanmıĢdı? Deyə bilmərəm. Altı saat əvvəl, hətta üç saat 

əvvəl bunu deyə bilərdim, amma həmin vaxt artıq bilmirdim. Həm də, 

nə  yaxĢı  ki  bilmirdim.  Con  durmadan  deyirdi  ki,  o,  artıq  yorulub  və 

mən  indi  onu  yaxĢı  baĢa  düĢürdüm.  Onda  olan  hər  nə  idisə,  istənilən 

adamı  yorar,  onu  sakitlik  və  istirahət  arzulamağa  sövq  edərdi.  Cenis 

məndən  soruĢanda  ki,  mən  nə  üçün  belə  pörtmüĢəm  və  nə  üçün  belə 

tər  iyi  verirəm,  ona  dedim  ki,  evə  gələndə,  yolda  maĢını  saxlayıb  bir 

balaca  qaçmıĢam.  Mən  ona  yalnız  bu  qədərini  söylədim  (yazılmıĢ 

səhifələrin  sayı  indi  həddən  artıq  çoxdur  və  xatırlamaq  üçün  o 

səhifələrə  qayıdıb  onları  bir  də  gözdən  keçirmək  istəməzdim),  bütün 

evlilik  müddəti  ərzində  biz  –  bir-birimizə  heç  vaxt  yalan 

danıĢmamıĢdıq,  lakin  nə  üçün  yolda  maĢını  saxlayıb  qaçmağımın 

səbəbini mən ona izah etmədim.  

Heç o özü də bunu məndən soruĢmadı. 

 

 



 

 

 

 



www.vivo-book.com 

 

592 



YaĢıl Mildən keçmək üçün Con Koffinin növbəsi çatan gecə, heç 

bir  göy  gurultusu  eĢidilmədi.  Otuzuncu  illərdə,  həmiĢə  ilin  bu 

vaxtlarında  olduğu  kimi  hava  çox  soyuq  idi,  milyonlarla  ulduz  əkin-

biçin  sahələrinin  üzərində  səmanı  bəzəyirdi  və  sahələrin  kənarındakı 

hasar  dirəklərinin  və  quru  qarğıdalı  gövdələrinin  üstünə  düĢən  qırov 

brilyant qaĢlar kimi parıldayırdı.  

Bu  edam  zamanı  Brutus  Hovell  qabaqda  dayanaraq  sərəncam 

verirdi. Con Koffinin baĢına dəbilqəni geyindirməli və lazım olan anda 

elektriki qoĢması üçün Van Heyə göstəriĢ verməli olan adam da o idi. 

Bill Doc da Van Hey ilə  yanaĢı aparat otağında oturmuĢdu. Noyabrın 

iyirmisində,  təxminən  saat  on  bir  iyirmidə,  Harri,  Din  və  mən 

blokumuzdakı  içində  sakini  olan  yeganə  kameraya  yaxınlaĢdıq,  Con 

Koffi  əllərini  dizlərinin  arasında  aĢağı  salladaraq  öz  çarpayısının 

kənarında  oturmuĢdu.  Onun  mavi  köynəyinin  yaxalığında  ət  ruletinin 

sousundan  düĢmüĢ  balaca  bir  ləkə  vardı.  O,  dəmir  barmaqlıqların 

arasından bizə baxırdı və məncə, bizdən daha sakit görünrüdü. Mənim 

əllərim  buz  kimi  soyumuĢdu,  gicgahlarım  isə  bərk  döyünürdü.  Onun 

bunu özünün istəməsini bilmək bir Ģey – bunu bilmək ən azından bizə 

öz  iĢimizi  görməyə  güc  verirdi  –  amma  günahsız  bir  adamı  baĢqa 

birisinin  cinayətinə  görə  elektrik  stulunda  edam  etdiyini  anlamaq  isə 

tamam baĢqa bir Ģey idi.  

Mən  həmin  axĢam  Hal  Mursu  son  dəfə,  təxminən  saat  yeddi 

radələrində  görmüĢdüm.  O  öz  kabinetində  dayanıb  paltosunun 



www.vivo-book.com 

 

593 



yaxasını  düymələyirdi.  Halın  üzünün  rəngi  qaçmıĢdı  və  əlləri  elə 

titrəyirdi ki, barmaqları ilə paltosunun düymələrini tapıb dəliklərindən 

keçirməkdə çətinlik çəkirdi. Ġçimdən hətta onun əllərini kənara itələyib 

balaca  uĢaq  kimi  onun  paltosunun  yaxalığını  özüm  düymələmək  də 

keçmiĢdi. Qəribə təsadüf ondan ibarət idi ki, keçən həftəsonu Cenislə 

Melindanı  yoluxmağa  gedəndə,  Melinda  Con  Koffinin  edamı 

ərəfəsində Hal Mursun düĢdüyü haldan daha yaxĢı görünürdü.  

–    Bu  edama  qalmaq  istəmirəm,  –  o  dedi.  –  Körtis  də  orada 

olacaq  və  bilirəm  ki,  sən  və  Brutus  oradasınızsa,  Con  Koffi  yaxĢı 

əllərdə olacaq. 

–    Bəli,  ser,  biz  əlimizdən  gələni  edəcəyik,  –  mən  dedim.  – 

Persidən nə xəbərlər var? YavaĢ-yavaĢ özünə gəlirmi?  

Əlbəttə  ki,  mənim  demək  istədiyim  bu  deyildi.  Məni  narahat 

edən  Ģey,  görəsən  indi  o,  bir  palata  da  oturub  kiməsə  –  böyük 

ehtimalla  öz  həkiminə  –  bizim  ona  necə  dəli  köynəyi  geyindirərək 

həbsxana  qaydalarını  pozmuĢ  bir  məhbus  kimi...  Persinin  öz  dili  ilə 

desək,  adi  gicbəsər  kimi  karser  kamerasına  saldığımız  haqqında 

danıĢırmı? Əgər danıĢırsa, ona inanan varmı? 

Lakin  Halın  dediyinə  görə,  Persinin  vəziyyəti  elə  dəyiĢməz 

olaraq qalırdı. Heç kimlə danıĢmır, elə bil ruhu artıq, ümumiyyətlə, bu 

dünyada deyil. O, hələ də Ġndianolada, Halın müəmmalı bir üz ifadəsi 

ilə  dediyinə  görə,  “müayinə  keçirdi”,  amma  hələlik  yaxĢılığa  doğru 




www.vivo-book.com 

 

594 



heç  bir  dəyiĢiklik  müĢahidə  olunurdu  və  ona  görə  də  onun  tezliklə 

baĢqa yerə köçürməyi planlaĢdırırdılar.  

–    Koffi  özünü  necə  aparır,  dözüĢ  gətirə  bilirmi?  –  deyə  Hal 

soruĢdu.  Nəhayət  ki,  o,  sonuncu  düyməni  bağlamağa  müvəffəq 

olmuĢdu.  

Mən baĢımı yırğaladım. 

–  O, qaydasında olacaq, rəis. 

O,  baĢını  yırğaladı.  Sonra  isə  qapıya  tərəf  addımladı.  Hal  Murs 

çox qocalmıĢ və xəstə görünürdü. 

–  Bir adamın daxilində bu qədər Ģərlə birlikdə  bu qədər yaxĢılıq 

necə yola gedə bilirlər? Sənin arvadını ölümcül xəstəliyin caynağından 

xilas etmiĢ bir adam o iki qızcığazı necə qətlə yetirə bilərdi? Sən bunu 

dərk edə bilirsənmi? 

Mən  ona  bütün  bunların  necə  baĢ  verdiyini  anlamadığını, 

Allahın  yollarının  bizlər  üçün  sirli  və  anlaĢılmaz  olduğunu,  hər 

birimizin  içində  xeyir  və  Ģərin  birlikdə  yaĢadığını,  bunu  mühakimə 

etməyin  bizim  iĢimiz  olmadığını  və  sair  və  ilaxır  bu  kimi  bir  çox 

Ģeylər  söylədim.  Ona  söylədiklərimin,  demək  olar  ki,  hamısını  Ġsaya 

AlqıĢ,  Allah  Hər  ġeyə  Qadirdir  Kilsəsində  öyrənmiĢdim.  Mən 

danıĢanda Hal durmadan baĢını yırğalayır və üzündə təntənəli bir ifadə 

ilə mənə baxırdı. O özünə baĢını yırğalayaraq haqqı tanıya bilərdi, elə 

deyilmi?  Bəli.  Həm  də  təntənəli  bir  ifadə  ilə.  Amma  onun  üzündə 

dərin bir kədər ifadəsi  də vardı, o, tamamilə sarsılmıĢdı,  mənim buna 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə